Modernizm, Postmodernizm və çağdaş Azərbaycan1. Modernizm Modernizm XX yüzillikdə texnogen sivilizasiyasının etkisi ilə gəlişən yeni düşüncəni, xassiyətləri, praktikaları çevrələyən geniş anlamlı anlayışdır. Insanların çevrəsində olanlara öyrəncəli baxışlardan aralanma və onları yeni anlamda ortalığa çıxarmaqdır, hər şeyə özəl metaforik baxlışdır. Onu realizmə qarşı bir üsyan kimi dəyərləndirmək olar. İncəsənətdə modernizm kubizm, sürrealizm, abstraksionizm, avanqardizm, impressionizm, modern və başqa axınları içəriləyir. Insan artıq təbiətin verdiyini yansımaqdan yayınaraq, çeşidli şeylərə öz baxışlarını ortalığa qoymuşdur. (1) Avropa fəlsəfəsində modernizm dəyişilmə ilə yenilənməyə yönəlmiş bir axındır. İdeoloji baxımdan modernizm, dinə ya da milli gələnəklərə dayanaraq yeniliyi qavramaqdan boyun qaçıran toplumlara qarşı durur. Buna görə də modernizmdə fərdçilik gələnəklərə üstün gəlir. Modernist insan hər zaman yeniliyə yönəlir, onu mənimsəyir. Modernizmi ortalığa çıxaran modern dönəmidir. Bu dönəm gələnəkçi toplumun baxışları ilə qarşı duraraq, şəhərləşmə, sənayeləşmə, dünyaviləşmə ilə xarakterizə edilir. Modernləşmiş adamlar gələnəklərlə deyil, rasional düşüncə ilə davranırlar, ata-babalarından fərqli sosial təbəqədə olurlar, dəyişən dünyaya uyğunlaşırlar, demokratiyaya gətirə bilən mədəniyyətə yiyələnirlər. Modernizm öyrəncəli baxışların, gələnəklərin dağıdılması, ya da onlara yeni anlam verməsi ilə müşaiyət edilir. Buna da “dekonstruksiya” deyilir. Bundan başqa, modernizmin ortalığa çıxması pozitivizmin gəlişməsi ilə bağlıdır. Pozitivizm yalnız duyğusal (empirik) yollarla əldə edilən biliyi doğru sayır, fəlsəfi və metafizik biliyin dəyərini tanımır. Modernizmin ortalığa çıxması yeniləşən dünyada yaşayan düşüncələri, öyrəncəli yaşamlarını, anlamlarını dəyişdir. Yüzilliklər boyu başqılar altında yaşayan insanlar özgürlüyün havasını dadmağa başladılar. Bu sürəc özünü hər yerdə göstərməkdə idi. Musuqidə caz, incəsənətdə sürrealizm, bilimlərdə təkamülçülük, fəlsəfədə pozitivizm, ölkə quruluşunda respublikaçılıq ortalığa çıxmışdır. Modernizm fəlsəfəsinin gəlişməsində A. Şopenqauer, R. Vaqner, F. Nitşe O. Uayld kimi düşünürlər böyük rol oynamışdırlar. Onlar Avropa rasionalizminə, hər şeyi qəliblərə salınmasına, anlaşılmasına qarşı çıxış etmişdirlər. Beləliklə modernizm Avropa aydınlatmasına qarşı çıxış etmişdir. Şopenqauer batı ilə doğu mədəniyyətlərinin sintezini yaratmaq istəmişdir. Onun fikrincə batı düşüncəsi rasional, doğu düşüncəsi ilə irrasionaldır. Hər şey təkcə rasionallıqla qavranılmaz, düşüncənin qavramadıqları reallıqlar da vardır. Empirik (duyulan) təcrübədən başqa onu tamamlayan intuitiv təcrübə də vardır. Bunların sintezi dünyanın doğru anlaşılması üçün gərəklidir. (2) Şopenqauerə görə dünyanı yönətən güc iradədir. O “Dünya iradəsi” ilə “Dünya Düşüncəsi” anlayışlarını işlətmişdir. İradə heç bir qurala və əxlaqa uyuşmayan bir gücdür. O da hər şeyi yaradır, başlanqıcında durur. “Dünya iradəsi” özünü doğanın güclərində, bitkilər, heyvanlar və insanlar aləmində göstərir. İnsanlarda “düşüncə aləmi” vardır. Başqalarından fərqli olan insan özünü tanıyır, öz faciəli sonluğunu, həyatın mənasızlığını anlayır. Bu sıxıntılardan çıxmaq üçün o, düşüncəyə əl atır, onun araçılığı ilə dünyanı anlamaq, öz alın yazısını dəyişmək istəyir. Ancaq bu heç bir sonluğa ulaşmır. “Dünya iradəsi” onun düçüncəsini yox edir. Buna görə düşüncəyə arxalanmaq yalnız bir xülyadır, illuziyadır. “Dünya iradəsinə” qarşı getmək olmur. Onu yalnız duymaq, ona qovuşmaq, onun axarı ilə getmək gərəkdir. Bu yol da dünyadan aralanmada, incəsənətdə və fəlsəfədən keçir. İncəsənətdə Şopenqauer musuquyə daha da çox önəm verirdi, onu “Dünya iradəsinə” qovuşmada üçün ən yetərli araçı sayırdı. Elə bu yönəlməni R. Vaqner gerçəkləşdirmiş oldu (3) . O irrasionallıq ideyaları öz musiqisində yansımışdır. Vaqner əski opera və musuqi gələnəklərindən aralanaraq bu sənətə yeni baxışları gətirmişdir. Onun yaratdığı musiqi fəlsəfi və mistik məqamlarla dolu idi. Musiqi insanın özgür olmasına, Doğa ilə birliyə yönəlməlidir. Beləliklə “Dünya ruhuna” ulaşmaq üçün bir araçi kimi musiqi seçilmişdir.Vaqner artıq çeşidli alanların sintezinə ulaşmışdır. O, musuqi ilə dramanı birləşdirə bilmişdir. Bu yolda keçmiş bəstəkarları ələşdirmiş, onları darıxdırıcı və geriçi adlandırmışdır. Modernizm fəlsəfəsinin təməllirini qoyan düşünürlərdən Nitşe də sayılır. Dünya Apollon və Dionisin çarpışması ilə gəlişərək irəliləyir. Apollon düzən və ahəngi, Dionis isə qaranlığı, qarışıqlığı simvolizə edən yunan tanrıları olmuşdurlar. Bu substansiyalar bir deyildilər. İlkin olan Dionisdir, ondan Apolon yaranmışdır. Dionislə bağlı iradə yönətimə olan istəkdir. Yalnız güclülərin yaşamağa haqqı vardır, yetəri olmayanlar yox olmalıdır. (4) Nizam, düşüncə isə ikinci dərəcəlidirlər, yönətimə ulaşmaq üçün bir araclırlar. İnsan meymundan oluşduğu kimi, sonra gəlişib “olaqanüstü insana çevrilməlidir. Bu kimi insan başqalarından güclü iradəsi ilə seçilir. O, əski dəyərləri devirib, yenilərini qoyur. Əski dəyərlər isə yalnız bunun qarşısını almaq üçün qurulmuşdurlar. Tanrı artıq ölmüşdür. Onun yerinə Dəccal gəlib, yeni yaşam gətirməlidir. Əxlaqi dayaqlar da qullar üçün olmuşdur. Olaqanüstü insan yeni əxlaqi prinsiplər gətirməlidir. Bu əxlaq, toplum, din kimi kənar ideologiyalardan deyil, insanın öz ruhundan ortalığa çıxmalıdır. O. Uayld da modernizm ideyalar yazarçılığa gətirmiş, yaşamında uyqulamışdır. Onun fikrincə incəsənət incəsənət üçün olmalıdır, heç bir ideologiyaya qulluq etməməlidir. O irrasional olmalı, təkcə düşüncə ilə qavranmamalıdır. İlk öncə modernizm ideyaları çox da yayqın olmamışdır. Toplumda daha çox Hegelin rasionalizmi yayılmışdır. Ancaq 1-ci Cahan savaşının başlaması rasionalizmi sonu, gəlişmiş ölkələrə böyük faciələr gətirmiş bir olay kimi dəyərləndirilmişdir. Barışın və gəlişmənin uzun sürməsi, savaşların tarixdə qalmasını istəyən avropalılar bu savaşı sıxıntılarla keçirmişdirlər. Mədəniyyət və gəlişmənin yerinə dağıntılar, öldürmə istəyi gəlmişdir. Hər şey dağılıb ölürsə, deməli düşüncə heç də hər şeyi çözmür. Bununla da düşüncəyə inam sarsılmışdır. Bu arada da modernizm öz yüksəlməsi çağlarını yaşamağa başlamışdır. 1-ci Cahan savaşı avropalıların mədəniyyətlərinin, gəlişmələrinin sonu kimi də dəyərləndirilmişdir. Bu qonuda öz fəlsəfi düşüncələrini O. Şpenqler irəli sürmüşdür (5) . O, mədəniyyətə “əski, orta, yeni çağlar” kimi evrim (təkamül) modelləri danıb, yeni baxışla çıxış etmişdir. Şpenqlerə görə bütün mədəniyyətlər bir-birindən bağımsızdırlar, öz yaranma gəlişmə, yox olma mağlarını yaşayırlar. Çin, Babil, Misir, Hind, Batı, Bizans-Ərəb, Rus-Sibir kimi böyük mədəniyyətlər olmuşdur. Onların hamısının özəllikləri vardır. Hər bir mədəniyyətin ölməsi onun sivilizasiyaya çevrilməsidir. Yunan mədəniyyəti Roma sivilizasiyasına keçməsi buna örnəkdir. Orta əsrlərdə yaranan Avropa mədəniyyəti də 19 yüzillikdə sivilizasiyaya çevrilib ölməyə doğru getməkdədir. Ölümə eşit olan sivilizasiya üçün saldırı (təcavüz), tanrısızlıq, materializm, devrimçilik, şəhərlərə axın özgüləri (xüsusiyyətləri) vardır. Elə bütün bu özgülər də Batı sivilizasiyasında vardır. Buna görə də o ölümə döğru irəliləməkdərir. Beləliklə 1-ci Cahan savaşı sonrası durum çöküş kimi dəyərləndirilərək irrasional axınların güclənməsinə gətirib çıxartmışdır. Bu isə modernizmin düşünlərərdə, baxışlarda, bilimlərdə, yaşamda yer alması ilə sonuclanmışdır. Bununla belə, modernizmin ən aşırı biçimləri də ortalığa çıxmışdır. Sonda bütün bu yönəlmələr nasizm, faşist ideyalarının qurulmasına, 2-ci cahan savaşına gətirib çıxartmış. Bu isə Avropanı daha da böyük ucurum qarşısında qoymuşdur. 2-ci cahan savaşından sonra isə modernizmin çöküşü başlamışdır. Bunun nədəni dünyanın dəyişməsi, yeni gerçəkliklərin yaranması, kommunikasiyaların açılması, informasiya texnologiyalarının gəlişməsi, bütün bunlarla bağlı olaraq düşüncələrlə yaşam biçiminin dəyişməsi olmuşdur. 2. Postmodernizm XX yüzilliyin 2-ci yarısından başlayaraq öndər ölkələrdə modernizmin özü də böhran keçirmiş, postmodernizmə keçmişdir. Günümüzdə də mədəniyyətin və fəlsəfənin çeşidli alanlarında postmodernizm sürməkdədir. Postmodernizmdə bütün sınırlar ortalıqdan götürülür. Fəlsəfə, mədəniyyət, incəsənət, memarlıq və başqa anlayışlar bir-biri ilə qarışır. Artıq bunların ayrı-ayrı axınları deyil, özləri bir-dirinə qarışır, sinkretikaya çevrilir. Postmodernizmdə varlığın özlüyünə varılmır, hər şey qolay, aydın, incəliklərə önəm vermədən qavranılır. Dünya anlanmadan, olduğu kimi qəbul edilir. Modernizm əski baxışları yeniləri ilə dəyişirdisə, postmodernizmdə bu yeniliklərin də dağılması, hər şeyin bəsit, aydın və sinkretik olması ideyası ortalığa goyulmuşdur. (6) Modernizm əski anlayışları yeniləri ilə dəyişib, yeni cərəyanlar yadadırdısa, postmodernnizmdə bu amac güdülmür. Burada elitar anlayışlarla kütləvilik eyniləşir, birləşir, oyun kateqoriyalarında ortalığa qoyulur. Burada sistemlikdə xaotikliyə, qarışıqlığa doğru yönəlmələr duyulur. Uzun və çətin kateqoriyalar ən bəsit anlayışlarda verilir. Bilimlər, fəlsəfə, sənətlər və başqa alanlar təkcə peşəkarların deyil, hamınınkı olur. Onların arasında sınırlar silinir, sinkretik anlayışlar yaranır. Burada, modernizmdə olduğu kimi, gələnəklər tam danılmır, onlara qismən dönüş də ola bilər. Pluralizm, ciddilikdən aralanma və dünyaya hironik baxış, həqiqətin olmaması, yazının obyektiv realığı yansımaması və yeni reallıq yaratması prinsipləri, marginalizm, İnternet və başqa informasiya məkanlarının yaranması - postmodernizmin özəlliklərindəndirlər. Postmodernizm çoxşaxəlilikdir, “isveç masasına” bənzəyir. Kimə oradan nə gərəkdirsə, onu da aparır. Postmodernizmin düşünürlərindən biri olan J. Derrida bütün öyrəncəli anlayışların yanlış olmasında, onların dağıdılmasında (dekonstruksiyasında) dayanırdı. Onun dediklərinə görə, həqiqət kimi dəyərləndirilən qurallar vardır. Bu “söz mərkəzçiliyidir” (loqosentrizm). Burada hər şey çütlük kimi önə çıxarılır: hərfi-məcazi, ciddi-ciddiyətsiz, transsendent-empirik. Burada birincisi ilkin, ikincisi isə onun özəl durumu kimi anlaşılır. Bu düzən pozulmalı, birinci anlayışlar ikincilərin törəməsi kimi önə çıxarılmalıdır. Örnək üçün məcazi hərfinin deyil, hərfi məcazinin özəl dürümüdur. (7) Daha sonra Derrida, hamının önəm verdiyi dilə və qonuşmağa deyil, yazının önəmli olsasında dururdu. Çünki dildə olan simvollardırsa, onların saxlanması yazıda olur. Buna görə də dil və qonuşma yalnış yazının bir çeşididir, ondan törəmədir. Beləliklə Derrida bütün öyrəncəli anlayışları sübhə altına qoyur. Onun fikrincə onlar heç də həqiqət və təməl deyillər, yalnız törəmədirlər. 3. Avropa və Amerikada dində modernism Yeniləşən gerçəkliklərlə, düçüncələrlə dinin uyuşması ən problemli sorunlardandır. Çünki din gələnəkçi quralların, ehkamların üzərində qurulmuşdur. Bir yandan din modernizmə qarşı çıxır. Ancaq dünyanın gəlişmə axarı bu qarşılığın dayanıqlı olmasına imkan vermir. Buna görə də gələnəkçi din seçim qarşısında qalır. O özü, qismən də olsa, yeniliklə barışmalı ya da ortalıqdan çıxmalıdır. Eyni zamanda, modernizmlə qismən barışmaq doktrində də dəyişikliklərə, ona yeni baxışlara gətirib çıxarır. Bunu etməyənlər təriqət olaraq azlıqda qalırlar, topluma etkilərini itirirlər. Dində modernizm özünü ikili göstərə bilər: ehkamların dəyişilməsi, ya da əski ehkamların yenidən yorumlanması ilə. Ehkamların dəyişdirilməsi yeni dini axınların yaranmasına gətirib çıxarır. Buna görə də çoxluq bunu etmir. Ənənə ilə bağlılığı kəsmək istəməyən çoxluq əski ehkamlara yeni yorumlar verməsi yolunu tuturlar. Bu proseslər hələ antik çağlarda başlamışdır, orta çağlarda xristian və müsəlman toplumlarında gedib, bu günə kimi də sürməkdədir. Sokratın dinsizlikdə suçlanması, Ksenofanın yunan dininə şübhəçi baxışları, mütəzililərin çalışmaları, protestantizmin və bəhailiyin yaranması kimi olaylar dində yeniləşmənin göstəriləridirlər. Daha da irəliləmiş toplumlarda dini modernizm prosesləri güclənir, geriləyən toplumlarda isə gələnəkçi inancların üstülüyü olur. Bu baxımdan yeni çağlarda Avropa ilə Amerikada gedən proseslər daha dərin olmuşdur. Protestant kilsələr bir mərkəzdən yönətilmədiklərinə və dəyişiklikliklərə dəha açıq olduqlarına görə modernizmə uyuşmuş, ayrı-ayrı durumlarda isə toplumun gəlişməsinin önündə getmişdirlər. Ornək üçün kalvinizmdə mistikaya inam azalmış, dini ehkamlar minimuma endirilmiş; rasionalizmə, çalışmalara, çabalara toplum işlərinə özəl önəm vermişdir. Bu kimi protestant axınlar yeni Avrora ilə Amerikanın quruculuq işlərinə qatılmışdırlar. Katolik kilsənin isə ən yeni çağlara qədər gəlişən dünya ilə uyuşması sürəci çətin getmişdir. Renessans çağlarındam başlayaraq, 19-cu yüzilliyin sonlarına - 20-ci yüzilliyin ilk illərinə gədər kilsədə yeniləşmə prosesləri dərinə varmırdı. (8) İlk katolik modernistləri, bu dini yeniləşən dünyaya uyğunlaşdırmaq istəyi ilə, kilsənin bir çox ehkamlarını və rituallarını ələşdirmişdirmişdirlər. Katolik modernistlərə görə, dini insan yaradıb; Bibliyanı Tanrı endirməmişdir; mövhumatlardan çəkinilməlidir. Həmdə, onlara görə, İsa tanrı deyil, Yəhudi məsihi olmuşdur. Xristian enkamlarının hərfi və özlüyü vardır. Onları bir-birindən zamana uyğunlaşaraq ayırmaq gərəkdir. (9) Öncə katolik kilsəsi modernistlərə qarşı olmuşdur, onlar kilsədən qovulmuşdurlar. Ancaq sonra, yeniləşən dünyada öz yerini saxlamaq üçün, bir çox modern düşüncələrlə barışmalı oldu. Bu sürəc 1962—65 illərdə 2-ci Vatikan kilsə məclisindən sonra dərinləşmişdir. Katolik modernistləri A. Luazi, L. Düşen, Blondel, H. Şell, C. Tirell, R. Muarri kimi düşünürlər olmuşdurlar. 4. Müsəlman ölkələrində modernism Müsəlman ölkələrində də orta çağlarda dini modernism sürəcləri getmişdi. Mütəzililər dində yeni yorumlamalarla çıxış etmiş, onu yeniləşən gerçəkliklərlə uyğunlaşdırmaq istəmişdirlər. Ancaq Avropada gedən sürəclərdən ayrılı olaraq, burada modern baxışlar gələnəkçilərlə çarpışmada yenilgiyə uğradı. Buna baxmayaraq, mütəzililərin qoyduğu yöntəmlər müsəlman dünyagörüşünü duyulacaq qədər dəyişə bilmişdir. Bundan sonra ideoloji baxımdan uzun yüzilliklər boyu bir durğunluq yaşanmışdır. Avropada getdiyi sürəclər müsəlman ölkələrində getməmiş, Renessans yaşanmamışdır, hər bir alanda geriləmə olmuşdur. Hər yerdə monarxiya, ailə, tayfa, yerriçilik yönətimi qurulmuş, toplumlarım özgürlüyü əlindən alınmış, yaltaqlıq, köləlik psixologiyası aşılanmışdır. Dini gələnəkçilər də siyasi yötətimlə birgə çıxış edərək, toplumun durğunluğunu sürdürmüş, hər bir yeni düşüncənin, yeniliyin qarşısını alırdılar. Bir zamanlar qurulmuş sxolastik tanrıbiliminin bütün çağlar üçün dəyişməz olduğu prinsipindən çıxış etmişdirlər. Yaşamın və bilimin bütün alanları hazırlanmış qəliblərə sığışdırılmış, onların əbədiliyi önərilmişdir. Min il boyu yalnız türklərin yüksəlməsi çağlarında irəlləyişlər əldə olundu. Ancaq bu irəlləyiş daha çox siyasi və hərbi alanlarda olmuşdur. Bilimlər, yeni düşüncələr, fəlsəfələr, modern ideyalar, türklərin zamanında olsa da, Avropanın Renessansı qədər olmamışdır. Onlar daha çox Avropadan alınan modelləri və texniki aracları qullayırdılar. Öz ixtiraları az olmuşdur. Bu sürəclər də getdikcə dərinləşirdi. Kral, tayfa, ailə yönətimi surdürülürdü; respublikaçılıq, parlamentarizm, demokratiya ideyaları yaxına belə buraxılmırdı. Sonda çox gəlişmiş Avropa, müsəlman dünyasının çox bölgələrini öz sümürgəsinə çevirmişdir. Sümürgəcilikdən qurtara bilmiş az saylı bölgələr də Avropanın güclü etkisi altında olmuş, bağımsız siyasət yeridə bilməmişdirlər. Yalnız 19-cu yüzilliyin sonlarında dini və ictimai-siyasi modernizmin ilk göstəriləri oyanmağa başlamışdır. Dini modernizmin iki qolu olmuşdur. Bunlardan biri bəhailər və qədyanilər kimi İslamın dirəklərini danmış, yeni doktrinlə çıxış edənlər idi. Ancaq C. Əfqani, M. Əbduh, R. Riza, Seyyid Əmir Əli, Seyyid Əhməd Xan, Seyyid Qütb, Əli Şəriəti kimi dinin dirəklərini danmayaraq, onlara yeni yorum verənlər, onları çağdaş zamana uyğunlaşdırmaq istəyən düşünürlərin ideyaları daha yayqın olmuşdurlar. Onlar da katolik modernistləri kimi dinə rasionalizm baxımından yanaşmış, Quranda bilim qurallarının olduğunu önərmişdirlər (10) . Onlara görə müsəlmanların geridə qalması ilkin İslamdan aralanmasına görə olmuşdur. Buna görə də amac o çağların dininə qayıtmaq, ictihadın qapılarını açmaq olmuşdur. İslam yenidənqurmaçıları İslamda ruhaniliyə qarşı çıxış etmiş, siyasi alanda parlamentarizmin və respublikaçılığın yandaşları olmuşdurlar. Yenidənqurmaçılara görə, dini təməli yalnız Quranda, onun çağdaş ruhda yorumlanmasındadır. Elçi olaylarına (hədislərə), bilginlərin çözümlərinə (icma və rəy), bənzətmə (qiyas) yöntəmlərinə isə şübhə ilə yanaşırdılar. Onlar banklarda olan pul əməliyyatlarını faiz kimi dəyərləndirməmiş, daşqalağ etmə kimi sərt cəzaların uyqulanmasını doğru saymamışdırlar. Dini yenidənqurmaçılara görə İslam liberalizmə qarşı deyil, onun özüllərində özgürlük ideyaları durur. Dini modernizmlə yanaşı yaşamış başqa alanlarında da yeniləşmə sürəcləri gedirdi. Bu sürəclər daha çox müsəlman dünyasının başqa mədəniyyətlərlə (özəlliklə də Avropa və Rusiya) ilişkilərdə olan yerlərdə gedirdi. Çünki o bölgələr gəlişmədə olan ölkələrlə ayaqlaşmalı idilər. Hər şeydən öncə laiklik, dinin və gələnəklərin yaşamda payının azalmasına yönələn aydınlatma işlərinə başlanılmışdır. Bu sürəci Avropa daha öncə keçmişdir. Bunu da müsəlman toplumlarında gedən dekonstruksiya kimi adlandırmaq olar. Dekonstruksiya bəzən zorakılıqla da keçirilirdi. Zorakılıq Türkiyə ilə İranda daha çox olmuşdur. Ancaq, bununla belə, bir çox müsəlman bölgələrində müsəlmanların bir çoxu dekonstruksiyaya dəstək verirdilər. Bu sürəclər Türkiyə ilə Rusiya imperiyasında yaşayan müsəlmanların arasında daha da surətlə gedirdi. Ancaq Sovetlər Birliyi qurulandan sonra, Orta Asiya və Qafqaz müsəlmanlarının arasında dekonstruksuya yeni kommunust ehkamçılığının qurulması üçün keçirilirdi. İranda modernizmin gəlişməsi İran İslam devrimi ilə geriləmişdi. Ərəb ölkələrində isə avtoritar və totalitar diktaturaların qurulduğuna görə modernizmin gəlişməsinə yol verilməmişdir. Sonda bu yolda ən irəliləyən ölkə Türkiyə olmuşdur. Bütövlükdə isə, müsəlman dünyasında modernizm və postmodernizm sürəcləri yetərincə getməmişdir və bu günə gədər də buna doğru olan yönəlmələr olsa da, onlar dərinləşməmişdir. Bu da bütün alanlarda müsəlman toplumlarını dünyanın başqa yerlərinə nisbətən geridə qoyur. Bundan başqa, müsəlman dünyasında modernizmə qarşı təpkilər, dirənişlər çox güclüdür. Buna qarşı milli ənənələr və dini təməlçilər durur. Toplumların düşüncəsi, yaşamlarındakı avtoritar baxışlar yeniliyin qarşısının alınmasına yönəlir. Dünyanın texniki nailiyyətlərini, geyimləri, modaları və başqa görüntülü şeyləri alanların çoxusunun baxışları, iç dünyası, mənəviyyatı avtoritar və geriçidir. Buna görə də dünyavi müsəlman toplumları basqı altında yaşayırlar. Ailə və toplumdan tutmuş yüksək yönətimə gədər hər bir sosial struktur insanları basır, gələnəklərin köləsi olub hansısa avtoritetlərin qarşısında boyun əyməyə zorlayır. Başqa biçimdə yaşamaq istəyənlər, bu basqılara qarşı olanlar isə əzilir, mənəvi və fiziki sıxıntılara uğradılır. Ancaq qalan dünyadan aralanmaq da olmur, yeni informasiya texnologiyaları müsəlman dünyasına etki edir. Buna görə də yenilənməni cərçivələndirən, modernizmə qarşı olan müsəlman toplumlarında ziddiyətlər kəskinləşir. Bu durumun sürməsinə görə də müsəlman toplumlarında radikalizm və terror baş qaldırır. Modernizmə, yeni yaşama, özgürlüyə, insan ucalığına yol verməyən boğucu ortamda etirazlar yalnız iki qütbün arasında olur – dünyavi avtoritarizmlə dini təəssübkeşliyin. Bu da problemlərin dərinləşməsinə gətirib çıxarır. Bu durumda heç bir irəlləyiş ola bilməz. Çünki irəliləyişi yalnış özgür insan edə bilər. Çağdaş zamanda müsəlman dünyagörüşünün yenilənməsinə, ortayüzilliklərin anlayışlarından aralanmasıma çox ehtiyac duyulur. Orta yüzilliklərdə oluşan insanın qul olması ideyası onun geriləməsi və basılmasının nədənlərindəndir. İnsan hamının – Allahdan başlayaraq ölkə başçılarının, rəislərin, alimlərin, böyüklərin, ailənin və ümumiyyətlə hər şeyin quluna çevirilib öz mənliyini gəlişdirə bilmir və basılır. Onun bütün təşəbbüsləri öldürülür. Bu psixologiya bütün müsəlman toplumlarında yayqındır. Buna görə də, dünyavi müsəlman ölkələrində belə bu prinsip qalır, demokratiyaya, plüralizmə, alternativ, qarşıduran mövqelərə az yol verilir ya da heç verilmir. Bundan qurtulmaq üçün dünyaya baxışlar dəyişməlidir. İnsan öz böyüklüyünü duymalı, özünün “Mənini” hamıdan öncə görməlidir. O gul deyil “Yaradıcı” olduğunu anlamalıdır, hər şeyi bacardığına inanmalıdır. Elə bu ideyalar dünyanı hər zaman irəliləyişlərə və uğurlara gətirirdi. Gullar isə böyük işlər görə bilməzlər. Buna görə də, İslamda modernizm bu köklü sorunu önə çıxarmalıdır. Bu olmasa, bütün başqa çabalar heç bur olumlu sonuc verə bilməzlər. Bunun üçün İslamda kosmetik, üzdən olan dəyişmələr deyil, ortayüzilliklərdən aralanmaq üçün köklü dəyişikliklər edilməli, insanların dünyagörüşündə devrimçi yeniliklər yer almalıdır. Bu sürəclər isə müsəlman dünyasında hələ də ləngiməkdədir. Bunsuz isə heç bir irəlləyiş ola bilməz. Bütün toplumlar (yəhudilər, xristianlar) bu yolu çoxdan keçmişdirlər. 5. Çağdaş Azərbaycan gələnəklərlə modernizmin arasında Azərbaycanda yeniləşmə sürəcləri 19-cu yüzilliyin sonları - 20-ci yüzilliyin ilk onilliklərində başlamışdır. O çağlarda, azərbaycanlı aydınlar çağdaş zamanın istəmlərinə uyuşmayan gələnəkçi yaşama, öyrəncəli baxışları ələşdirməyə başlamışdırlar. Onların amacı keçmişin yükündən qurtulub yeni yaşama başlamaq idi. Qurtuluş yolunu da onlar Avropa dəyərlərinə yiyələnməkdə görürdülər. Bunun üçün aydınlar keçmişin dağıdılması işini aparırdılar. Doğrusu, onların gördükləri işlər dekonstruksiya olmuşdur. Onlar o zamankı azərbaycanlıların baxışlarında, yaşamlarında incəsənətdə, yazınçılıqda devrimçi dəyişikliklərin başlaması işini çox böyük uğurla apara bilmişdirlər. Öz işlərində onlar öncə olmayan yöntəmləri, texniki aracları işlətmişdirlər. O zamankı Azərbaycan düşünürləri Avropa fəlsəfələrini də yaxşı bilib onları yaşadıqları toplumlar üçün uyğunlaşdırırdılar. Azərbaycanda modernizmin başlayıb dərinləşməsinin obyektiv nədənləri də olmuşdur. Rusiyanın içinə sümürgə kimi qatılmış müsəlman ellər aşağılanmaqlarla üzləşirdilər, İmperiyanın başqa ellərindən çox geridə idilər. Bundan başqa bölgədə yaşayan başqa müsəlman olmayan ellərlə rəqabətə dözümlülük sorunu çox kəskinləşmişdir. Özəlliklə də erməni sorununun yaranmasından sonra Qafqaz müsəlmanları bu durumdan baş ucalığı ilə çıxa bilməmişdirlər. Bundan başqa, Qafqaz müsəlmanlarının çoxusu etnik türklər idi. Onlar öz imperiyalarının itirləmərini, başqa ölkələrin sümürgələrinə və aşağılanan elinə çevrilməsi olayını çox ağır keçirmiş, bu durumdan çıxış yollarını aramaqda idilər. O dönəmin türk aydınları bu durumdan çıxış yollarını arayaraq, ilk öncə aydınlatma, Avropa dəyərlərinə yiyələnmə ilə modern düşüncənin yürüdülməsi, əskidən qalan gələnəklərin, yaşam biçiminin, baxışların dekonstruksiyası yolunda işlər aparmağa başlamışdırlar. Dekonstruksiya varlığın hər bir alanında aparılırdı. Gələnəkçi dindən aralanma (laiklik), əlifbanın dəyişdirilməsi, Avropa geyimlərinin geyilməsi, memarlıqla yazarlıqda klassik doğu yöntəmlərindən aralanma, başqa bu kimi yönəlmələr Azərbaycanda dekonstruktivizmin gedişinin göstəriləri olmuşdurlar. Çox zaman öyrəncəli yaşamın və anlayışların nə ilə dəyişilməsi təsəvvürləri də olmamışdır. Azərbaycan aydınlarının hansısa konkret konsepsiyaları, ya da fəlsəfələri də olmamışdır. Daha çox Rusiyada yaşayan başqa milli toplumlarla ayaqlaşmaq amacı güdülürdü. Ancaq illər öttükcə milli-mədəni muxtariyyat almaq istəkləri də ortalığa çıxmışdır. Sonda isə, Rusiya imperiyasının dağılmasından sonra Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının özü də modern düşüncəsinin zəfəri kimi dəyərləndirilə bilər. Çünki demokratik quruluş yüzilliklər boyu sürən öyrəncəli şah-xan-bəy yönətiminin yerinə gəlmişdir. Ancaq, bağımsızlığın itirilməsi sonu, Azərbaycanda bolşevik-kommunist ideologiyası zəfər çalmışdır. Bundan sonra modernizmin gəlişməsi dayandırılmış, sosializm realizmi ilə dəyişdirilmişdir. Bu ideologiya da yeni olmuşdur. Onun çərçivəsində insanların düşüncələrində köklü dəyişikliklər edilmiş, dekonstruktiv sürəclər getmişdir. Ancaq, bu sürəclər doğa axarla getməmiş, ədəbiyyatda, incəsənətdə, məişətdə, fəlsəfəfə modern axınların yaranmasına gətirib çıxarmamışdır. Əski anlayışlar yalnız sosialist-kommunust ideyaları ilə dəyişdirilmişdir. Bu isə, son olaraq, əski ehkamların yerinə yenilərinin gəlməsinə gətirib çıxartmışdır. Belə olduqda isə onların özləri də və vaxtsa dekonstruksiyalara uğramamalı idilər. Sovetlər Birliyi dağılanda onun dəyərlərinin dekonstruksiya baş vermiş, gec də olsa, modernizmə və postmodernizmə keşmək üçün imkanlar yaranmışdır. Beləliklə, modernizm sürəcləri Azərbaycanda 19-cu yüzilliyin axırlarından başlasa belə, 20 yüzilliyin sonlarına gədər gəlişə bilməmişdir. Ancaq bağımsızlıq qazanandan sonra yaşamın ayrı-ayrı alanlarında bu sürəclərin gedişi getmişdir. Ədəbiyyatda yeni axınlar, incəsənətdə yeni üslublar işlənməyə başlamışdır. Marqinal düşüncələr və kimsələr ortalığa çıxmışdır. Buna baxmayaraq, bu günə kimi modernizm və postmodernizmin toplumumuzda yer alması üçün çoxlu əngəllər vardır. Halbuki çağdaş zamanla uyuşmaq üçün, dünyada önəmli yerlərdə olmaq üçün yeni düşüncələrə yiyələnmək gərəkdir. Bu yol nə gədər tez keçilsə, bir o gədər yaxşı olardı. Buna görə də yeniləşmənin qarşısını tutan bütün ənəllərdən nə qədər tez qaldırılsa, bir o qədər yaxşı olardı. Nə qədər əski düşüncənin, gələnəklərin, yaşamın qəlibləri qalmaqdadır, o gədər də dünya ilə ayaqlaşa bilməyəciyik. Bu da bizim yaşamımızı soru altına qoya bilər. Çünki doğanın yasasına görə, rəqabətə duruş gətirə bilməyənlərin varlığına son qoyulur. Sosializm realizmindən əli boş çıxmış çağdaş Azərbaycan böyük surətlə gəlişmiş dünyanın standartlarına nə qədər tez ulaşa bilsə, o qədər də öz yaşama hüququnu qoruya bilər. Belə olmasa bizim bir ölkə və millət kimi tarixdən silinmə təhlükəsi gerçəkləşəcək. Çünki biz dünyanın çox gərəkli bir yerində yerləşirik, qarşıduran təhlükələrlə üzləşirik. İlk olaraq bunu hər bir azərbaycanlı anlamalıdır. Yeniləşmə sürəcləri təkcə binaların tikilib yenidənqurulması ilə, bağların salınması, yeni iş yerlərinin açılması ilə bitmir. Hər bir azərbaycanlının düşüncəsi, tərbiəsi, yaşamı dəyişməyincə yeni yaşam olmayacaq. Avropalılar ilk olaraq düşüncələrini dəyişmişdir, sonra hər şeyi əldə etmişdirlər. Müsəlman ölkələri isə (Azərbaycan da onların içində) əski düşüncədə qalaraq, Avropanın maddi dəyərlərini almaq, bununla da yetərlənmək istəyirlər. Uğur qazanma üçün maddiyat deyil, mənəviyyan, ruh, yaşam biçimi, baxışlar dəyişməlidir. Avropanın yalnız maddi dəyərlərini alaraq əski yaşamı sürdürmək yetərli ola bilməz və zaman da bunu göstərməkdədir. Buna görə də yeniləşmə bütün alanları bürüməlidir. Azərbaycanlılar öz keçmişlərinə, öyrəncəli yaşamlarına, gələnəklərinə yox deməli, keçmişlə bağlı bütün bağlantılarını qırmalıdırlar. Öyrəncəli yaşam, vərdişlər, milli düşüncə və tərbiə, dəyərlər, gələnəklər, mənəviyyat, gələnəkçi dini baxışlar tam olaraq dağıdılmalı, sıfıra endirilməlidir. Geçmişdə nə olubsa hər bir şey geriçi, irəliləyişin önünü alan faktorlar kimi dəyərləndirilməlidir. Bu düşüncələr ilk olaraq gənclik üçün aşılanmalıdır. 19-cu yüzilliyin sonu və 20-ci yüziilliyin ilk onilliklərində yaşayan aydınlar da elə bu kimi davranmışdırlar. Günümüzdə də bu amac güdülməlidir. Hamıya azərbaycanlıların gələnəklərinin, baxışlarının, vərdişlərinin önündə köləliyin durması bəlli olmalıdır. Burada hər bir kəs doğulduğu gündən ölümünə qədər basqı altında yaşayır, mənlik basılır. Ailədə, toplum ilişkilərində avtoritarizm, despotiya sürməkdədir. Öncə böyüklərə, sonra öyrətmənlərə, qadınlara, yüksək görəvlilərə, “sayqılı” adamlara baş əymək milli uğur kimi, millətimizin ən yaxşı özəlliyi kimi aşılanır. Ancaq elə bu, sonu olmayan sayqılar, boyun əymələr, razılaşmalar hər bir adamın özgürlüyünun itirilməsinə, kölə olmasına gətirib çıxarır. Elə bu hamıya “hörmət” etmə düşüncəsindən gürtulmanın yerinə dirəniş, barışmazlıq, öz “mənini” yeritmə psixologiyası ilə dəyişilməlidir. Hər bir kəs öncə öz mənliyini ortalığa qoymalı, özü üzərində işləməlidir, bacarığını ortalığa çıxarmalıdır. Böyüyə, ya da başqa kəsə “hörmət” etmə prinsipi isə elə bunun qarşısını alır, bacarıqsız adamları iradəlilərin qarşısında əngəl olmalarına gətirib çıxarır, onların iradələrini sındırır. Sayğını hər kəs tutduğu görəvə ya da yaşına görə deyil, şəxsi özəlliklərinə, gördüyü işlərə görə qazanmalıdır. Beləliklə hamıya “hörmət” psixologiyası “Mən”in ucalığı və dirəniş durumu ilə dəyişdirilməlidir. Yalnız özgür, “Mənini” uca tutan, dirənən, heç kəsə əyilməyən Yüksək İnsan uğurlar əldə edə bilər. Hamıya “hörmət” edib, baş əyən kölələr toplumu isə geriləyərək yox olmağa məhkumdur. Bununla belə, dirəniş psixologiyası başqalarına maneçilik törətməməlidir, başqa adamların tapdalanması demək deyildir. Yalnız özünü təsdiq və irəliləməyə qulluq etməlidir. Beləliklə, azərbaycanlılar əski “hörmət” psixologiyasını total və hərtərəfli dirənişlə dəyişməli, bunun gərəkliliyini anlayan bunu yaymalı, bacardıqları gədər millətə bu işdə yardım etməlidirlər. Beləliklə, bu günə gədər sürən şaha-xana-bəyə-müdürə-rəisə-böyüyə əyilmə köləliyindən qurtulan soylar yetişməlidir. Yeni azərbaycanlının oluşmasında “Mənin” mərkəzçiliyi prinsipi hər bir kəsin fəlsəfəsinə, düşüncə amacına çevrilməlidir. “Mən hamıdan üstün varlığam, hər bir şey mənim üçün yaradılmışdır”, “Mən dünyanın yaradıcısıyam” düşüncəsi bütün başqa avtoritetlərin inkar edilməsi ilə sonuclanmalıdır. Keçmişdən kələn nə varsa hər şeyin geriçi, irəliləyişə qarşı olduğunu isbatlamaq her də çətin deyil. Artıq neçə yüzilliklər boyu gələnəklərlə keçmişlərinə sayqı ilə yanaşan, hamıya boyun əyən əcdadlarımız irəliləyişdən məhrum olaraq yabancıların kölələrinə çevrilmiş, mövqelərini itirmişdir. Deməli keçmiş yanlış olub. Keçmişdə türklər özgür olaraq uğurlar əldə etmiş, imperiyalar qurmuşdurlar. Onlar bu günkü kölə düşüncəsində olsaydılar heç bir şey əldə etməzdirlər. İndiki köləlik sonralar başlanıb, türklərin özgür ruhunu boğmuş, onları ölüm qarşısında qoymuşdur. Bu gün bunu anlayıb, özgür ruhu qaytarmaq gərəkdir. Bundan başqa, hər bir gələnəyin özlüyü, nədənləri, nə olduğu haqqında dərindən düşünəndə, onların hamısının anlamsız, gülünc və ziyanlı olduğunu görmək heç də çətin deyildir. Sadəcə hamını bu barədə düşünməyə çağırmaq gərəkdir. Yeni azərbaycanlı ailəsinə, öyrətmənlərinə, böyüklərə, gələnəklərə savaş elan edib, bütün bu keçmişin qalıqlarını dağıtmalı, yerlə düz etməlidir. Yeni yaşama girmək üçün, bu yoldan yarımçıq dönmək olmaz. Bütün anlayışlar, bütün sosial quruluşlar darmadağın edilməlidir. Əslində bu gün yaşadığımız ortam və bütün milli dəyərlər əslində şər güclərin quruluşu kimi dəyərləndirilməlidir. Hətta ilk baxımdan yaxşı və xeyirli görsənən nə varsa da darmadağın edilməlidir, çünki əslində o də şərə qulluq edir, yeni azərbaycanlıya qarşıdır, Böyük İnsanın yaradılmasına mane olur. Toplum, keçmiş və hər şey uçurulmalı, yalnız sonra köləlikdən gürtulmuş özgür azərbaycanlılar yeni anlayışlar, yeni qurumlar yaradıb, hər bir alanlarda dünya ilə ayaqlaşa bilərlər, bütün qarşıduranların həmlələrinə sinə gələ bilərlər. Bu yola artıq Azərbaycan gəncliyinin bir qismi başlayıb, ancaq onları bu yoldan döndərmək üçün çabalar edilir, onlara mane olmaq istəkləri vardır. Bu da təbiidir. Keçmişdə qalan soylar yeni özgür düşüncənin gəlməsi ilə barışmaq istəmirlər, yeni Böyük insanları özləri kimi köləlikdə saxlamaq istəyirlər. Buna görə də bu iki qolun savaşı qaçılmazdır və bu savaş getdikcə qızışacaq. Savaş sonu özgür gənclik zəfər çalsa, milli varlığımız sürəcək və biz yenə də böyük elə çevriləcəyik. Yox, əgər köləlik zəfər çalsa, onda bu millət və ölkə tarixdən silinib yox olacaq. Gələcək üğrunda öz içimizdə olan gərgin savaş, gözlə ilk baxımdan görsənməsə belə, artıq başlamışdır. Yeni gənclik özünə yollar axtarır. Onların daha da irəliləmişləri bizim yaşadığımız toplumun çürüdüyünü anlayırlar. Onlara qarşı olanlar toplum qurallarını yalnız üzdən yeniləməklə onların bu sistemdə qalmasını istəməkdədirlər. Ancaq bu toplumun qurallarını tam olaraq dağıtmadan heç bir şeyə çatmaq olmaz. Bunu anlayan aydınlar bacardıqları araclarla Böyük İnsan olacaq gəncliyə yardım etməli, onlarla olmalıdırlar. Bununla da onlar Xeyrin zəfər çalmasına qulluq edəcək, sonsuz uğurlar əldə edəcəklər, Tanrı qarşısında başı uca olub cənnətə girəcəklər. Bunun üçün ilk olaraq qeyri-adi, başqalarından fərqlənən nə varsa, onu dəstəkləməlidirlər. Gəncliyə özünəməxsus olmanın üstünlüyünü, marginallığı, başqalarından seçilməyi, el adətlərinə dirəniş etmək duyğularını bacardıqları gədər aşımalıdırlar. Hamı, bacardığı gədər, köhnə qurallara zərbə vurmalı, onları aşağılamalıdır, dəyərsizləşdirməlidir. Millət köləliyə yox desə, onun qarşısını heç nə ilə almaq olmayacaq. Keçmişlə gələcəyin savaşında bütün alanlarında – memarlıqda, ədəbiyyatda, incəsənətdə, fəlsəfədə, məişətdə modern axınlar yaranacaqdır. İndi bütün bunlar sifarişlə, kiminsə istəyi ilə oluşur. Doga proseslərə yol verilmir. Lakin savaş ketdikdə Doqa öz yerini tutacaq. Beləliklə modernizm və postmodern Azərbaycanda yalnız Özgür İnsanların yaranması və savaşların sonu gəlişə bilər. Bu sürəc öncə bütün varlığın dağıdılmasından keçir. Bu da modernizmin gərəkli qoşuludur. Dağıdılma olmasa yenilik olmaz. Bundan qorxmaq gərək deyil, buna yardımçı olunmalıdır. Bütün keçmiş, gələnəklər, öyrəncəli baxışlar doğruluqda bütlərdir. Bütlər isə dağıdılmalıdır. Yalnız bütləri dağıdanlar uğurlu millətlər olurlar. ______________________________ 1. Модернизм / Большой Энциклопедический словарь 2. Arthur Schopenhauer / Stanford Encyclopedia of Philosophy. 3. Вагнер Рихард / Энциклопедия Кольера. 4. Friedrich Nietzsche / Stanford Encyclopedia of Philosophy. 5. Keith Stimely. Oswald Spengler: An Introduction to his Life and Ideas / The Journal for Historical Review, 1998, Volume 17, number 2, Page 2. 6. Postmodernism. Precursors / Stanford Encyclopedia of Philosophy. 7. Postmodernism. Deconstruction / Stanford Encyclopedia of Philosophy. 8. Pontifical documents concerning Modernism / New Advent. Catholic EncyclopediaThe Catholic Encyclopedia 9. Modernist propositions explained by its essential error / New Advent. Catholic EncyclopediaThe Catholic Encyclopedia 10. Mücahid H. T. Farabiden Abduha siyasi düşünce. İstanbul, “İz yayıncılık”, 1995, s. 133. "Dövlət və din" 5 (25) 2011. |