Aydın Əlizadə

Qədim Misirin qısa tarixi icmalı

Misir Afrika qitəsinin şimal-şərq hissəsində yerləşir. Ölkənin şimalı Aralıq dənizinin suları ilə əhatə olunur. Orada Sina yarımadası vasitəsi ilə ölkənin Yaxın Şərqə çıxışı vardır. Burada Qədim zamanlarda yalnız Nil çayı hövzəsinin ətrafı Misir ölkəsi sayılırdı. Bu çayın mövcud olmasına görə orada ən qədim zamanlarda əkinçilik və heyvandarlıq üçün əlverişli imkanlar yaranmışdır və bu region, Mesopotamiya ilə birlikdə, bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Nil çayının və oradakı ərazilərin Aralıq dənizinə yaxınlaşan hissəsi üçbucaq şəkilli olduğuna və eyni adlı yunan hərfinə bənzədiyinə görə oraya “Delta” deyilir. ‘Delta’da yerləşən vilayətlər bu çaydan, bir çox məcralarla axdığına görə, həmdə xarici basqınlardan qorunmaq üçün istifadə edirdilər.

Misirin ərazisində qədim insanlar suvarma sistemlərini yaratmış, daş və misdən düzəldilmiş əmək alətlərindən istifadə etmişdirlər. Əmək fəaliyyətinin nəticəsində orada yüksək mədəniyyətin yaranması mümkün olmuşdur. Bütün işlərin görülməsində kölə əməyindən geniş iftifadə olunurdu. Qədim misirlilər sami xalqları qrupuna daxil olmuşdurlar, lakin onların başqa Afrika, Avropa və Asiya xalqları ilə qarışması faktları da tarixdə olmuşdur.

E.ə. V-IV-cü minilliklərdə, ibtidai icma quruluşunun dağılmasından sonra, Misirdə tədricən kiçik dövlət qurumları yaranmışdır. Sümerdə olduğu kimi, hər bir vilayət müstəqil ərazi olmuşdur. Onların baş şəhərləri, idarə etmə sistemləri, orduları və tanrıları olmuşdur. Bu vilayətlər bir-birləri ilə ittifaq qururdurlar və ya savaşırdırlar. Lakin sonra birləşmə meylləri artmış və olkə ikiyə - yuxarı (şimal) və aşağı (cənub) hissəyə bölünmüşdür. Bu hissələrin çarları savaşlar aparmış və ölkənin birləşdirilməsi üçün cəhdlər etmişdirlər. Bu dövrə Misirin “sülalələr öncəsi dövrü” deyilir. E.ə. III-cü minilliyə aid olan bir daş lövhəsində qədim Misirin şimal çarlarının siyahısı verilmişdir. Lakin ola bilsin ki, onlar çarlar deyil, tayfa və ya şəhər başçıları olmuşdurlar.

Ümumiyyətlə o dövrlər haqqında bilgilər çox azdır və “sülalələr öncəsi dövrü” nə vaxta qədər davam edib, demək çətindir. Hər halda artıq e.ə. III minillikdə vahid dövlət mövcud olmuşdur və burada 2 çar sülaləsi olmuşdur və bu tarixdən Misir dövlətinin tarixi başlanır. Misir çarlarıni “firon”lar adlandırırlar. Hesab olunur ki Misirin 30-a yaxın çar sülalələri olmuşdur.

Misirin qədim tarixi eramızdan əvvəl IV-III əsrlərdə yaşamış Manefon (yunanca Manethon) adlı tarixçi tərəfindən qələmə almışdır. O Heliopolis şəhərinin kahini olmuşdur. Onun tarix əsəri bizim zamanəmizə qimən, başqa müəlliflərin əsəlləri vasitəsi ilə çatmışdır. Məhz Manefon Misir tarixini 30 firon sülalələri ilə vermiş və bu bölgü tarix elmində qəbul olunmuşdur. Manefon gələmə aldığı hadisələrin şahidi olmasa da, çox etibarlı qaynaqlarla, sənədlərlə, qədim tarixçilərin əsərləri ilə işləmiş və onlara istinad etmişdir.

Ən qədim zamanlardan başlayaraq, Misir dünya mədəniyyətinin mərkəzlərindən biri olmuşdur. Orada Manefonun bögüsünə görə hələ 1-ci sülalənin hakimiyyəti dövrünə aid olan misdən və başqa növ metallardan düzəldilmiş əmək alətlərindən (baltalar, bıçaqlar, mismarlar, çəkiclər, iynələr və s.) istifadə edirdilər. Bunlar arxeoloji qazıntılar zamanı məzarların birində tapılmışdır. Məsələ burasındadır ki, misirlilər ölənlərin dirilməsinə və bu əşyalardan istifadə etməsinə inanırdılar. Onları ölulərlə birlikdə məzarlara qoyurdular. Eyni zamanda, həmən dövrdə onlar daş alətlərindən də istifadə etmişdirlər. Bunlardan başqa, məzarlarda kətan parçasınin qalıqları və iplər də tapılmışdır. Deməli o zaman Misirdə parça tikilişi də olmuşdur.

Həmən dövrlərdən başlayaraq, Misirdə Nil çayı boyu şəhər və qəsəbələr salınmışdır. Tikinti zamanı kərpicdən və taxtadan istifadə edilmişdir. Misirlilər artıq taxta məmulatlarından, mis, gil və saxsı qablardan da məişətdə geniş istifadə edirdilər. Əkinlərinin suvarılması üçun misirlilər kanallar qazıb, Nil çayının sularını uzun məsafələrə apara bilmişdirlər. Əkin sahələrində müxtəlif yeməli bitki növləri, o cümlədən buğda, üzüm əkilirdi. Misirlilər xırda və iri buynuzlu heyvanları, eşşəkləri, atları saxlayıb, otarırdılar. Buna dəlil kimi qədim qablar üzərində olan rəsmləri gətirmək olar. Ölkədə bütün ağır isləri kölələr görürdülər. Aramsız savaşlar nəticəsində Misirə minlərlə hərbi əsir gəlirdi. Onların hamısı kölə olub, müxtəlif sahələrdə işləyirdilər.

İlk yazı nümunələri də o vaxtlar yaranmışdır. Yazarlar “papirus” (yunanca pápyros) adlanan bitkinin gövdəsindən emal edilmiş lülə halında bükülmüş kağızlardan istifadə edirdilər. Papiruslar sonra bütün antik dünyada istifadə edilirdi. Yazılarda misirlilər əlifbadan deyil, heroqliflərdən istifadə edirdilər. Heroqliflər sözlərin, cümlələrin və müxtəlif mənaların işarəli ifadəsi olmuşdur.

ЕГИПЕТСКИЕ ИЕРОГЛИФЫ
Misir heroqlifləri

Vahid dövlətin yaranması (I-II sülalələr, e.ə. 3000 — 2778 illər)

Beləliklə, yenə Manefonun təsnifatına görə qədim Misir tarixi bir neçə dövrə bölünür: ən qədim, qədim, orta, yeniən yeni.
Misirin şimal və cənubu birləşəndən sonra, birləşmiş ölkə fironlar tərəfindən idarə olunurdu. Onlar çox vaxt tanrılaşdırılmış və Horus tanrısının təcəssümü kimi təsəvvür edilirdilər. Fironların ölkənin hər iki hissəsini simvolizə edən aq və qırmızı rəngli iki tacı olmuşdur. Onların çoxlu sayda məmurları, canişinləri, xidmətçiləri də var idi. Onlar dövlət işlərini aparmışdırlar.

Rəvayətlərə görə, ola bilsin ki, vahid Misirin birinci hökmdarı Menes olmuşdur. O cənublu idi və şimal çarlığa qalib gəlib, ölkəni birləşdirə bilmişdir. Bəlkə də o 1-ci sülalənin yaradıcısı olmuşdur. Lakin başqa rəvayətlərə görə, hələ 1-ci sulalə bərqərar olmamışdan öncə, Misir artıq birləşmişdi. Ola bilsin ki, 1-ci sülalədən öncə ölkədə birləşmə prosesləri başlanmış, və birinci fironlar dövründə başa çatmışdır. Yenə rəvayətə görə Menes birləşmiş Misirin baş şəhəri olmuş Memfisi inşa etmişdir. Lakin qədim bir abidənin üzərində şimali Misirə qalib gələn və ölkəni birləşdirən adamın adı Narmerdir. Bəlkə də Menesi həm də Narmer çağırırdılar. Hər halda bu məsələ aydın deyil.

II-ci sülalənin fironları özlərini Horusun deyil, Set tanrısının təcəssümü kimi ifadə edirdilər. Bu sülalənin sonuncu fironları isə hər iki Tanrını öz himayədarları kimi qəbul etmişdirlər.

Qədim tarix (III-VI-cı sülalələr, e.ə. 2778 — 2263 illər)

Misirdə vahid dövlət yaranandan sonra, fironlar öz hakimiyyətlərini genişləndirməyə, nüfuzlarını artırmağa çalışmışdırlar. Bunlara nail olmaq üçün onlar qonşuları ilə savaşlar aparmışdırlar. III-cü sülalədən olan firon Zoserin (e.ə. 2635—2611) dövrundə Misir çox güclənmişdir. O mis və filizi ilə zəngin olan Sina yarımadası uğrunda oradakı köçəri tayfalarla uğurlu savaşlar apararaq o əraziləri öz ölkəsinə qatmış və oranı idarə etmək üçün canişinini təyin etmişdir. Cənubda isə o həbəşləri məğlub edə bilmişdir. Rəvayətlərə görə Zoser müxtəlif tanrıların kahinlərini razı salaraq, onlara böyük ərazilər və əmlak hədiyyə etmişdir. Zoserin yardımçısı məşhur vəziri İmhotep olmuşdur. O həmdə Misirin baş kahini olaraq, ölümündən sonra tanrılaşdırılmışdır. Məhz İmhotep fironların dəfn olunan yeri kimi məşhur Misir piramidalarının inşa edilməsi təşəbüsü ilə çıxış etmiş və onların layihəsini təklif etmişdir. İlk piramida firon Zoser üçün inşa edilmiş və bu gün də Qahirənin yaxınlığında yerləşən Saqqara kəndində tarixi abidə kimi qalmaqdadır. Bu cür nəhəng tikililərin qurulması üçün savaşlar zamanı kölələrin əməyindən istifadə olunurdu. Minlərlə kölələr bu ağır və əzablı işə cəlb olunmuşdur və onların canları bahasına piramidalar ucaldırılmışdır. Onlar tikinti üşun lazım olan nəhəng daşları və başqa materialları uzaqlardan gətirirdilər. Herodotos (Tarix II, 124-125) hətta yüz minlərlə qulların bu işdə içtirak etməsi və gecə-gündüz işləməsi haqqında məlumat vermişdir.

Ступенчатая пирамида Джосера в Саккаре.
Sakkarada pilləli Zoser piramidası

IV-cü sülalənin fironları (məsələn firon Sinefru) da şimal və cənubda qonşuları ilə savaşlar aparmış və uğurlar əldə edə bilmişdirlər. Onların dövründə Nil çayında gəmiçilik inkişaf etmişdir.

V-ci sülaləsinin hökmdarları əslən Heliopolis şəhərindən idilər. Buna görə də bu şəhərin baş (günəş) tanrısı ‘Ra’nın kultunu dövlət səviyyəsinə ucaltmışdırlar. Bu kult gələcəkdə Misir tarixində çox əhəmiyyətli rol oynamışdır və fironlar özlərini günəş tanrısı ‘Ra’nın oğulları kimi tanıdırdılar.

VI-ci sülalənin ən tanınmış fironları I Pepi və onun oğlu II Pepi (e.ə. 2278—2184) olmuşdurlar. Onların fironluğu dövründə böyük uğurlar əldə edilmişdir, ölkə möhkəmlənmişdir. 

II Pepi hakimiyyətə 6 yaşında gəlmiş və 94 il Misiri idarə etmişdir. Onun hakimiyyəti dünya tarixində ən uzun sürən hakimiyyət sayılır. II Pepinin qoşun başçısı Hirhuf hətta Afrikanın ekvatorial hissəsinə qədər yürüş etmiş və oradan çoxlu sayda qara dərili kölələr gətirmişdir. Lakin bu uğurlara baxmayaraq, sonda vilayət canişinlərinin nüfuzu artmağa başlamışdır və bu proses II Pepinin varislərinin fironluğu zamanı ölkənin parçalanması ilə başa çatmışdır.

Birinci keçid dövrü (VII- Х-cu sülalələr, e.ə. 2263 — 2160 illər)

VII-ci sülalənin hakimiyyəti dövründən başlayaraq Misirdə mədəniyyət və dövlətçilik sahələrində geriləmə prosesləri baş verirdi. Ölkə dağınıq vəziyyətdə olmuşdur və həttas xarici basqınlara məruz qalırdı. Bəzi fironlar yenə də ölkəni birləşdirmək və güvvətləndirmək istəsələr də, buna nail ola bilməmişdirlər. Bu zaman fironlar öz iqamətgahlarını Memfisdən Herakliopolisə keçirmişdirlər.

Orta dövr tarixi (ХI- ХII-ci sülalələr,  e.ə. 2160-1785   illər)

Qədim Misirin orta dövr tarixi Tebes şəhərinin hökmdarının (ХI-ci sülalə) güclənməsi ilə başlamışdır. Onlar cənub vilayətləri öz hakimiyyəti altında birləşdirə bilmişdirlər. Sonra Tebes hökmdarı Mentuhotep Helliopolisdəki zəyifləmiş firon sülalısini devirmişdir və özünü firon elan etmişdir. Sonra isə onun vəziri Amenemtah hakimiyyəti ələ keçirmiş və bu hadisə ilə ХII-ci sülalənin hakimiyyəti başlanmışdır. Çox vaxt bu sülaləni “Amenemtah”lar və ya ”Senustret”lər (e.ə. 1991 − 1783 illər) sülasəsi adlandırırlar. Firon III Senustret Misiri yenə də hərbi, mədəni və iqtisadi cəhətdən qüdrətli dövlətə çevirə bilmişdir. O dövrdə fironlar başqa xalqlara qarşı qərbi yürüşlər həyata keçirmişdirlər. Cənubda, Nubya (müasir Sudan) ölkəsi fəth edilib, orada qızıl mədənləri kəşf edilmişdir. İstilalar zamanı Misirə böyük miqdarda maddi sərvət və qullar gətirilirdi. Bunun nəticəsi olaraq, ölkədə iri miqyaslı inşaat işləri görülüb, yollar çəkilib, suvarma kanalları qazılmışdır. Misirin Aralıq dənizi hövzəsində də nüfuzu artmış, qonşu xalqlar misirlilərlə hesablaşmaq məcburiyyətində qalmışdırlar. Girit (Krit) və Kıbrıs (Kipr) adaları, Yunanıstan və İtaliya şəhərləri ilə intensiv ticarət və mədəni əlaqələri qurulmuşdur. Beləliklə Misir o dövrdə Yaxın Şərqin ən güclü olkələrindən biri olmuşdur.

İkinci keçid dövrü (ХIII-XVII -ci sülalələr, e.ə. 1785-1580 illər)

Lakin, bu uğurlara baxmayaraq, yüksəliş düvrünü yaşayan Misirdə istibdad və ədalətsizlik halları artmış, ətrafda yaşayan xalqlar isə qarət olunurdu. Buna görə Misirdə ədalətsizlikdən bezən xalq usyana qalxmış və fironları devirmişdir. Bundan sonra ölkə parçalanmış və e.ə. 1640-cü ildə şərqdən gələn “hiksos” (qədim misir dilində “heka-şasu”) adlanan tayfalar tərəfindən istila edilmişdir. Bu tayfaların mənşəyi bilinmir. Bəzi alimlər onların sami, başqaları isə hurri, hitti, mitannili, hətta elamlı olduqlarını iddia edirlər. Bəlkə də onlar bu xalqların qarışması nəticəsində yaranan bir tayfalar olmuşdurlar. Bundan sonra hiksosların başçıları özlərini firon elan etmişdirlər və yüz ilə yaxın ölkəni idarə etmişdirlər (XV və XVI-cı sülalələr hiksos sülalələri olmuşdur). Onlar Avaris şəhərini baş şəhər edərək, Misirin bir çox vilayətlərini ələ keçirə bilsələr də, misirliləri tam məğlub edə bilməmişdirlər. Tebes şəhərinin hokmdarları qüvvələrini toplayaraq, hiksoslara qarçı böyük savaça qalmışdırlar. Bu savaş misirlilərin qələbəsi və hiksosların ölkədən qovulması ilə başa catmışdır. Hiksoslarıa sonuncu sarsıdıcı zərbəni endirən və Avarisi ələ keşirən I Ahmos’dan başlayaraq Misiri növbəti, XVII-cisülalə idarə etmişdir.

Yeni çarlıq (XVIII-XXXIII-cü  sülalələr, e.ə. 1580-1085 illər)

Yeni çarlıq dövründə yenə də Misiri mədəni, iqtisadi və hərbi cəhətdən güclü və inkişaf etmiş bir dövlətə çevrilmişdir. Hiksoslardan alınmış cəng arabalarından istifadə edilməsi, Misir ordusunu regionun ən güclü ordusuna çevirmişdir. Eyni zamanda elm və mədəniyyət həyatında intibah dövrü yaşanırdı. O zaman ölkəni Amenhoteplər, Tutmoslar, Ramseslər, Ehnaton, çariça Hatşepsut kimi  bacarıqlı hökmdarlar idarə etmişdirlər. Fironlar III Amenofis və III Tutmos hakimiyyəti dövrü Misir qüdrəti zirvə nöqtəsinə çatmışdır. Şimalda Misir orduları Suriyani işğal edərək, Mesopotamiyaya qədər irəliləmişdirlər. Cənubda isə ölkə sərhədləri Nubiyanın Kerma və Nalata məntəqələrinə qədər genişlənmişdir.

Firon I Tutmosun qoşunu Suriya, Fələstin və Fərat çayının sahillərinə qədər irəliləyə bilmişdirlər. Lakin bundan sonra istila siyasəti dayandırılmışdır. Növbəti firon II Tutmosun az müddətli hakimiyyətindən sonra, hakimiyyətə onun kənizindən olan azyaşlı oğlu III Tutmos gəlmişdir. Lakin əslində ölkəni II Tutmosun həyat yoldaşı Hatşepsut idarə etmişdir. Sonra bu qadın özünü firon elan etmişdir. Eyni zamanda III Tutmos da formal olaraq bu adı daşıyırdı və hakimiyyətdən getmək niyyəti olmamışdır. Öz hakim mövqeyini saxlamaq üçün Hatşepsut hiləgər siyasət aparmışdır, bir çox saray xadimlarini və kahinləri müxtəlif yollarla öz tərəfinə çəkə bilmişdir. Öz hakimiyyəti dövründə Hatşepsut Aton tanrısının məbədlərini inşa etmişdir, onun kahinlərini himayə edirdi. Lakin başqa tanrıların kultlarına da ehtiram edirdi.

Хатшепсут - женщина-фараон
Qadın fironu Hatşepsut

Hatşepsutun ölümündən sonra III Tutmos hakimiyyəti ələ almış və onun tərəfdarlarını məhv etmişdir. Sonra o, uğurlu savaşlar aparmış, Suriya ilə Fələstini istila etmişdir. III Tutmos qonşularına qarşı 17 uğurlu hərbi yürüş təşkil etmişdir.

Yenə də bu cür istilalar ətraf xalqların qarət olunmasına və külli miqdarda sərvətlərin Misirin mərkəzlərinə axmasına kətirib çıxarmışdır. Bunun nəticəsində nəhəng inşaat nümunələrinin ucaldılması işləri davam etdirilmişdir. Luksor, Abidos, Tebes, Əbu Simbeldə yeni piramidalar və başqa tikililər ucaldılmışdır.

Daha sonra hakimiyyətə gəlmiş IV Amenofis baş şəhəri ‘Ahetaton’a (müasir El-Amarna) keçirmiş və ölkədə dini islahat aparmışdır. Onun dövründə Aton tanrısı Misirin himayədarı elan edilmiş, firon isə özünü Ehnaton adlandırmışdır. Lakin bu islahatlar müvəqqəti xarakter daşımışdır və artıq Ehnatonun varisləri ənənəvi Amon kultunu (günəş tanrısıdır) bərpa edib, baş şəhər statusunu yenə də Tebesə qaytarmışdırlar.

ЭХНАТОН (Аменхотеп IV), 10-й египетский фараон 18-й династии, поклоняется богу Атону, который изображен в виде солнечного диска. Египетский музей, Каир
Günəş tanrısı Atonun kultunu dövlət dini elan etmiş firon Ehnaton

Daha sonra Misir hittilərlə uğursuz savaşlar aparmışdır. Lakin hitti qoşununun arasında yayilmış hansısa yoluxucu xəstəlik onlara ölkəni işğal etməyə imkan verməmişdir. Bu zaman firon I Seti (e.ə. 1312—1298 illər) əks hücuma keçə bilmişdir.

Setinin oğlu II Ramses Misiri 66 il ərzində idarə etmişdir. Onun xaraci siyasətində bəzi uğursuzluqlara baxmayaraq, ölkə daxilində iri miqyaslı quruculuq işləri aparmışdır. Onun yeni baş səhəri Nilin deltasında yerləşən Per-Ramses (Tanis) şəhəri olmuşdur. Lakin onun varislərinin dövründə Misirin daxili və xarici problemləri artmışdır. Ölkədə rüşvətxorluq, korrursiya, kahinlərin həddən artıq artmış nüfuzu böyuk narazılıqlara səbəb olmuşdur. Xalq hətta çörək qıtlığı problemi ilə üzləşmişdir. Eyni zamanda şimaldan müxtəlif tayfalar Misirə basqınlar edirdilər. Firon XI Ramsesin hakimiyyəti dövrundə (e.ə. 1085 ildə) ölkədə vətəndaş savaşı başlanmışdır və bunun nəticəsində firon sülaləsi devrilmişdir. Faktiki olaraq hakimiyyət Amon tanrısının kahinlərinin əlinə keçmişdir.

Ən yeni dövr (XXII-XXXIII-cu sülalələr, e.ə. 950-30 illər)

Ramseslərin sonuncu numayəndələrinin fironluğu zamanı Misirin siyasi və iqtisadi vəziyyəti ağırlaşmışdır. Mərkəzi hakimiyyət öz keçmiş nüfuzunu itirmiş və faktiki olaraq parçalanmışdır. Cənub vilayətlər Karnak şəhərində yerləşən Amon tanrısının məbədinin kahini Herihor tərəfindən idarə olunurdu. Şimalda isə hakimiyyəti ‘Delta’da yerləşən Tanis şəhərinin hökmdarı Smendes ələ keçirmişdir. Sonra Tanisin başqa hömdarı Nesubanebced XXI-ci sülalənin yaradıcısı olmuşdur.
Daha sonra Misir əslən Liviyalı olan XXII-ci sülalə tərəfindən idarə olunurdu. Liviyalılar uzun müddət ərzində Misirə köç etmişdirlər, bir hissəsi isə savaşlar zamanı kölə edilmişdir. Onlar əsasən ‘Delta’da məskunlaşırdılar. Misir qoşununda əsgərlərin çoxu liviyalı olmuşdur. Liviya sülaləsinin yaradıcısı Şeşonk, XXI-ci sülalin sonuncu fironunun sərkərdəsi olmuş, sonra isə hakimiyyəti ələ almışdır. Sonra o öz oğlunu Tebesdə Amon-Ra tanrısının baş kahini elan etmişdir və baş şəhəri Tanis’dən Bubastis’ə keçirmişdir. Daha sonra ölkə bir qədər möhkəmlənmişdir. Şeşonkun qoşunu Fələstin istiqamətində hücuma keşmişdir. O ərəfədə Yerusəlim (Qüds) onlar tərəfindən alınmış və qarət etmişdir. Həmən dövrdən başlayaraq, Assur imperiyası da genişlənmiş və bir gədər sonra Misirin ciddi rəqibinə çevrilmişdir.

Lakin sonra liviyalıların hakimiyyəti zəyifləməyə başlamışdır. Cənubda, Nubyanın Napata şəhərində yeni bir hakimiyyət qurulmuşdur. E.ə. 750-ci ildə onlar Tebesi alaraq, şimala doğru hərəkətə keçmişdirlər. Gərgin savaşlar nəticəsində nubyalılar Memfisi və ‘Delta’nı ələ keçirərək, liviyalıların hakimiyyətinə son qoya bilmişdirlər. Öz hakimiyyətləri dövründə, onlar çoxlu inşaat işləri aarmış, yeni piramidalar ucaltmışdırlar. Firon Şabaka ölkəni yenə birləşdirə bilmişdir.

Nubyalı fironlar dövründə Misirin, Fələstini və Suriyanı ələ keçirməyə cəhd edən Assur imperiyası ilə ixtilafları başlanmışdır. Şabaka assurlularla yaxşı münasibət qura bilsə də, ondan sonra hakimiyyəti ələ almış Taharka Fələstin və Suriya hökmdarlarını Assura qarşı üsyana qalxmağa təhrik edə bilmişdir. Getdikcə tərəflərin qarşıdurması gərginləşmiş və e.ə. 671-ci ildə Assur qoşunu misirliləri məğlub edərək, Sina yarımadasını, sonra isə irəliləyərək, Memfisi ələ keçirə bilmişdir. Beləliklə, şimali Misirdə nubyalıların hakimiyyətinə son qoyulmuşdur və bu ərazilər Assurun tərkibinə qatılmışdır.

Misirin cənubu isə Assur hakimiyyətini qəbul etməmişdir. Orada sığınacaq tapan Taharka bir qədər sonra xalqı Assura qarşı üsyana qaldıraraq, e.ə. 669-cu ildə Memfisi ələ keçirə bilmişdir. Lakin e.ə. 666-cı ildə Assur çarı Assurbanapal’ın qoşunu yenidən Memfisi işğal etmişdir. Taharka isə Tebes şəhərinə qaçmış, oranı ölənə qədər idarə etmişdir. Onun ölümündən sonra assurlular cənuba doğru daha bir neçə yürüş təşkil edərək, Misirdə nubiyalıların hakimiyyətinə son qoya bilmişdirlər.

Buna baxmayaraq, Assur istilasına qarşı müqavimət davam edirdi. Bu dəfə Deltada yerləşən Sais şəhərinin hökmdarı, əslən liviyalı olan, I Psamatik (e.ə. 647-665 illər) (XXVI sülalə) bir sıra xarici dövlətlərdən yardım alaraq assurlulara qarşı savaşa başlamış və onları ölkədən qova bilmişdir. Sonra onun oğlu II Nexo (e.ə. 609-594 illər) e.ə. VII əsrin sonunda Assur imperiyasının dağılması zamanı qısa müddətə Fələstini və Suriyanı ələ keçirmişdir. Lakin sonra Babil çarı Nəbukadnəzara məğlub olandan sonra, geriyə çəkilmək məcburiyyətində qalmışdır. Sonra Nexo Aralıq dənizini Qırmızı dənizlə birləşdirmək fikrinə düşmüşdür. Bu kanalın qazılması 120 000 yaxın qulun həyatı bahasına başa qəlməsinə baxmayaraq, işlər yalnız 150 ildən sonra, iranlıların istilasından sonra başa çatmışdır.
550-ci ildə yunanlar Misirdə Navkratis adlanan ilk polislərini yaratmışdırlar.  E.ə. 527-525 illərdə isə Misir İran şahları tərəfindən istila edilmişdir və İran imperiyasının vilayətinə çevrilmişdir. Şahlar özlərini həmdə fironlar kimi təqdim edirdilər. Misirlilər onlara qarşı dəfələrlə üsyana qalxsalar da, bunların heç bir nəticəsi olmamışdır.

İki əsr davam edən İran hökmranlığından sonra, e.ə. V əsrin əvvəllərində misirlilər işğalçıları ölkədən qova bilmişdirlər, Lakin e.ə. 343-cü ildə onlar yenə də İran şahı III Artakserksə məğlub oldular. Lakin bu dəfə iranlı hakimiyyətin dövrü uzun olmamışdır. E.ə. 323-cü ildə Misirə makedoniyalı İsgəndərin qoşunu daxil olaraq İran hakimiyyətinə son qoymuşdur. O, Aralıq dənizinin sahillərində İsgəndəriyyə (Alexandria) şəhərinin inşasına başlamışdır.

İsgəndərin ölümündən az sonra Misir onun sərkərdələrindən biri olan Ptolemeusun (Soter’in) və onun varisləri tərəfindən idarə olunmuşdur. Beləliklə, e.ə. IV-I əsrlərdə ölkə yunan sülaləsi tərəfindən idarə olunurdu. Əvvəl Ptolemeus sülaləsinin nümayəndələli müdrik və uzaqgörən siyasət aparırdılar. Onlar qədim məbədləri bərpa edib, yenilərini inşa edirdilər. Ptolemeusların dövründə yazıları papirus uzərində deyil, perqamentdə yazırdılar. Eyni zamanda onlar Suruyanın başqa bir yunan əsilli hökmdarları (Selevkos’larla) uzun sürən savaşlar aparmışdırlar.

İsgəndəriyyə şəhəri ölkənin yeni baş şərəri olmuşdur. O zaman dənizdə məşhur İsgəndəriyyə mayakı inşa edilmişdir. Bu mayak o qədər nəhəng tikili olmuşdur ki, onu yunanlar o dövrün mücüzələrindən biri hesab edirdirlər. Ümumiyyətlə İsgəndəriyyə o zaman dünyanın ən inkişaf etmiş mədəni və ticarət mərkəzlərindən biri olmuşdur. Burada məşhur kitabxana inşa edilmişdir. O qədim dünyanın ən böyük kitabxanası olmuşdur. Ptolemeuslar alimlərə, incəsənət xadimlərinə, yazarlara, rəssamlara himayəçilik etmişdilər.  Məhz İsgəndəriyyədə Əhdi Ətiq ilk dəfə yunan dilinə tərcümə edilmişdir. Lakin sonra bu intibah dövrü başa çatmışdır və ölkədə böhran başlamışdır. Saray çevrilişləri, fitnəkarlıq Misirdə adi hal almış, Selevkoslarla qanlı savaşların sonu görsənmirdi. Hakimiyyətə gəlməyə can atan IV Ptolemeus, buna nail olmaq üçün öz anasını, bacısını və qardaşını qətlə yetirmişdir.


İsgəndəriyyə mayakı (rekonstruksiya)

E.ə. I əsrdə hakimiyyətə 10 yaşlı XIII Ptolemeus Filopator gətirilmişdir. Onun bacısı və eyni zamanda arvadı 17 yaşlı VII Kleopatra Filopator onu hakimiyyətdən uzaqlaşdırmışdır. Lakin sonra saray xadimləri qardaşını yenidən çar elan etdilər. Kleopatra Suriyaya qaçmış və orada qoçun yığaraq, qardaşına qarşı yürüşə başlamışdır. Sonra o kömək üçün romalı sərkərdə və siyasi xadim Qneus Pompeusa (Gnaeus Pompeius) müraciət etmişdir. Lakin Romada gedən daxili qarşıdurma zamanı Pompeus Qaius İulius Qeysərə (Gaius Iulius Caesar) məğlub olmuş və İsgəndəriyyəyə qaçmışdır. Lakin burada e.ə. 47-ci ildə misirlilər onu qətlə yetirdilər. Bu hadisələr zamanı şəhərdə döyüşlər olmuş və məşhur İsgəndəriyyə kitabxanası yandırılmışdır.

Bundan sonra Qeysərin qoşunu ilə Misirə gəlmiş və Kleopatraya dəstək verərək, onu hakimiyyətə gətirmiş, sonra onunla evlənmişdir. 13 yaşlı XIII Ptolemeus Filopator o hadisələr zamanı həlak olmuşdur. Lakin e.ə. 44-cü ildə Qeysər Romada süiqəsd nəticəsində öldürülmüşdür və Kleopatra İsgəndəriyyəyə qayıtmaq məcburiyyətində qalmışdır. Sonra Romada davam edən vətəndaş savaşı zamanı imperiyanın şərq vilayətlərini Markus Antonius (Marcus Antonius) ələ keçirmiş və rəqibi Oktavianus Avqustusla (Octavianus Augustus) mübarizə aparmışdır. O İsgəndəriyyəyə gəlmiş və Kleopatranın sevgilisi olmuşdur. Lakin e.ə. 31-ci ildə, Antonius və Kleopatranın donanması Oktavianusa məğlub olmuşdur. Bundan sonra Antonius və Kleopatra intihar etmişdirlər. Qalib gəlmiş Oktavianus isə Qeysərin və Kleopatranın oğlu Qeysərionu (Caesarion) edam etmişdir. Belələklə qədim Misirin sonuncu XXXIII-cü sulaləsi tarixi səhnədən silinib getdi. Bundan sonra Misirin müstəqilliyinə son qoyulmuş və ölkə Roma imperiyasının vilayətinə çevrilmişdir.

Nil çayı boyu qədim Misirin yuxarı, orta və aşağı bölgələrinin xəritələri

 

 

 

1. The History of Ancient Egypt.
2. Ancient Egypt
3. BBC - History: Egyptians
4. J. H. Breasted. Ancient Records of Egypt, vol. II. Chicago, 1906.
5. И. С. Кацнельсон. Войны и рабовладение в Египте. — ВДИ, 1951
6. Военная история древнего Египта
7. Том II Москва Издательство академии наук СССР,1959
8. Глебкин В.В. Мир в зеркале культуры. Ч.1. История древнего мира. - М.: Добросвет, 2000.