Ərəb üsyanları dünyaya nə verdi?

5 июня 2012 г.

Elvusal Mammedov (E. M.): Bəzi yoldaşlar iddia edirlər ki, Ərəb dünyasında baş verənlər kənar müdaxilənin nəticəsidir. Sırf Qərb şərqşünaslıq ideologiyasının mövqeyini əks etdirən yanaşma: Şərq insanı inqilab edə bilməz, inqilabları qərblilər edə bilərlər...

Aydın Əlizadə (A. A.): Ərəb olaylarının arxasında heç bir ideoloji durmur. Buna görə də onlar yalnız dini qarşıdurma, qarətdən başqa bir şey deyil. İnqlab edənin ideoloji əsasları olmalıdır, məqsədlər qoyulmalıdır. Ərəblər gərək heç olmasa Leninin inqlab nəzəriyyəsini öyrənsinlər. Bu yolları Avropa və Rusiya çoxdan keçiblər. Doğrudan da şərqdə inqlab yox, üsyan ola bilər. İnqlabı ancaq qərbdə görmək olar.

E. M.: Hər nə qədər inqilabi proseslərdə bəzi nizamsızlıq olsa da, kütlənin dini inancı, zülmə yox deyib haqqı bərqərar etmə şüuru stimulverici amil kimi çıxış edir. İslam Ərəb baharının aparıcı qüvvəsidir. Bir az Misiri və oradakı ideoloji vəziyyəti oxumaq lazımdır...

A. A.: İkinci ildir ki, ərəb üsyanları gedir. Nəticə nə? Heç nə. Müqaisə üçün baxın Fransız və Rus inqlablarına iki ol sonra. Orada nə irılləyişlər oldu. Tunisdə nə oldu ki? Dünyaya o nə verdi? Hanı inqlabın nəticələri?

E. M.: Düzdür, Fransa inqilabı zamanı minlərin başını gilyotinada kəsdilər... Fransızlar bu inqilabın nəticələrini 1871-ci ildə gördülər... Düz 80 il sonra. Bonapart rejimi inqilabın başına elə oyun açmadı ki... Ruslara gəlincə, milyonların qırılması ilə müşayiət olunan çevriliş öz nəticəsini ən geci 70-lərdə göstərdi...
Bir az oxuyun da, özü də onların mətbuatını oxuyun. Orada heç nə olmur deyə bağıran Rus və Qərb mətbuatını deyil.

A. A.: Yaxşı, nə olub ərəb dünyasında? İndi oxumuruq, bilmirik. Onda siz deyin, biz də bilək. Hansı nailiyyətləri sadalaya bilərsiniz?

E. M.: Reallıq var, nədir bu reallıq? Görmək istədiklərimizin beynimizdəki subyektiv inikası, yoxsa hər gün mütaliə etməyin doğurduğu obyektivlik?! Ərəb insanı Misirdə inqilab etməklə demokratik dəyərlərə bağlılığı gücləndirdi: ölkədə azad seçkilər keçirilir, insanlar ədalətsizlik qarşısında susmur, haqq səsini meydanlarda ucalda bilirlər; Qəzzaya - yıxılmış qardaşlarına kömək edirlər; ədalətli məhkəmə qurub liderlərini mühakimə edirlər, korrupsiyaya qarşı əməli addımlar atırlar; dövlət qurumlarına xalqın oğulları seçilir; xalq öz seçim iradəsinin real nəticələrini görür... İndi isə Aydın müəllim bu ölkəyə inqilabın gətirdiyi dağıdıcı nəticələrdən siz söz açın bir öyrənək. Bundan sonra Tunis və Liviyaya keçərik.

A. A.: Fransız inqlabından sonra fransa orduları bütün Avropada hərəkətə keçdilər. Napoleon hələ inqlabi komitətin sədrlərindən biri olaraq Misiri işğal edə bilib, Osmanlıların süqutuna təkan verdi. Rusiya Antantanın ordularını geri oturtdu, İnqlabi qanunlar qoydu yeni düşüncə gətirdi. Bütün bunlar elə inqlablardan 2-3 il sonra baş verdi. Bərabərlik, sosial ədaləti də elə onlar qoydular ki, indi biz onlardan danışırıq. Bunlar bütün dünyanı dəyişdi. Bax budur inqlab. Yoxsa ərəblər? Tayfa ixtilafları, dini qarşıdurmalar və bərabərlik şüarları. Bunlar bir birinə zidd olan anlayışlardır və dünyaya heç nə vermir. Fransızlarla ruslar xarici güclərlə vuruşub, inları geri oturtdular. Sonra öz düşüncələrini dünyaya yaydılar, güclü oldular. Ərəblər isə mübarizə üçün xarici gücləri dəvət edirlər. Fərq budur. Ona görə də ərəblər üsyançıdırlar, inqlabçı yox. Diktatorları devirmək çox asandır, ancaq yeni həyat qurmaq ən əsasdır. Bax bunu orada görmürəm.
Hətta İran inqlabı çox böyük nəticələr verdi. Onlar Avropalılara nisbətən zəyif olsa belə, müəyyən ideologiya yaratmışdırlar, xarici güclərlə özləri mübarizə edirdilər. Ərəblərdə isə heç nə görsənmir. Belə getsə, onlar yeni diktatorları əldə edəcəklər ya da tamam parçalanacaqlar. Odur, Liviyanı artıq bir ölkə saymaq olmaz. Hər tayfanın öz qanunları var. Suriyanın axırı nə olacaq bilinmir. Hətta Misiirin gələcəyi dumanlıdır.
Atatürkü də inqlabcı saymaq olar. qısa zaman içində xarici gücləri geri oturtdu, Osmanlılığa yox deyib yeni türk düşüncəsini yaratdı, Xilafət yaşamından dünyavi həyata keçdi. Bunlar məgər inqlabi dəyişiklər deyil? Bax inqlab budur. Yeni həyatın başlanmasıdır. Ərəblərdə nə görürük? Heç nə.
Bizim yeni tariximiz belə ərəblərdən görkəmlidir. Musavatçılar 1,5 il ərzində heçdən bir ölkə yaratdılar, onun ideoloji əsaslarını qoydilar, müəyyən nailiyyətlər əldə etdilər. 2 il az müddət deyil, artıq bu zaman içində bir çox şeylər məlum olur.
Hələ Sudan yaddan çıxdı. Əslində birinci inqlab orada oldu islam şüarları ilə. Nəticə? Bu ölkə parçalandı. Tayfa və irqi qarşıdurmaların axırı görsənmir.

E. M.: Fikirlərdə elmilikdın daha çox emosionalllıq, ərəb insanının gücünə subyektiv-ekspressiv təmayyüllərin təsiri altında inanmamaq vardır... Tarixə gəlincə, kiçik düzəliş edək: Rusiya Antanta dövlətlərini geri oturtmad, əksinə Brest sülhünü bağlayaraq Müharibədən çıxdı. Rusiya Antanta ilə müttəfiq idi, onları necə geri oturda bilərdi axı... Rusiyada demokratik işartı Stalinin ölümündən sonra başlandı, Oktyabr çevrilişi Rusiyaya və qonşu ölkələrə diktatura və birpartiyadan inzibati-amirlik əsasında idarə olunma gətirdi... Oktyabr İnqilab deyildi, o, Rus ordusunun satqın generalların köməyi ilə çevrilişi idi. Qaldı ki, Fransaya, Fransa İnqilabının demokratik addımlarımı Napoleonun imperiya fəlsəfəsi və ölkədə monarxial-imperiya üsullu idarəetmə tərzi yerindəcə boğdu. Napoleonun Misirə səfəri inqilabın uğuru deyildi, Fransızların inqilabdan qabaqkı hərbi ekspansiyalarının davamı idi. Fransa İnqilabının həqiqi bəhrəsini frnasızlar 1871-ci ildə Bonapartlar sülaləsini (II Napoleon) yıxdıqdan sonra gördülər... Ərəb dünyası haqda deyilənlərə gəlincə, Aydın müəllim, ərəblərə "fransız" qalıb, ərəb dünyasındakı ziyalı potensialını qiymətləndirmir, Ərəb Şərqinə 50-ci illərin gözü ilə baxır, özü də başqalarının onlar haqda dedikləri məlumatlar əsasında!

A. A.: Evüsal bəy, dini şüarlarla çağdaş dünyada yalnız şiə-sünnü, müsəlman-xristian və başqa ixtilafları əldə etmək olur Bunu da ərəb üsyanları göstərir. Tayfa qarşıdurmaları da bunun paralelində gedir. İdeologiyalar dünyavilik üzərində qurulması belə azdır, onları fundamental işləmək lazımdır. Bizim dünya başqa prinsiplər üzərində durur.