Quranda məcaz var ya yoxdur?
(mecaza qarşı olan bir müsəlmanla söhbət) 

İddiaçı: Quranda məcaz yoxdur.

Aydın Əlizadə: Quranda, həyatda oldugu kimi, məcaz olmamiş olmaz. Məsələn dəyəndə ki, hökmdarin əli xalqin üzərindədir, bu o dəmək dəyil ki, onun əli camaatin başinin üstündə sallanib. Bu bir məcazi ifadədir.

Ən adi şəylərdə belə məcaz var. Məsələn, "gün doğdu" dəyəndə, biz bilirik ki, əslində gün yox, yər dogur, çünki yər günəşin ətrafinda firlanir. Quranda deyir Allah ki, Iskəndər “…günəşin batdığı yərə gəlib çatdıqda onu qara palçıqlı bir çəşmədə batan gördü” 18:86.

Buyurun, necə olur ki, günəş qara palçıqlı bir çeşmədə batdı? Günəşin battığı yerə necə çatmaq olar? Günəş əslində batmır. Yer batır, çünki yer onun ətrafında fırlanır. Məcazsız bunu necə izah edərsiz?

Vəya “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” (3:103) ayəsini məcazsız necə izah edəcəksiniz? Nə ipdip o?

Amma məcazda ifrata varmaq da olmaz. Mecaz mətnlə uygunlaşmalıdır.

İddiaçı: İp məsələsinə gəldikdə Təbəri səhih isnadla bunu belə izah etmişdir: "Allahın Kitabı - göydən yerə qədər uzanan Allahın ipidir". Dəməli ayənin mənası belədir: "Hamınız Allahın Kitabından yapışın və parçalanmayın!".

Aydın Əlizadə: Axı bu artıq yozmadır. Bu yozma üsuludur. Siz Quranın özündə olmayan mənanı Təbəri ilə əsaslandırırsınız. Sizin iddianız Quranda mecazın olmamasıdır. Belə olan təqdirdə, siz Quranın açıq mənalarından çıxış edərək mülahizələrinizi qurmalısınız. Yoxsa Quranda açıq aşkar ip deyilir, bu ipin nə olduğunu isə Təbəridən bildik. Onda demək olar ki sağ olsun Təbəri, çünki o olmasaydı, Allah dediyini bizə heç kim çatdıra bilməzdi.

Siz məcazı inkar edirsiniz, amma yozma üsullarına əl atırsınız. Bu üsullar yeni deyil. Hələ yahudilər və xristianlar bu üsulu İslamdan çox-çox öncə işlədirdilər. Bunun adı ekzegetikadır, yəni Kitabda olmayan mənanı hansısa yolla ora salmaq. İndi sizdə də həmən şeydir. Quranda Allah deyir “ip”. Siz isə yozma yolu ilə dəyirsiniz ki, bu, sən demə, Kitabdır (halbuki bunu Allah deyil, Tabəri dedi). İndi baxın ziddiyətinizə: məcazı inkar edirsiniz və bunu edənləri qəbul etmirsiniz. Amma əslində özünüz dolayı yolla yozmaya əl atıb, faktiki olaraq elə həmən təvili təkrar edirsiniz.

İddiaçı: Biz deyirik ki, Quranda məcaz yoxdur. Çunki məcaz yalniz insan üçun xarakterikdir. Yəni, insan uçun abstrakt olan bir şey məcazlaşir. Indi siz məcazın tərifini də mənə deyərsiniz və məsələ tam aydın olar. Və əgər məcaz insan uçun abstrakdırsa, məsələn "daş urək insan", Allah uçun cox asan bir işdir deyə, dəyilir ki, Quranda məcaz yoxdur və ola da bilməz.

Aydın Əlizadə: Allah üçün mümkün olmayan bir şey yoxdur, haqlısınız. Lakin Allah, eyni zamanda, dünyanı bir nizama gətirmiş və qanuna uyğunluq yaratmışdır. Yəni, ümumiyyətlə kainatda hər şey bu qanunauyğunluğa tabedir. Əlbəttə, bəzi hallarda möcüzələr olur, lakin bu əslində ümumi qaydanı pozmur, sadəcə istisnadır. Buna görə də Quranda Allah möcüzə olan hallarda bildirir ki bu möcüzədir. Bu bildiriş olmasa, bizə qəribə gələr, qəbul etməmiz əngəlləşər. Deməli qanuna uyğunluq prinsipi ümumiyyətlə Quranda da izlənilir.

Quran insanlar üçun enmişdir, deməli insanlara aydın olan tərzdə. Özüdə bu aydınlıq olmalıdır həm 7-ci əsrdə yaşayan ərəb üçün, həm də, 21 əsrdə yaşayan azərbaycanlı çinli yaxud Avstraliya aborigenləri üçün də və s. Buna görə də Allah Quranı insan dilində endirmişdir. O axı özü-özü üçün sözünü deməmişdir, insanlara çatdırmışdır. İnsan dilində isə məcaz mütləq olmalıdır. Heç olmasa ona görə ki, Quranda günün "batması dəyilirsə", bu heç də günün batması ola bilməz. Əslində yer onun ətrafında və öz oxu ətrafında fırlanır. Deməli yer batır, gün yox. Amma Quranda, bizim adi danışığımızda olduğu kimi, "qün batır". Bu da təbiidir. 7-ci əsrin ərəbinə hər şeyi bilən Allah dəsəydi ki, "yer fırlandı" (bu gün bildiyimiz kimi), o bədbəxt ərəb üçün bu ifadə ağıla sığmaz və gülməli görsənərdi. Amma bu gün biz astronomiyanı dəqiq bilirik. Buna görə məcazı inkar etsək, deməli Quranın o yerləri həqiqətə uygun olmur və belə çıxır ki, Allah yerin günəş ətrafında fırlanmasını bilmirdi. Məcazsız bunun başqa izahı yoxdur.

İddiaçı: Məgər Allah uçun ayı palçiqa batırmaq məcaz ola bilərmi? Allah istəsə həmən ayi palçiqa batirar və o ayədə də Allah uçun ay palçiğa batmiş kimidir. Yəni, biz insanlar uçun bu hansısa formada məcaz kimi gorsənirsə də (amma bu məcaz deyil) Allaha görə həqiqi mənadadir.

Allah, əlbəttə, öz qurduğu kainat qanunlarını bir-iki dəfə dəyişib, istisna hal kimi günəşi paçığa batıra bilər. Lakin yuxarıda dediyim kimi, Quranın bir çox yerlərində günəşin batması haqqında danışılır. Deməli adi kainat qaydasından söhbət gedir. Lakin, dediyim kimi, əslində gün batmır. Buna görə burada məcazdan başqa heç bir çıxış yolu qalmır. Yoxsa belə çıxır ki, Allah səhv etmiş, kainat qaydasını bilməmişdir.

İkinci müsəlman: Məcazın olmasını sələflərimizdən Əbu Hənifə, Əhməd ibn Hənbəl və başqa alimlər, təsdiq ediblər. Həmçinin ərəb dilinə aid kitablarda və lüğətlərdə bundan bol-bol danışılır. Bütün ərəb dilçiləri məcazı qəbul edirlər. Fəqihlər isə dilçilik məsələlərində onlara müraciət edirlər. Çünki onlar bu işin biliciləridirlər

İddiaçı: Mən ərəb dilində məcazın olmasını inkar etmirəm. Mən dəyirəm Quranda məcaz yoxdur. Əgər varsa , buyurun, gostərin gorək hansı ayə hansı sələf aliminə gorə məcazdir?

Aydın Əlizadə: Əgər Quran ərəb dilində enibsə, onda deməli bu dilin özəllikləri də onda vardir. O özəlliklər olmasa, onda deməli ərəb xalqı onu düz başa düşə bilməz, çünki onlar özləri ərəb dilində olan özəlliklərlə ilə danışırlar.

Artıq siz də məcazın olub-olmamasını mübahisəli oldugunu etiraf etdiniz. Eyni zamanda, mə sizi və həmfikirlərinizi başa düşürəm. Siz ehtiyat edirsiniz ki, məcazın tətbiqi çeşidli yozmalara yol açar. Lakin bu belə deyil. Məcaz Quran ayəsinin mətninə zidd ola bilməz. Məsələn, deyilir ki, "gün battı" - dəməli doğrudan da batdı. Sadəcə insan yərdən bunu belə görür.

Сайт управляется системой uCoz