Qızların yetkinliyi neçə yaşdan başlayır?

10 noyabr 2012

Aydın Əlizadə (A. A.): İndi bir çox müsəlmanlar Təhsil nazirliyinin vahid forma geyinmək haqqında qərarından razı deyillər. Deyirlər ki bu qızların hicab geyməsinə maneyədir. Hicabsa dində vacibdir. Ancaq, şəriətə görə, qızların hicab geyməsi vacib deyil. İndi bu yetkinlik yaşı haradan başlanır? Bu barədə Quranda bir şey yoxdur. Yoxdursa, onda bu mübahisəlidir. Azərbaycanda yetkinlik 17-18 yaşdfn başlanır. Deməli belə çıxır ki, dövlər haqlıdır. Yalnız məktəbi bitirmiş qızlar yetkin olub, hicabı geyə bilərlər. Bu şəriətə də uyğundur. Belə deyil mi?  

Cavidan Nizamioğlu (C. N.): Xeyir belə deyil..9 yaş qiz üçun yetkinlik sayılır. Bu yaşdan örtünməlidir. Sizin nəzərnizdə bu 17 yaş ola bilər. Qaldı ki usagın tərbiyəsinə, hədislərə baxsaq peyğəmbərimiz və imamlarımız usaqlara kiçik yaşlarndan dini oyrətməli və qizların ən azından basına orpək cəkməsi məslətdi ki, o bu cur tərbiyə alsın. Əqli yetkinliyə çatanda hər şeyi özu anlyacaq.  

A. A.: Bağışlayın, hədislər qanun deyil. O 9 yaş birbaşa Allahın sözü deyil, müctəhid ictihadıdır. Yəni Allahın deyil, insanın sözüdür. Quran yaşdan bir söz açmır. Deməli bu məsələdə hamı sərbəstdir və yetkinlik yaşının təyini dövlətin işidir.  

C. N.: Musəlmanlar Allahın əmri ilə otub-durmalidı, zalım dövlətin yox. Bunu da Quran deyir. Həm Quranda hər şey açiq-aydin yazılmayıb. Peyğəmbər (s) ayələrin təfsirini hamıdan yaxsı bilib və əməl edib ki, başqaları öyrənsin. 9 yaş müctəhidin yox, peyğəmbərin əmridir. Onun xanımi Aişə də məhz 9 yaşında olub. O cümlədən imamlardan da bu haqda hədis var. Tibb elmi də 9 yaşda qadının anatomik cəhətdən yetkinliyə yetişdiyini sübut edib. Peyğəmbər və Əhli Beyt imamları Quranı ən gozəl təfsir edən olublar.  

A. A.: Vaciblik Qurandadır. Hədirlərdə müstəhəblikdir. Birincisi hədislərin doğru olması mübahisəlidir, ikincisi də Peyğəmbərin sözü Allahın sözünə bərabər deyil. Bərabərdisə, onda o tanrı olur, bu da imkansızdır. O 9 yaş da mübahisəlidir. Aişınin neçə yaşı olması barədə çeşidli hədislər var. Yəni yenə də burada birmənalı şey yoxdur.  

C. N.: Lap yaxşı. Quran deyir "O havayi nəfsdən hecnə deməz". Peyğəmbərin bütün kəlməsi Allahın kəlməsidir. Əməlləri Allahin əmri ilədir. Bu jnun Tanri olması demək deyil. Allah Musaya (ə) dəyir nə bu dünyada nə də axirətdə Məni görməyəcəksən. Bunun ücun peyğəmbərlərin gəlmə səbəbini bilmək lazımdır. Quran nə nəzmdir nə nəsr. Bu İlahi bir kitabdır. "Ayələrimizin batini var, batininin batini var". Quranı peyğəmbərdən başqa heç kəs tam düzgun formada çatdıra bilməzdi xalqa.
Qaldı ki hədislər barəsində fikirləriniz, onlar tamam yalnisdi. Hədislər özləri 2 qrupa ayrılır. Hədisi-Qüdsi və Hədisi-Şərif. Hədisi-Qüdsini peyğəmbər meracda olan zaman birbaşa Allahdan nəql etmişdir. Bu hədislər yalnız Quran kəlamından aşağıdır. Bu gəniş mövzudur məsləhət bilərdim daha geniş araşdırasınız İslamı. Qaldi ki Aisənin yaşı əgər 9 yox, 8 olsun - məsələn. Bu o dəməkdir ki, qızın yetkinlik yaşi dövlətin təyin elədiyi 18 yox, Allahın xəlq etdiyi bədəndə 9 yaşdan hesablanır.  

A. A.: Yazdığınızda Allahın sözü yoxdur, öz düşüncənizdir. Ayə göstərin ki, 9 yaşdır. Bax bu Allahdandır. Başqa şeylər insan düşuncəsidir, uzlaşmadır, ictihadlardın. Peyğəmbərin Allaha bərabər olduğunu deyirsizsə, deməli onu tanrılaşrırırsınız. Bu barədə düşünün.  

C. N.: Haqqı deyəndə təssübkeşlik eləməyin. Mən Quran ayəsi dedim peyğəmbərlə bagli.  

Zeynəb Müseyibova: Çox təəssuf ki, sizin kimi düşunən ziyalılarımız həddindən coxdur. Bu təbiidir. Çunki 70 il sovetlər bizi dinimizdən ayrı saldı. Sonra da Azərbaycan dövlətinin nizam-intizamsızlığı dinimizi belə bilməyimizə səbəbdir. İndi də lazımdır ki, ən azı universitetlərdə dinimiz - demirəm dinlərlə tanişliq fənni – keçilsin. Əksinə musəlman adlı bir ölkədə həqiqi müsəlmanlarla adlari müsəlman olanlar qarşı qarşıya qoyulur.  

A. A.: Zeynəb xanım indi mən nə edim? Quran deyir ki biz düşünək. Mıən də düşünürəm. Düşünəndə də görürəm ki heç də birmənalı deyil bu məsələ. Burada çoxlu anlaşılmazlıqlar var.