Qərb batil ya haqq yolundadır?

23 avqust 2013

Elçin Əmmar Həsən (E. Ə. H.): Nə qədər batil idealogiya üzərində qurulsa da qərbin insan haqları və fərqli mədəniyyətlərin nəzərə alınması ilə bağlı prinsipləri şərqin diktatorluqlarından daha üstündü.

Аydın Əlizadə (A. Ə.): Qərbin üstünlüyünü etiraf edən müsəlmanlar olduqca azdır. Bunu edirsinizsə, çox gözəl. Ancaq önündə yenə də müsəlman təsübkeşliyi durur. Deyirsiniz batil üzərində qurulub. Nə üçün? Hər şey nəticələrlə ölçülür, gözəl sözlərlə yox. Hər bir alanda batı irəlidədir. Belədirsə, deməli batil üzərində qurulmayıb, haq üzərində qurulub.

E. Ə. H.: Aydın bəy, açığı o ifadəyə görə bucür etirazları gözləyirdim, bilərəkdən fərqli ifadə eləmədim. Amma sizinlə bu fundamental mövzuları diskussiya eləməyə həqiqətən vaxtım yoxdu üzrlü bilin ) İnşallah "ecahannığ" olsa təbim gəlsə mən də öz rəyimi bildirərəm.

A. Ə.: Çox danışmaq nəyə gərək? Nə qədər danışsanız belə, mən yenə də bu sorunu verəcəyəm - nəticə, sonluq nə? O Qərb, bu da müsəlmanlar. O hara, bu hara. İncildə çox gözəl bir kəlam var: "Bəhrələrinə görə tanıyacaqsınız onları".

E. Ə. H.: Qoy Qərb haqq olsun. Mənə hər hansı cəmiyyətdə ideoloji haqqlığı və ya batilliyi ölçmək üçün ən sadə meyarlardan BİRİ kimi insanların HÜZURLU həyat yaşayıb yaşamamasını görməyim yetər. Bunun qarşılığında isə statusumdan da bəlli olduğu kimi alternativ olaraq şərqi üstün bilmirəm. Amma fakt budur ki qərb XOŞBƏXT deyil, insanlara isə 4G yox xoşbəxtlik lazımdı. Şərq də bədbəxtdi amma mən Allaha həmd olsun xoşbəxtəm ) Çünki qərbi də bəyənmirəm şərqi də ) İnsanlar mütləq toplumlaşmış idealogiyaların birinə sarılmalı deyil. Hətta əksi daha doğrudu. Bugün isə şərqdən "qaçan" mütləq qərbə "sığınmalı" olduğunu düşünür.

A. Ə.: Təbii, hər şey ideologiyalara deyil, insana xidmət etməli. O ki qaldı xobəxtliyə, bu çox nisbi anlayışdır. Biri xoşbəxtdir başqası yox. Biri nədəsə xoşbəxtdir, nədəsə yox. Xoşbəxtlik nədir, nə ilə ölçülür soruları da yaranır.
Ona görə abstrakt kateqoriyalarla düşünmək olmur. Konkreti isə sivilizasiyaların nailiyyərləridir. Nailiyyətlər tutuşdurulanda görürük ki, demək olar ki heç nədə müsəlman sivilizasiyasının üstünlüyü yoxdur. Bu artıq ciddi göstəricidir. Bir şeydə üstünlüyü var - o da gözəl nitq və xütbə söyləməkdə. Başqa heç nədə. İndi bu boyda nailiyyətlər əldə etmiş Qərbə necə demək olar ki, o batil üzərundə qurulub?