Bir sələfi ilə kökümüz haqqında söhbət

2 мая 2013

Aydın Əlizadə (A. A.): Ramin bəy, deyirəm sağ olsun müsəlmanlar! Orada bütün dünya yeni ixtiralar üzərində işlərir, bu müsəlmanlar isə rafiziləri ifşa edir. İndi 1300 il ifşa etmək qurtarmadı, bu gün də ifşa olunur və sonu yoxdur. Acı bağırsaq kimi qurtarmaq bilmir )))

Ramin Əzizli (R. Ə.): Hörmətli Aydin muallim, mənim məqsədim ətrafimdakı yaxınlarımı cirkabdan cıxarıb Uca Allahin pak dininə yonəltməkdir. Əlbəttə bu mənim həyatda yeganə qayəm deyil. Yəni ixtira uzərində işləməsəm də dunyəvi elmlərdən xali dəyiləm, şukur!

A. A.: Ramin, sizin inancınıza hörmət, bu müzakirə olunmur. Ancaq sizə nə, kimsə bəlkə şiəliyi üstün bilir? Bu da onun inancıdır axı. İnanc da müzakirə edilər?

R. Ə.: Əlbəttə edilər! Mən (sözumu duzgun anlayin!) sizin hansi etiqadda oldugunuzu, Allaha inanıb-inanmadığınızı bilmirəm. Ancaq onu dəyə bilərəm ki, bunu (dəvəti) Uca Allah Oz Kitabında buyurub. Bu islamin vacibatındandır.

A. A.: Bir sual da verim sizə. Bildiyiniz kimi, quzeyli-güneyli 95% Azərbaycan türkləri şiədirlər. İndi sizə elə gəlmirmi ki, şiəliyə qarşı kəskinlik elə öz millətinizə qarşı olmaqdır? Axı millətin bütün varlığı, tarixi, mədəniyyəti bunun əsasında qurulub.

R. Ə.: Qohumumla apardığım postların birində bəyan etdiyim kimi (sitat): "Bizim işimiz fərdlərlə deyil, bu fərdləri azdiran təriqətlədir. Yoxsa hamımız türkük, hamımız qardasıq və həm də qohumuq axi".
Osmanli turkləri sunnidirlər dəyə bizə duşməndirlərmi? Amma tarixə baxsaq bizə yeganə dayaq olan elə Osmanlılar olmuşlar. Bizi bölən isə Iran və Rusiya. Türkməncay və Gülüstan müqaviləsi misal olaraq bəs edər.
Biz müzakirə edərək haqqı tapmağımız həyatda qardaş kimi yaşamaga manecilik torətmir. Ən azından mən belə inanıram.

A. A.: Bağışlayın, inancda nə həqiqət? Yəni onu hansı əqli kateqoriyalarla sübuta yetirə bilərsiniz? Bu ki riyaziyyət deyil ki, deyək2X2=4. Burada mücərrəd yanaşmalar rəvayətlər, müammalı məqamlar və s. var. Ona görə də burada heç kim daha doğru ola bilməz. Sadəcə siz buna inanırsız, o isə obirisinə. Bu ancaq inancdır.

R. Ə.: Əslində inanc riyaziyyat kimi olsaydı onu isbat etmək daha asan olardı. Həyif ki deyil.
Bəli mətnlər muxtəlifdir, amma mucərrəd deyil. Etiqdadi məsələlər hamısı bəyan olunub, düstur halına salınıb bizdən tam 10 əsr oncə. Islamın ilk nəsilləri tərəfindən. Bizə sadəcə o düstura dogru olmayanları müəyyən etmək ucun tətbiq etmək qalır.
Axi Allahın dini Epikurun, Aritotelin nəzəriyyələri deyil ki, deyəsən, hərə oz düşünduyu ilə haqdir. Hamının müstəqil etiqad etməyə haqqı var demək Allahı inkar etmək deməkdir. Yəni dini etiqadi məsələlərdə. Yoxsa dünyəvi məsələlərdə onsuz da hərə oz fikrində qalmaqdadır.
Ancaq dini məsələlərdə mütləq gərək Allah deyən kimi iman edəsən, yoxsa məqbul sayılmaz və həsab günu ziyana ugrayanlardan olarsan! Biz ən azından Uca Allahın "vanzir-aşiratakal-aqrabin" - "Oz yaxın qohumlarını (Allahın mümkün əzabı ilə) qorxut!" ayəsinin gərəyi olaraq öz yaxınlarımızın qeydinə qalmağa çalışırıq. Hər iki dünyada səadətə qovusdurmaq istəyirik ki, bu da onlara olan sevgimizdən və Allah rizasını aramağımızdan irəli gəlir.

A. A.: Deməli din riyaziyyət deyilsə kimsə daha doğru ola bilməz. Sizə elə gəlir ki, siz həqiqəti tapmısınız, ona isə elə gəlir ki - o. Deməli ikinizə də uğurlar, ancaq qarşılıqlı sayğı olmalı, belə olmaz ay dostum. bu millərin kökü şiənin üzərində bitib. Ona qarşı olmaq milləti inkar kimi şeydir. Başqa məsələ düşüncələr, suallar şübhələr bunları sivil olaraq müzakirə etmək lazımdır. Yoxsa mən doğru başqası yox - bu heç bir yaxşı şeyə gətirməz. Sonda silahı ələ alıb qıracaqsınız bir-birinizi Pakistan, ərəblər kimi.

R. Ə.: Aydin müəllim, siz məni cox məyus etdiniz bu sözünüzlə. Axı bu millətin köku deyəndə siz nəyi nəzərdə tutursunuz? Xətainin zorla şiə etdiyi kökumu? Axi ondan oncə bu millətin böyuk əksəriyyəti Şafii sünnüləri idi. Bu tarixi siz necə qulaq ardına vurursunuz ki?
Bu millət, türk millətidir. Şiəlik isə musəlmanları bölmək üçün ortaya atılmiş bir təriqətdir. Bunu Tabəri oz "Tarix"-də yazır, acıq-aydın.

A. A.: 16-cı yüzillikdən 500 il ötüb. Artıq qabaq nə olub, nə fərqi var? Ona qalsa 500 il də ondan öncə türklər bütpərəst olub. İndi axı kökümüz bütpərəstdir, sünni nədir? Sonradan gələndir. Bu günlə yaşamaq gərəkdir. Tarixə gedən orada dolaşıb qalır.

R. Ə.: Əhsən! Bax elə ona görə də "kökumuz filan olub, filan olub" kimi cümlələr yersiz cümlələrdir.

A. A.: Kökümüz şiədədir, çünki Azərbaycan yaranıb 1918-ci ildə, şiə çoxluğunda. Kök budur.

R. Ə.: Bu sadəcə absurddur! Bizim kökümüz Isa Pəygəmbəri (a.s.) bələ aşib keçir!

A. A.: İndi baxın də, öz işinizdir. Sadəcə dedim ki, bəlkə fikirləşəsiniz bu barədə. Yoxsa, davam edin, ancaq özünüzü qoruyun. Bir vaxt o tərəfin də fanatiki ilə də rastlaşarsınız, onda probləmlərlə üzləşərsiniz.

Сайт управляется системой uCoz