Bir inanclı kəslə araqdan başlayıb idealizmlə bitən söhbətim

8 oktyabr 2012

Bir inanclı müsəlmanla söhbətim oldu.

O dedi: İçki yasaqdır İslamda.

Mən dedim: Müsəlmanların içkidən başqa 1001 problemi var. Onlardan ən başlıcası ikiüzlülükdür. Elə namaz qılıb başqasına atan adam ikiüzlüdür. Yalan danışıb oruc tutan ikiüzlüdür və s. Çünki inanırsansa niyə atırsan, yalan danışırsan? Deməli sən əslində inanmırsan. Bu da mənim müşahidələrimə görə çox yayğındır müsəlman toplumları arasında. Mən hətta bu əməlləri tanınmış müsəlman dəvətçilərin də görmüşəm. İçki içmək problem deyil. Bununla pislik elədinsə özünə elədin. Səhərisi gün içki əlaməti çıxır. Ancaq yalanların, ikiüzlüklərin fəsadları cəmiyyəti darmadağın edir. Problem şərabda deyil. Şərabı içən millətlər çox irəliləmişdirlər. Elə bu interneti də şərabiçənlər yaradıblar. İrəliləyiş üçün tamam başqa amillər əhəmiyyət kəsb edir. Biz isə, problemin kökünü aramaqdan, özümüzə baxmaqdan, özümüzü tənqid etməkdən, qalmışıq elə zahiri araq, hicab məsələlərinin səviyyəsində. Ona görə də bu günə qalmışıq. Bir vaxtlar elə bilirdim ki, dini cəmiyyətlər safdır, təmizdir. Cəmiyyətimizdə olan üfunətdən orada təsəlli tapmaq istədim. Ancaq illərlə din adamlarının arasında olandan sonra üzüldüm. Yadıma düşdü Sabir, Mirzə Cəlil, Mirzə Fətəli. Elə onlar da bu barədə yazıb, buna etiraz edirdilər. Sonra yadıma düşdü ki, müsəlman cəmiyyətləri elə dindarlıq olan vaxtı çökdülər. Niyə? Niyə Avropa onları darmadağın etdi, halbuki üzdə hamı şəriətlə yaşayırdı? Deməli problem dərindir. Yaxşı olsaydı çökməzdi.

O dedi: Bu dedikləriniz İran və Azərbaycandadır. Başqa yerlərdə belə deyil, hamı təmizdir.

Mən dedim: Olmuşam ərəb və türk müsəlmanlarının arasında. Həmən şeyləri orada görmüşəm. Hətta bəlkə də bizimkindən də pis. Sonra dedim: Di yaxşı, nə əldə ediblər türklər, ərəblər və s.? Gəlin etiraf edək ki, müsəlman cəmiyyətləri ən geridə galmışlardır. Bu göz qabağındadır. Bu dunyada uğurun yoxdursa, o dünyada necə uğur qazanacaqsan?

O dedi: Keçmişdə çox şey əldə edilib.

Mən dedim: Mən o zamanlarda yaşamamışam. Ondan mənə nə? Mənə öz həyatım gərəkdir, görmədiyim keçmiş yox. Elə müsəlmanların daha bir problemi keçmişlə fəxr etmıəkdir. Halbuki keçmişin mənası bu günün olsa əhəmiyyətlidir. Bu günün yoxdursa, kimə lazımdır sənin tarixin? Babillilərin, Romanın da tarixləri olub, nə olsun? Bu günün nədir sualına cavab verilməlidir.

O dedi: Tarix davam edir... və o sizin və ya digərlərinin həyati ilə məhdud deyil, daha nələr baş verəcək - bunlari prognozlaşdirmağa ehtiyac vardır əslində.

Mən dedim: Bu idealizmdir. Keçmişdə nəsə olub, gələcəkdə nəsə ola bilər. Bəs bu gün? Bizə həyat bu gün bir dəfə verilib. Nə keçmişdə, nə də gələcəkdə biz yaşamayacayıq. Sonra başqa toplumların məgər keçmişi olmayıb? Məsələn, indi müsıəlman təbliğatçıları yazırlar ki, İslam Xilafəti bütün dünyaya mədəniyyət gətirib. Bəs Roma nə olsun, yunanlar nə olsun? Bu ki yalandır. Xilafət vur-tut 1000 il oldu, o da böyük problemlərlə. Tək bir Romanın dövrü ondan 2 dəfə çoxdur. Özü də yüksək mədəniyyətli bir imperiya idi. O Xilafətin güya zülmət və mədəniyyətsiz dünyaya işıq gətirməsi haqqında yazıb deyən müsəlman təbliğatçıları açıq yalan deyirlər. Ondansa araq içsəydilər daha yaxşı olardı. ))))) Roma, Xristian, Çin və s. mədəniyyətlər bəs nə olsun?

O dedi: Tarix davam edir. Sizinlə bizimlə bitməyəcək, əxlagi dəyərlər texnoloji inkşafi məğlub edəcək.

Mən dedim: Birincisi heç də bir çox müsəlmanların əxlaqı başqalarından yüksək deyil. Elə o ikiüzlülük həmən əxlaqsızlıqdır. İkincisi, dedikləriniz yenə də idealizmdir, inancınızdan başqa bir şey deyil. Kim nəyi yenəcək, mənə nə? Mən öz həyatımı indi yaşayıram. Mənə ideal səmalarda nə olacaq, maraqlı deyil. Bu xəyallardır. Həyat isə öz qanunları ilə irəliləyir.

O dedi: Bəli elədir və hər zaman idealist gruplar dünyadakı proseslərə müsbət və ya mənfi təsir göstəriblər. Sizin kimi individualistlər isə hər zaman bu proseslərdən kənar galıblar.

Mən dedim: Burada yanılırsınız. İdealizm düşüncədə olan xəyallardır. Başqa şey planlaşdırma və praqmatik planlardır. Bunlar xəyal deyil, gerçəkdə həyata keçirilməsi mümkün olan projelərdir. Bax bunların gələcəyi ola bilər. Yoxsa boş idealizm bir nağıldır. Bunu hələ Aristotel öyrəncisi olan Platonda görmüş və onu tənqid etmişdir.