Misir mifologiyasında insanların və canlıların yaradılışı və qoyun obrazları
 

Dünyanın yaradılmasını təsvir edən əski Misirin Heliopolis, Hermopolis, Memfis, Tebes kosmoqoniyalarında insanların və canlıların yaradılışı haqqında heç bir konkretlik yoxdur. Bu barədə başqa əsatirlərdə bilgilər vardır. Nil çayında yerləşən Elefantina adasında tanrıca Satisin tapınaqın (məbədinin) xarabalıqları qalmaqdadır. Oranın divarlarının birində qoyun başlı Xnum (hnmw) tanrısının Misirin qadın fironu olan Hatşepsutu qildən dulusçu çarxında yaradılması həkk olunmuşdur. Elefantinadan bütün Misirə yayılmış əsatirə görə Xnum bütün insanları və heyvanları Nil çayındaki lildən yaratmışdır.

http://www.fortcollinswebworks.com/stonerelief/images/khnum_large.jpg

Tanrı Xnum

Tanrı Xnum insan taleyini də çözürdü. Eyni zamanda Xnum münbitliyin tanrısı, Nil çayının qoruyucusu və su verilməsinin təminatçısı kimi də tanınmışdır. Həmdə Xnum bir çox başqa tanrıların məsələn, Amonun, Ranın) təcəssümü kimi qəbul olunurdu.

Hellinizm dönəmində Misirin sənətkar yaradıcı tanrı obrazı yunan və roma ənənəsinə və fəlsəfəsinə girmişdir. Orada ona “Demiurgos/ δημιουργός ” (insanlar üçün yaradan, sənətkar) deyirdilər. Lakin monoteizmdəki Tanrıdan onun fərqi ondan ibarət olmişdur ki, o dünyanə heçdən deyil, mövcud olan xaosdan yaratmışdır. Qnostiklərə görə Demiurqos yerdə olan maddi dünyanın yaradıcısıdır. Həmdə qnostiklər materiyanı (yeri) şərlə eyniləşdirdiklərinə görə onu şərin ilk başlanqıcı kimi qəbul edirdilər. İdealist fəlsəfələrdə isə bu adla dünyanı yaradan “ruh”, “bilinc” (təfəkkür) adlandırılırdı.

Храм богини Сатет

Tanrıca Satisin Elefantina adasındakı tapınağının xarabalıqları

 

Xnum tanrısının atası Nun, qızı isə Anuket olmuşdur. Onun arvadları isə Menhit, Satis, Neyt, Nebtui idilər. Misir mifologiyasında, Babildə olduğu kimi, KA anlayışı olmuşdur. Buruda KA hər bir insanın mənəvi əkizidir. Ümuiyyətlə insanların və heyvanların yaradılış bu şəkildə təsəvvür edilirdi: Xnum dulusçu çarxında uşağı yaradır və ananın bətninə salır. O hətta tanrıları belə yaratmışdır.

Qoyun və mənəviyyat (ruh) qədim qipti dilində “ba” sözü ilə ifadə olunurdu. Buna görə də bu tanrı qoyun başlı olmuşdur. Burada qeyd edilməlidir ki, qoyun obrazları bir çox xalqların rəmzləri olmuşdur. Onların daşda həkk olunmuş təsvirləri və heykəlləri qədim Şümerdə də tapılmışdır. Qədim türklərdə də qoyun təsvirləri olmuşdur. Azərbaycanın ərazisində türk tayfalarına məxsus olan çoxlu sayda qoyun heykəlləri tapılmışdır. Hətta bu heyvanın adı ilə Ağ Qoyunlu və Qara Qoyunlu dövlətləri adlandırılmışdırlar. Hətta Əhdi Ətiqdə və Əhdi Cədiddə peyğəmbərlər də qoyunları otaran çoban kimi təsvir olunurdular. Beləliklə, ehtimal etmək olar ki, bütün bunlar Misirdə ruhun və qoyunun eyni sözlə ifadə olunmasından irəli gəlmişdir. “Ba” sözü yaradıcı, ruhverən qoyun tanrı obrasında olan Xnuma aid edilmişdir. Sonra bu anlayış bütün dünyada yayılmış, hətta əski türklərin inanclarında olmuşdur.

Əski türklər Misirlə hər zaman ilişkidə olmuşdurlar. Hələ ən eramızdan öncə 3-cü minillikdə “hiksoslar” adlanan xalq Misiri ələ keçirmiş, orada öz çarlıqlarını qurmuşdurlar. Bir çox bilgnlər onların elə türklər olduqlarında dururlar. Daha sonra, artıq islamlaşmadan sonra, min ilə yaxın vaxt ərzində Misiri İxşidilər, Tuluninlər, Məmlüklər, Osmanlılar kimi türk soylu xanədanlar yönətirdilər. Beləliklə türklərin mifologiyasına qoyun obrazları bu ilişkilərin sonu keçə bilərdi. Başqa yandan, hər şeyin tərsinə olduğunu də ehtimal etmək olar. Ola bilsin, Misir mifologiyasına qoyun obrazları elə türklərdən keçib. Bu ehtimala da ciddi baxılmalıdır.

Qoyun obrazları həmdə əski Şumer mifologiyasında olmuşdu. Arxeoloji qazıntılar zamanı Mesopotamiyada tanrıların tapınaqlarının (məbədlərinin) xarabalıqlarında qoyun heykəlləri tapılmışdır. Onlar dini törənlərdə (mərasimlərdə) işlənilirdi. Məsələn, Nyu-Yorkun Metropolitan (solda) və Londonun Britaniya (sağda) muzeylərinin eksponatları olan

Terracotta head of a ewehb_1981

bu qoyun başları Sümerin Uruk şəhərinin tapınaqlarının xarabalıqlarında tapılmışdır (e.ə. 3300-3100-cü illər). Bəlkə də bu qoyunlar tanrılaralara kəsilmiş qurbanlıq heyvanları simvolizə edirdi.

The Uruk Trough

Elə o yerdən tapılmış və o dönəmə aid olan vannanın üzərində də qoyunların şəkilləri vardır (Britaniya muzeyinin eksponatıdır). Ola bilsin ki, bu vanna İnanna (İştar) ilahəsinə tapınma zamanı işlənilirdi. Şəkildə qamış evinin yanına yaxınlaşan qoyunlar çəkilmişdir.

Hələ 19 yüzilliyin ortalarında ingilis araşdırmaşısı Raulinson şumer dilindəki bəzi sözlərin türk sözləri ilə bənzərliyini iddia etmişdir. Bundan sonra bilginlər arasında bu soruda çoxlu çəkişmələr olmuşdur. Buna qarşı onlar şumer dilindəki başqa sözlərin Qafqaz, Hind, İndoneziya xalqlarının daha yaxın olmasını iddia etmişdirlər. Günümüzdə bu çəkişmələ sürməkdədir. Ancaq, şumerlərin türklərin soylarından olmasının bir dəlili kimi qoyun obrazlarını da göstərmək olar. Bəlkə də kişiliyin və gücün rəmzi olan bu obrazları türklər şumerlilərin araçılığı ilə bütün Yaxın Doğuda (Şərqdə) yaymışdırlar. Sonra bu inanclar gedib Misirə də çıxmışdır.