İnsan heyvan deyil ki, onu yedizdirib içizdirəsən  

23 oktyabr 2011  

Elvusal Mammedov (E. M): Qəddafinin ölkəsi üçün etdiyi maddi islahatları hamı təqdir edir. Amma insan qoyun deyil ki, yaxşı yedirsəsən, içirəsən, çimdirəsən, amma ağzına qıfıl vurasan. Liviyada bu maddi rifahın fonunda insanlar siyasi meyit idilər. Bələdiyyəyə, nazirlıiyə, deputatxanaya, və nəhayət prezidentliyə seçilmək qeyri mümkün idi. Məgər insan təkcə mədədənmi ibarətdir. Onun haqqıdır ki, dövlətin idarə edilməsində iştirak etsin, onun da rəyini nəzərə alsınlar.  

Aydın Əlizadə (A. A.): Bizdə də həmən şeydir. Elvüsal bəy. Deyirlər bax Bakı dəyişir, yeni tikililər tikilir, yeni arabalar küçələrdə gedir, hamı yeyir, içir, oynayır, toylara gedir. Daha nə istəyirsiniz? Belə gözəl yaşayırsınız, şükür edin. Ancaq doğrudan da insan qoyun deyil ki, ancaq yeyib içsin. Siz ancaq siyasi maqamları yad etdiniz. Bəs mənəviyyat? Bəs insan dəyərləri? Bəs özgürlük? Bəs iç dünya? Bunlar nə olsun? Əslində hər şeydən öncə bunlar ödənməlidir.
Mənə yeyib içmək gərək deyil, bir parça quru çörək yetər. Mənə insan özəllikləri gərəkdir, heyvan yaşamı yox.  

E. M: Doğrudur, bizdə də belədir. Bahalı maşınlarda, bahalı kostyumlarda qoyun və manqurt qafalı insanlarımız, təəssüf ki, lap çoxdur...  

A. A.: Bu maddiyat nədir axı? Bur bahalı şey alırsan, ertəsi gün sənin üçün dəyərini itirir adiləşir. Bu şeyləri al ki alasan, nə faydası? Bizə deyirlər elə al, birdə oyna. Nə qədər? Sonsuzluğa qədər? Dediyim problemləri çözmək yerinə, bizə deyirlər çalın oynayın.
Son olaraq, ən yüksək dəyər yalnız özgürlükdür. Özgürlük olmasa insan yaşamı boşa çıxır. Hər bir basqı, yüksək ideallarla anlatılsa belə, insanın əzilməsidir, zülmdür, tiraniyadır. İnsan tam özgür olmalı, yalnız iki-üç ən sadə qanuna tabe olmalıdır: öldürmə, oğurluq etmə kimi.