Aydın Əlizadə Qədim Babil: tarix, mədəniyyət, elm və astrologiyaBabil çarlığı Mesopotamiyada yerləşən, öz hakimiyyətə altında böyük əraziləri birləşdirən güclü bir düvlət olmuşdur.а Onun tarixi bir neçə dövrə bölünür: qədim (e.ə. XIX-XVI), orta (e.ə. XVI-XII), qeriləmə (e.ə. XII-VII), yeni (e.ə. VII-VI). Qədim dövr Şümer-Akkad dövlətinin daqılmasından sonra başlamışdır. Akkad və Assur kimi, Babil dövlətin tarixi eyni adlı şəhərlə bağlı olmuşdur. Sami dillərində Bab-İl sözləri УTanri qapısıФ deməkdir. İlk Babil dövlətinin yaradıcısı Sumuabum olmuşdur. Dövlət çarlar və ona tabe olan məmurlar tərəfindən idarə olunurdu. Babilin baş tanrısı və himayəçisi Mərduk adlı tanrı idi. O insanların və yeyvanların yaradıcısı hesab olunurdu. Babil şəhəri çox əlverişli yerdə yerləçirdı: orada ticarət, karvan yolları kəsişirdi. Eyni zamanda, Dəclə və Fərat çaylarınınа bir-birinə yaxınlaşmasına görə, bu yerlərdə suvarma və gəmiçiyin inkişafı üçün geniş imkanlar yaranmışdır.
Çar Hammurapi həmdə tarixdə ilk dəfə olaraq qanunlar məcmuəsi dərc etmişdir. Bu qanunlar ictimai həyatın bütün sahələrini əhatə edirdi. Orada cinayət hesab olunan əməllər və onların müqabilində tətbiq olunan cəzalar əks olunmuşdur. Bu məcmuə kələcəkdə УÇar Hammurapinin qanunlarıФ adlandırılmışdır və daş sütunlar üzərində həkk olunmuşdur. Bü cür sütunlar bütün ölkə şəhərlərində qurulmuşdur və əhali çar Hammurapinin qanunları bilirdi. Sütunlardan biri Susa şəhərində tapılmışdır və başqa dillərə tərcümə olunmuşdur[1].
Hammurapidən sonra ölkə tədricən zəyifləməyə başlamışdır. Daha sonra daxili çəkişmələr və xarici qüvvələrlə savaşlar başlamışdır. Cənubda elamlılar Şümer şəhərlərini, şimalda Mitanni dövləti ticarət yollarını ələ keçirərək, Babilə ağır zərbələr endirmişdirlər. Eyni zamanda kassi tayfaları da ölkəyə basqınlar edirdilər. Onların başçısı Qandaş 1742-ci ildəа Babilə qarşı uğurlu yürüşlər təşkil edə bilmişdi. Sonda hittilər e.ə. 1595 ildə Babilə qarşı yürüş edərək, şəhəri ələ keçirdilər, şəhərin baş tanrısı Mərdukun heykəllərini özləri ilə apardılar. Bununla da qədim Babil tarixi sona çatmışdır. Bundan sonra Babili kassilar idarə edirdi. Lakin onlar zəngin Babil mədəniyyətinin təsiri altında olmuş, onun mənəvi dəyərlərini mənimsəmiş, tədricən babillilərlə qarışmışdırlar. Kassi çarı II Aqum hittilərə qarşı yürüş edib, baş tanrı Mərdukun heykəllərini geriyə qaytarmışdır. Lakin kassi hakimiyyəti də tədricən zəyiflədi. Babil əvvəlcə Misirin, sonra isə Mitanni və Hitti çarlıqlarından asılı vəziyyətə düşdü. Sonra Assur dövləti gücləndi və e.ə. XIII-cü əsrdə Babili idarə edən kassi çarlarını məğlub etdi. Eyni zamanda ölkəyə elamlılar da basqınlar edirdi. Onlar e.ə. XII-ci əsrdə Babil dövlətinin çox hissəsini işğal edib, kassi çarlarının hakimiyyətinə son qoydular. Sonra Babil Elam
Daha sonra hakimiyyətə gələn çar Esarhaddon Babili bərpa etmiş və sağ qalan babilliləri yenidən şəhərə gaytarmışdır. Yeni Babil çarı Şamaş-Şum-Ukin əvvəl
Assura tabe olmuşdur, lakin sonra, e.ə. 652-ci ildə Misirlə, Elamla, aramilərlə, ərəblərlə, kəldanilərlə və Suriya dövlətləri ilə ittifaqa girərək, yenə də Assura qarşı savaşa başlamışdır. Lakin bu dəfə də babillilər məğlub oldular. E.ə. 648-ci ildə Assur qoşunu şəhəri ələ keçirib, əhalisinin çox hissəsini məhv etmişdir. E.ə. 626-cı ildə Assura qarşı daha bir üsyan başlamışdır. Üsyançılara kəldani tayfa başçısı Nəbu-Apla-Usur (Nəbopalassar) rəhbərlik etmişdir. O, Elamla ittifaqa girərək Assura qarçı bir neçə uğurlu yürüş təşkil edə bilmişdir. E.ə. 626-cı ilin sonunda babillilər onun hakimiyyətini qəbul etdilər. Şəhərə gələn Nabopalasar, özünü çar elan edərək, Yeni Babil dövlətini qurmuşdur. E.ə. 616-cı ildə babillilər Uruk şəhərini ələ keşirmiş, sonra isə Assur şəhərini mühasirəyə almışdırlar. Lakin onları ələ keçirə bilməmişdirlər.
Bu zaman Suriya və Fələstin üzərinə Misir qoşunu irəliləmişdir. Fironlar Assuriyanın süqutundan yararlanmaq və bu əraziləri Misirin tərkibinə qatmaq fikrinə düşmüşdürlər. Bunun qarşısını almaq üçün Nabopalasar Fərat çayının sahilində yerləşən Qarkəmiş şəhərinə hücum edərək, e.ə. 605-ci ildə orada yerləşmiş misirliləri darmadağın etmiş, sonra isə Suriya və Fələstini ələ keçirərək, onları öz dəvlətinin tərkibinə qatmışdır. E.ə. 605-ci ildə hakimiyyətə Nabopalasarın oğlu II Nəbu-Kudurri-Usur (Nəbukadnəzar) gəlmişdir. O çox güclü və tanınmış çar olmuşdur. Onun dövründə Babil dövləti Misirlə, Suriya və Fələstin torpaqları uğrunda savaşlar aparmışdır. Orada bir neçə vilayət Misiri dəstəkləmiş və Babilə qarşı üsyana qalxmışdır. Bu vilayətlərdən biri də Yəhudiyyə dövləti olmuşdur. E.ə. 588-ci ildə II Nəbukadnəzarın qoşunu Yəhudiyyənin baş şəhəri Yeruşalaimi (Qüdsü) mühasirəyə almış və 586-cı ildə yəhudilərin müqavimətini qıraraq, şəhərə girmişdir. Yeruşalaim dağıdılmış və yandırılmış, əhalisi isə oradan imperiyanın başqa vilayətlərinə sürgün olunmuşdur. Rəvayətlərə körə, Yeruşalaimdəki yəhudilərin ən müqəddəs yeri olan Süleyman məbədi də tamamilə dağıdılmışdır. Bundan sonra Nəbukadnəzar Sidon, və Edom şəhərlərini almış, Tir şəhərini isə mühasirədə saxlamışdır. Beləliklə, e.ə. 582-ci ildə Misir, Fələstində müttəfiqlərinin məğlub edilməsindən və Babil ordularınin onun sərhədlərinə qədər irəliləməsindən sonra, Babillə sülh sazişi bağlamağa məcbur olmuşdur. 574-cü ildə isə sonuncu müqavimət ocağı olan Tir şəhəri də Babil imperiyasına tabe olmuşdur. II Nəbukadnəzar Babildə və imperiyanın başqa bölgələrində çoxlu inşaat işləri aparmıçdır. O Babili uzunluğu 14 metrəyə çatan, iki cərgəli möhkəm divarla əhatə edərək, onu alınmaz qalaya çevirmişdi. Bayır divarın önundə müdafiə xarakterli su ilə dolu xəndək qazılmışdır. II Nəbukadnəzardan sonra, Babildə hakimiyyət uğrunda daxili çəkişmələr olmuşdur. Bu çəkişmələrin nəticəsində Babilin sonuncu çarı arami əsilli Nəbu-Nəid (Nabonidus) (e.ə. 556-539) hakimiyyətə gəlmişdir. Onun hakimiyyəti zamanı imperiyada vəziyyət çox gərginləşmişdir: vilayətlərəri üsyanlar bürümüş, hakim zümrələr arasında ziddiyətlər kəskinləşmişdir. Nabonidus kahin zümrəsinin yüksək nüfuzunundan ehtiyat edərək, onu endirməyə çalıçırdı. Bunun üçün o, Babildə Sin tanrısını baş tanrı etmişdir. Lakin ənənəvi Mərduk tanrısının kahinləri bununla razılaşmaq istəməmişdirlər. Əvvəlcə Nabonidus problemləri həll edə bilmişdir. Üsyanlar yatırılmış, daha sonra Şimali Ərəbistanda yeni ərazilər fəth edilmişdir. Orada Teymə şəhəri inşa edilmiş və çarın iqamətgahı oraya köçürülmüşdür. Babili isə Nabonidusun oğlu Bel-Şar-Usur (Valtasar) idarə edirdi. Lakin sonra imperiyada vəziyyət yenə də mürəkkəbləşmişdir. Daxildə cəmiyyətin müxtəlif zümrələri çarın apardığı siyasəti bəyənmirdilər. Bu zaman Babilə İran orduları daxil oldular. Nabonidus onlara məğlub olub, əsir götürülmüşdür. Onun oğlu isə Babil uğrunda gedən döyüşdə oldürülmüşdür. Bundan sonra Babilin bütün ərazisi İran imperiyasının tərkibinə qatılmış və bu dövlət tarixdən silinmişdir. аBabil möcüzələri аI Nəbukadnəzar çarlığı zamanı Babil Yaxın Şərqin ən inkişaf etmiş dövləti olmuşdur. İctimai həyatın hər bir sahəsində iqtisadi inkişaf və mədəni dirçəliş müşahidə edilirdi. Babil Qədim şərqin ən büyük şəhəri olmuşdur. Onun əhalisinin sayı 200000 minə çatmışdır. Şəhərin bir tərəfində böyük çar sarayı, başqa tərəfində isə, Esagila adlanan, babillilərin əsas tapınaqı (məbədi) yerləşmişdir. Bu dördkünc tapınaqın hər tərəfinin uzunluğu 400 metrə olmuşdur. Esagilanın yanında uzunluğu 91 metrəyə çatan Etemenanki (sümercə УCənnət ve Dünyanın quruluşuФ) adlanan qülləsi (ziqquratı) inşa edilmişdir. Onun ən yüksək yerində Mərduk tanrısının məbədi yerləşirdi. Bəlkə də məhz bu ziqquratı yunanlar Уdünya möcüzələrindənФ biri hesab edirdilər.
tərəflərinin uzunluğu 40 metrəyəçatmışdır. Üst təbəqələr isə uzunluğları 25 metrəyə çatan sütunlar üstündə durmuşdur. Hər təbəqə əvvəl asfaltla qarışmış
qamışla, sonra qirs məhlulu ilə bərkidilmiş iki lay kərpiclə döşənmişdir. Bunların üstü qurğuşum plitələrlə bərkidilmişdir. Bu cür mürəkkəb bünövrə, o təbəqələrdə bitən bitkilərin suvarılması zamanı suyun alta axmasının qarşısının alınması üçün qurulmuşdur. Bu bünövrənin üstü müxtəlif yerlərdən gətirilmiş münbit torpaqla döşənmişdir. Onun üzərində müxtəlif növ ağac və başqa bitkilər əkilmişdir. Onları imperiyanin müxtəlif yerlərindən və hətta xarici ölkələrdən gətirmişdilər.Uzaqdan bu piramida yaşıl təpəlik kimi görsənirdi.
E.ə. IV əsrdə Babil Makedoniyalı İsgəndər tərəfindən istila olunmuş və o, bu şəhəri öz imperiyasınin baş şəhəri elan etmişdir. İsgəndər Уasma bağlardaФ Butün bu tikililər bizim zamanəmizə çatmamışdır. Onların xarabalıqları arxeoloqlar tərəfindən tapılmış və ehtimal olunan görkəmləri rekonstruksiya edilmişdir. аBabil elmiа Babildə müxtəlif elmlər inkişaf etmişdir. Elmi fəaliyyətlə əsasən kahinlər məşğul olurdu və onlara dini don geydirilirdi. Ən inkişaf etmiş elmlərdən biri riyaziyyat olmuşdur, çünki hesabat kahinlərə astroloji nəzəriyyələrin qurulması işinə xidmət edirdi və məbədlərin nəzrindəki məktəblərdə tədris olunurdu. Lakin sonra riyazi hasablama həyatın başqa sahələrində (məsələn, suvarma kanallarınin inşasında, əkin sahələrinin olçülməsində və s.) də istifadə olunmağa başlamışdır. Bəzi hallarda Babil riyaziyyatçılarının nailiyyətləri gələcəkdə yaranan yunan elminin nailiyyətlərindən daha əhəmiyyətli olmuşdur. Məsələn babillilər, yunanlardan fərqli olaraq, bu gün olduğu kimi, rəqəmlər nə qədər böyük olursa olsun, onların ifadə edilməsində az simvollarından (və yə hərflərdən) istifadə ediblər. Yəni ən böyük rəqəmlərin yazılışı qısa olmuşdur; bu gün olduğu kimi, hər şey eyni rəqəm işarəsinin harada qoyulmasından asılı olmuşdur[4]. Bu da hesabat aparmaq üçün əlverişli və rahat olmuşdur. Bu cür hesabat sistemi nə yunanlarda, nə romalılarda olmuşdur. Romalıların rəqəmləri çox nəhəng və hesablamalar üçün əlverişsiz idi. Lakin müasir, əsası onrəqəmli olan, hesabat sistemindən fərqli olaraq, babillilərin hesablamalarının əsasında altmış rəqəmli sistem durmuşdur. Bu sistemdən Babil kahinləri düzbucaqlı üçbucaqların xüsusiyyətlərindən istifadə edərək, planimetrik[5] məsələləri həll edirdilər. Beləliklə onlar Pifaqor teoremini yunanlardan bir neçə əsr öncə həll etmişdirlər. Stereometriya[6] sahəsində isə onlar kəsik piramidanın həcmini ölçə bilmişdirlər. Bundan başqa, Babildə handəsə elmi yaranmışdır. Onlar bu qün də riyaziyyatda işlənilən köklərdən də istifadə edirdilər.
Məlumdur ki, babillilər heyvan, bitki və daşları qələmə alaraq, onları sistemləşdirmişdirlər. Filologiya sahəsində də kahinlər uğurlar əldə etmişdirlər. Onlar həm sami, həm də şümer dillərindən istifadə edərək, ilk dəfə onların qrammatik quruluşlarını tədqiq etmişdirlər. Babildə müəyyən dərəcədə tarix elmi də olmuşdur. Təxminən e.ə. 2100-cü ildə orada УÇarların siyahısıФ adlı bir mətn yazılmışdır. Orada çarlığın göydən enməsi və silsilə şəklində yerdə davam etməsi haqqında məlumat verilir və çarların adları şəkilir. Göründüyü kimi, tarixi məlumatlar da orada mistik xarakter daşıyırdı. Sonra bu ənənə başqa yerlərdə də davam etdirilmişdir. Çarlıq müqəddəs təsəvvür edilirdi, gələcəkdə isə onlar Tarının yerdəki nümayəndələri kimi tanınırdılar.
qurmuşdurlar və onların həyatının bütün sahələri ilə yaxından tanış idilər[7]. Fales, Pifaqor, Platon və başqa yunan filosofları Yaxın Şərqə səyahətlər edib, buranın elmi ilə tanış olmuşdurlar. Bundan sonra onlar Yunan polislərində elmi və fəlsəfi məktəblər açmışdırlar. Daha sonra isə yunan elmi gələcəkdə inkişaf edən müsəlman və müasir Avropa elminin inkişafına təkan vermişdir.а
Babildə astrologiya[8] və astronomiya[9] аMesopotamiyada göy cismlərinə həsr olunan elmlər çox inkişaf etmişdir. Onların hamısı mistika və dini inanclara bağlanırdılar. Orada bu sahədə olan bilgilər toplanıb, sistemləşdirilirdi. Qədim astronomlar göy cismlərinin hərəkətlərini diqqətlə müşahidə edib, onların qanunauyğunluqlarını tapıb, göyün quruluşunu əks etdirən xəritələr tərtib edirdilər, bunlarla bağlı terminlərin təriflərini verirdilər. O zaman alimlər əsasən kahinlər olmuşdurlar. Buna görə də onlar göy cismləri ilə bağlı olan elmləri dini inanclar müstəvisinə keçirib, onların hər bir insanın həyatına və dünya hadisələrinə təsir etməsini iddia edirdilər.
Qədim Babil münəccimləri əsasən ölkənin, çarların, havanın, məhsulun gələcək aqibətlərinin necə olması haqqında xəbərlərin verilməsi ilə məşğul olmuşdurlar. Onlar hələ hər bir şəxsiyyətin taleyinə və gələcəyinə dair xəbərlərə o qədər də əhəmiyyət verməmişdirlər. Şümer inanclarından istifadə edərək kahinlər bütün göyü Enuma, Anu və Enlil (babillilərdə Iştar, Sin və Şamaş) tanrılarının sahələri olan üç hissəyə bölmüşdürlər. Bu üçluk və ya triada müqəddəs sayılırdı. Beləliklə, üç rəqəmi sümer və babillilər üçün müqəddəs sayılırdı.
аУMul ApinФ lövhələrinin səkkizinci hissəsi УAya doğru aparan yolФ adlanır. Burada Zodiakın[17] ilk dəfə olaraq, bu yolda bürclərin qurşağı olması iddia edilir[18]. Bu bürclər tanrıların rəmzləri kimi düşünulürdü. Təxminən 1000-ci ildə babillilər ay yolunda 18 bürcün olmasına inanırdılar. Aşağıda onların adları, tərcüməsi və müasir ekvivalentləri verilmişdir:
Daha sonra Babildə Zodiak bürclərinin sayı 18-dən 12-yə enmişdir və bundan sonra, bu günə qədər, astroloqlar onları bu sayda qəbul etmişdirlər. 12 rəqəmi də Babildə 3 və 7 rəqəmləri kimi müqəddəs sayılırdı.
Tədqiqatçılar Babil astrologiyasının inkişafını və onunla bağlı sehrin, cadunun və ovsunun yayılmasını babillilərin göy cismlərinin tanrılaşdırılması ilə əlaqələndirirdilər. Doğrudan da, onlar planet və ulduzları tanrılar hesab edib, onlara tapınmışdırlar. Buna görə də onlara ulduzpərəst deyirdilər. Bəziləri isə hesab edirlər ki, babillilər yalnız simvolik olaraq göy cismlərini tanrılarla əlaqələndirirdilər və o qədər də çox onlara tapınmırdılar. Lakin bu tapınma nə qədər də simvolik olsa belə, babillilərin əksəriyyətinin bütpərəst olmaları, və astroloji simvolların tanrılarla bağlı olduğu şübhəsizdir. Bundan əlavə, astrologiyanın bütpərəst dinlər və kultlarla əlaqəsi olduğunun ən güclü dəlili,а münəccimlərin kahinlər zümrəsinin nümayəndələrindən olmasıdır. Onlar astrologiyanı tanrıların iradəsi və istəklərini bilmək üçün yaradıb, inkişaf etdirmişdilər, göy cismlərini isə simalaşdırıb, onlara tapınırdılar.
[1] УÇar Hammurapinin qanunlarınınФ rus dilinə tərcüməsi burada yerləşir. Ədəbiyyat: ─№ ъюэют ╚.╠.а ╟ръюэ√ ┬ртшыюэшш,а └ёёшЁшш ш ╒хЄЄёъюую ЎрЁёЄтр // ┬хёЄэшъ фЁхтэхщ шёЄюЁшш.а 3.а 1952. ╤.225-303 . [2] ┬шъшяхфш // ╤хьшЁрьшфр. [4] Məsələn, 101 rəqəminin yazılışında 1 rəgəmini hansı yerdə qoyulmasından asılı olaraq fərqli məna alınır. Əvvəldə qoyulanda yüzü, sonda isə biri ifadə edir. [5] Həndəsənin səth üzərindəki fiqurlardan bəhs edən elm. [6] Handəsənin səthlərin və cisimlərin fəzada qarşılıqlı vəziyyətlərindən bəhs edən bölməsi. [7] ╚ёЄюЁш ЇшыюёюЇшш т ъЁрЄъюь шчыюцхэшш (╧хЁ. ё ўх°. ╚.╚. ┴юуєЄр). ╠.: ╠√ёы№, 1991, s. 9. [8] Astrologiya Ц dünya hadisələrinin və insan həyatının göy cisimlərinin hərəkətindən asılı olmasını iddia edən elmdir (У╩ЁєуюётхЄФ Ensiklopediyası) [9] Astonomiya Ц göy cismlərinin quruluşu və inkişafı, onların sistemləri və ümumiyyətlə bütün kainat haqqında elmdir (Böyük Sovet Ensiklopediyası) [10] Dossin, Georges. "Lettre du divin Asqudun au roi Zimrilim au sujet d'une éclipse de lune." Compte-rendu de la seconde rencontre assyriologique internationale par le Group Françoise Thureau- Dangin. Paris: Imprimerie Nationale, 1951, pp. 46-48. [11] Langdon S. Fosheringham. The Venus Tablets of Ammizaduga. Oxvord, 1928. [12] Heliaktik doğuş - planet və ulduzların, günəşin göyün o yerində yerləşməsi səbəbindən, müvəqqəti gözə görsənməmə müddətindən sonra ilk səhər doğuşudur. [13] Astrolabium (latın sözüdür) - astroniomiyada XVIII-ci əsrə qədər işlədilmiş bucaqları ölçən cihaz. [14] İngiliscə mətni burada verilmişdir http://www.geocities.com/astrologymulapin/index.htm [15] Qoroskoplar - konkret anda (məsələn uşağın doğumu anında) planet və ulduzların düzülüşünü əks etdirən cədvəllərdir. [16] ┬рэ фхЁ ┬рЁфхэ. ╧Ёюсєцфр■∙р ё а эрєър II. ╨юцфхэшх рёЄЁюэюьшш. / ╧хЁхтюф ё рэуы. ├.┼.╩єЁЄшър, ╧юф Ёхф. └.└.├єЁ°Єхщэр, ╠юёътр: ═рєър, 1991, ё. 58. [17] Zodiak (yunanca zoon Ц heyvan və diakos - çarx) - göy kürəsində əsasən heyvanları simvolizə edən bürclər qurşağıdır. Bu qurşaq ekliptika (günəşin göy səmasında dairəvi illik yolu) boyu uzanır. Enniliyi ekliptika boyunca 8 dərəcədir. |