Tale və azad seçim

27 noyabr 2017

Vaqif Abasov: Taledən, alın yazısından, və belə cahilliyi təbliğ edənlərdən nə qədər uzağ olsam, o qədər də xoşbəxt olaram. Bu qədər ayrı-seçkiliyin qabağında həmişə varlı və kasıblar olub deməyiniz qəbul edilə bilməz. Hər vaxt da mübarizə olub, müxtəlif formalarda.

Aydın Əlizadə: Siz taleyi necə inkar edərsiniz ki, doğulduğunuz ailəni seçməmisiniz? Taleyin olmasının sübutu budur. Tale ciddi fəlsəfi kateqoriyadır. O ki qaldı mübarizəyə, o mübarizələr varlı-yoxsul fərqini ortalıqdan götürmür. Hər bir ingilab yeni yoxsul və varlı probleminə gətirir. Siz necə hamını eyniləşdirə bilərsiniz o halda ki, təbiətdə eynilik yoxdur, hər şey fərqlidir. Bir heyvan güclü, obirisi zəyif. Kiminsə taleyi aslan olmaqdır, kiminki isə qoyun.

Vaqif Abasov: Ola bilsin biz taleyi fərqli başa duşuruk. Sizin sübutunuza gələndə isə o heç də sübut deyil, tale deyil. Tesadufdir, vessalam.

Aydın Əlizadə: Təsadüf də taleyin daxilindədir. Əslində təsadüfi heç nə yoxdur. Hər şey qanunauyğundur. Taledən başqa insan azadlığı və seçimi də var. Ancaq bu seçim yenə taleyin daxilindədir. Bunu bir örnəklə anlatmaq istərdim. Bir kişi arvad almaq istəyir. O ancaq tanıdığı 50 qadından birini seçmək imkanındadır. Deməli onun taleyi o 50 qadının arasında birini seçməkdir. Halbuki əslində dünyada 3 milliard qadın var. Ancaq onlar o adama aid deyil, taleyində deyil. Ya da ikinci örnək. Gəlirsən çay almağa. Dükanda sənin qabağında 5 cür çay var. O 5-dən sən birini seçəcəksən. Deməli taleyin odur. Halbuki o dükan xaricində daha 15 çür çay var. Ancaq sən onlardan kənarsan. Onlar sənin taleyində deyil. Ona görə, Vaqif bu fəlsəfi məsələni diqqətə al. Tale var, seçim də var. Ancaq seçim taleyin içindədir.