Ölkəni qurmaq məsciddə xütbə oxumaq deyil

  23 oktyabr 2011

Aydın Əlizadə (A. A.): Avropanın yolu aydınladanların (maarifçilərin) yolgöstərmələri ilə baş tutmuşdur. Fransız devrimini Vorter, Didro, Qolbax kimi düşünürlər gəlişdirmişdirlər. Onlar qanunçulğu, bərabərlik prinsiplərini ortalığa çıxartmışdırlar.
İndiki müsəlman ölkələri nədir? Orada heç nə yoxdur. Yalnız dağıdırlar. Heç bir projelər, düşüncəyə, qanunçuluğa yönəlmələr yox.
İslamçılar heç aydın deyildirlər. Yalnız popullust şüarlarla küçənin səslərini qazanırlar. İqtisadiyyəti, siyasəti, sosial problemləri necə çözəcəklər bilinmir. İslam, İslam deməklə işlər bitmir. Ölkəni qurmaq başqa şeydir, məscid xütbəsi deyildir. Hələ dünyada bir dənə də olsa olumlu (müsbət) örnək yoxdur islamçıların yönətimə gəlmələrindən.  

Elvüsal Məmmədov (E.M.): Aydın müəllim, tövsiyə edərdim, islamçılar haqqında rus müəllifləri kimi danışmayın. Maraqlansanız görərsiniz ki, islamçılar arasında güclü ideoloqlar, idarəçilər, iqtisadiyyatçılar vardır. Kütlə ilə onların başında duran kəllələri qarışdırmayın...  

A. A.: Hanı örnəklər? Hansı ölkənin çiçəklənməsini örnək gətirə bilərsiniz, islamçıların gəlişindən sonra? Hər şey işlərlə ölçülür, gözəl sözlərlə cildlərlə yazılan kitablarla yox. İncildə deyildiyi kimi: "Onların işləri ilə onları tanıyacaqsınız!". Ən yaxşısı İrandır. O da səviyyəsinə görə Avropanın 1960-cı illərinin səviyyəsindədir. Başqaları isə hələ səviyyəcə 19 yüzillikdədirlər. Elələri də var ki, hələ ortaçağlardadırlar.  

E.M.: Bəs bir dənə fakt gətirə bilərsinizmi ki, müsəlman hakimiyyətə gəlir, anti-islamistlər həmin ölkəni bir-birinə vurmur?
İnkişafın olmamağını bunda axtarmaq lazımdır: qardaş Türkiyəni götürək. Müsəlmanların liderliyində inkişaf etməsin deyə hər gün bir oyun çıxarır böyük güclər...  

A. A.: Daxili və xarici güclərin qarşısını almaq hər bir ölkənin borcudur. Hər bir ölkəyə qarşı xarici basqılar var. Bu basqılara sinə gələ bilməsi də ölkənin və ölkə başçısının yetərliliyindən xəbər verir. Kim bacarmır, deməli yetərsiz və boşdur.
Türkiyə isə dünyavi ölkədir. Konstitusiya və qanunlar dünyavidir. Orada islamçılıq yoxdur.