Aydın Əlizadə

İbrahimi ənənələrində və krişnaizmdə monoteist konsepsiyasının müqayisəli təhlili

Məlum olduğu kimi, monoteist dinlərdə, Tanrı konkret insan tərəfindən dərk edilməyən şəxsiyyət kimi qəbul edilir. Onun zatı vahiddir. Tanrının konkret adları və sifətləri vardır. Onların çoxluğuna baxmayaraq, bütün adlar və sifətlər Tanrıya aiddir və başqa tanrıların mövcud olmasına işarət etmir. Allah hər şeyin yaradıcısıdır və insan tərəfindən dərk edilə bilməz. Buna baxmayaraq o butun aləmləri şəxsən idarə edir və köməkçilərə ehtiyacı yoxdur.

Politeist dinlərdə və bir çox mistik-fəlsəfi təlimlərdə isə Yaradıcını konkret bir şəxsiyyət deyil, simasız trassendent mütləq Varlıq kimi qəbul edilir. Bu Varlıq mövcud olan dünyaya bilavasitə təsir etmir, onda təzahür olmur, çünki ondan hadsiz uzaqlarda yerləşir. Bu halda o Varlıq kainatı başqa, ondan kiçik olan varlıqların öhdəsinə buraxır. Bu kiçik varlıqlardan isə tanrılar panteonu yaranır və onlara ibadətlər edilir. Bundan başqa, politeist dinlərdə bəzi hallarda tale kimi tanınan ümümi qanunauyğunluq anlayışı da vardır. Bu qanunauyğunluq mütləqdir və ona kainatda har bir şey tabedir, o cümlədən tanrılar və insanlar. Ona müxtəlif mədəniyyətlərdə çeşidli adlar verlir: yunanlarda loqos, hindlərdə rita və s. Tale heç kim tərəfindən yaradılmayıb,əzəldən mövcuddur. Beləliklə, politeizmdə simasız olan transsendent mütləq Varlıq monoteizmin Allahı anlayışından fərqlənir.

Hind dini-fəlsəfi ənənəsi politeist dünyagörüşünün ən parlaq misallarından biridir. Hind dünyagörüşü və düşüncə tərzi öz yönümü və dəyərləri dəyişməyə meylli olub. Orada zaman və şəraitdən asılı olaraq, təbiət qüvvələri simalaşdırılıb, müxtəlif tanrılarla eyniləşdirilirdi. Məsələn, Riqvedada əvvəlcə İndra adlı tanrı yüksəlir və bütün başqa tanrılar onun təzahürü və atributları kimi təqdim edilir. Sonra isə tarix dəyişdikcə Varuna və başqa tanrılar həmən keyfiyyətlərə malik olur. Bu cür hallara hind tarixində çox rast gəlmək olar.

Lakin eyni zamanda qədim zamanlardan bəri Hindistanda özlərini monoteist təlimləri kimi təqdim edən inanclar yaranırdı. Məsələn müasir zamanda bəzi modernləşdirilmiş hind mistik təlimlərinin nümayəndələri öz ənənələrinin monoteist olduğunu iddia edirlər. Məsələn bunu krişnaçılar təriqətinin nümayəndələri iddia edirlər. Onların təlimlərində hələ Veda dövründən məlum olan, qədim hind panteonununun tanrılarından biri – Krişna bütün maddi və mənəvi aləmləri yaradan bir şəxsiyyət tanrısı kimi təqdim olunur

Lakin krişnaizmin tədqiqatı zamanı, onda panteist və emanasion meylləri ortalığa çıxır. Məsələn, buna onların aşağıda göstərilən mənbələrindən sitatlar dəlalət edir:

- «Tanrının zatı kamildir. Buna görə də ondan ayrılan bütün emanasiyaların, bu maddi aləm kimi, hər bar zəruri olan şeyə malikdir, bir vahidlik təşkil edir»;[1]

- «Mən – suyun dadıyam, Mən – günəşin və ayın nuruyam... Mən – efirdə olan səsəm və insanda olan istedad»;[2]

- «Mən yerin ilkin qoxusuyam, və Mən – alovun istisiyəm. Mən – bütün varlıqların həyatıyam»;[3]

- «Mən bütün dirilərin toxumuyam, duşunənlərin düşüncəsiyəm, qüdrətli adamların şücaətiyəm»;[4]

Yəni bütün varlıq Krişnanın enercisi ilə dolu təsəvvür edilir. Krişnanın daxili enercisi mənəvi aləmdə, xarici enercisi maddiyətdə, sərhəd enercisi isə azad iradəyə malik olan bütün diri varlıqlarda təzahür olunur[5].

Eyni zamanda, diri varlıqlar arasında bəziləri Krişnanın icasəsi ilə kainatda müəyyən prosesləri idarə edib, yaradıcı qüvvəyə malikdirlər. Bu cür varlıqlar yarıtanrılar adlandırılırlar. Bu yarıtanrılar krişnaizmdə yüksək planetlərin hökmdarlarıdırlar. Onlara hətta insanlar tərəfindən ibadatlər də edilə bilər. Lakin mənəvi cəhətdən daha da çox inkişaf edənlər ancaq Krişnanın özünə ibadət edirlər[6].

Qeyd etmək lazımdır ki, krişnaizmin və ümumiyyətlə bütün hind ənənəsinin bir çox müddəaları politeist mühitdə inkişaf edən başqa dünya təlimləri ilə oxşar cəhətləri vardır. Belə ki, Braxma-Samxitaya görə, mütləq varlıq kimi təsvir edilən Krişna muxtəlif forma və təzahürlərə girə bilir. Yaratmağa başlayanda, o Maxa-Vişnunun formasını alır. Onun hər bir nəfəs üfürməsinin nəticəsində sonsuz sayda kainatlar yaranır[7].Sonra «onun göbəyindən qızıl şanagüllə bitir»[8]. Bu şanagüllədə ilk varlıq olan Braxma doğulur. O Krişnaya meditasiya edərək, ondan gələcəkdə yaradılış ilə məşğul olmaq üçün xüsusi imtiyazlar alır. Beləliklə o yaradan olur, Krişnanın özü isə dünyalarda hədsiz uzaqlarda qalan bir transsendent varlığa çevrilir.

Bu cür ideyalara antik fəlsəfədə də rast gəlmək olar. Buna misal Platonun «Dialoqlarıdır». Onun sonraki davamçısı Plotin isə «Enneadalarda» bu ideyaları sistemləşmiş şəkildə təqdim etmişdir. Plotina görə, Vahid işıqla müqayisə edilən effektlərlə özündən bir neçə substansiya törədir. Buna yaradılış yox, emanasiya deyilir. Emanasiya nəticəsində Vahiddən maddi dünya üzərinə enən bir neçə substansiya törənir. Maddi aləm isə Plotinə görə işığın yoxluğu, zülmətdir. Emanasiyanın birinci pilləsi Əqldir. O Vahidə daha yaxın olduğuna görə, onun nuru ilə qidalanır və bütün ideyaların toplaşan bir məkanıdır. Emanasiyanın davamı kimi Əqldən Ruh yaranır. Ruh bir tərəfdən Əqlə yönəlib ideal aləmlərə aiddir, digər tərəfdən isə maddi aləm ilə təmasdadır və zülmətə yaxınlaşır. Bu təmasa görə Ruh yaradıcılıq keyfiyyətinə malikdir. Beləliklə plotinin fəlsəfəsində Vahid transsendent maddi aləmdən uzaq olan bir ilk varlıq kimi düşünülür. Yaradıcılıq isə yalnız onun emanasiyaları əlaqəlidir[9].

Beləliklə, krişnaizmdə ibrahimi monoteist ənənələrindəki kimi yoxdan yaradılış yox, emanasiyadan söhbət gedir. Plotin fəlsəfəsindən fərqli cəhət yalnız ondan ibarətdir ki, orada abstraksiya olan Əql və Ruh, krişnaizmdə Braxma və digər mifik obrazlarda təzahür olunur, şəxsiyyətlərə çevrilir. Deməli burada Vahid (Krişna) yaradıcı səlahiyyətlərini Braxma və başqa şəxsiyyətləşmiş emanasiya mərhələlərinə vermiş olur.

Krişnanın enerciləri isə Plotin Vahidindən ayrılan nurdur. Sonra bu nur emanasiya nəticəsində Vahiddən ayrılaraq tədricən zəyifləməyə başlayır. Maddi aləmdə isə onun yalnız bəzi qığılcımları zülmətdə işıq saçır. Bu qığılcımların daşıyıcıları isə tanrılar və xüsusi mənəvi cəhətdən yüksəlmiş insanlardır. Həmən şey krişnaizm təlimindədə yer alır. Krişnanın enerciləri kamil surətdə yarıtanrılarda təcəssüm olunur. Bu yarıtanrılara ibadətlər də etmək olar.

Lakin bütün yuxarıda göstərilən şeylər ibrahimi monoteizm nöqteyi-nəzərindən bütpərəstlikdir. Panteist-emanasion təlimlərdən fərqli olaraq ibrahimi monoteist konsepsiyası aşağıdaki müddəalardan ibarətdir:

1. Tanrı yalnız transsendent deyil, həm də immanent keyfiyyətlərə malmkdir. O maddi dunyada hər an mövcuddur və onu idarə edir. O təzahürlər vasitəsi ilə yox, hər an şəxsən kainatda mövcuddur və onu idarə edir. Birinci növbədə bu varlığın mövcudluğunda və onda baş verən mürəkkəb proseslərdə özünü göstərir. Bunlar yaranıb hərəkətə gəlməlidirlər. Və burada iki varianta baxıla bilər:

1. Hər hey müxtəlif tanrılar tərəfindən yaradılıb;

2. Hər şey bir olan Tanrı tərəfindən yaradılıb.

Burada ikinci varianta dəlalət edən bir neçə amil vardır. Birincisi kainatda hər şeyin ideal ahəngdə və qarşılıqlı əlaqədə olmasıdır. Bundan başqa bütün şeylər ümumiyyətlə bir birini təkrarlayır. Məsələn, ali heyvanlar və insan bioloci nöqteyi-nəzərindən oxşar cəhətlərə malikdirlər (onlarda eyni funksiyaları icra edən orqanlar vardır: ürək, qara ciyər, ağ ciyər və s.). Deməli buradan belə nəticə çıxarmaq olar ki, əgər hər şey bir neçə yaradıcı tərəfindər yaradılsaydə, onda bu ahəng və ümumi plan pozulardı. Kainat ahənginin pozulması isə bütün dünyanı məhv edərdi.

Tanrının daim dunyada olmasını daha bir dəlili hər şeyir hərəkətdə olmasıdır. Məsələn hüceyrələrdə elektronlar nüvənin ətrafında, planetlər isə ulduzların ətrafında fırlanır. Monoteizmdə hesab olunur ki, bu sonsuz hərəkət bir Tanrı tərəfindən yaradılıb saxlanılır.

İnsan cəmiyyətinə gəldikdə isə orada da Tanrının idarəçiliyi hiss edilir. İbrahimi monoteist dünyagörüşünə görə bu bəşəriyyətə göndərilən ilahi kitablar və vəhylərdir. Bu vəhylər xüsusi olan adamlar tərəfindən  cəmiyyətə çatdırılır. Kamil cəmiyyətlər Tanrı qanunlarının əsasında öz həyatlarını qurmalıdırlar. Mömin adamları ilhamlandıran da Tanrıdır.

Transsendentlik və immanentlik anlayışları yalnız insan nöqteyi-nəzərindən bir-birinə ziddir. Lakin tanrı üçün bu anlayışlar yoxdur və o onlardan daha ucadır. Deməli Tanrı eyni zamanda dərk edilməz olaraq transsendent, dünyanı bilavasitə idarə etdiyinə görə isə immanentdir.

2. Monoteist təlimlərində Tanrı dünyanın yaradılışı prosesində heç kəsin köməyinə möhtac deyil və heç kəsə gz yaradıcı səlahiyyətlərini verməmişdir.

Yaradılış şərti olaraq iki mərhələyə bölünür:

- Bütün dünyanın 6 günə yaradılışı;

- Mövcud dünyada daim baş verən yaradılış. Hər bir canlının həyata gəlməsi, ağacların çiçək açması və s. hallar bunun misalıdır.

3. Tanrı emanasiyaya (özündən axmaya) məruz qalmamışdır. O dünyanı yoxdan öz kamil iradəsi ilə yaratmışdır.

3. Boq sotvoril, a ne izluçil ili gmaniroval okrucaöhiy mir. On sotvoril eqo iz niçeqo Svoey absolötnoy voley.

Antik filosoflar (məs. Aristotel) tərəfindən Tanrının mövcud olan materiyadan dünyanı yaratması fərziyyəsi qoyulan suallara cavab vermir. Əksinə, bu fərziyyədən daha da çox suallar meydna gəlir. Birinci növbədə o ilk materiyanın haradan yaranması problemi ortaya çıxır. Bu materiyanın əbədi olaraq mövcud olması ideyası, onun yoxda yaradılması ideyasından daha yaxşı çıxış yolu deyildir, məntiqə daha da çox ziddir. Hətta formal olaraq materiyanın əzəldən mövcud olmasını əsaslandarmaq olarsa da, onda hərəkətin haradan yaranması sualı yaranır. Materiyaya onunla birlikdə əzəldən var olan Tanrı tərəfindən hərəkətə gətirilməsi kimi Aristotel tərəfindən irəli sürülmüş fikir, Tanrının bu aktivliyinin səbəbi problemini çıxarır.

Burada nəzərə alınmalıdır ki, bütün bu fikirlər antik və hind filosofların düşüncələrindən irəli gəlmişdir. Bu fikirləri subut edən təcrübi dəlillər yoxdur.

İbrahimi monoteizmində isə iddia edilir ki, Tanrı öz sözünü müqəddəs kitablar vasitəsilə insanlara çatdırmışdır və orada yaradılışın necə baş verməsi haqqında məlumat vardır. Lakin bu izahat da empirik dəlillərlə subuta yetirilə bilməz və imanın predmetidir.

4. Kainatın idarə edilməsində Tanrının heç bir köməkçiyə ehtiyacı yoxdur. O özü, heç bir kömək olmadan bütün dünyanı idarə edir və hər bir prosesi nəzarət altında saxlayır. Onun razılığı olmadan haç nə baş verəbilməz. Tanrı tərəfindən yaradılan məlakələr azad iradəyə malik deyirlər və özbaşına heç bir qərar qəbul edə bilməzlər. Onlar yalnız Tanrının iradəsini yerinə gətirən varlıqlardır[10]. Buna görə də onları krişnaizmdə olan yarı tanrılarla və ümumiyyətlə politeizmin kiçik tanrıları ilə müqayisə etmək olmaz. 

5. Tanrının əzəli sifətləri (atributları) vardır. Onların vasitəsi ilə O dünyada təmsil olunur.

6. Tanrı bütün insanlarlav bilavasitə ünsiyyətə girmin. Onun sözü yalnız xüsusi insanlar – elçilər tərəfindən insanlara çatdırılmışdır.

7. Bütün ibadətlər yalnız Tanrıya edilməlidir. Ondan başqa heç bir ibadətə layiq varlıq yoxdur.

8. Tanrı ilə insanların arasında heç bir vasitəçi varlıqlar və ya obyektlər yoxdur. Vasitəçiliyə hər bir iddia politeizmin (bütpərəstliyin) əlamətidir və monoteizm prinsiplərinə ziddir.

 Nəticələr:

 1. Krişnaizmdə Tanrıdan əlavə digər fövqəladə varlıqların mövcud olması, onlara ibadət edilməyin mümkün olması etiraf edilir.

2. Bütün kainat Krişnanın enercisi ilə doludur. Bu varlığın müxtəlif formalarında təzahür olunur. Beləliklə burada krişnaizmdə panteizm əvə emanasiyaya keniş yer verilir.

3. Gmanaüionizm krişnaizmdə antik fəlsəfənin analoci baxışlarını təkrar edir.

4. Bütün bu amilləri nəzərə alaraq demək olar ki, krişnaizmi ibrahimi əqidələr (Yəhudilik, Xristianlıq, İslam) nüqteyi-nəzərindən monoteist təlimi adlandırmaq olmaz. İbrahimi monoteizmində Tanrı bütün varlığın yaradıcısıdır. Yaradılan dünya isə onun üissəsi və ya parçası deyildir. İbrahimi monoteizmində tanrıdan başqa fövqəl varlıqların mövcudluğu və inkar edilir. Emanasionizm və panteizm də klassik monoteizm təlimləri ilə ziddiyət təşkil edir.

 


[1] Прабхупада Б. С. Книжка индийского мышления. Калькутта-Нью-Дели-Бомбей, с. 1.

[2] Прабхупада Б. С. Бхагавад-Гита как она есть. Бхактиведанта Бук траст, 1984, с. 361.

[3] Щямян китабда, с. 362.

[4] Щямян китабда, с. 363.

[5] Прабхупада Б. С. Книжка индийского мышления. Калькутта-Нью-Дели-Бомбей, с. 19-20.

[6] Прабхупада Б. С. Шри Ишопанишад. Бхактиведанта Бук траст. С. 90-91. Комментарий к мантре 12.

[7] Брахма самхита 5: 48.

[8] Брахма самхита 5: 18.

[9] Плотин. Эннеадалар (V, 4).

[10] Никифор. Библейская энциклопедия, М., 1891, c. 48