25 noyabr 2013
İslam gələnəyində mən bir şeyi anlamıram: Nə
üçün hamı Allahın köləsi olmalıdır? Başqa seçim yolu verilmir. Hətta təriqətlərin
arasında da beləsi yoxdur ki, Allahla insan arasındakı ilişkiləri başqa cür
görsün.
İndi mən nə edim? Mənim fitrətimdə köləlik
yoxdur. Mən heç kəsin köləsi olmaq istəmirəm, olmaram da. Həmçinin Allahın.
Allahın nəyinə gərəkdir mənim köləliyim? Əksinə, mən öz öğlumu özgür, başı dik,
yaşamda öz mövqeyini göstərən olan bir kəs görmək istəyirəm. Mən onun mənə kölə
olmasını istəmirəm. İndi mən də Allahın oğlu kimi bir şeyəm. O nə üçün məni
özünə kölə etsin? Məgər köləlik yaxşı şeydirmi? Kölə heç vaxt heç nəyi
yaratmaz, onun iradəsi olmaz. O sadəcə əşyadır. Yiyəsinin hökmündədir.
İslamın bütün ayinlərinin mərkəzində namaz
durur. O da elə kölənin hökmdarın qabağında əyilməsindir. İndi kim kölə kimi
özünü hiss edir başqa məsələ. Qoy olsun. Axı kölə olmaq istəməyənlər də var. Nə
üçün hamı məhz bu kimi ayini icra etməlidir? Nə üçün ibadətin başqa formasını
İslam ənənəsi formalaşdırmayıb? Nə üçün alternativ düşüncələr yoxdur?
Örnək üçün xristianlarda səcdəyə də getmək
olrar. Tanrı qarşısında dik dayanıb, onunla arxadaş kimi münasibət qurmaq da.
Kölə yalvarar, arxadaş isə yaxını ilə doğma ilişki qurar. İslamsa seçim qoymur.
Hamı yalnız kölə olmalıdır, səcdə etməli, əyilməlidir. Nə üçün? Bəs köləliyi rədd
edənlər nə etsin?
Ona görə də özlərini kölə hiss etməyənlər
Allahla başqa ilişkilər qurmalıdır. Belə ayinlər olmasa da bunu heç kəs bizə
yasaq edə bilməz. Mən Allahın dostu, yaxını kimi özümü duyuram. Onun köləsi
deyiləm. Ona qarşı münasibətim də dostun münasibətidir, kölənin yox.