Liviyada çoxadvadlılıq haqqında çay süfrəsi üstündə söhbət  

24 oktyabr 2011

Aydın Əlizadə (A. Ə.): Bəylər və xanımlar, Liviya devriminin ilk zəfəri. Ölkədə çoxarvarlılığa icazə verildi. Bu keçid şurasının ilk inqlabi fırmanıdır. Sən demə bütün bu hay-haray bunun üçün imiş. Liviya xalğını ürəkdən təbrik edin. Freyd düz demişdir. Seksual düşüncələr ən öncəkidir, insan davranışını yönəldir. O boyda devrimin (inqlabın) ilk fərmanı da elə seksual xarakterlidir.

Elvüsal Məmmədov (E. M.): Bir toplumun adətində çoxarvadlılıq varsa, insanlarda bu normal qəbul olunursa, kiminsə o toplumun işinə burnunu soxmaq, sizin liberal təliminizə heç uyğun gəlmir, Aydın müəllim! Айдын Ализаде Elvüsal bəy, etiraz etmirəm. Arvadlar nə qədər çox olsa, o qədər yaxşıdır. Təki kişi güçü olsun. ))) Sadəcə Liviya devriminin ən başlıca idealından danışdım. Sən demə bu Qəddafinin ağlı olmamışdır. Bu xalqa çoxarvadlılıq versəydi problemi olmazdı.

A. Ə.: Elvüsal bəy, etiraz etmirəm. Arvadlar nə qədər çox olsa, o qədər yaxşıdır. Təki kişi güçü olsun. Sadəcə Liviya devriminin ən başlıca idealından danışdım. Sən demə bu Qəddafinin ağlı olmamışdır. Bu xalqa çoxarvadlılıq versəydi problemi olmazdı.

E. M.: Siz Nəhdədən qorxmayın, islamçıları gözdən samaq üçün əlindən gələni edəcək liberal təfəkkürlü Qərbdən qorxun...

Ibrahim Mirzəyev: Elvusal müəllim, öz aramızdı, islamçıları gözdən salmaq üçün heç liberal filan lazım deyil, elə özləridə bunun öhdəsindən çox yaxşı gəlirlər

A. Ə.: Elvüsal bəy, bir məim dostum var, olduqca düşüncəli və keniş adamdır. O bir dəfə belə bir önərməni sürmüşdü: "Müsəlman ölkələrində İslamın çoxalmasında hamı maraqlıdır - Batı, Doğu, Quzey, Güney. Yalnız müsəlmanların özləri bunda maraqlı deyillər". Sizin bu önərməyə münasibətiniz necədir?

E. M.: Aydın müəllim, inqilab rəhbərinin bu açıqlamasını onun başlıca qayəsi olduğunu, əsas şüarı olduğunu haradan çıxardınız. Xəbərləri mütəmadi və ardıcıl surətdə oxumağınızı tövsiyə edirəm. İş əhli haqda evdə çay içə-içə danışmaq bizim ziyalıların əsas peşəsinə çevriıib deyəsən...

A. Ə.: Elvüsal bəy, müsəlman toplumlarının nə qədər böhran içində olmaları göz önündədir. Nə qədər bunu malalasan da fayda yox. Eniş sürətlə qedir. Bunu istəir çay üstündə, istəyir kabab üstündə demək ayıb deyil. Liviyaya qaldıqda, Qəzzafinin ölümü ilə bir çoxarvadlılıq qanunu doğrudan da gülünc səsləndi. Bunu nə üçün etiraf etməyək?

E. M.: Bir kommunist hakimiyyət islamdakı çoxarvadlılıq qaydasını əgər bu qayda ilə yaşayan xalqa qadağan edibsə, sonradan xalqın iradəsinə uyğun birisi bunu çıxıb bəyan edirsə, niyə narahat olmalıyıq axı? Əvvəla, xalqın iradəsi burada əks olunur, ikincisi, bu "bəyanat" Əbdülcəlilin mətbuat konfransında ona ünvanlanan suala verilən cavabdır. Yoxsa ki, o, çıxıb bu başlıq adı altında bəyanat vetməyib ki?! Niyə istədiyimiz kimi yozur, sualın cavabından bəyanat qayırırıq? Bəlkə bu suala cavab verək?

A. Ə.: Mən öndə artıq dedim sizə ki, potensiya olsa nə qədər arvad çox olsa o qədər yaxşıdır. Bir də pul olsa. Liviyalılar isə bunu devrim sonu istəyirlərsə çox gözəl. Nə deyirəm. Sadəcə o boyda zırıltıdan sonra bu qərar mənə gülməli gəldi. Buna da hüququm var. Elə deyilmi?

E. M.: Aydındır, sofistik cavablarla bir yerə qədər getmək olar. Amma insanları əsla qane etmək olmaz. Və ad qalar: Fırladan!

A. Ə.: Elvüsal bəy siz artıq şəxsiyyətə keçirsiniz. Bu etikaya uyğun deyil. Xahiş edirəm mövzünü müzakirə edəsiniz, məni yox.

E. M.: Əgər belədirsə, üzrlü sayın. Amma bu qədər müsəlman haqda yazdıqlarınız (ironiya dolu) onların heysiyyətinə təhqir deyilmi? Atalar demişkən: Şah həsənə olar, keçəl həsənə olmaz!

A. Ə.: Deyil. Heç yerdə təhqirə yol vermirəm. Sadəcə sizi və hamını düşüncələrə çağırıram. İslamın yaxşılığını onu tərifləməklə deyil, orada olan əskikliklərin ortalığa qoyulması ilə istəməkdir. Tərifləyən çoxdur. Ancaq tənqidlər yox dərəcəsindədir. Bunu da edirəmsə yalnız yaxşılıq üçün edirəm.

E. M.: Yalnız özünün düşündüyünü, başqalarının isə düşünmədiyini iddai etmək bəs nədir?
Biz islamı deyil, müsəlman zehniyyətini daima tənqid etmişik. Amma əsla və əsla bizim tənqidlərimizdə ironiya və ya tənqid adı altında təhqir olmayıb. Sizin sərlövhənizlə elə indicə yazdıqlarınız bir-biriniz inkar edir. Deyirsiniz ki, mən yaxşılıq və islah üçün tənqid edirəm Amma sərlövhəniz lağlağı və ironiya üslubundadır. Bəlkə elə deyil?

A. Ə.: Məgər liviyalılara hironik yanaşma haramdı? Bu danışığımız sonlanmalı. Mən özgür düşüncəli adamam və bura mənim səhifələrimdir. Sizə nəsə xoş gəlməyə bilər. Ancaq bu durumda siz yazışmalara qatılmaya bilərsiniz. Bu son sözümdür.

E. M.: Yaxşı cavabdır: Bura mənim səhifəmdir. Doğru...