Çağdaş yezidlik haqqında

2 may 2013 г.

Dilman Shahmerdanlı (D. Ş.): Ay Filankəs! Yezidin filan-filan təhsili olmasını qeyd etməklə, onun şairliyini qabartmaqla yalnız özünü biabır edirsən. Heç bir qeyrətli müsəlman indiyə kimi Yezidi tərifləməyib. Onu tərifləmək nadanlıqdan, qərəzlilikdən, mərəzlilkdən, imansızlıqdan və s. və il. pisliklərdən yaranır.

Aydın Əlizadə (A. A.): Dilman bəy, Ezid elə indiki ərəb liderləri kimi bir adam olub. Heç bir köklü fərq görmürəm. İndikilər ondan da amansızdırlar. İş o yerinə gəlib çatıb ki, İsrail onların yanında çox humanist görsənir. İndi İsrail hərdən bir 10 nəfər ərəb öldürür. Ərəblərsə özü özlərini gündə yüzlərlə qırırlar.
Buna görə, Yezid məsələsinin heç bir aktuallığı yoxdur. O artıq tarixdir.

D. Ş.: Aydin bəy, tamamilə doğrudur, indiki ərəb liderlərinin nəinki dini, qeyrətləri də şübhə altındadır. Nə dini təəssübkeşlikləri var və nə də milli. Onlar ovlanmış dovşanlardır, buyruq qullarıdır, hakimiyyətdə qalmaq üçün hər şeylərini satanlardır. Hamısının da arxasında kimlərin durması və nə məqsədlə durması kimsəyə qaranlıq deyil.
O ki qaldı o Yezidə, mən deyirəm ki, həm o pis idi və həm də bunlar. Ümumiyyətlə Yezid təkcə şəxs deyil, baxış tərzidir. Həzrət Hüseyn demədi ki, mən Yezidə baş əyib onun hakimiyyətini tanımaram, dedi ki, məni kimilsi Yezid kimisinə baş əyməz. Bununla da mübarizənin baxış tərzi olduğunu açıqladı. Biz indi pis işlər görənə iblis və şeytan deyirik. Ya hər kəsə xain olan insan nədir-İblis (H. Cavid). Demək, Yezid özü də şeytan idi. Biri digərinə sevgidə və ya ona itaətdə elə həddə çatır ki, onun bütün xüsusiyyətlərini özündə əks etdirir, deyirlər ki, bu filankəsdir. Bax, bulaşıq insanlara buna görə şeytan deyilir. Həmçinin, yezidlik xarakteri daşıyanlar da yezid adlandırlır. Bu baxımdan Yezid tarixdə olan-bitən şəxs deyil. Bu gün də Hüseyn ideologiyalı və İslama yiyələnmiş və İslam və müsəlmanların qanına bais olan Yezidlər var. Elə isə Yezid necə tarix ola bilər. Ümumiyyətlə tarixi vərəqləmək və hər il Aşuranı yad etmək buna görə lazımdır.Bax, bəy, bu baxış daha yaxşıdır.

A. A.: Bu baxışın da yeri var. Ancaq dərinə gedəndə bəlkə də indiki Yezidi lənətləyənlərin bir çoxu Aşuradan sonra il boyu elə yezidlik edirlər. Sonra indulgensiya kimi gələn il yenə bir gün onu lənətləyirlər. Ona görə bir baxış da odur ki, yezidlik həm də insanı düşündürür ki, ayə bu dünyada nə qədər doğru müsəlmanlar var? Bax buna görə Yezidin də öz yeri var bu dünyada. Onu lənətləyən hər bir kəs pis olmaz ki, bir özü haqqında düşünsün ki, ayə görəsən məndə o Yezidin hissəcikləri yoxdurmu?

Сайт управляется системой uCoz