Xeyir və şərin çarpışması və Mehdi inancının mənşəyi haqqında

2 мая 2013

Aydın Əlizadə (A. A.): Mən çoxdan fikir verirəm ki, bu Yezid və Hüseyn tarixi Zərdüşdiliyin Hörmüzd və Əhriman savaşına bənzərdir. Biri xeyir, biri şərdir. Görükür İslam gələndən sonra zərdüşdi mifləri islamlaşaraq Yezid və Hüseyn tarixində öz əksini tapdı.

Dilman Shahmerdanlı (D. Ş.): Ümumiyyətlə, Aydin bəy, İslmda ilk savaş belədir: Haqq və batil savaşı. Təhlil olunur, nəticədə məlum olur ki, ümumiyyətlə batil yoxdur. Sonra İnsan və şeytan savaşı var. Bu təhlil ediləndə görürük ki, şeytan insanla savaşmaq iqtidarında deyil-sadəcə vəsvəsə edir. Sonra peyğəmbərlərlə dövrün şeytanları olan hökmdarlar və başçılar arasında olan savaş var. Sonra Peyğəmbərimizlə Əbu Süfyanlar və Əbu Cəhllər mübarizəsi var. Sonra həzrət Əli və Müaviyə, sonra Hüseyn və Yezid və s. Bütün hallarda qələbə haqqın və onun ardıcıllarınındır, hətta cismən məğlub olsalar da. Biz məhdud zaman və məkanla ölçürük bəzən. Amm Allahın tədbirləri bəşəriyyət üçündür. Bax, bir müddət keçən kimi hamı bildi ki, məğlub olan yezidmiş və bu gün də onun nə səsi var, nə də sorağı. Amma Hüseyn əleyhissalamın sevgisi nəinki müsəlmanlarda, hətta xristianlarda, dinsizlərdə, bütpərəstlərdə var və onlar bunu etiraf edib, Hüseynin böyüklüyünü anıblar.

A. A.: Dilman bəy, bu dedikləriniz hələ İslamdan öncə İran dinində olmuşdur. Sadəcə İslam gələndən sonra "islamlaşıb". Bu öncə dediyim Əhrimah-Hörmüzd savaşıdır. Zərdüşdi rəvayətlərində sizin dediyiniz eyniliklə hələ əski çağlarda deyilmişdir. Elə Mehdi də İran dinində İslamdan öncə olub. Bu Sayoşantdır - dünyanın zülmdən qurtarandır. Yəni bütün bunlar şiə müsəlmanlarının unikal inancları deyil. Bunlar hələ islamdan öncə olub və xalq yaddaşında qalıb. İslam gələndən sonra bu inanclar itməmiş, İslam rəvayətlərində özünəməxsus tərzdə yozulub yayılmışdır. Yezidlə Hüseyn tarixi olmasaydı da hansısa başqa obrazlar çıxacaqdı. Elə Xristian və yəhudilərdə də belədir. Çox inanclar onlardan öncə olub, sonra xristianlaşıb (yəhudiləşib).

D. Ş.: Aydin bəy, nəinki İran, yer üzünə bəşər ayağı dəyəndən haqq və batil savaşı başlanıb. İndi bunun hansı dində necə adlanmasının əhəmiyyəti yoxdur. Ümumiyyətlə aləmdə sağlam ağıl da qəbul edir ki, mənfi və müsbətyönlü ikilik var: isti-soyuq, sevinc-kədər, zülm-ədalət, qadın-kişi, gecə-gündüz, yaxşı-pis və s. Bütün bunların da olmasının öz səbəbləri var.
O ki qaldı Əhrimən savaşına həqiqətdə belə şey yoxdur, bunu həm fəlsəfə, həm də Allah tərəfindən göndərilmiş səmavi dinlər sübut edir.

A. A.: Dilman bəy, haqq-batil savaşı tipik dialistik inancdır və bu dual inanclara bağlıdır. Burada onlar substansiya kimi çıxış edirlər. Sinin baxışlarınızda da dual substansionalizm vardır. Ancaq doğrusu budur ki, şər-xeyir, batil-haqq ayrı-ayrılıqda deyillər bir-birinin içindədirlər. Örnək üçün, içki pis sayılırsa da, onda xeyir də var. Evlilik yaxşı sayılırsa da, onun içində ailə savaşları var. Hansısa insana pis deyəndə, onun yaxşı özəllikləri də vardır. Deməli xeyir-şər, haqq-batil - nisbi anlayışlardır. Onlara substansiya kimi baxmaq olmaz. Hər bir haqda batil, batildə isə haqq vardır.
Buna görə də haqq-batil savaşı yox, əksliklərin çarpışması, eyni zamanda onların birliyi vardır. Çünki çarpışarkən onlar bir birinə qovuşub yeni aşamalara çıxırlar. Bu dialektik qanunauyğunluqdur.

Asim Məmmədоv (A. M.): Mentiqə qalsa xristianların, yehudilərin ve hətta inyə sitayiş edən hinduların dini kitablarında müxtəlif adlar altında İmam Zaman ağanın zühur edəcəyinə işarə edilib. Ola bilməz ki, İranla nə siyasi, nə ticari, nə də ki mədəni əlaqələri olmamış bütün bu konfesiyyalar İrandan təsirlənərək Imam Zaman eşqinə düşsünlər. Sizin üchün höccet olan mehz saglam düşüncə bunu deyir.

A. A.: Hindlər iranlılarla eyni ari kültürüdür. Bu təbiidir ki, onların bənzərliyi vardır.
Yəhudilər problemi isə belədir. Onlarda Məsih inancı Buhtunnəssardan öncə olmamışdır. Onlar babillilərə yeniləndən və sürgün olandan sonra İran kültürü ilə tanış oldular. Elə o zaman Yəhudiləri bu əsirlikdən qurtaran Məsih inancı yaranmışdır. Bu İran dininin təsiri altında olmuşdur.
Xristianlığa da Məsih İnancı 2 yolla düşmüşdür. Birincisi Yəhudilikdən. İkincisi Mitraizmdən. Bu inanc da İran kökənlidir. O zaman Romada onun çoxlu ardıcılları vardır. Mitraizmin çoxlu elementləri çağdaş Xristianlığa keçmişdir.

A. M.: Bu dəfə gətirdiyiniz dəlillər güclüdür. Onları tez bazar cavablandırmaq mümkün deyil. Kiçik araşdırma aparandan sonra cavab yazacağam. Çünki Buhtunəssar haqda məlumatım yoxdur, gərək onun kimliyini ətraflı öyrənim ki, cavab yaza bilim.

A. A.: Yəni Məsih-Mehdi anlayışı hər variantda ari (İran-Hind) kökənlidir. Oradan Yəhudiliklə Xristianlığa, onların araçılığı ilə İslama düşmüşdür.

Сайт управляется системой uCoz