Simvol |
Babildə |
Yunanıstanda |
Romada |
|
Sin |
Selena |
Luna |
|
Nərqal |
Ares |
Mars |
|
Nəbu |
Hermes |
Merkuri |
|
Mərduk |
Zevs |
Yupiter |
|
İştar |
Afrodita |
Venera |
|
Ninurta |
Kronos |
Saturn |
|
Şamaş |
Helios |
Sol |
Bəzi müasir Avropa dillərində, bu günə qədər, həftənin günləri, qədim babillilərdə, sonra isə yunanlarda və romalılarda olduğu kimi, bu planetlərin tanrılarının adlarını daşıyır:
Azərbaycan türkçəsində |
Latınca |
Fransızca |
İtalyanca |
İspanca |
Bazar ertəsi |
Dies Lunae |
Lundi |
Lunedi |
Luni |
"ərşəmbə axşamı |
Dies Martis |
Mardi |
Martedi |
Marti |
"ərşəmbə |
Dies Mercurii |
Mercredi |
Mercoledi |
Miercuri |
Cumə axçamı |
Dies Jovis |
Jeudi |
Giovedi |
Joi |
Cumə |
Dies Veneris |
Vendredi |
Venerdi |
Vineri |
Şənbə |
Dies Saturni |
Samedi |
Sabato |
Simbata |
Bazar |
Dies Solis |
Dimanche |
Djmenjca |
Duminica |
Mesopotamiya xalqlarının inanclarına görə, tanrılar dünyanı idarə edirdilər. Lakin onlar da əbədi qanuna və ya qanunauyğunluğa tabe olmuşdurlar. Yəni tanrılar dünya hadisələrin təbii axarına müdaxilə edə bilmirdilər. Bu qanunauyğunluq hər bir şeydən yüksək və müqəddəs hesab olunurdu.
Mesopotamiyanın müxtəlif yerlərdə tapılmış mətnlərin əsasında, kahinlərin ümumi dünyagörüçünün nədən ibarət olduğunu təsəvvür etmək mümkündür. Onlar yeri göyün əksi kimi təsəvvür edirdilər. Kainat isə dünya okeanında üzür. Göylər müxtəlifdir: yüksək göy Anu tanrısına, orta göy isə Mərduk başda olmaqla igiqlərə məxsusdur. İgiqlər isə, Şümer-Akkad panteonunun baş tanrıları olmuşdurlar. Hesab olunurdu ki, onlar kainatın əsasını təşkil edən ünsürlərin təcəssümüdür. Onlardan yeddisi ən yüksək tanrılar olmuşdurlar: Anu, Enlil, Ea, Sin, Şamaş, Mərduk, İştar. Onları insanlar görmürlər. Görünən göy ən aşağılarda yerləşir və onun üzərində ulduzlar vardır. Yerdə olan hər bir şey göylərdə olanların əksidir. Yəni əslində göylərdə olan şeylər həqiqidir, yerdəkilər isə yalnız onların obrazlarıdır. Buna görə da, göyləri tədqiq edərək, yerdəki hadisələri anlamaq və proqnozlaşdırmaq olar. Babil astrologiyası da bunun üçün yaranmış və inkişaf etmişdir. Göründüyü kimi, bu cür fikirlər bir neçə əsr sonra yunan filosofu Platon tərəfindən ifadə edilmişdir. O da dünyanı ideal aləmin əks olunması kimi təsəvvür edirdi.
Babildə çar hakimiyyəti müqəddəs sayılmışdır. Diri və ölmüş çarlar tanrılaşdırılmışdır və adi adamlar onları tanrı kimi qəbul etmək və onların "ilahi" hakimiyyətlərinə tabe olmaq məcburiyyətində qalmışdırlar. Başqa tərəfdən Babil kahinləri müxtəlif tanrıların kultlarını tətbiq edərək, onların şərəfinə nəhəng məbədlər ("zikkurat"lar) inşa edib, cəmiyyətdə dini dünyagörüşü mühitini təmin edərək, insanları özlərinin psixoloji və mənəvi təsiri altında saxlamışdırlar. Kahinlər zümrəsi çox nüfuzlu və zəngin olmuşdur. Məbədlərdə külli miqdarda sərvət yığılmış, tanrıların və tanrılaşdırılmış çarların şərəfinə qurbanlar kəsilirdi. Tanrılara nəzirlərin verilməsi və qurbanların kəsilməsi hər bir adamın borcu olmuşdur.
|
Babildə, bütün Mesopotamiyada olduğu kimi, məbədlərin fəaliyyəti ən geniş ictimai sahələri əhatə edirdi. Torpaq əraziləri, çeşidli iri və xırda buynuzlu heyvan növləri, kölələr, pul, cavahirat, daşınmaz əmlak və s. onların mülkiyyətində olmuşdur. Kahinlər uzaq və yaxın ölkələrlə karvan və dəniz ticarəti; çeşidli maliyyə əməliyyatları; daşınmaz əmlak alverini aparıb və mülkiyyətlərində olan evləri və bağları icarəyə verirdilər. Bundan başqa, onlar sələmçiliklə də məşğul olurdular. Məbədlərin nəzrində emalatxanalar da fəaliyyət göstərirdilər. Eyni zamanda, məbədlər mədəniyyət və maarif mərkəzləri olmuşdurlar. Orada kitabxanalar və məktəblər fəaliyyət göstərirdi. Beləliklə bütün bunlardan əldə edilmiş böyük sərvətlər kahinlərin həddən artıq zəngin və varlı sinfə çevrilməsinin əsasını təşkil etmişdir. Səmalarda olan tanrılar, tanrılaşdırılmış çarlar və qəhramanlardan başqa qədim babillilər müxtəlif ruhlara inanırdılar. Onların çoxusu yerdə, havada və suda yaşayan şər ruhlar olmuşdur. Bu şər ruhlar bədbəxtçiliyin və xəstəliklərin təcəssümü kimi təsəvvür edilirdilər. Onlarla "mübarizə" aparmaq üçün, kahinlər müxtəlif dualar tərtib edib, əhali arasında yayırdılar. Şər qüvvələrdən biri Lamaştu adlandırılan aslan başlı qadın olmuşdur. Babillilərin inanclarına görə, o, yeraltı dünyadan yuxarı qalxaraq bədbəxtçiliklər gətirirdi. Şərdən "qorunmanın" başqa yolu gözmuncuqların tətbiq edilməsi olmuşdur. Eyni zamanda, kahinlər xəstəliklərə qarşı da dualar tərtib edərək, insanların, onların vasitəsi ilə, şəfa tapa bilməsini iddia edirdilər. Bütün bu adətlər müxtəlif xalqlar arasında bu günə qədər qalmaqdadır. |
Babildə falçılıq çox dəbdə olmuşdur. Bu işlə "baru" adlanan kahinlər məşğul olurdular. Onlar fala yuxu yozmaları, su üzərində olan yağ ləkələri, quşların uçuşu, heyvanların hərəkəti əsasında baxırdılar.
Lakin ən çox bütlər şərəfinə kəsilmiş heyvanların iç orqanları, xüsusən qaraciyərləri, üzərində fala baxılırdı. Gələcəkdə Babil falının bütün növrəri başqa xalqların arasında da yayılmağa başlamışdır. Yunanlar bu fal növlərini mantika adlandıraraq, onlardan geniş istifadə edirdilər. Bizim zamanəmizdə də bütün bu cür fal növləri və texnikaları galmaqdadır.
Babilin simvolu, himayəçisi və ən ulu tanrısı Mərduk olmuşdur. Əslində bu Babil tanrısının obrazı şümerlərin Enlil (və ya Bel) tanrısının obrazı ilə qarışdırılmışdır və ona çox vaxt Bel-Mərduk deyilirdi. Onun haqqında "Enuma Eliş" əsatirində rəvayət edilmişdir. Babil başqa regionları özünə tabe etdirmişdirsə,
Babildə çarlar və ticarət elitaları, bu gün olduğu kimi, dini zümrələrin həddən çox artmış nüfuzuna garşı çarpışaraq, müxtəlif vasitələrdən istifadə edirdilər. Bu vasitələrdən biri, bir monolatriyanı başqası ilə əvəz edilməsi olmuşdur. Belə ki, kahinlərə qarşı çarpışmış Babilin sonuncu çarı Nabonidus, dini islahatçılıq siyasətini aparmış və ənənəvi Mərduk kultunu ay tanrısı Sinin kultu ilə əvəz etməyə çalışmışdır. Lakin bu islahat uğursuz başa çatmışdır. Babil kahinləri Nabonidusun siyasətinə etiraz edərək, ona qarşı güclü müxalifət yarada bilmişdirlər. Onlar Babul dövlətini zəyiflətmiş, onun İran imperiyası tərəfindən istila edilməsi üçün zəmin yaratmışdır və hətta bu barədə iranlılarla gizli danışıqlar aparmışdırlar. Əvəzində İran şahları onlara Mərduk kultunun qorunması və onların nüfuzlarının saxlanılmasını vəd etmişdirlər. Beləliklə Nabonidusun dini islahat cəhdi uğursuzluqla nəticələnmiş və sonda Babil imperiyasının mövcudluğuna son qoyulmuşdur.
Ədəbiyyat:
1. Gillman K. Twelve Gods and Seven Planets.
2. Russell R. Ancient Babylonia.
3. Theophilus G. Pincnes. The religion of Babilonia add Assyria.
4. Casselman L. Marduk - God of Babylon.
5. Oates J. Babil. Ankara ,2004.
6. Friedell E. Mısır Ve Antik Yakın Doğunun Kültür Tarihi. Ankara, 2006.