Aydın Əlizadə

Şümer-Akkad dünyagörüşündə kosmologiya, teoqoniya və esxatologiya

Şümer kosmoqoniyanın[1] əsasında yastı disk kimi düşünülən göyün (anu) və yerin (ki) vəhdəti ideyası dururdu. Göy sonsuz deyil. Onun yuxarı hissənin sonu bərk cismlə, aşağı hissəsi isə yerlə məhdudlaşır. Göy "lil" (külək) adlanan ünsürlə doludur, bu da, təxminən, bizim atmosfera anlayışımıza yaxın olan termindir. Günəş, ay, ulduzlar, planetlər də "lil"dir, lakin onlar işıqsaçma qabiliyyətinə malikdirlər. Yer-göy-lil üçlüyü hər tərəfdən okeanla əhatə olur və hərəkətsizdir.

Kainatın quruluşunu bu cür təsəvvür edən kahinlər onu kimin tərəfindən yaradıldığı haqqında düşünərək, bunu çox saylı tanrı panteonu ilə əlaqələndirirdilər. Onlar hesab edirdilər ki, bu tanrılar dünyanı yaradıb, dəyişməyən əbədi qanunlarla onu idarə edirlər. Tanrıların dərəcəsi və gördüyü işlər fərqli düşünülürdü. Buna görə daha da əhəmiyyətli və ikinci dərəcəli tanrılar var idi. Dunyanin yaranması tanrıların da yaranması sualını meydana gətirirdi. Məsələ burasındadır ki, tanrıların çoxluğu onların özlərinin haradan yaranması, hansının daha öncə, kimin isə sonra yarandığı sualarını yaradırdı. Buna ğörə də kosmoqonik problemlər mütləq teoqoniyaların[2] da yaranmasına gətirirdi.

Ən qədim Şümer kosmoqonik və teoqonik əsatirlərdən biri "Göylərin və yerin dağı" adlanır. Bu əsatirə görə, əvvəl hər şey vəhdət halında olmuş və böyük bir daq formasında olmuşdur. Bu daq hər tərəfdən sonsuz okeanın suları ilə əhatə olunurdu. Okeanın qızı olan tanrı Nammudan Anu və Ki törənmişdi. Nammu Anunu dağın başında, Kini isə ətəyində məskunlaşdırdı. Anu və Ki böyüyəndə isə, onları qovuşdurdu bə bunun nəticəsində Enlil dünyaya gəldi. O da "Lil"in (küləyin, atmosferin) tanrısı oldu. Sonra ana Ki ata Anudan daha yeddi uşaq doğdu, onların hamısı isə öz növbəsində bir biri ilə qovuşaraq çoxlu oğul və qız doğdular. Nəticədə dağda sıxlıq yarandı. Bunu görən Anu Enlillə birlikdə dağı ikiyə böldülər. Yuxarısı göyə, aşağısı isə yerə çevrildi. Anu göydə qaldı, Enlil isə yerə endi və orada həyatı yaratdı.

"Enki və dünya quruluşu" adlı bir başqa əsatirinin məzmunundan məlum olur ki, dünyanın nizam-intizamını təmin edən daha bir məşhur tanrı var idi. Onun adı Enki idi. An və Enlil yeri yaratdılar, Enki isə onun üzərində qanuna uyğunluğu təmin etdi. Məcələn o, Dəclə və Fərat çaylarını su ilə doldurdu, onların axarını təmin etdi;


Sümerlərin gil lövhəsi üzərində həkk olunmuş pazlı yazı nümunəsi. Uruk şəhərinin xarabalığında tapılmışdır. E.ə.
3100"2900-cu illər. Metropolitan incəsənət muzeyi, Nyu-York.
dövlətlərin və şəhərlərin sərhədlərini cızdı; dəniz qırağında öz məbədini qurdu; əkin sadələrini və maldarlığı yaratdı. Sonra isə o, hər sahə üçün cavabdeh olan bir
tanrını təyin etdi.

Enki nizam-intizamı öz sözü ilə yaradır. Deyilir: "Enkinin Sözünü heç kəs poza bilməz, Onun Sözü geriyə qayıtmaz"[3] Beləliklə çox ehtimal var ki, məhz Enki (Tanrı-Söz) haqqında əsatirlər gələcəkdə yunan dunyagörüşündə dünya intizamının təcəssümü olan Loqos (Söz) anlayıçının əsasını təşkil edir. Daha sonra isə Tanrı-Söz və yaxud Kəlam (Loqos) anlayışını Xristianlıqda İsaya aid etdilər: "Əzəldən Kəlam mövcuddur; Kəlam Allahda olub və Kəlam Tanrı olub"[4].

Şümer tanrıları əsatirlərdə qoyunları otaran, sürünü yönəldən çobanlar kimi də təsəvvür olunurdular. Məsələn bu adla Enlil tanrısı və tanrılaşdırılmış Şümer çarı Şulqa tanınmışdır[5]. Məhz bu adı sonrakı dövrlərdə Yaxın Şərq, Yuyan və Roma tanrılarına da verirdilər. Başqa tanrı Dumuzi də çoban-tanrı kimi tanınmışdır. Daha sonra xristianlar da İsanı sürünü (insan kütləsini) yönəldən çoban (mənəvi rəhbər) kimi tanıyırdılar[6]. Sonra isə bu adla xristian keşişlərini adlandırdılar."

***

"Mesopotamiyada özünəməxsus məbəd memarlığı üslubu var idi. Orada yaşayan müxtəlif xalqlar məbədlərini, bir birinin üstündə qurulan kəsik piramidalardan və ya terraslardan ibarət olan, uca qüllə formasında inşa edirdilər (şəkilə bax). Bu memarlıq üslubu da qədim mesopotamiyaların dini təsəvvürlərindən irəli gəlirdi. Onlar uca tikililəri ucaldıqca ibadət etdikləri tanrılara yaxınlaşmaq istəyirdilər.

Əslində qüllələr, kvadrat və ya düzbucaq formalı, iri həcmli (hündürlüyü və divarlarının eni 90 metrə çatan), çox möhkəm süni təpəliklər idilər. Məbədin ən uca yeri tanrıların məkanı hesab edilirdi." Bu cur tikililərə ziqqurat (müqəddəs daq) deyirlər və onların ən qədim nümunələri e.ə. IV minillikdə inşa edilmişdir. Sonuncu

�������� � ��� (�������������).
Ur
şəhərində Ziqqurat (e.ə. III minillik) və rekonstruksiyası. İraq.

ziqquratlar e.ə. 6-cı əsrdə Babil çarları tərəfindən inşa edilmişdir. Əvvəl ziqquratlar bir terraslı, e.ə. III minillikdən başlayaraq isə çox terraslı şəkildə inşa edilirdi. Onlar müxtəlif rənglərlə boyanırdılar. Bir terrasdan başqasına pilləkanlar vasitəsi ilə qalxmaq olardı. Ziqquratlar gildən və kərpicdən inşa edilirdi. Bəzilərinin üzərində çoxlu pəncərələr, qapılar var idi.

İlk ziqquratlar Mesopotamiyada sümerlər tərəfindən inşa edilmişdir. Onlar tanrılara ibadəti uca yerlərdə edirdilər, çünki Mesopotamiya köçməmişdən öncə, dağlıq ərazilərdə yaşamışlar və tanrılara təpəliklərin və dağların başında ibadət edirdilər. Sonra bu adət samilərə də keçmişdir.

İranda və İraqda bəzi qədim ziqquratların xarabalıqları qalmaqdadır.

Ziqquratlar haqqında Əhdi Ətiqdə (Yaradılış, 11: 1-9) də yazılmışdır. Orada olan rəvayatə görə, dünya tufanından öncə, insanlan bir dildə danışırdılar. Onlar Babilistanda yığışıb, göylərə qədər ucalan bir qüllə inşa etmək istəmiş və bu işə başlamışdırlar. Lakin Ulu Tanrı, bu planın qarşısını almaq üçün insanların dillərini qarışdırmışdır. Onlar bir birini başa düşmədilər və qüllə inşasını dayandırıb, yer üzərinə dağıldılar. Yaradılış kitabındaki qüllə Babilistan qülləsi adlanır.

"***

Şümer-Akkad esxatoloji[7] təsəvvürləri də böyük maraq doğurur. Əsatirlərindən bilinir" ki, onlar yeraltı dünyanın mövcud olmasına inanırdılar. Şümerlər ona "Kur", akkadlar isə "Ersetu" deyirdilər. O dünyanın harada yerləşdiyi haqqında onların dəqiq təsəvvürləri yox idi. Əsatirlərdə "Kur"un sərdədində bir çay vardır. Oradan ölüləri bir gəmiçi keçirir.Orada ölənlərin ruhları iztirablar və əziyyətlər içində yaşayırlar. Lakin o dünyada nisbətən rahat yaşayanlar da vardır. Oradan qayıdış yoxdur. "İnannanın ölülər dünyasına enməsi" əsatirindən bilinir ki, "kur"da tanrılar da ola bilər (Dumuzi kimi). İstisna hallarda tanrılar oradan kimisə çıxara bilərdilər, lakin onun əvəzinə başqa adamlar (və ya tanrılar) "Kur"da qalmalı ıdılər. Bəzən isə, kimsə "kur"dan müvəqqəti çıxıb, yerdə hansısa işi görüb, sonra isə ora qayıda da bilərdi. Məsələn "Bilqameş, Enkidu və yeraltı dünya"[8] əsatirində Enkidunun kölgəsi oradan yerə gəlir, Bilqameşlə görüşür.

Eyni zamanda, "Enki və Ninhursaq"[9] əsatirindən bilinir ki, qədim Şümer və akkadlar gözəl bir ölkənin mövcud olmasına da inanırdılar. O təmiz, işıqlı, misli olmayan bir yerdir. Orada ölüm və xəstəliklər yoxdur; gözəl bağlar, meşələr, çəmənliklər, çaylar və bulaqlar vardır. Bu ölkənin adı "Dilmun"dur və orada əsasən tanrılar yaşayır. Bəlkə də qədim Şümerlər Bəhreyni, yaxud Fəylaknı, yaxud Ərəbistan yarımadasının qərb hissəsini Dilmun adlandırırdılar. Eyni zamanda onlar inanırdılar ki, həyat Dilmunda yaranıb. Sonra insanlar oradan çıxıb yer üzündə yaşamağa başladılar.

Qeyd edilməlidir ki, "Kur" və "Dilmun" anlayışlarına bənzər məkanlar Şümer-Akkad sivilizasiyasından cox əsr sonra meydana gələn yəhudi, sonra" isə xristian və müsəlman dünyagörüşlərində də vardır. Lakin yahudilərdə (Şümer və akkadlarda olduğu kimi) axirət dunyası haqqında təlimlər hələ bir o qədər də inkişaf etməmişdi və Əhdi Ətiqdə bu barədə qısa və ötəri cümlələrdən başqa bir şey yoxdur. Lakin daha sonra Əhdi Cədiddə, və xüsusən Quranda, axirət dünyasının təsviri daha dolğun və ətraflı cəhənnəm və cənnət anlayışlarında verilmişdir. Lakin, Şümer-akkad əsatirindən fərqli olaraq, orada cənnətdə tanrılar deyil, ilk insanlar yaşamışdır. Dilmunla cənnətin bənzər cəhətləri isə hər ikisində gözəl bağların olması, xəstəlik və ölümün olmamasıdır. Bundan başqa, məsələn müsəlman təfsirçilərin arasında Adəm və Həvvanın yerləşdiyi cənnətin heç də axirətdə olah cənnətin olmaması fərziyyəsi vardır. Hətta bəzi müsəlman təfsirçilər hesab edir ki, ilk cənnət göylərdə tox, yerdə yerləşirdi[10]. Yəni Adəm və Həvvanın yaşadığı məkan yerdə idi və oradan insanlar yer üzərinə yayıldılar. Bu da Dilmunun yerdə, hətta Ərəbistanda, və ya ona yaxın olan məkanda yerləşməsi inancı ilə üst-üstə düşür. Deməli cənnət haqqında təsəvvürlər hələ qədim Şümerlərdə olub.

Bundan başqa, yəhudi dünyagörüşündə, qədim Şümer, akkad, və yunanlarda[11] olduğu kimi, möminlərin axirətdəki yeri günahkarlarla eynidir. Onlar hamısı "Şeol" adlanan kölgələr məkanında yaşayır[12]. Məlum olur ki, yəhudilər də kölgələr dünyasının olduğuna inanırdılar və hətta istisna hallarda, Şümerlərdə olduğu kimi, oradan kiminsə müvəqqəti qayıdışını da mümkün hesab edirlər: "Rəbb insanı həm öldurur, həm dirildir. Olulər diyarına həm endirir, həm cıxarır" (1 Samuel 2:6).

Əhdi Ətiqin bəzi kitablarından məlum olur ki, onların müəllifləri günahkarların sorğu-suala çəkilməsi haqqında biliyə malik deyildilər: "Çünki heyvanın başına gələn insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey puçdur" (Vaiz, 3: 19). Başqa yerləri oxuduqda isə qərara gəlmək olur ki, Əhdi Ətiqin bəzi müəllifləri gələcək həyatən mövcudluğu haqqında heç bir şey bilmirdilər[13]. Beləliklə demək olar ki, yahudilərin axirət həyatı haqqında tam və qəti təsəvvürləri yox idi. Lakin, çox əsrlər keçəndən sonra, ölülərin dirilməsi və günahkarların sorğu-suala çəkilməsi inancı da yəhudilər arasında yayılmağa başladı: "Torpağın altında yatanların çoxu əbədi həyat, bə"zisi isə əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaq" (Daniel 12:2).

[14]



[1] Kosmoqoniya " kainatın yaranması haqqında elmdir.

[2] Teoqoniya - tanrıların yaranması haqqında dini əsatirlər sistemidir.

[3] Enkinin Nippura səyahəti əsatiri // Al-Fouadi A.-H.A. Enki"s Journey to Nippur: The Journeys of the Gods. Ann Arbor, 1969. P. 71.

[4] Yəhyanın müzdəsi 1: 1.

[5] Klein J. Shulgi G // Fs. Tadmor. Jerusalem, 1991. P. 302-303. (http://ud-gal-nun.narod.ru/translations/transl.html)

[6] İngiliscə "pastor", rusca """"""""".

[7] Esxatologiya - axirət hadisələri haqqında təsəvvürlərdir.

[8] http://lib.hsgm.ru/?page=art&id=3316

[9] http://hworld.by.ru/myth/sumer/enki.ninhursag.html

[10] İbn Kesir. Hadislerle Ku"ran-İ Kerim tefsiri. C. 2. İstanbul, "Çağrı yayınları", 1991, s. 302.

[11] Yunanların da "aid" adlanan axirət dunyasının, sümer-akkad "kur"u ilə bənzərliyi vardır.

[12] Zəbur, 87:5-13.

[13] Zəbur 103: 29.