7 noyabr 2013
Bu Əskişehir konfransında BİR bizim xanım Dədə
Qorquddakı yer adlarının çagdaş Ermənistanın ərazisində olan toponimlərlə
bağlamışdır. O sübut etmək istəyirdi ki, Dədə Qorqudun yeri elə indiki
Ermənistan olmuşdur. Buna görə də bu əsl türk toppağıdır. Buna dəlil kimi Dədə
Qorqud dastanında Ağca, Ağrı kimi toponimlərin adını çəkmişdir.
Bu çıxışdan sonra Türkiyədən olan bir
professor onun çıxışına ciddi irad bildirdi. Dedi ki, Dədə Qorqud tarixi sənəd
deyil ki, onda olanları bir fakt kimi ortalığa qoyaq. Bu sadəcə dastandır.
Orada mifləri həqiqətdən ayırmaq olmur. Belə dastanlar dünya xalqlarında
çoxdur. İndi onları tarixi sənəd kimi qəbul etsək onda dünya alt-üst olar.
İkinci Türkiyəli professor isə dedi ki, o
Ağrı, Ağca kimi toponimlər Türkiyədə, hətta Özbəkistanda və Uyğurtistanda da
var. Bu çox yayğın yer adlarıdır hər yerdə. Ona görə də məruzəçi xanımın
iddiaları ki, Dədə Qorqudda söhbət indiki Ermənistan ərazisindən gedir
əsassızdır.
Hər iki irad çox doğrudur - həm faktoloji, həm
məntiq, həm də elmi baxımdan.
Ancaq bizim bizim Azərbaycan heyyətinin çoxu
başladılar türklərə etiraz etməyə. Özüdə heç bir dəlil ortalığa qoymadan. Bizim
bu Azərbaycan elm adamlarının, professorların təkcə iddiası o idi ki, "bu
türklər ermənilərə dəstək verirlər, köpəkoğludurlar, satqın, erməniyə
işləyəndirlər".
Təkcə mən oturumdan sonra yaxınlaşdım o
türklərə və onların haqlı olduqlarını dedim onlara. Onlar da mənə dedilər ki,
azərbaycanlıların etirazı yersizdir. Dedilər bu nə elm adamlarıdır ki, elmi
polemikaya girmədən başqa adamları qaralamağa çalışırlar?
Bir sözlə, biyabırçılıq idi orada. Bizimkilər
elə bildilər ki, "ermənisən, ermənilərə işləyirsən" damğasını xaricdə
də vuracaqlar hamıya. Ancaq başa düşmürlər ki, ölkə içində etdiklərini xaricdə
etmək olmur. Elm adamı yalnız elmi kateqoriya və məntiqlə çıxış edər. Pafos,
patriotizm və s. elmdə yoxdur.
--------------------------
Daha
bir tənqidi məqam. Bu xarici elmi konfranslara gedəndə, alim olan kəs gərək
konfransa canla-başla girişməli, onunla yaşamalıdır. Çünki əsl elm adamı üçün
elmdən gözəl nə ola bilər? Nədir dünya malı ya da şəxsi maraqlar elmin yanında?
Bunu sadə adam anlamaz. Ancaq həqiqi elm adamı bunu bilir.
Neçə dəfə xaricə elmi kionfranslara getmişəm,
hər yerdə bizim azərbaycan alimlərinin bir çoxunun toplantılardan yayınmasını
görmüşəm. Onda nə üçün gəlmisən ay müəllim ora? Tələbələrə dərsə gəlmədiklərinə
görə qayıb yazırsan. Bəs özün nəsən? Özünə qayıblar yazılmalıdır. İndi sovet
dövrü də deyil ki, mal alıb evə gətirəsən. Azərbaycanda hər şey var. Başqa nə
edə bilərsən? Yaşında o yaş deyil ki, qızlarla bazdığ edəsən. Gəlmisən, otur
elmi məruzələri eşit, suallar ver, aktiv iştirak et. Öz ölkənın adını qaldır.
Görsünlər ki, Azərbaycanda nə oğullar var.
Həmdə səni çağıran tərəf sənin üçün bütün xərcləri ödəyib. Belədirsə, sənin borcundur, orada özünü onların qaydaları ilə aparasan. Ayıbdır. Onlar sənin xərclərini ödəyir, ölkələrinə havayı gətirir, yedizdirib içirdir, sən isə elmi toplantılardan yayınırsan, konfrans zalında oturmursan, bilimir haralara gedirsən.
Hələ hazırlığını, çıxışların keyfiyyəti də
səviyyəli deyil. Daha şox hazırsız, maraqsız çıxışlar görmüşəm mən
konfranslarda azərbaycanlılar tərəfindən. Yaxşı məruzələr var, ancaq azdır.
Ancaq başqalarına öyud-nəsiyət verməkdə, tənqid etməkdə birincidirlər. Özlərini
görmürlər güzgüdə, başqalarından danışırlar. Bununla Azərbaycan haqqında nə
təsurat yaradırsınız?