![]() |
Assurun ticarət və karvan yollarının kəsişən yerində yerləşirdiyinə görə, onun hakim zümrəsi tədricən qüvvətlənmiş və öz təsir dairələrini genişləndirməyə çalışırdı. Assurlu İluşuma (e.ə.XX-XXI əsrlər) müstəqilliyə nail olmuş və öz qonşularına qarşı hərbi yürüşlər etmişdi. O dövrdə Assurda hələ çarlıq qurulmamışdır. İdarəçilik şəhər şurası və kahinlər tərəfindən həyata keçirilirdi. İluşuma baş kahin olmuş və işşiakkum (sümercə ensi[ak]) adini daşıyırdı. Sonra Assur hökmdarı I Şəmşi-Ədad (e.ə. 1813-1781 illər) şimali Mesopotamiya və Suriyada bəzi əraziləri ələ keçirmişdi. O həmdə şərq istiqamətində hurrilərlə savaşlar aparırdı. Bu savaşlar nəticəsində Assus böyük və güclü imperiyaya çevrilmişdi. I Şəmşi-Ədad isə özünü çarların çarı (şahinşah) elan etmişdi. Onun məmurlardan ibarət dövlət aparatı var idi. Ölkə vilayətlərə (xəlsumlara) bölünmüş və onları çara tabe olan canişinlər idarə edirdilər. Ordu peşəkar əskarlərdən və yığma qoşundan ibarət olmuşdu. Bütün əhali isə dövlətə vergilər verirdi. . |
Eyni zamanda Assur-Babil savaşları da aparılırdı.E.ə. XII-XI-ci əsrlərdə Assuriya üzərinə Ərəbistan yarımadasından gələn köçəri arami tayfaları basqınlar etməyə başlamışdırlar. Onlar kütləvi şəkildə Assuriya ərazisinə köçürdülər. Tədricən aramilər yerli əhali ilə qarışdılar. Bu hadisələr yenə də imperiyanın dağılmasına gətirib çıxarmışdır. |
|
Aparılan uğurlu savaşlar imperiya xəzinəsinə külli miqdarda sərvət gətirmişdi. Bunun nəticəsinda Assur və bir sıra başqa şəhərlərdə böyük həcmli inşaat işləri aparılırdı: yeni yollar, məbədlər, saraylar, qalalar qurulurdu. Bu dövr ərzində Assur çarları iqaməkgahlarını yeni paytaxta – Kalhu (və ya Nəmrud) şəhərinə köçürmüşdülər. Bu şəhərdə də eyni inşaat işləri aparılırdı.
Bu zaman şimalda güclənən Urartu dövləti e.ə. 746-745 illərdə assurluları məğlub etmişdi. Bunun nəticəsində |
|
Ondan sonra hakimiyyətə kələn V Səlmanasar bu siyasəti davam etmişdir, lakin saray çevrilişi nəticəsində onu çar II Şarrumken (e.ə. 722-705 illər) əvəz etmişdir. Yunanlar ona Sarqon deyirdilər. Onun çarlığı zamanı assurlular İsrail çarlığını darmadağın etmiş, əhalisini isə vətənlərindən başqa yerlərə köçürmüşdür. Daha sonra o Urartu dövlətinə ağır zərbələr endirmiş və Babil uğrunda savaşlar aparmışdır.
Şarrumkenin oğlu Sanheriv (Sinaherib) (e.ə. 705-681 illər) də Babil uğrunda savaşlar aparmışdır. Qərb istiqamətinə assurlular e.ə. 701-ci ildə Yəhudi çarlığına qarşı hücuma keçərək,
Lakin o zaman dövlət işləri heç də yaxşı vəziyyətdə olmamışdır. Assus hakimiyyətinə qarşı bir çox vilayətlərdə - Kıbrısda, Suriyada, Misirdə, Elamda, Midiyada, Babildə - üsyanlar başlamışdır. Xarici vəziyyət də gərginləşmişdir, urartulular və mannalılar Assura qarşı savaşlara başlamışdırlar. Yalnız e.ə. 639-cu ilə qədər gedən ardı-arası kəsilməyən qanlı savaşlar nəticəsində Assurbanapal bu üsyanların əksəriyyətini yatırıb, xarici müdaxilənin isə qarşısını ala bilmişdir. Lakin bu Assuriyanın sonuncu uğurları olmuşdur.
Assurbanapalın ölümündən sonra, imperiyada vəziyyət həddən artıq mürəkkəbləşmişdir. Yenə də kütləvi üsyanlar, xarici basqınlar başlamışdır. Üstəlik ölkəni və çar sarayını özbaşınalıq, mənəviyyatsızlıq, əxlaqsızlıq dalğaları bürümüşdür. Yeni çar Sinşariuşqun (yunanca Sardanapal) zəyif şəxsiyyət olmuş və bu problemləri həll edə bilməmişdir. Bundan sonra hadisələr surətlə inkişaf edirdi. E.ə. 627-625-ci illərdə Babil və Midiya imperiyadan ayrılaraq, Assuriyaya qarşı savaşa başlamışdılar. E.ə. 614-612-ci illər arası onlar assurlulara sarsıdıcı zərbələr endirmiş, imperiyanın mərkəzləri olan Assur və Ninova şəhərlərini ələ keçirərək, Assuriyanın varlığına son qoydular Bundan sonra bütün Assuriyanın şəhərləri dağıdılmış, assur hakimiyyət dairələri, məmurlar və zadəganlar öldürülmüşdür. Assur xalqının bir hissəsi məhv edilmiş, digər hissəsi isə başqa xalqlarla qarışaraq tarixdən silinmişdir. Onların az bir qismi bu gün də qalmaqdadır. |
|
Mədəniyyət
|
Assurlular gil lövhələri üzərində yazılmış yazılı ədəbiyyat nümunələrini yaratmışdırlar. |
Assurbanapalın, Esarhaddonun, Sanherivin və başqa Assur çarının qələbələri və hərbi yürüşləri, onların quruculuq işləri haqqında məlumatlar verir. Bu kitabxanada həmdə çarın və onun sərkərdələrinin çoxlu sayda ordunun vəziyyəti haqqında bəhs edən yazışmaları (məktubları), diğər dövlət sənədləri, xəritələr, müqavilələr də tapılmışdır.Assurluların təsviri incəsənəti əsasən hərbi və dini mövzulara həsr edilmişdir. Çar saraylarında onların qələbələrini, ova çıxmalarını, dini mərasimləri, saray həyatını əks etdirən barelyeflər, daş divarların üzərində həkk olunmuş təsvirləri tapılmışdır. Bu mövzular Assuriyada inkişaf etmiş heykəltəraşlıq sənətində də təkrar olunmuşdur. Çar saraylarının önündə insan başlı qanadlı öküz heykəlləri qurulmuşdur. Bu mifik heyvanlar çarın mistik qoruyucuları kimi təsəvvür edilirdi. |
|
Din
Hesab edilirdi ki, çarlar onun əlindən hakimiyyəti alırlar və savaşlarda əldə edilən qənimətləri ona qurban verirdilər. Onu günəş üzərində əlində dartılmış oxu tutan qanadlı tanrı obrazında təsvir edirdilər. Bu cür rəsm və barelyeflər çarların geyimlərində, saraylarında, möhürlərində həkk olunmuşdur. Buna bənzər təsvirlər assur ordularının bayraqlarında həkk çəkilirdi. Assura çoxlu dualar edilirdi və gimnlər oxunurdu.
| İkinci baş tanrı dağıdıcılığın rəmzi olan Ramman olmuşdur. İnanclara görə şimşək tanrısı olaraq, o düşmənləri qorxu və dəhşət hisslərini keçirməyə vadar edir, onları məhv edirdi. Savaş və ovun tanrıları olan Ninib (Adar) və Nərqal da, assurluların tanınmış tanrıları olmuşdurlar. Müəyyən dövrlərdə isə Assuriyada göyə sitayiş etmə praktikası da yayılmışdır.Assur panteonunun üçüncü baş tanrısı İştar (şumerlərin İnannasıdır) ilahəsi olmuşdur. O Assurun zövcəsi kimi təsəvvür olunurdu. Onun məbədləri Arbela və Ninovada yerləşirdi. Ona savaş ilahəsi kimi ibadət edilirdi. Eyni zamanda o fahişələrin himayəçisi və qaranlığın çariçası olmuşdur. Hesab olunurdu ki, o qoşunun önündə gedir və döyüşlərin nəticəsini həll edirdi. Assurlular onun düşmən üzərinə od yağdırmasına inanırdılar və hətta onu odlu geyimdə təsvir edirdilər. İştar həmdə dan ulduzunun tanrısı kimi tanınmışdı və onu ulduz kimi təsəvvür edirdilər. Geniş mənadə onu göyün ilahəsi kimi də qəbul edirdilər. Assurun, Mesopotamiyanın və ümumiyyətlə qədim dünyanın tədqiqatçıları yazırlar ki, İştar ilahəsinə ibadətlər əxlaqsızlıqla müşaiyət edilirdi. |
|
Onun şərəfinə keçirilən bayramlar zamanı insanlar özlərini döyür, zədələr yetirir, hətta axtalayırdılar. Bundan başqa, onlar məbədlərdə bir birləri ilə kütləvi cinsi əlaqələrə girirdilər. Bu azqınlığı İştar kultunun kahinələri qızışdırırdılar. Onlar erotik rəqslər ifa edərək, bayram şənliklərinə gələn kişi və qadınları cinsi əlaqələrə həvəsləndirirdilər və özləri də bu əməlləri edirdilər[2]. Homoseksual əlaqələr də geniş yayılmışdır. İştara ibadət edən hər bir qadın həyatında heç olmasa bir dəfə məbəddə yadelli kişi ilə cinsi əlaqəyə girməli idi [3]. Ümumiyyətlə əxlaqsızlıq bütün Mesopotamiyanı bürümüşdür. Qədim yunan tarixçisi Herodotos (e. ə. 484-425 illərdə yaşamışdır) yazırdı ki, Babildə doğulan hər bir qadın heç olmasa həyatında bir dəfə Iştar məbədinə kəlməli və burada yadelli ilə cinsi əlagəyə girməli, o isə buna görə ona pul verməlidir [4]. Bu halda verilən pul müqəddəs sayılırdı. Qadınlar müəyyən olunmuş yerlərdə dayanırdırlar. Yadellilər isə oraya gəlib, onları seçirdilər. Göründüyü kimi, Mesopotamiyada və Yaxın Şərqdə bütpərəstlik insanları bəzi hallarda kütləvi əxlaqsızığa sövq edirdi. Quran (26: 161-166 və 11: 82-83) və Əhdi Ətiqdə (Yaradılış, 19) olan Lut peyğəmbərin əhvalatı məhz bu cür halları təsvir etmişdir. Orada Allah, |
məğrur bir imperiya xalqına çevrilmişdirlər. Onlar uzun müddət Yunus peyğəmbəri qəbul etməmiş, ona qarşı çıxış etmişdilər. Buna ğörə də Yunus şəhəri tərk etmək qərarına gəlmişdir. Lakin Allah ona qayıtmağı və xalqı ilə daha 40 gün qalmağı əmr etmişdir. Geriyə qayıdan Yunus bir müddət Allahın əmrinə tabe olaraq Ninovada yenə insanları düz yola dəvət etmiş, lakin yenə də heç bir nəticə əldə etməmiş, vaxtından tez şəhəri tərk etmişdir. Yunus gedəndən sonra şəhər sakinləri uzaqda dəhşətli qara buludları müşahidə edərək, Allahın qəzəbinə duçar olduqlarını və məhv olacaqlarını anladılar. Bundan sonra onlar əməllərindən peşman olaraq Allah qarşısında tövbə etdilər və Allah onları bağışlayıb buludları geri qaytardı. Yunus peyğəmbər isə dənizə düşərək nir böyük balıq tərəfindən udulmuş, və bir neçə gün onun qarnında olmuşdur. Orada o Allahdan bağışlanmasını istəmiş, sonra balığın qarnından çıxaraq, yenidən Ninovaya qayıtmışdır. Onu gözləyən tövbə etmiş şəhər sakinləri ona tabe olmuşdur. Sonra Yunus peyğəmbər onlara dinin əsaslarını öyrətmişdir. Bəzi xristian müəllifləri hesab edirlər ki, Yunus peyğəmbər Assur çarı III Ədadnerarinin (e.ə. 810-783) dövründə yaşamışdır [5]. Bu dövrdə Assuriya zulmkar və istilaçı siyasətindən əl çəkmişdir. Lakin sonra hakimiyyətə gələn çarlar yenidən istilaçı və cinayətkar siyasətlərini həyata keçirməyə başlamış, xalqları qırmış və köçürmüş, assur xalqı isə yenidən bütpərəst olmuş və çirkin həyat tərzi sürmüşdür. Bütün bunlara görə Allah Assuru məhv etmişdir. Keşmişdə ən böyük və güclü imperiyadan yalnız xarabalıq qalmışdır. Keçmiş dövlətlərin və xalqların Allahın qəzəbinə kəlməsi və onların məhv edilməsi haqqında ayələr Quranda da vardır. |
|
[1] "За рубежом". 1973г., № 28, ноябрь.
[2] Гладкий В.Д. Древний мир, Энциклопедия, в 2 т., Донецк, МП „Отечество», 1997, т. 1, с. 295.
[3] Фрэзер Д. Золотая ветвь, М, АСТ, 1998, с. 349.
[4] Herodotos, Tarix, (Klio I, 199).
[5] Опарін О.А. Розвінчані боги: Археологічне дослідження Книг пророків Іони і Наума: Монографія. — Харків: Факт, 2002. — 192 с.
Bakı: Dövlət və din. N (2) 10, 2009