Ön sözMəhəmməd peyğəmbərin həyat yolu hər zaman təkcə müsəlmanların deyil, həmdə bütün dünya tarixinin ən önəmli səhifələrindən biri olmaqdadır. Bu insan dünya proseslərini dəyişən çox nadir insanlardan biri olmuşdur. Buna görə də onun şəxsiyyəyinin və həyat yolunun öyrənilməsi bütün dönəmlərdə aktual bir mövzu olaraq qalmaqdadır. Bu aktuallıq həmdə zamanla uyuşmaqdadır. Hər bir tədqiqatçı onun həyat örnəyini öz yaşadığı dönəmin tələbləri baxımından dəyərləndirir. Buna görə də onun tarixinə baxışlar, onların təhlili yeniləşir. Bu da o deməkdir ki, bu büyük şəxsiyətin həyatının tədqiqi heç vaxt öz yeniliyini itirmir. Təqdim edilən bu kiçik yazı Məhəmməd peyğəmbərin həyatının ən kiçik və yığcam şəkildə verməsi məqsədini güdür. Burada onun tarixinin ən önəmli məqamları qələmə alınmışdır. Bu kimi üslubun seçilməsi oxucuların rahatlığı üçündür. Çünki kiçik və yığcam yazılar tez oxunur nə yadda qalır, onlara müraciət edilmək çətinlik törətmir. Bu yazı üç bölmədən ibarətdir. Bunlar “Peyğəmbərlik öncəsi dönəm”, “Peyğəmbərliyin Məkkə dönəmi” və “Peyğəmbərliyin Mədinə dönəmi adlanır”. Bu bölmələrdə çox yüngül oxunan dildə Məhəmməd peyğəmbərin həyatı ilə bağlı ən önəmli olaylar qələmə alınmışdır. Tarixi faktların əsasında yazılmış bu yazıda həmdə bu olayların təhlili də yer almışdır. Bu təhlillər yeni dövrümüzün ruhunu və tələblərini əks etdirir. |