Əski Misir tanrılarıƏski Misir ənənəsində çoxlu sayda tanrılar olmuşdur. Günümüzdə bunları "ruhlar" ya da "tanrı gücləri" adlandırırlar. Onların sayı 2000-dən artıq olsa da, çoxusunun bir biri ilə bənzərlikləri olmuş, bütün ölkədə yayılmışdırlar. Bu çoxluğun səbəbi Misirin çoxlu bölgələrdən ibarət olduğunda idi. Onlara "nom"lar deyilir. Bir ölkə olmamışdan öncə onların hamısı müstəqil olmuşdurlar. Hər bir nomun öz xalqı və tanrıları olmuşdur. Öncə heyvanlar tanrılaşdırılıb, sonra isə insan görkəmini alırdılar. Buna görə bütün tanrıların iki cəhətləri olmuşdur. Onların qarşı cinsli ailə üzvləri ilə həmkarları olmuş və bu tanrılar özlərini heyvanların araçılığı ilə dünyada göstərirdilər. Beləliklə bu ölkədəki yırtıcı quşlar, timsahlar, ilanlar, tısbağalar qurbağalar, bunlardan başqa qoyunlar, itlər, pişiklər və başqa ev heyvanları hansısa tanrının, ya da tanrıcanın diri obrazlazları və insanların yaşadığı mühitin ayrılmaz hissəsi kimi dəyərləndirilirdilər. Çayların, ailələrin, çöllüklərin, yığıncaqların, sevginin, ümumiyyətlə bütün varlığın tanrıları olmuşdur. Çoxlu sayda olan tanrılar, zaman keçdikcə bir-birləri ilə çeşidli yollarla birləşdirilmişdirlər. Onlardan bəziləri arı başı və hipopotam bədənli qeyri-adi formalarda olan tanrıcalar kimi təsvir olunurdular. Onların rəsmlərinə baxanda tanrıca olduqları ayaqlarının birlikdə bağlı olması ilə bilinir. Tanrılar isə hərəkətdə, addımlayan durumda təsvir olunurdular. Çeşidli şəhərlər yalnız öz tanrılarını ölkə dininin başında görmək uğrunda çarpışmışdırlar. Bu da onların siyasi güclərinən asılı olmuşdur. Buna görə də günümüzə çoxlu sayda dini əfsanələr ulaşmışdır. Geniş xalq kütlələrinin güvəncini qazanmaq üçün, ən yaygın tanrılara inancların bəzi əlamətlərini onlar öz tanrıları üçün şamil edirdilər. Buna görə, illər keçdikcə çeşidli tanrılar dəbdə olmuş, sonra isə dəbdən düşmüşdürlər. İstisna yalnız əskidən yayqın və sayqılı olan tanrılar üçün edilirdi. Onlar doğum, sevgi, məhkəmə, ölümdən sonra dirilmə kimi yaşam üçün vacib olan şeylərə sorumlu olmuşdurlar. Bu tanrılardan heç olmasa biri gündəlik yaşamın bütün sahələrini tutmuş və onlar yerdəki insanların çoxu kimi evlənmiş, uşaq doğmuşdurlar. Bir çox cəhətlər insanları özlərini tanrılarla eyniləşdirməsini mümkün etmişdir. Çünki onların da özəlliklərində tanrı gücü ilə insan zəyifliyi olmuşdur. Tanrılar da ovlamaq, məhsulun yığımı, yığıncaqlara yığılmaq, yeyib-içmək kimi adi insanların etdiyini edirdilər, ancaq bunların edilməsində daha bacarıqlı idilər. Onların çoxu çeşidli geyim geyinmiş kişi və heyvan başlı qadın kimi təsvir olunurdur. Başqa sözlə, onlar bir çox yollarla təzahür oluna bilərdilər və bəzilərinin təsvirləri günümüzə elə yaxşı gündə ulaşmışdırlar ki, onları aydınlaşdıran yazılar olmasa belə o tanrıların kim olduğu bilinir. Başqa sözlə tanrılar çoxlu yollarla təzahür edir. Bundan başqa, onların çoxu o qədər bir-birinə bənzər görsənirlər ki, onları anladıcı yazı olmadan ayırmaq olmur. Tanrıların geyindiyi geyimi ya da daşıdıqları rütbələri bilmək heç də hər zaman yetərli olmur, çünki onların bir-birlərindən alınma özəllikləri çox olmuşdur. Onların adlarına gəldikdə, bu günə gədər Ra ,Ptah, Amon kimi orjinal Misir adları ilə birlikdə, İsis, Osiris, Horus kimi onların yunan formalarısı da işlənilir. Misirlilər çox inanclı olmuş, tanrılara qulluq edirdilər. Ancaq əski dönəmlərdə tapınaqların (məbədlərin) sayının nə qədər olması məsələsində Misir üzrə bilicilər çətinlik çəkirlər. Tanrıların ilk tapınaqlarının nə zaman ucaldılması da bilinməməkdədir. Tapınaqlar (məbədlər) Ölkə Nil çayı boyu ikiyə (yuxarı və aşağı Misirə) bölündükdən sonra, hər iki bölgədə bina tikilmə ənənəsi başlamışdır. Bu da bəlli qədər ölkənin dini durumunun və siyasətinin göstərisi olmuş, onun milli mənliyinin hissəsi idi. Ola bilsin, gillə qamışdan tikilmiş yerli tapınaqlar mahiyyəncə Nil boyu yaşayan tayfaların ibadət yerləri olmuşdur. Vaxt keçdikcə insanların tapındıqları iki tapınaq ucaldılmışdır. Onların üzərində fərqli yazıların mənşəyi çox yüngül oxunulur. Çünki bu yazılar ilkin çağlardan heroqlifik işarələr sisteminə daxil olmuşdur. Tapınaqların birinin adı Per-wer (Böyük ev) olmuşdur. O Yuxarı Misirdə ucaldılmışdır. Aşağı Misirdə isə Per-nu (Od evi) adlanan ikinci tapınaq durmuşdur. O gümbəzlə ortüklü idi. Onların ikisi də 1-ci çarlıqdan olan firon Ahanın yönətimi çağlarında tikilmişdir. Vaxt keçdikcə tapınaqlar yalnız ən tanınmış Misir tanrıları üçün daşdan ucaldırdılar. Kiçik tanrılara isə evlərdə tapınırdılar. Tanrıların geyimləri Tanrılarla tanrıcalar insan kimi təsvir ediləndə, onlar bir-birindən geyimlərinə görə, o qədərdə fərqlənmirdilər. Onlar yalnız sayı beşə yaxın olan geyim çeşidində təsvir olunurdular. Öncə onların hamısı ağ ya da bir neçə başqa rəngli geyimdə olmuşdurlar. Bu baxış yavaş-yavaş illər boyu dəyişmiş, təsvirlərdə yeni boyalarla naxışlar işlənmişdir. Yunan-Roma çağlarında isə boyanmanın çeşidləri daha da çoxalmış və tanrıların geyimləri teatrdakı aktyorların geyimlərinə bənzəyirdilər.
Tanrıların baş örtükləri Tanrıların çoxusunun başlarına geyiləcək baş örtükləri olmudur. Rəssamlarla heykəlçilər onların bədənlərinin görkəmini bir-birlərinə bənzər sadə görkəmdə çəksələr də, başlarına olduqca çox önəm verirdilər . Görükür , bunu fironun özü, ya da onun kahinləri , tanrılarına inamın yayılması üçün dəstək verirdilər. Çeşidli taclar Tanrıların haradan gəldiyini bildirə bilər. Bütün ölkə üçün yayqın biçimdə olan taclar, o tanrıların ölkədə nə qədər önəmli olduqlarının göstəricisidirlər. Tacları gözə çarpan etmək üçün bütün taclar və baş örtüklərinin üzərində olan lələklər, buynuzlar, ilanlar, günəş diskləri və başqa şeylər parlaq boyalarla boyadılırd ı. Bu fantaziyalar və açılışlarla dolu olanYunan - Roma dönəmində daha yayqın olmuşdur .
Misir tacları: Qırmızılar aşağı, ağlar isə yuxarı Misirdəndirlər. Qarışıq rənglilər isə bütün ölkədə yayılmışdır. Atef tacını Osiris geyinirdi. Buynuzlu və günəş diskli çeşidləri isə Ra-Horakte və başqa tanrılar daşıyırılar. Mavi dəbilgəyə bənzər çeşid isə 18-ci xanədanın dönəmindən bilinməkdədir, onları fironlar və tanrı Amon daşıyırdı. Kral taclardan başqa tanrıların başlarının üstündə çoxlu başqa şeylər və simvolları olmuşdur. Onlar tanrıların bir-birindən seçilməsi üçün yardımçı olurlar. Çünki çox vaxt tanrıların görkəmi bir-birinə bənzərdir. Heroqliflərin oxunuşunda çətinliklər olanda, aşağıdakı simvollarlın araçılığı ilə hansı tanrıdan söhbətin getdiyi bilinir. Aşağıdakı tanrılarla tanrıcaların başlarının üstündə bu simvollar vardır Neit - kəsişən oxlar; İsis - taxt; Maat - dəvəquşu lələyi; Neftis " qədəhlərə bənzər obyektlər; Nut " küpə; Selkhet " əğrəb; Seşat " müqəddəs perseya ağacı və onun üzərində iki buynuz; Anat " inək balalığı; Hathor " bir çox obyektlər. Onlardan bəziləri inək buynuzları, günəşin diski, musiqi alətləri.
Tanr ı larla tanr ı calar ı n ba ş lar ı n ı n ü st ü nd ə olan obyektl ə r
Reqaliyalar (hakimiyyət simvolları) Misirdə tapılmış bütün şəkillərdə, heykəllərdə və relyeflərdə ənənəvi səhnələr yer almışdır. Onlar zaman keçdikcə çox az dəyişmişdir. Bəzi özəlliklər heç dədişməmiş, 3000 il olduğu kimi qalmışdır. Insanların, çəkilişi dəyişməyən incəsənət üslubu olmuşdur. Bədənlərin, bir qayda olaraq, torsu çıxmaq şərti ilə, profiləri təsvir olunurdu.Tors isə öndən çəkilirdi ki, o tanrı daha aydın görsənsin. Çox nadir hallarda tanrılar əli boş göstərilmişdirlər. Daha çox şəkillərdə onlar nəyisə əllərində aparmışdır. O şeylərin bəzilərinin anlamları bu günə kimi misirşünaslıqda aydın deyildir. Tanrıların əllərində çox vaxt yaşam anlamını daşıyan xac kimi görsənən"ankh" simvolu olur. Bu da yaşamdan sevinc anlamı kimi yozulur. Misir dini özlərini bu dünyada yaxşı aparanlar üçün əbədi həyat vəd etdiyinə görə, ankh bu ya da gələcək dünyanın rəmzidir. Ola bilsin ki, hər ikisinin. Başqa tərəfdən yaxında olanların ya da hökmdar əsasının saxlanılması böyük əhəmiyyət kəsb edir və burada çeşidlər vardır.Tanrıcaların çox rəngli əsaları olmuşdur, ancaq tanrılarda belə olmamışdır. Hakimiyyət əsaları ümümi də xüsusi də olur. Məsələr Ptahın və Osirisin öz əsaları olmuşdur.
Misirin bəzi tanrıları Misirdə çoxlu tanrılar olmuçdur. Onlardan bəziləri bunlardır:
Aker " yerin tanrısı, ölülərin himayəçisi, gələcək dünyanın qapılarının qoruyucusu, günəşin çıxıb batmasının gözətçisi, insanların qoruyucusu olmuşdur. Onu bir-birinə arxa ilə dürmuş aslanlar kimi təsvir edirdilər. Onların arasında isə günəş olmuşdur. İkinci dərəcəli tanrı olduğuna görə, Akerin bəlli olan tapınma yerləri olmamışdır. Amat " ona sayqı göstərilsə də tanrı sayılmırdı. Buna görə də onun tapınaqları (məbədləri) olmamışdır. Bədəni ilə ön ayaqları aslanın, arxa ayaqları kərkədanın, başı isə timsahın olan əjdaha kimi təsvir olunurdu. Ölülər dünyası olan Duatda, odlu göldə yaşayırdı. Orada Osirisin məhkəməsindən başı uca çıxa bilməyən günahkarları yeyirdi. Amaunet - əv əski Misir tanrıcalarından biri idi. Öncə yerli tarrıca olmuş, sonra isə bütün Misir ona tapınırdı. Onun tanınmış tapınağı Hermopolisdə olmuşdur. Amaunet yaradıcı tanrıca idi. Onun kişi bənzəri tanrı Amon olmuşdur, onlar ər-arvad idilər. Onların cütlüyü hər şeyin başlanqıcının rəmzi olmuşdur. Amauneti insan bədənli və ilan başlı təsvir edirdilər. Amentet - əv əski Misir tanrıcalarından biri idi. Öncə yerli tarrıca olmuş, sonra isə bütün Misir ona tapınırdı. Onun tanınmış tapınaqları Abidosda və Memfisdə olmuşdur. Amentet batı (qərb) səhrasının tanrıcası idi. Misirlilərin inanclarına görə, oralar ölülərin yurdu idi. O ölülərə himayəçilik edirdi, onları Duatda qarşılayırdı. O, başında "batı" (qərb) heroqlifi ilə təsvir olunurdu. Amon. Öncə yerli tanrı idi, sonra isə ona bütün Misir tapınırdı. Bizim eramıza yaxın dönəmlərdə onu, İsis və Osiris tanrılarının kultu sıxışdırıb ortalıqdan çıxartmışdır. Amonun tapınağı Hermopolisdə yerləşirdi. Əski dönəmlərdə o, yaradıcı tanrı sayılmış, hər şeyin başlanğıcında durmuşdur. Onun qadın bənzəri Amaunet olmuşdur. O zaman Amonu başı qubbağa olan bir kişi şəklində təsvir edirdilər. Sonrakı dönəmlərdə isə onun kultu genişlənmişdir. Orta çarlıq çağlarında ona havanın və günəşin tanrısı, Tebes şəhərinin qoruyucusu kimi tapınırdılar. Yeni çarlıq dönəmində isə Amon artıq yaradıcı baş tanrı olmuşdur. İnsanlar onun bütün tanrı, insanları və bütün varlığı içərilədiyinə inanırdılar. O zaman Amon rəsmi ölkə tanrısı idi. Onu üzərində günəş diski olan tacla təsvir edirdilər. Həmdə onu qoyun, ya da qoyun başlı insan kimi də təsviur edirdilər. Amset. İkinci dərəcəli tanrı olmuşdur. Ona göy tanrısı və Osirisin silahdaşı kimi tapınırdılar. O ölüləri yola salıdı, onların orqanlarının küpələrdə (kanopalarda) mümiyalanmasında yardımçı olurdu (misirlilər ölünün orqanlarını bədəndən çıxarıb, onları kanopalarda mumiyalayırdılar). İnsan özlüyünün göstəricisi idi. Amseti insan başlı kanopa şəklində təsvir edirdilər. İnpu (yunanca Anubis ). Bütün Misirdə tanınmış tanrı olmuşdur. Onun başı çaqqalın, bədəni isə insanın olmuşdur. O məzarlıqların himayəçisi, ölülər dünyasının hakimlərindən biri, ölüləri öz yerlərinə yola salan kəs, zəhərlər və dərmanların qoruyucusu idi. Ulu tanrı Ra'nın oğlu idi, onun arvadı Bast tanrıcası idi. Anubisin başlıca tapınağı (məbədi) Kinopolis şəhərində olmuşdur. Anuket (yunanca Anukis ). Öncə yerli tanrıca olmuşdur. Daha sonra ona bütün Misir tapınırdı. O Nil çayının bir bölgəsinin, Asuanın və Elefantina adasının himayəçisi idi. O Xnum və Satis tanrılarının qızı idi. Anukisi başı lələkli taclı qadın şəklində təsvir edirdilər. Anhur (yunanca Onuris ). Ən əski yerli tanrılardan biri idi. Sonra onun kuttu bütün Misirdə yayılmışdır. O hər şeyi yaradan, eləcə də ovun, savaşın tanrısı, Ra'nın yadımçısı idi. Apis. Tanrı Ptahın ya da Osirisin yerdəki təcəssümü sayılan inək olmuşdur. Ona bəzən ayrıca tanrı kimi də tapınırdılar. Əski çarlıq dönəmində Apis, Memfisin tanrısı olan Ptahın təcəssümü idi. Misirlilər Ptahın ruhunun diri inəkdə olduğunu sanırdılar. Bunun üçün hansısa bir inək Apis seçilirdi. Onun ölümündən sonra Ptahın ruhu başqa inəyə köçürdü. Bu inəklərə insanlar tapınırdılar. Gələcəkdə isə Apisin Osirisin ruhunun daşıyıcısı inancı yayılmışdır. Onun tapınağı Heliopolisdə ucaldılmışdır. Aton. Orta çarlıq çaqlarından bilinməkdıdir. Öncə günəş diskinin rəmzi, sonra günəş tanrısı olmuşdur. Çox qısa zaman içində Misiri tək tanrısı elan olunmuşdur. Onu günəşli, isinli (şüalı) disk kimi təsvir edirdilər. Atum. Öncə yerli tanrı olmuş, sonra isə ona bütün Misir tapınırdı. Sonda onu tanrı Ra'nın kultu sıxışdırmışdır. Onun başlıca tapınağı Heliopolisdə idi. O dünyanı yaradan (demiurqos) axşam çağının tanrısı idi. Atumu fironların geyimlərini geymiş qoca insan kimi təsvir edirdilər. Misirlilər onun təcəssümünü ilanlarda, meymunlarda, aslanlarda, kərtənkələlərdə görürdülər. Banebcedet. Verimlilik (münbitlik), doğum, çoxuşaqlılığın tanrısı olmuşdur. Başqa tanrıların təcəssümü kimi də çıxış edirdi. O, dörd qoyun başlı insan kimi təsvir olunurdu. Ona bənzər tanrı yuxarı Misirdə Xnum olmuşdur. Qoyun kişilik, seksual gücün rəmzi olmuşdur. Benebcetin haqqında çoxlu seksual məzmunlu əsatirlər olmuşdur. Buna görə də əski xristianlar onu qadınlara yaxınlıq axtaran şeytan saymışdırlar, onu keçibaşlı təsvir edirdilər. Bastet. Sevgi, seninc, qadın gözəlliyi tanrıcası idi. Pişik, ya da pişik başlı qadın kimi təsvir olunurdu. Bennu. Oddan yaranan, özünü ara-sıra odda yandırıb, sonra yenidən dirşələn quşdur. Bu quşun analoqları yunanlarda Feniks, türklərdə isə Humay olmuşdur. Bennu ölulərin dirilməsinin rəmzi idi. Geb. Yerin tanrısı, yaradıcı, Misirin ilahi fironu olmuşdur. Başında tacı (bəzən üstündə ördək) olan bir kişi kimi təsvir olunurdu. Onun başlıca tapınağı (məbədi) Heliopolisdə olmuşdur. İsis " təkcə Misirin deyil, əski dünyanın ən böyük tanrıcalarından biri olmuşdur. Butun xalqların tanrılaşdırılmış qadın obrazlarının bu tanrıca ilə bənzərlikləri olmuşdur. O, analığın və qadınlığın idealı idi. İsis Horusun anası idi. Horus isə fironların himayəçisi idi. Buna görə İsis fironların anası sayılırdı. O Osirisin arvadı idi. Onun tapınağı Heliopolisdə olmuşdur. Kuk və Kauket. Öncə yerli, sonra isə bütün Misirin kişi və qadın tanrıları olmuşdurlar. Onlar dünyanın yaradıcılarından idi. Onlar "qaranlıq" olan ilk başlanğıcın rəmzi idilər. İlan başlı qadın və kişi kimi təsvir olunurdular. Tapınaqları Hermopolisdə idi. Maat. Öncə yerli olan, sonra isə bütün Misirdə tanınan tanrıca idi. Onun tapınağı (məbədi) Tebesdə olmuşdur. Misirlilər Maata dünyanın yaradıcısı və həqiqətin özlüyünün rəmzi kimi tapınırdılar. Başında dəvəquşu lələyi olan qadın kimi təsvir olunurdu. Min. Misirin bir çox bölgələrində, eləcə də Nubiyada ona tapınırdılar. Tapınaqları Panapolisdə. Ombosda və Koptosda olmuşdur. Min verimlilik (münbitlik), alış-veriş və doğu (qərbi) səhraların tanrısı idi. Montu. Savaş tanrısı idi. Əski çarlıq dönəmində bir neçə tanrının bir olan təcəssümü olmuşdur. Misir firolarının 11 sülaləsi çağlarında ölkənin baş tanrısı elan olunmuşdur. Üzərində günəş olan şahin başlı kişi şəklində təsvir olunurdu. Naunet. Bütün Misirdə tanınan tanrıca olmuşdur. Tanrı Nunla birlikdə dünyanın başlanğıcında düşünülürdü. Tapınağı Hermopolisdə idi. Nebethet (yunanca Neftis). Geb bə Nutun qızı, İsisin bacısı idi. Öz adının heroqlifi ilə qadın şəklində təsvir olunurdu. O, gizli olan hər şeyin, eləcə də ölüm tanrıcası idi. Bəzi yerlərdə ona təbibliyin tanrıcası kimi tapınırdılar. Onun tapınağı Heliopolisdə olmuşdur. Nefertum. Bitkilərin tanrısı olmuşdur. Sehmet və Ptahın oğlu idi. Onun simvolu nilufər olmuşdur. Başlıca tapımağı Memfisdə idi. Nun. Öncə yerli, sonra bütüm Misirdə tanınılan tanrı olmuşdur. Onun tapınağı Hermopolisdə idi. O yaradıcı tanrı (demiurqos) idi. Onun qadın cütlüyü Naunet olmuşdur. Onlar birlikdə yaradılışdan öncəki ilkin okeanın sularını təcəssüm edirdilər. Onu qurbağa başlı insan kimi təsvir edirdilər. Nut. Öncə yerli, sonra bütüm Misirdə tanınan tanrı olmuşdur. Tapınağı Heliopolisdə idi. Günəşi, ulduzları, tanrıların çoxusunu doğmuş göy tanrıcası idi. O, ölüləri göylərə qaldırıb, orada onları qoruyurdu. Onu bütün yeri örtmüş qadın, ya da göyü bürüyən inək şəklində təsvir edirdilər. Usir (yunanca Osiris). Ən sayılan Misir tanrılarından biri idi. Geb və Nutun oğlu, İsisin qardaşı və əri, Horusun atası olmuşdur. Dirçəlişin, dirilmənin, ölülər dünyasının tanrısı idi. O, həmdə ölülərin hakimi kimi təqdim olunurdu. Onun tapınağı Heliopolisdə idi. Bəzən şahin başlı insan kimi təsvir olunurdu. Ra. Günəş tanrısı idi. Misirlilərin baş tanrısı olmuşdur. Onun tapınağı (məbədi) Heliopolisdə yerləşirdi. Orada Ra daha əski çağlardan bəri tapınılan tanrı Atumla eyniləşdirilmişdir. Bundan başqa Ra, Misirin çeşidli bölgələrində yerli tanrılarla da eyniləşirdi: Tebesdə Amonla, Elefantinada Xnumla.
|