Azərbaycanda elmi konfransların keçirilməsinə dair promlemlər haqqındaBilindiyi kimi, konfransların, forumların, dəyirmi masaların keçirilməsi elmi həyatın vacib hissələrindən biridir. Bu tətbirlər vasitəsi ilə alimlər təkcə elmi dərgilərdə və jurnallarda deyil, həmdə bilavasitə geniş mütəxəssis kütləsi qarşısında çıxış etmək, öz nailiyyətlərini nümayiş etdirmək, müzakirələrə qatılmaq imkanlarını əldə edirlər. Hər bir alimin məqsədi actual və yeni problemlərlə çıxış etmək, onların həlli yollarını göstərməkdən ibarət olmalıdır. Konfranslarda təkcə mütəxəssislər deyil, həmdə başqa adamlar iştirak edib, çıxış edə bilərlər. Konfransın təşkilatçıları isə tətbirlərin keçirilməsində hansısa kənar məqsədlər güdməməli, tətbirlərdən xeyirli nəticələr əldə etməlidirlər. Konfranslar bütün dünyada keçirilir. Onların elmi dəyəri yüksək səviyyədə olan və yaxşı təşkil edilmişləri olsa da, dəyərsiz və formal xarakter daşıyanları da olur. Hətta bəzən bu cür tətbirlərin məzmunu və məqsədləri bilinmir, heç bir nəticə əldə olunmur. Buna səbəb o ölkələrdə elmin səviyyəsinin aşağı olması, elmdən kənar olan məqsədlərin güdülməsi, tədbirlərin reklam xarakterli olması kimi subyektiv amillər ola bilər. Hətta bəzən ən yüksək elmi, siyasi və ictimai qurumların tətbirlərinin səviyyələri yüksək olmur, daha çox formal xarakter daşıyır. Son zamanlar hansısa siyasi maraqlar naminə keçirilən konfranslar da olur. Son illər ərzində Azərbaycanda da müxtəlif səviyyələrdə elmi konfranslar və başqa yığıncaqlar keçirilməkdədir. Bu tədbirlərin də elmi səviyyəsini və dəyərini birmənalı qiymətləndirmək olmur. Marağı cəlb edən çıxışlar və müzakirərlə yanaşı məqsədi, aktuallığı və yeniliyi müammalı olan darıxdırıcı məqamlar da az deyildir. Bunlar da konfransların dəyərini kiçildir. Yetərsiz çıxışların, təşkilatı zəif olan konfransların sayı nə qədər çox olsa, o gədər də Azərbaycan elminə, ölkəmizəin imicinə xələl yetirilir. Azərbaycan alimlərin məqsədi ölkəmizi layiqincə təmsil edilməsi olmalıdır, onlar xarici həmkarlarından daha məzmunlu, daha dolğun və maraqlı məruzələrlə çıxış etməyə çalışmalıdırlar. Buna nail olmaq üçün isə daim elmi fəaliyyətdə olmaq, yeni kəşflər etmək lazımdır. Əğər alim keçmişdə əldə olunan nailiyyətləri, elmi dərəcəsi və vəzifəsininə arxalanıb, formal və elmi dəyəri olmayan çıxışlarla konfranslara qatılırsa, onda o həm öz adına, həm də ölkəmizin adına xələl yetirir. Yetərsiz, dəyərsiz və məzmunsuz çıxışlarla yanaşı, Azərbaycanda keçirilən konfransların təşkilatlanması və nizamlanmasında da problemlər vardır. Bu baxımdan uğurlu tədbirlər olsa da problemlər də az deyildir. Bəzən elmi konfranslar ümumi zallarda keçirilir, seksiyalara bölünmür. İxtisaslaşma olmadığından, bütün çıxışlar və müzakirələr bir-birinə qatılır. İştirakçıların hamısı, hətta peşəkarlar belə, bu şəraitdə tez yorulurlar, bütün məruzələri diqqətlə dinləyə bilmirlər. Həmdə bir sahənin peşəkarı üçün başqa sahənin məruzəsi maraqsız da ola bilər. Adi eşidənlər üçün də bu şərait maraqsız və yorucu çıxışlar toplusundan başqa bir təsir bağışlamış. Belə olanda konfransın mənası da itir. Bu cür tətbir formal xarakter daşıyır və reklamdan başqa bir məzmun daşımır. Onun elmi dəyəri olmur. Daha bir problem çıxışların sıxlığıdır. Bəzən o qədər çox çıxışlar olur ki, bu vaxt və insanların qavrama baxımından mümkünsüz olur. Bir birini çoxlu sayda dəyişən müxtəlif mövzulu çıxışlar həm dinləyicini yorur, həm də məruzəçini vaxtın azlığı baxımından sıxır, mövzu tam olaraq açılmır. Məruzələrin sonra dərgilərdə dərc edilməsi də burada bir rol oynamır. Çünki yazılanı çox adam oxumur. Bundan başqa konfransda çıxışın mənası da ondan ibarıtdir ki, məruzəçi yazıda deyil, bilavasitə çıxışla eşidənləri tədqiqatları ilə tanış etsin. İclasları aparanlar da bir çox hallarda çoxlu qüsurlara yol verirlər. Bu qüsurlarlardan ən önəmlilisi reqlamentə riayət etməməkdir. Onlar bəzən istədikləri adamlar üçün vaxt məhdudiyyətinə riayət etmirlər, başqaları üçün isə bunu tətbiq edərək ikili standartlara əl atırlar. Bununla da onlar bir çox adamların hüquqlarını pozub, bəzi adamları yüksək, bəzilərini isə onlardan aşağı göstərirlər. Bu da əxlaqi baxımdan yolverilməzdir. Bundan başqa bəzən bir qrup adamlara daim replikalar atmaq və suallar vermək imkanı verilir, başqalarına isə verilmir. Bu da konfranslarda ayrıseçkiliyin və bərabərsizliyin göstəricisi olur. Hətta replikalar və suallar o qədər uzadılır ki, faktiki olaraq yeni məruzəyə çevrilir. İclas aparıcıları isə əksər hallarda subyektiv səbəblər üzündən bunun qarşısını almırlar. Yaxud da istədikləri adamlar üçün almayıb, baqaları üçün alırlar. H əmdə öncədən təqdim edilmiş reqlamenti pozaraq, istədikləri adamlara məruzə etmək üçün söz verirlər. Bununla da reqlamentdə olan başqa məruzəçilərin çıxış üçün vaxtı azalır, dinləyici isə daha bir üzüntülü çıxışı eşitməyə məhkum olaraq, yorulur. Çıxışları hazırlayan məruzəçilərlə bağlı da bir çox hallarda problemlər vardır. Məsələ burasındadır ki, məruzələrin hazırlanması və çıxışların lazımi səviyyədə edilməsi işləri yetərincə görülmür. Bir çox hallarda çıxış edən elm adamları anlamaq olmur. Çünki məruzələri mürəkkəb və anlaşılmayan dildə təqdim olunur. Bundan başqa, çox məruzələrin aktuallığı və orjinallığı olmur, onlar tamamilə dəyərsiz, maraqsız və üzücü olur. Onların giriş hissəsi, məzmunu, sonluğu və məntiqi olmur. Hiss olunur ki, çıxış edən bəzi alimlər konfrans üçün ciddi hazırlaşmışlar, çıxışları çıxış və özünə reklam naminə edirlər. Onlar məruzələri köhnə işlərinin üzərində qururlar. Hətta onların bir çoxu mətni kağızdan oxuyurlar, birbaşa deyə bilmirlər. Bu isə dinləyici üçün çox üzücü olur. Bu da məruzəçilərin hazırsızlığının göstəricisidir. Burada qeyd edilməlidir ki, konfransların əvvəlində açılış sözü ilə çıxış edən rəsmi adamlar çıxışlarını kağızdan oxuya bilərlər. Onlar yalnəz açılış sözünü deyirlər. Lakin peşəkar alimlərin bunu etməsi suallar doğurur. Əslində konfransda məruzə ilə çıxış edən alim çox ciddi hazırlaşmalıdır. Onun məqsədi tədqiq etdiyi problemləri anlaşılan və sadə dildə izah etmək olmalıdır. O, öz nitqi ilə dinləyicilərin marağını oyatmalıdır, onun çıxışı üzücü olmamalıdır. Bunun üçün nitq düşünulmuş olmalı, aktual, yeni və orjinal problemə həsr edilməli, çağdaş zamanla bağlı olmalıdır. Nitqi lazım olan səviyyədə təqdim etmək üçün həmdə natiqlik elmindən də xəbərdar olmaq lazımdır. Hətta istənilən elmin ən mürəkkəb məqamlarını belə sadə, anlaşılan, maraq oyadan tərzdə ifadə etmək olar. Bunu edə bilməyən məruzəçinin nitqi uğursuz sayıla bilər. Məruzəçilərin qarşısında əxlaq problemi də durur. Məruzəçi alim nitqi ilə həm özünə həm də dinləyicilərə hörmət etməlidir. Uğursuz, kağız üzərindən oxunan, aktuallığı olmayan, mürəkkəb və anlaşılmayan çıxışlar edən alimlər öz adlarına xələl gətirirlər. Onların çıxışları dinləyicilər tərəfindən narazılıqla qarşılanır və onun haqqında mənfi rəy yaranır. Eyni zamanda bu cür uğursuz məruzələr dinləyicilərə qarşı da hörmətsizlikdir. Onlar öz vaxtlarını sərf edib, konfransa gəlib, alimlərdən maraqlı çıxışlar gözləyirlər. Yetərsiz çıxışlar isə onların ümidlərinə son qoyur və son nəticədə pis məruzələr onlara qarşı hörmətsizliyə çevrilir. Yuxarıda göstərilən hallar nə qədər çox olursa, o qədər konfranslar da uğursuz, mənasız və formal xarakter daşıyır. Belə olanda onların heç bir dəyəri olmur və bu cür konfranslar haqqında mənfi rəy formalaşır. Çünki bu tədbirlərin məzmunu və keyfiyyəti olmalıdır. Buna isə reklam kompaniyası ilə, yaxud teliviziyada elanlar və təriflərlə deyil, keyfiyyətli və orjinal çıxışlarla, mənalı müzakirələrlə nail olmaq olar. Azərbaycan alimlərinin bu tətbirlərdə səviyyəsi nə qədər aşağı olarsa, bir o qədər bizim ölkəmiz haqqında mənfi rəy yaranır. Bunu həm iştirakçılar, həm də təşkilatçılar bilməlidirlər. Üzə deyilən təriflər heç də həqiqətin göstəricisi olmur. Tərifi üzdə deyən, qəlbində başqa fikirləri də keçirə bilər. Buna görə gəlblərdə müsbət rəyə nail olunmalıdır, nəyəsə xatir üzdə deyilən təriflərə yox. Buna görə də Azərbaycanda elmi konfransları hazırlayan qurumlar öz işlərinə məsuliyyətlə yanaşmalıdırlar. Məruzəçilərin seçimində biganəlikdən və subyektiv amillərdən çəkinməlidirlər. Onlar azərbaycanlı məruzəçiləri və alimləri qarşısında sərt tələblər qoyulmalıdır. Bu tələblərin bəziləri aşağıdakı kimi ola bilər: Məruzələr maraqlı, aktual, yeni və orjinal olmalıdır. Ümumi xarakter daşıyan, konkretliyi olmayan məruzələr bəyənilməməlidir. Onların giriş hissəsi əsas məsmunu və konkret (bir-iki cümlə ilə ifadə edilmiş) nəticəsi olmalıdır. Video-görüntülərlə müşaiət edilən çıxışlara üstünlük verilməlidir. Alimlərin kağızdan məruzələrin oxunması bəyənilməməlidir. Məruzəçilərin seçilməsində onların vəzifəsi, elmi dərəcələri kimi subyektiv amillərə deyil, onların istedadlarına, çıxışlarının keyfiyyətinə, natiqlik qabiliyyətinə görə aparılmalıdır. Bundan başqa, təşkilatçılar məruzəçilərin sayının həddən çox olmasına yol verməməli, konfranslarda seksiyalarda çıxışları təmin etməlidirlər. Beləliklə, Azərbaycanda keçirilən elmi konfransların elmi səviyyəsinin artırılmasına nail olmaq lazımdır. Bu tətbirlərin gözəl zallarda keçirilməsi, orada dadlı yeməklərin verilməsi heç də onların məzmununu və elmi səviyyəsini artırmır. Səviyyənin artmasında həm alimlər, həm də təşkilatçılar səylərini və prinsipialləqlarını göstərməlidirlər. Məruzəçi alimlər öz doğma ölkələrinin təmsilçisi olduqlarını dərk edib, yüksək keyfiyyətli və elm baxımından dəyərli çıxışlar hazırlamalıdırlar. Təşkilatşılar isə birinci növbədə formalizmdən və subyektiv amillərdən çəkinməli, məruzəçilərin şəxsiyyətinə deyil, onların təqdim etdikləri məruzələrə qiymət verməlidirlər. Yalnız bu amillərə riayət edildikdə Azərbaycanda keçirilən tətbirlərin səviyyəsinin artırılmasına nail olmaq olar. Din və dövlət. 6 (26), 2011. |