Kim daha amansızdır?

20 noyabr 2012

Ramin Vəkilov (R. V.): ƏRDOĞAN: "İsrail Fələstini ələ keçirməyi planlaşdırır. Biz də ona görə deyirik ki, əl-ələ vermək gərəkdir. BMT-dəkilərin nə deyəcəyinə baxa bilmərik. ÇÜNKİ BUGÜN ONLARIN BAŞINA GƏLƏN, SABAH BİZİM BAŞIMIZA GƏLƏCƏK. ÖLSƏK BELƏ, ADAM KİMİ ÖLMƏLİYİK!".
Buradan insan haqları müdafiəsi ilə məşğul olan təşkilatlara səslənirəm: "Nə üçün insan haqlarından danışdıqda qardaşım Həniyyənin qucağındakı uşağı görmürsünüz? Niyə Fələstinə getmirsiniz?"

Aydın Əlizadə (A. A.): Türkiyənin bölgəyə təsir edəcək gədər gücü və nüfuzu yoxdur. İndi siyasət üçün bir sözdür dedir Ərdoğan. Ciddi qarşılamaq gərək deyildir. Özünə və partiyasına ölkəiçi reytinqi artırır.  

R. V.: Aydın müallim burax bu köhnə fikirləri. Türkiyənin bölgəyə təsiri yoxdur nədi səni sağ ol... 150 milyard dollar ixracatı var... saat kimi işləyən iqtisadiyyatı, çevik demokratiyası 700 il bölgəni idarə etmiş köklü bir devlətin nə bölgədə nüfuzu yoxdur... Gedin Misirə 1 həftə qalın görün Türkiyənin nüfuzu var ya yoxdur... Nə bölgə əvvəlki bölgədir, nə Türkiyə əvvəlki Türkiyədir...  

A. A.: Ona qalsa Yaponiyanın iqtisadi gücü Türkiyədən 100 dəfə artıqdır. Ancaq siyasi nüfuzu yoxdur. Türkiyə fövqəldövlət deyil. Bununla da tamam etmək olar. Onu da əlavə edim ki, Suriyada gündə 100 nəfər ərəblərin öz əlləri ilə öldürüldükdən sonra, İsrailin etdikləri çox humanist görsənir.  

R. V.: Aydın usta coğrafi mövqeyinə görə və siyasi ənənsinə görə Yaponiya fövqəl dəvlət olmaz... Türkiyə fərqlidir.
Suriyaya gəlincə... insaf ələ Aydın xoca... Suriyada vəhşilik var deyə İsrailin vəhşətinə haqq qazandırmaq sizin kimi intəllektə yaraşmaz. Sözüm sərt olduysa üzr istəyirəm.  

A. A.: Nə üçün? Ərəblər yəhudilərdən çox amansızcasına bir-birlərini qırırlar. Bunu məqər müqayisə etmək olmaz? Suriyaya baxanda, mən deyirəm şükür yəhudilərə. Onlar bu qədər amansız deyillər.  

R. V.: Aydın muallim üzr istəyirəm... Bəşəriyyətin qanı qanla zülmü zülmlə müqayisə ettiyi devrlər arxada qaldı... Bu günün mədəni insanı belə düşünməz... Zülm cinayət uşaqları qətl eləmək kim tərəfindən törədilmişsə murdardır. Bir cinayət digər cinayəti məşrulaşdırmaz, özüdə sizin dediyiniz qəribə məntiqlə.  

A. A.: Ramin bəy, bir olay varsa, ona bənzər başqası ilə müqayisə etmək normal bir durumdur. Bunu hansı çağlarda yasaq ediblər? Bu sadəcə düşüncənin məhsuludur. İsrail heç olmasa nöqtələri vurur, sadə adamlara ziyan yetirsə də, bu müqayisə baxımından o qədər də sayca cox deyil. Ərəblər isə bir-birlərini sadəcə qırır, kütləvi olaraq. Sivillərlə, savaşçıların arasında fərq qoymur. Bu da insan həyatının ərəb toplumunda nə qədər alçaq olmasının göstəricisidir. Şəhərlər xərəbalara çevirilir, insanlan gündə yüzlərlə ölür. Bunlar ərəb toplumunda insan dəyərlərinin nə qədər ucuz olmasının göstəriciləridirlər. Özləri özlərini genosid edirlər.  

R. V.: İsrail nöqtələri vurmur, Aydın muallim. İsrail dinc insanların yaşadıqları evləri vurur. FB-də orqanları paramparça olmuş balaca uşaqların şəkilləri ilə doludur. Neçə nöqtə vuruşlarıdır ki, bu günə kimi öldürülənlərin 3-də birindən çoxu körpələrdir. Sizin dediyiniz populist çayxana söhbətidir xətrinizə dəyməsin. Bu gün bütün müsəlmənlar bir faciə ilə qarşı qarşıyadır. Belə bir zamanda orjinal görünmək, fərqli səs çıxartmaq üçün çayxana məntiqini bir intellektin fikri kimi təqdim etmək xoş dəyil.  

A. A.: Ay Ramin bəy, bu günə qədər bir Suriyada ölənlərin sayı 50 000 yaxındır. Hələ mən İraqda, Liviyada, Yəməndə və s. demirəm. İndi, ədalət üçün deyin, məgər İsrail bu sayda ərəbləri qırıb - bütün onların arasındakı savaşlar zamanı - onillikllər boyu? Sadəcə həqiqəti etiraf etmək gərəkdir.  

R. V.: Aydın müəllim, şərq diktaorlarından qurtulmaq qansız olmur, ümumiyyətlə diktatorlardan qurtulmaq çox yerdə qansız olmur. 1848-dəki Avropa inqlabları qansızmı omuşdu?  O zaman tökülən və ya ümümiyyətlə avropanın bu günə gəldiyi yolda tökülən qanlara görə Avropa xalqlarını vəhşi adlandıra bilərsinizmi?  

A. A.: İnsanlardan başqa, Neçə şəhərləri şəhərləri xarabaya çevirilib, maddi və mənəvi ziyan demək istəyirəm. Bu sayda İsrail etməyib. Bunu nəyə görə etiraf etmirsiniz? Hələ mən insan hüquqları, demokratiya, vətəndaş cəmiyyəti və s. sivil anlamlardan danışmıram. Bunlar İsraildə var, ancaq ərəblərin birində də yoxdur. Ərəb deputatları İsrailin Knessetində oturublar. Heç olmasa bir yəhudi ərəb ölkələrinin parlamentində var? Bəs bunları nə edək?
İndi ərəblər bu göstəricilər üzrə irəliləməsələr, məgər İsrailə üstün gələcəklər? Heç zaman yox. Siz o tərəfin üstünlüklərini etiraf edin ki, bəlkə bu tərəf də bu barədə düşünsün. Allah elə belə yəhudilərə üstünlük verməyib. Bunun səbəbləri var.
O ki galdı diktaturaya, mən hələ ki ərəb inqlablarından sonra bir irəlləyiş görmürəm. Fransız inqlabından sonra 2-3 ildən sonra Fransa orduları bütün Avropanı alt-üst etmişdir, sonra Napoleon fenomeni yarandı və s. Rus inqlabəndan 2-3 il sonra xarici təcavüz dəf edildi, ölkədə yeni qanunlar yarandı, irəlləyiş oldu. Ərəblər bu 2-3 ildə heç bir şey göstərə bilmədilər. Ona görə də şübyə edirəm mən onların inqlablarına. Bir inqlab ki, yeniliyi vermədi, o yeni diktaruraya çeviriləcək.  

R. V.: Aydın müəllim ərəblər arasında zalım diktatorlar qərblilər tərəfindən dəstəklənmiş və İsrailin təhlükəsizliyi də bunun əsas səbəbi olmuşdur. Bu gün ərəb xalqları oyanır, öz demokratik devlətlərini qurur. O zaman da sizin kimi insanlar çıxıb deyir ki bunlar vəhşidir, bir-birini qırır. Çünki sizlər ərəblərə qarşı komplekslisiniz. Klassik bir oriyentalist məntiqi... Köhnə orientalist kafasına görə, ərəblər diktorlarına görə ittiham olunar nə zaman diktatorlara qarşı çıxdıysa o zamanda ona vəhşi deyilər. Şərqdəki bütün, aşağılıq kompleksinə qapılmış müstəmləkə ziyalılar da belə düşünür.
İsrailin demokratlığına gəlincə. Dediyiniz o deputatlar orda ona görə var ki sizlər bu gün ondan bəhs edib İsraili yüksəldib ərəbləri söyəsiniz. İsrail demokratik dəyil. Necə dəmokratikdir ki, yüz minlərlə fələstinliyə bu gün vətəndaşlıq haqqı tanımır... 5 milyondan çox fələstinli evindən-eşiyindən sürülüb heç bir ölkənin vətəndaşı olmadan bu gün qaçqın düşərgələrində yaşayır.  

A. A.: Ramin o didərgin fələstinlilərin çoxu elə ərəb ölkələrinin təhdidi ilə didərgin oldular. O zaman, hələ ilk savaşlarda, ərəb liderləri onlara çıxmaq əmri verdilər. Onlar çıxdılar, ancaq ərəblər savaşda uduzdular. Bu bir faktdır, yəni.
Həmdə, bu sonsuz söhbətdir. Gəl bunda duraq ki, əgər ərəblər İsrailə üstün gələ bilmirlərsə, deməli ondan hər səviyələrdə aşağıdırlar. Bununla da razılaşmırsınız? Axı üstün olsaydılar, onlara güc gələrdilər.  

R. V.: Siz görmürsünüz çünki kompleksli yanaşırsınız. Ərəb inqlabları nəinki 2-3 il həmən sonra nəticə verdi. Misir göz qabağındadır. Oranın islahatları göz qabağındadır. Eləcə də Liviyaya hamı deyirdi ki, bunlar bir-birini qıracaq, nə oldu? Orada əl-Qaidə gələcək nə oldu? Hətta səfir bələ öldürüldü, ancaq toplum və idarə edənlər ciddi devlət qurmaqdan vaz keçmiş deyillər. Tunis da onun kimi. Yəni, müəllim, ərəblərə və ərəb inqlablarına kompleksli yanaşırsınız...  

A. A.: Dostum, biz sadəcə fikir mübadiləsi edirik. Burada nə inciklik? Əslində biz hamımız ərəblərin qazanmasını istəyirik. Ancaq, durum belədir ki, hələ onların üstünlüyü ola bilməz. Gəl bunu etiraf edək və onlara arzulayaq ki, kəndilərinə gəlsinlər. ))) Bu elə bizə də aiddir ermənilərlə. Ay balam, biz axı hələ onlara bir sıra məsələlər üzrə çata bilməmişik. Ona görə də uduzduq. Bu təbiidir. Yəni düşmənin üstünlüklərini etiraf edək ki, ona çataq və qalib gələk.
Yəni mən ərəbləri bir yüksək millət görmək istərdim, ancaq təəssüf ki bu gün bunu demək olmur.