Aydın Əlizadə
AYPARA VƏ ULDUZ SIMVOLU
Parisin Luvr muzeyində yerləşən, qədim Susa şəhərində tapılmış, çar Melişipakın dövrünə aid olan (e.ə. 12 əsr) sərhəd daşının (kudurru) üzərində sümer-akkad tanrılarının rəmzləri cızılmışdır. Burada daşın baş hissəsində həkk olunmüş aypara-ylduz rəmzi daha da çox diqqəti cəlb edir. Məsələ burasındadır ki, o bu günə qədərdünyada yayılmış rəmzlərdən biridir. Aypara-ulduz rəmzi həmdə İslamın rəmzi kimi tanınmışdır. Lakin İslamdan çox-çox öncə ulduz İştar ilahəsinin, ay isə Sin tanrısının rəmzləri olmuş və Yaxın Şərqin müxtəlif regionlarında çəkilmişdir. Buna misal kimi aşağıdakı şəkilləri nümayiş etmək olar: |
|
Kənən (Fələstin) ilahəsi Astartanın (İştarın) rəmzi olan səkkiz kuşəli ulduz formasında kulon. E.ə. 1750-1550 illər. Müasir İsrailin ərazisində tapılmışdır. Britaniya muzeyi, London.
|
Başında aypara-ulduz olan İştar ilahəsinin ən qədim təsvirlərindən biri. Mesopotamiyanın Mari şəhəri, e.ə. 2500 – 2400-ci illər. Luvr muzeyi, Paris
|
Başlarının üstündə aypara-ulduz olan Assur (əlində ox) və Ninurta tanrıları. E.ə. X-VII-ci əsrlər . Britaniya muzeyi, London |
Deməli bu rəmz həmişə müqəddəs sayılıb, sadəcə gələcəkdə məzmununu dəyişərək İslamın da simvoluna çevrilmişdir. Bu proses türk xalqlarının X-cu əsrdən başlayaraq İslamı qəbul edib, müsəlman dünyasında siyasi liderliyi öz üzərinə götürdüyündən sonra baş vermişdir. İlkin İslamda hamı tərəfindən qəbul edilmiş bir simvol olmamışdır. Lakin XI əsrdən başlayaraq, xristian-müsəlman qarşıdurması şiddətlənmişdir və xristianlar bu qarşıdurmada xaç simvollarından geniş istifadə edirdilər. İspaniyada Rekonkista və Xaçlı yürüşləri zamanı xristianlar, üzərində xaçın təsviri olan bayraqlardan, qalxanlardan, dəbilqələrdən istifadə edərək, savaşlar aparmışdırlar. Buna qarşı İslam ideyasını əks etdirən bir rəmzin tətbiq edilməsinin zərurəti yaranmışdır. Bu rəmzi də müsəlman dünyasında liderliyi ələ keçirən türklər gətirdilər. Xaçlılara qarşı mərdliklə vuruşan müsəlman türklər öz qədim simvolu olan aypara və ulduzdan istifadə etmişdirlər və bu andan o İslamın rəmzinə çevrilmişdir. Gələcəkdə isə aypara və ulduz rəmzi Osmanlı imperiyasının simvolu olmuşdur. Osmanlıların bütün fəth əməliyyatları bu simvolun altında həyata keçirilirdi. Bundan sonra ayrpara və ulduz rəmzi bütün müsəlman dünyasında istifadə edilməyə başlamışdır.Tarixi faktlara əsaslanaraq demək olar ki, aypara-ulduz rəmzi qədim türklərin İslamdan öncəki |
Göytürk imperiyasının sikkəsi |
imvolu olmuşdur. Buna dəlil kimi, arxeoloji qazıntılar zamanı Orta Asiyada tapılmış və VI-VII əsrlərdə basılmış Göytürk imreriyasının sikkələrini göstərmək olar. Onların üzərində bu rəmz təsvir olunmuşdur (1). Bəlkədə bu fakt qədim türklərin sümerlərin nəsli olduğunun daha bir dəlilidir. Bu şəkillərdə diqqəti cəlb edən cəhət, ulduzun altı kuşəli olmasıdır.
Bundan sonra da, müxtəlif türk və müsəlman dövlətləri öz simvolikalarında aypara-ulduzdan istifadə edib və etməkdə davam edirlər.
Bəzi hallarda isə ayparalar ulduzsuz da təsvir olunmuşdur. Buna misal olaraq Qızıl Ordu (XIII-XIV əsrlər) və Qəznəvilər(X-XII əsrlər) dövləti kimi böyük türk imperiyalarının bayraqlarını göstərmək olar
|
Ulduzlarla bağlı simvolika Yaxın Şərq ölkələrində müsəlman-türk memarlığında da geniş istifadə olunurdu. Məsələn Misirdə türk sülaləsi olan Tulunilərin hakimiyyəti (IX əsr) zamanı inşa edilmiş sultan Əhməd ibn Tulun məscidinin gümbəzində Quran ayələri ilə birlikdə altı kuşəli ulduzun da təsviri həkk olunmuşdur (sağdakı şəkilə bax). Qahirədəki bəzi məscidlərin minbərlərində də bu rəmzə rast gəlinur. |
Daha bir misalı Azərbaycan memarlığından gətirmək ola. Şirvanşahlar dövründə (XI əsrdə) Bakıda inşa olunan Məhəmməd məscidinin giriş qapısının üstündə beş və altı kuşəli ulduzlar həkk olunmuşdur (sağdakı şəkilə bax). O dövrdə Şirvan səlcuğ türklərinin təsiri altında olmuş və bu simvol məsh türklər tərəfindən burada yayıla bilərdi. |
|
Türk və müsəlman dövlətlərinin bayraqlarında ayparaların yerləşmə tərzi va uldusların kuşələrinin sayı çeşidli ola bilər. Aşağıda bəzi dövlətlərin bayraqları göstərilmişdir:
Azərbaycan |
Türkiyə |
Pakistan |
Malayziya |
Lakin, qeyd edilməlidir ki, aypara və ulduz simvolları təkcə türk və müsəlmanlar tərəfindən deyil, həmdə başqa millətlər və diniləri nümayəndələri tərəfindən istifadə edilmişdir. Yəni bu simvol qədim Mesopotamiyadan bütün dünyaya yayılmışdır, lakin ondan orta əsrlərdə daha da çox türklər və müsəlmanlar istifadə etmişdirlər. Məsələn, bu cür rəmzlərə Həbəşistan və Yəməndə də rast gəlinir. Aypara-ulduz təsvirləri Eritreyanın Matara kəndində yerləşən, Havulti adlanan obeliskində (Sütun şəklində daş abidədir) və Aksum dövrünün, Xristianlıqdan öncəki dövrlərə aid olan sikkələrinin (şəkilə bax) üzərində çəkilmişdir. Aksum çarlığı II-IX əsrlərdə Həbəşistan (Efiopiya) ərazisində yerləşmişdir. VIII əsrə qədər çox güclü dövlət olmuş və hətta Bizans imperiya ilə rəqabət aparmışdır. Aksum çarları VI əsrdə Xristianlığı dövlət dini elan etmişdirlər. Aksum çarlığı ilə İslamın ilk tarixi də bağlıdır. Məkkə şəhərinə Yəməndən hücum edən aksumlu Əbrəhə və onunla bağlı olan Fil hadisəsi Quran ayələrində (105-ci ayədə) əks olunmuşdur. İlk müsəlmanlara sığınacaq verən nəcaşi (çar) Ashama da Aksum çarı olmuşdur.
Əvvəllər yunan şəhəri olan Bizantiumda (sonra Konstantinipolis, daha sonra İstanbul) Xristianlıqdan öncəki dörlərdə da aypara-ulduz rəmzi ilahə Artemidanı simvolizə etmiş və şəhərin rəsmi simvolu olmuşdur (2). Bizans imperiyasında Xristianlıq rəsmi dövlət dininə çevriləndən sonar, bu simvolu Həzrət Məryamın adı ilə baqlamışdılar. İstanbulu fəth edən Osmanlılar, şəhərin aypara-ulduz rəmzini saxlamışdıdırlar. Sadəcə, onu Osmanlı imperiyasının rəmzi kimi kimi istifadə etmişdirlər. Ümumiyyətlə bu rəmz Roma imperiyasında da olmuşdur.
Aypara-ulduzlu Bizans sikkəsi |
Üzərində imperator Hadrianusun rəsmi olan aypara-ulduzlu Roma sikkəsi |
Üzərində çar ‘Endubis’in (270-300) rəsmi olan qədim Aksum sikkəsi. Sikkənin yuxarısında ay tanrısı ‘Almaqah’ı simvolu olan aypara-ulduz həkk olunmuşdur.
|
Aypara və ulduz Xrristian və Yəhudi simvolikasında da istifadə edilmişdir. Belə ki, Rus ortodoks (pravoslav) kilsələrində bəzi hallarda xaç aypara üstündə qurulmuşdur. Buna dəlil kimi, Vladimir şəhərindəki XII-ci əsrdə inşa edilmiş kilsənin gümbəzini (solda) göstərmək olar. Fələstinin Beytlehem şəhərində yerləşən kilsədə isə səkkiz kuşəli ulduz Həzrət İsanın doğulması zamanı göydə olan ulduzu simvolizə edir (ortada) (3). Altı kuşəli “Magen-Dovid” (Davudun ulduzu) adlanan ulduz isə Yəhudiliyin rəsmi simvoludur (sağda). Bu simvol Avropa yəhudiləri arasında yalnız XIV-cü əsrdəndən etibarən qəbul edilmişdir (4).
Aypara bəzi Roma papazlarının; avropa zadəganlarının, sərkərdələrinin; Avropa, Amerika və Asiya dövlət və şəhərlərin da simvolu olmuşdur:
Nepal dövlətinin
bayrağı
|
Amerika istiqlal savaşı zamanı yaranan Şimali Karolinanın bayrağı |
Roma Papazı Piusun herbi (XV-ci əsr) |
Ukraina getmanı (qoşun başçısı) Ostafiy Daşkeviçin gerbi (XV-ci əsr) |
Ukraina getmanı Bayda-Vişnevetski Dmitronun gerbi (XV-ci əsr) |
Polşa (Poloniya) getmanı Yan Tarkovskinin gerbi (XVI-cı əsr) |
Məbədçilər (tamplierlər) ordeninin cəngavərinin möhürü |
Rusiyanın Poltava quberniyasının Zenkon şəhərinin gerbi (XVIII-ci əsr)
|
Ədəbiyyat:
1. Göktürk Sikkelerinde Ay Yıldız. Türkler ay-yıldız motifini İslamiyetten önce de kullanıyormuş. // TRT-Haber, 2005.
2. John Foley. The Guinnes Encyclopedia of Signs and Simbols. Guinnes Publishing Ltd., 1993, s.178-179.
3. Октoграмма // Википедия
4. Ravvin Adin Şteynzaltsın cavablarından.
Şəkillər:
http://akromer.republika.pl/herby_hetmani.html
http://heraldry.com.ua/index.php3?lang=U&context=info&id=1277#verh
http://heraldry.com.ua/index.php3?lang=U&context=info&id=1279#verh
http://www.excurs.ru/popes/Piccolomini.gif
http://yro.narod.ru/bibliotheca/Istorija/Krest/krest_01.jpg
http://www.cirota.ru/forum/images/33/33265.jpeg
http://infodon.org.ua/history/include/4/star_of_david.gif
http://www.wildwinds.com/coins/greece/thrace/byzantium/Moushmov_3233.jpg
http://www.beastcoins.com/RomanImperial/II/Hadrian/Hadrian-NIR-COSIII-Crescent7Stars-Eastern.jpg
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7a/KingEndybisEthiopia227-235CE.jpg/250px-KingEndybisEthiopia227-235CE.jpg
http://www.islam.ru/images/11968.jpg
http://img123.imageshack.us/img123/5590/gktrkparasvk1zg1.jpg
http://www.louvre.fr/media/repository/ressources/sources/illustration/atlas/x196image_65006_v2_m56577569830697758.jpg
http://www.britishmuseum.org/images/ps346472_m.jpg
http://www.britishmuseum.org/images/ps089239_m.jpg
http://www.louvre.fr/media/repository/ressources/sources/illustration/atlas/x196image_52341_v2_m56577569830555767.jpg
Bakı: Dövlət və din. N 1 (5), 2008
|