Aydın ƏlizadəMəsih İsa kim olub? Tarixi sənədlər və dini mətnlərdən çıxarılan nəticələr.Millionlarla insan İsa peyğəmbərin tarixi şəxsiyyət olmasına, 2000 il öncə Fələstində yaşamasına, yəhudi ruhanilərinin və Romalıların təqiblərinə məruz qalmasına və bunlarla bağlı başqa olaylara inanmaqdadırlar. Bu barədə əski çağlardan bizim zamanımıza çoxlu rəvayətlər çatmışdır. Lakin, bunlara baxmayaraq, İsanın tarixi bir şəxsiyyət olması heç də sübuta yetirilməmiş, elmi kateqoriyalarla deyilsə, yalnız bir fərziyyədir. Məsələ burasındadır ki, dini mətnlər və rəvayətlər heç də elmi dəlil deyil, yalnız inancla qəbul edilir. Onlarda təsvir edilən olayların bir fakta çevrilməsi üçün bir sıra başqa tələblər də ödənməlidir: Bunlardan ən başlıcası tarixi sənədlərin olması, müstəqil mənbələrdən təsdiq olunması, ziddiyətlərin olmamasıdır. Bu baxımdan İsa ilə bağlı olan xəbərlər bir sıra məntiqi suallar doğurmaqdadır. Məsələ burasındadır ki, İsanın özündən heç bir şey qalmamışdır. Dini rəvayətlərdə onun haqqında yalnız ardıcılları xəbər vermişdirlər. “Şübhəsiz, incillər və həvarilərin xəbərləri İsanın ölümündən bir neçə onillik keçəndən sonra I əsrin ikinci yarısında yazılmışdır” [1]. İncillərin və başqa ilkin Xrislian yazılarının yunanca yazılması da özəlliklə vurğulanmalıdır. Bu da İsa haqqında rəvayətlərin yunandilli mühitdə yaranmasına dəlalət edir. 1. İsa haqqında tarixi məlumatlar İsa və ilkin xristianlar haqqında bəzi romalı tarixçilərin və yazarların əsərlərində qısa məlumatlar vardır. Bunlardan ən ilkin çağlara aid edilənlər Cosefus Flaviusun (latınca Josephus Flavius) (37-100), Publius Cornelius Tasitusun (latınca Publius Cornelius Tacitus) (56-117) və bir sıra başqa yazarların sitatlarıdır. Cosefus Flavius
Publius Cornelius Tasitus
Lakin bu mətn də şübhəlidir. Məsələ burasındadır ki, tərkibində bu sətirlər olan "Annales"in nüsxəsi XI-ci əsrdə xristian yazarları tərəfindən daha qədim səhifələrdən köçürülmüşdür. “Bu mətn Monte Kassinoda [7] ola bilsin Riçerin abbatlığı (1038-55) zamanı yazılmışdır” [8] Yenə də Tertillianus, Origenus, Eusebius kimi ilkin xristian ilahiyyatçıları və tarixçiləri “Annales”də bu sətirlər haqqında heç bir şey xatırlamamışdırlar. Bundan başqa, sitatda çox sayda xristianlardan deyilir, lakin o zamanlar Romadakı xristian icması böyük olmamışdır. Bu səbəblərdən, “Annales”in bu sətirləri tədqiqatçılar tərəfindən şübhə ilə qarşılanır, onların xristian köçürənləri tərəfindən mətnə salındığı ehtimal olunur. Suetonius Tranquillus Qədim Roma yazarı Suetoniusun [9] (70 - 140) “Geysərlərin həyatı” (latınca “De Vita Caesarum”) əsərində də ilkin xristianlar haqqında bəzi bilqilər vardır. Bu əsər daha çox “12 qeysərin həyatı” (Auqustusdan Domisianusa qədər) kimi tanınmışdır [10]. Orada deyilir ki, 41-51-ci illərdə imperator olmuş Klaudius “Chrestus tərəfindən yəhəcana gətirilən yəhudiləri Romadan qovmuşdur. Lakin bu sözlər də birmənalı dəlil kimi qəbul edilmir. Məsələ burasındadır ki, latın dilində məsih sözü “Christus” kimi yazılır. Suetonius isə burada “Chrestus” yazmışdır. İlk baxımdan yazılışda səhv kimi görsənən bu xırda fərq əslində böyük problem açmışdır. Məsələ burasındadır ki, “Chrestus” adı Romada çox yayılmışdır. Məsələn, Suetoniusdan 50 il öncə yaşamış tanınmış filosof Sisero “Chrestus” adlı bir adamın oğurluğu haqqında yazmışdır [11]. Buna görə də burada İsadan deyil, başqa adamdan söhbət getdiyi güman edilir. Yəhudi mənbələri
2. Mifoloji məktəb XVIII-ci əsrdə Fransa maarifpərvarləri Volney (1757-1820) və Dupuis (1742-1809) İsanın tarixi şəxsiyyət olmaması haqqında fikir irəli sürmüşdürlər. Onlar hesab edirdilər ki, Əhdi-Cədiddəki rəvayətlərə etibar etmək olmaz və İsa əslində qədim insanların günəş tanrılarının təcəssümüdür. Daha sonra alman filosofu Bruno Bauer (1809-92) İncillərdəki ziddiyətləri tədqiq edərək, onları bəzi adamların qəsdən edilən saxtakarlığı kimi qiymətləndirmişdir. Amerikalı William Benjamin Smith (1850-1934) “Xristianlıqdan Öncəki İsa” kitabında İsaya bənzər insanın hələ Xristianlıqdan önca yaşadığını iddia etmişdir. İsanın həqiqi insan olmamasını iddia edən alimlərdən polşalı Nemoyevski (1864-1919), Lyublinski və başqa alimlər olmuşdurlar [15].
Qeyri-Xristian ədəbiyyat da, Drevsə görə, İsanın tarixi şəxsiyyət olmasını sübut etmir. Bunların təhlili yuxarıda verilmişdir. Beləliklə, İsa həqiqi bir adam olmayıb. Olsa belə, gələcəkdə ona o gədər keyfiyyətlər uydurub, rəvayətlər qoşmuşdurlar ki, o artıq real insan olmamış, əsatirə çevrilmişdir.
Drevsin və mifoloji məktəbin başqa tərəfdarlarının fikirləri kəskin tənqidlərə məruz qalmışdır. Onlarda mübahisəli fikirlər olsa da çox əhəmiyyətli və doğru nəticələr də vardır. Qumran mətnləri
4Q534 nömrəli yazıda onun haqqında belə deyilmişdir: “Gəncliyində o ... heçnəyi bilməyən kimi olacaq, üç kitabı bilənə qədər. Bu zaman o, müdriklik və bilik əldə edəcək... yüksək dairələrə çatmaq baxımından... Onun atası və əcdadı ilə... həyat və qocalıq. O məsləhət və ağıl sahibi olacaq. O insanların sirlərini biləcək, onun müdrikliyi bütün insanlarla olacaq. Onun müdrikliyi bütün insanlara yayılacaq. O hər bir canlının sirlərini biləcək. Ona qarşı olanların niyyətləri puça çıxacaq... ona qarşı olanların pis niyyətləri böyük olsa belə... onun niyyətləri, çünki o, Tanrının seçilmişidir, Onun tərəfindən doğulub və Onun nəfəsidir. Onun niyyətləri əbədi olacaqdır” [19]
4QAha adlanan daha bir Qumran yazısında “öz zamanının insanlarının günahları üçün özünü qurban verən” bir məsih haqqında deyilir [20]. 1QpHab adlanan yazıda marağı cəlb edən məqamlar vardır. Orada Əhdi-Ətiqdəki "Habaqquq" kitabına edilən şərhlərdə Möminlik Müəlliminin hansısa bir yüksək rütbəli yəhudi kahini ilə ixtilafından və onun tərəfindən təqib edilməsindən deyilir:
mətndən məlum olur ki, onu tutub mühakimə etmişdirlər.Orada deyilir: “Rəbb mömini pisin əlinə düşməyə qoymaz. Ona ittiham oxunanda məhkum olmaz” (37: 33). – Bunun anlamı: Burada onu öldürmək üçün axtaran Pis (kahindən) deyilir... və təlimi... onun yanına göndərilən. Amma Tanrı onu tək q[oymaz] onu mühakimə edəndə [günahkar bilməz]. Ona (Pisə) isə Tanrı əvəzini verəcək, (yadellilərin) sıxıntılarına məruz qoyacaq. Bununla da qisas alacaq.” [23]
Habaqquq kitabına edilmiş daha bir şərhdən aydın olur ki, Qumran təriqətçiləri Möminlik Müəlliminə inanclarına görə xilas olacaqlarına inanırdırlar: “Amma mömin adam imanı ilə yaşayacaq” (2: 4). – Bunun anlamı: Yəhudanın (Qumran təriqətçiləri nəzərdə tutulur) evində təlimi icra edənlərə. Onları Tanrı mühakimə evindən onların iztirabları və Möminlik Müəlliminə inandıqlarına görə xilas edəcək” [24]. Qumran təriqətinin bu mətnlərindən belə bir nəticəyə gəlmək olar ki, onların Möminlik Müəlliminin İncillərdəki İsa ilə bənzərlikləri vardır. O da İsa kimi “Pis kahinlərin” təqiblərinə məruz qalmış, mühakimə olunmuş, özünü başqalarının xilas edilməsi üçün qurban vermişdir. Ona inananlar isə (İsada olduğu kimi) ona inandıqlarına görə xilas olacaqlar. Qumran icması Xristianlar kimi özlərini Yeni Əqdin ardıcılları hesab edirdilər. Qumranın daş lövhəsi XX-ci əsrin ortalarında Qumranda Xristianlıqdan öncəki dönəmə aid olan daha bir tarixi sənəd tapılmışdır. Söhbət üzərində qədim yəhudilərin məsihilik baxışlarını əks etdirən, uzunluğu 91 sm olan daş lövhədən gedir. Lakin orada bəzi yerlərdə zamanın təsiri altında mətn pozulmuşdur. Buna görə mətnin tam mənası sona qədər anlaşılmır. Buna baxmayaraq, yazıdan bilinir ki, hələ Xristianlıqdan öncə hansısa bir yəhudi təriqətinin ardıcılları ölən, sonra üç gündən sonra dirilən məsihə inanırdılar. Bu olay İsanın timsalında çağdaş Xristianlıqda da vardır. Deməli bu inanc da daha qədim təriqətlərə məxsus olmuşdur. Bu yazıları tədqiq edən alimlər onun Yəhudi çarı Herodun (e.ə. 40 – b.e. 4 illəri) dönəmində yazıldığını iddia edirlər. Deməli onun İsanın ölüb-dirilməsi olayından öncə yazıldığı şübhəsizdir. Tədqiqatçılar, dünyanın sonuna həsr olunduğuna görə, bu yazını, “Cəbrailin endirdikləri” adlandırmışdırlar. Beləliklə İsa ilə bağlı ənənəvi inanclar başqa adamla bağlı olub, yəhudi tarixinin bir hissəsi ola bilər.
Eyni zamanda, tədqiqatçının fikrincə, burada Şimondan və yaxud başqa adamdan söhbətin getdiyi əhəmiyyətli deyildir. Hal-hazırda daş üzərində tədqiqatlar davam edir və Knohlun Şimon haqqında fərziyyəsi təkzib də oluna bilər. Lakin ən başlıca nəticə ondan ibarətdir ki, burada ölən və üç gündən sonra dirilən məsih haqqında söhbət gedir. Bu danılmaz bir faktdır. Deməli bu inanc sonra İsa haqqında rəvayətlərə keçə bilərdi. [26] Böyük Sethin 2-ci risaləsi
Rəsmi xristian incilində Şimon adlı adam çarmıxı İsanın edam edildiyi terə aparmışdır. Sonra isə mətndə qarışıqlıq var. Belə güman etmək olar ki, İsanı deyil, Şimonu çarmıxa çəkmişdirlər:
İslamda İsa
İncil bir kitab kimi İsanın özünə enmişdir (5: 46). Quranda İsa ölmədi, çarmıxa çəkilmədi
(4: 157).
İslam ənənəsində təsvir olunan İsanın Qumran təriqətinin lideri olan Möminlik Müəllimi ilə də bənzərlikləri şübhə doğurmur. Buna dair ən güclü dəlil İsa haqqındakı İslam rəvayətlərində romalıların olmamasıdır. Bu məqam şox müammalı görsənir. Axı necə ola bilər ki, İncillərdəki İsanın aqibətində misilsiz rol oynayan Romanın canişini Pontius Pilatus, Roma hakimiyyəti və əsgərləri Quranda və Məhəmməd peyğəmbərin hədislərində olmasın? Bu barədə 7-ci əsrdə Ərəbistanda bilirdilər. Məhəmməd peyğəmbər xristianlarla təmaslarda da olmuşdur və romalılar haqqında bilməyə bilməzdi. Lakin nədənsə ondan qalan irsdə bunlar yoxdur. Qumran mətnlərindəki Möminlik Müəlliminin İncillərdəki İsa ilə bənzərliyini nəzərə alaraq, belə təsəvvür yaranır ki, Məhəmmədin İsası daha çox Qumran rəvayətlərindəkinə bənzərdir. O dövrdə hələ romalılar Fələstin üzərində öz hakimiyyətlərini qurmamışdırlar. Eyni zamanda, müsəlman ənənəsində İsanın Fələstində Roma istilasından sonra yaşaması və onun təqibində o imperiyanın canişininin iştirak etməsi haqqında bəzi rəvayətlər vardır. Lakin onlar birbaşa Məhəmməd peyğəmbərin deyil, onun səhabələrindən rəvayət edilmişdir. Çox güman ki, bu rəvayətlər Xristianlığın təsiri altında yaranmışdırlar. Həmdə müsəlman ənənəsində İsanın yerinə başqa adamın edam edilməsindən də söhbət açılır. Ola bilsin ki, o adam Şimon olmuşdur. Həqiqi İsa isə bu hadisələrdən ən azı yüz il öncə yaşamış və əslində Qumran təriqətinin Müminlik Müəllimidir. Ola bilsin ki onun adı İsa olmuş və onun anası Məryəm adlı bir qadın olmuşdur. Romalıların Quran və Məhəmməd peyğəmbərin səhih hədislərində olmamasını başqa cür izah etmək mümkün deyildir. Nəticələr Yuxarıda aparılan tədqiqat nəticəsində bir sıra nəticələr əldə edilmişdir: 1. İncillərdə təsvir olunan İsanın tarixi şəxsiyyət olmasına dair mötəbər elmi və tarixi dəlillər yoxdur. Onun haqqında bütün məlumatlar yalnız İncillərdəki hadisələrdən ən azı 50-70 ildən sonra yazılmışdır. Bu yazılar yəhudi deyil, Yunan və Roma mühitində və dillərində yazılmışdır. 2. İncillərdəki İsadan fərqli olaraq, Qumran təriqətinin Möminlik Müəllimini əks etdirən mətnlər bilavasitə onun ardıcılları tərəfindən yəhudi mühitində yazılmışdır. Deməli Möminlik Müəlliminin tarixi şəxsiyyət olmasına dair dəlillər vardır və inkaredilməzdir. 3. Möminlik Müəlliminin həyatı ilə İncillərdə təsvir edilən İsanın həyatında bənzər məqamlar vardır. Möminlik Müəllimin daha öncəki dönəmdə yaşamasına görə demək olar ki, onun haqqındakı rəvayətlər gələcəkdə başqa adamla qarışdırılıb Romada İsaya inanc kimi qəbul etdirilmişdir. 4. Bəzi xristian rəvayətlərində hallanan Şimon adlı adamın İsanın əvəzinə çarmıxa çəkilməsi haqqında məlumat vardır. Bəlkə də Möminlik Müəllimi haqqında rəvayətlər gələcəkdə yaşayan və çarmıxa cəkilməsi ehtimal olunan Şimon adlı bir adam haqqında rəvayətlərlə qarışdırılmışdır. 5. Quran ayələrində və Məhəmməd peyğəmbərin hədislərində romalıların, özəlliklə də Pontius Pilatusun olmamasına görə, ehtimal etmək olar ki, əslində burada İncillərdəki İsa haqqında deyil, Möminlik Müəllimi haqqında söhbət açılır. Deməli ola bilsin ki, Quranın İsası əslində Qumran təriqətinin Möminlik Müəllimidir.
[1] Протоиерей Василий (Зеньковский). Апологетика. Христианская Педагогика. Глава II. Историческая реальность Христа. [3] Иосиф Флавий. Иудейские древности, 18: 3: 3. [4] Bax: Славянская версия «Иудейской войны». [6] Complete Works of Tacitus. Tacitus. Alfred John Church. William Jackson Brodribb. Sara Bryant. edited for Perseus. New York. : Random House, Inc. Random House, Inc. reprinted 1942. [8] C.W. Mendell and S.A. Ives, Rycks's Manuscript of Tacitus, American Journal of Philology 72 (1951), pp.337-345. (Ref. from Oliver). [10] Latınca orjinalı və ingiliscəyə tərcüməsi burada yerləşir. [11] Sisero. Məktub 200, 1. Письма Марка Туллия Цицерона к Аттику, близким, брату Квинту, М. Бруту. тт. I—III. Издательство Академии Наук СССР, Москва—Ленинград, 1949—1951.Перевод и комментарии В. О. Горенштейна. [12] Yəhudi rəvayətlərinin bəzi orjinal mətnləri və ruscaya tərcümələri «Р. Хазарзар. Талмуд об Иисусе и христианах» əsərində verilmişdir. [13] Bax: А.Б.Ранович. "Античные критики христианства". М., 1990. Политиздат, с. 270-331. Selsumun “Doğru söz” əsərinin ruscaya tərcüməsi bu ünvandadır. [14] Porfiriusa görə, İncilləri yazanları tarixçi adlandırmaq olmaz, çünki orada çoxlu ziddiyətlər vardır. Bax: А.Б.Ранович. "Античные критики христианства", М., 1990. Политиздат, стр. 364-398. [15] Onlardan bəziləri: Древс А., Миф о Христе, пер с нем., т. 1-2, М., 1923-24; Робертсон Дж. М., Евангельские мифы, пер. с нем., М., 1923; Немоевский А., Философия жизни Иисуса, пер. с польск., М., 1923; Кушу П., Загадка Иисуса, пер. с франц., М., 1930;. [18] Находки у Мертвого моря. М.: Наука, 1965, с. 30. [19] The Dead See Scrolls Translated. The Qumran Texsts in English. Leiden, Netherlands, 1994, p. 264. [20] Paul Garnet. Salvation and Atonement in the Qumran Scrolls. Tübingen: Mohr, 1977, p. 108. [21] The Dead See Scrolls Translated. The Qumran Texsts in English. Leiden, Netherlands, 1994, p. 198. [22] The Dead See Scrolls Translated. The Qumran Texsts in English. Leiden, Netherlands, 1994, p. 201. Rus dilində bax: Русская апокрифическая студия. Комментарии на Книгу пророка Авакума (1Q pHab). [23] The Dead See Scrolls Translated. The Qumran Texsts in English. Leiden, Netherlands, 1994, p. 205. [24] Русская апокрифическая студия. Комментарии на Книгу пророка Авакума (1Q pHab). [25] “Cəbrailin endirdiklərinin” ingilis dilinə tərcüməsinə bax: Shalom Hartman Institute. Israel Knoh l‘Gabriel’s Revelation’ tablet translation. [26] "Cəbrailin endirdikləri" haqqında bu məlumatlar “The New-York Times” (july 6, 2008) gəzetində dərc olunmuşdur. Bax: Ethan Bronner. Ancient Tablet Ignites Debate on Messiah and Resurrection. [27] Böyük Seth’in 2-ci risaləsi, 55-56. The Nag Hammadi Library. The Second Treatise of the Great Seth.Translated by Roger A. Bullard and Joseph A. Gibbons. HarperCollins, San Francisco, 1990. Şəkillər:http://www.church-revival.org.ua/rusbible/history/flavius/250px-Josephus.jpg
Кем был Иисус? Результаты выведенные из исторических сообщений, данных археологии и религиозных текстов В этой статье в историко-философском изложении анализируются и сравниваются различные сведения об Иисусе. В исследование включены некоторые сообщения древних историков, данные религиозных текстов и результаты археологических находок. Особое внимание уделяется сравнению научных данных с образом Иисуса в исламской традиции. Делается вывод о том, что образ Иисуса в Исламе больше напоминает Кумранского Учителя, чем евангельского Христа. Who is Jesus? Results derived from the historical messages, archeological data and religious texts In this article with historical-philosophical position is analyzed and compare different information about Jesus. Investigation is involved some historical events, described by ancient historians, informations from religion texsts and results archaeological finds. The special attention is devoted to comparison of the scientific data with an image of Jesus in Islamic tradition. Conclude that the image of Jesus in Islam is more similar on the Qumran Teacher, than the evangelical Christ.
|