qacanıq
9 may 2013
Bizim Azərbaycanlılar
çox igidcəsinə vuruşur hər yerdə. Bütün yabancı ölkələrdə ad qazanıblar, onları
ən yaxşı döyüşçülər kimi yad edirlər.
Keçmiş illərdə ukrainalılarla görüşdüm. Onlar
da mənə dedilər ki, azərbaycanlılar Stepan Banderanın ordusunda elə igidcəsinə
döyüşüb ölüblər ki, indiyə gədər onları hamı yad edir.
Sonra deyirlər ki, İranla İraq arasındakı döyüşlərdə də azırbaycanlılar ön cərgələrdə döyüşüb, İranın şərəfini ucaldıblar. Orada da onminlərlə itki veriblər.
Quzey Qafqasiya, Çeçenistanda da bizim igidlər
ad qoyublar. Ruslara qarşı güclü dirəniş ediblər.
Türkiyə üçün Çanaqqala döyüşündə də
döyüşüblər. Azərbaycanlılar öz istəkləri ilə ora gedib vuruşub ölüblər.
İndi də xəbər gəlib ki, bizim el oğulları
yollanıblar Suriyaya, orada Əsədə qarşı cihad edirlər. Ölənlərin sayı
onlarladır. İndi bir video da yayılıb. Orada bizim igidlərinmiz millətimizə
bəyanatla çıxış ediblər. Baxıram onlara deyirəm ki, necə də igid millətimiz var
bizim!
Onlara qarşı da elə azərbaycanlılar vuruşur. Çünki
Əsədin ordusunda da onlar var və igidliklərin dəfələrlə göstəriblər.
Nəisə, bax belə bizim igidlərimiz olub var və
olacaq. Mən fəxr edirəm ki, belə bir igidlər yetişdirən millətdənəm.
Ancaq bizimkilərin igidlikləri üçün bir şərt
var. Onlar yalnız Azərbaycandan qırağa çıxanca qorxmazcasına vuruşub,
Azərbaycanı ucaldırlar. Azərbaycanın özündə isə nəsə, bir-iki istisnaları
çıxsaq, igidlikləri görsənmir.
Bax o ADR yarananda 1918-ci ildə Osmanlı
ordusu gücünə yarandı. Osmanlılar olmasaydı heç Bakını da almazdıq. Burdan
getmişik Çanaqqalada döyüşməyə, ancaq özümüz üçün o igidliyi göstərmədik.
Sonra 20 yanvarda Bakıya sovet ordusu girdi. Ancaq
qabağına çıxan olmadı. Ruslarla Çeçenistanda döyüşə bilən azərbaycanlılar öz
şəhərində təpki göstərmədilər. İndiyə gədər o günü ağlaşma ilə yad edirik.
İndi bütün dünyada igidlik göstərə-göstərə, bu
1980-ci illərin sonlarından başlayan ermənilərlə olan öz savaşımızda yenə də
özümüzü göstərmədik. Ermənilər üstümüzə gəldilər. Öncə bəlkə də hürkürdülər ki,
bütün dünyada igidliklər edənlərlə necə vuruşacaqlar? Ancaq sonra gördülər ki,
azərbaycanlılar onun-bunun üçün yaxşı vuruşur, ancaq özləri üçün olan
savaşlarda nədənsə igidlikləri harasa üçub gedir.
İndi də elə durmuşuq erməninin qabağıbda. Deyirlər
ən güclü ordu bizdədir. Onun büdcəsi Ermənistan büdcəsindən çoxdur. Silahımız
da superdir. Hər şey var, ancaq ortalıqda yenə bir şey yoxdur.
Buna görə nə etməli? Gərək bir biclik işlədək,
erməni ordusunu Qarabağdan çıxarıb, onlarla başqa ölkədə vuruşaq. Bizdə dava
olanda da biz deyirik: "Alə çıx bayıra, orada danışaq". O yerdə dava
etmirik. Elə bu psixalogiyaya söykənərək, ermənilərə deyək: "Kişisiniz,
gedək İranda, Rusiyada ya da Avropada vuruşaq. Yoxsa Qarabağda vuruşmaq bizə
yaraşmaz. Biz alçalmarıq orada vuruşmaqla. Bizim igidliyimiz Avropa
standartlarına uyğundur. Buna görə də biz Avropada vuruşacağıq". Ya da gedək
ermənilərlə Suriyada döyüşək. Orada da biz onlara göstərərik, cihadı necə
edərlər! Yoxsa Azərbaycanda nə cihad? Ayıbdır axı!
Rusiyada da gedib vuruşmaq olar. Orada Sibirdə
döyüş üçün boş yerlər çoxdur. Ancaq orada təhlükəlidir. Çünki bu köpək oğlu
urus yenə də ermənilərə yardım edəcək, onların tərəfini tutacaq.
Ermənilər də bu çağırışları eşidəndən sonra
deyəcəklər: "Biz məgər onların qabağından qaçanıq? Bəs kişiliyimiz nə
oldu? Harada desələr, orada onlarla vuruşmağa hazırıq. Biz onları Avropada ya
da Suriyada da məhv edərik".
Beləcə Azərbaycan və Erməni orduları müraciət
edəcəklər Avropa və Suriyaya ki, onlar üçün döyüşə bir ərazi ayırsınlar. Orduların
bir bölümü Avropada Avropa standartları, obirisi isə Suriyada cihadın tələbləri
ilə vuruşacaqlar. Şərt də qoyacağıq ki, kim döyüşü qazandı Qarabağ da onun
olacaq.
Bax orada da biz ermənilərə öz igidliyimizi göstərərik, onları darmadağın edərik, Azərbaycanı yüksəldərik! Ermənilər orada mütləq yeniləcək və Qarabağ bizim olacaq. Yoxsa Qarabağda və döyüş? Nə igidlik? Bu bizə yaraşmaz. Ayıbdır!
Ayıbdan başqa, Qarabağ bizim müqəddəs torpağımızdır. Müqəddəslik olan yerdə savaşmaq həm də günahdır. Biz axı buna yol verə bilmərik! Müqəddəs olan yerə sayğı olmalıdır, savaş yox. Həmdə buna görə biz Qarabağda deyil, başqa yerdə ermənilərlə vuruşacayıq. Bax orada biz onlara göstərərik!