"Çörək kəsmək" haqqında

15 iyun 2014

Bezmişən mən bizim bu adamların məsuliyyətsizliyindən. Ay xanımlar, ay bəylər. Mən bir adama söz verdimsə, deməli onu etməliyəm. Ancaq bu adamlardan çox vaxt sözlərinə əməl etməməklərini görürəm. Sonra da özlərini elə aparırlar ki, elə bil heç nə olmayıb. Ay adamlar, sözünə əməl etməyən cinayətkardır. Fahişəlik cinsi əlaqə deyil, verilən sözə əməl etməmək fahişəlikdir. Sözünə əməl etməyən fahişədir, qəhbədir.

İndi bir adam mənə dedi ki, bir adamdan xahiş edim ki, ona bir işdə gömək etsin. Mən də o adama dedim ki, sabah filan saatda gəl, bir adama kömək et. O da sabah həmən saatda gəldi, çünki mənə böyük hörməti var.

İndi o məndən kömək istəyən adamı gözləyirik, o da gəlmir. Telefon açdım ona ki haradasan? Dedi iş düşüb axşam gələcək.

Heç bu da söz? Özü mənə yalvarıb, mən o adama ağız açmışam. İndi də sən demə o adam bunu axşama qədər gözləməlidir. Bu nə məntiq, bu nə mədəniyyət? Mən qalıram xəcalətdi o kişinin yanında.

İndi acıqlandım o adama. Dedim bu adam sənin dədənə borcludur ki, səni axşama qədər gözləsin? Özün xahiş etmisən, indi isə gəlmirsıən. Bu nə eşşəklikdir?

Bunu eşidən yanımda olan adamlar dedilər ki, nə üçün belə sərt danışırsan? Axı onun işi düşüb. Dedim onlara ki, ay millət! Nəcə yəni işi düşüb? Deməli siz də ondansınız. Verdiyiniz sözdən qacırsınız. Bax elə ona görə də geridəsiniz, erməni də minib sizə.

Dedilər axı sən onunla duz-çörək kəsmisən, ayıbdır. Dedim tüpürüm o duz-çörəyə, elə siz də onun tayısınız. Sizinlə də yaxınlıq etmək olmaz. Hər an xəyanət edərsiniz, sonra da deyərsiniz: Nə olsun? Axı duz-çörək kəsmişik! Bu nə millətdir? Bu nə adamlardır? Bu nə eşşəklikdir? Xəyanətə bəraət qazandıran adamlarsınız siz hamınız!

------------------------------

9 iyun 2014

Bu milli adətlərdən ən anlaşılmazı "çörək kəsməkdir". Gəlib deyirsən ki, filankəsin nə üçün əclaflığına cavab vermədin? Deyirlər: "Mən ona deyərdim, ancaq onunla çörək kəsmişəm, ayıbdır". Necə yəni? İndi o çörəyə görə onun əclaflığına dözməlisən? O çörək nə olan şeydir insanlığın qarşısında? Adamın insanlığı yoxdursa çörək onun üçün nə etsin?

İndi mən nə edim? O qədər adamlarla oturub çörək yeyirəm restoranda, yeməkxanada, banketlərdə. Adamları da birdən-birə tanımaq çətindir. Özlərini məlakə kimi göstərir, sonra əclaflıqları çıxır ortalığa.

İndi mən onlara dözüm nə var ki, onlarla "çörək kəsmişəm"? Yox, mən rədd edirəm o milli adəti ki, məni vadar edir əclaflarla durub-oturum. Qoy mənim "çörəyim dizimin üstündə olsun", ancaq əclafla bir arada olmaram heç zaman.

O "çörək kəsmişəm deyən" əslində qorxaqdır. Nəyəsə görə qorxur münasibətləri pozmaq, bunu da "çörəklə" əlaqələndirir. Səbəb budur, "çörək" yox. Yoxsa nədir o çörək? Bir qidadır də... Camaat bir biri ilə yatağa girəndən, sekslə məşğul olandan sonra ayrılır. Bunlarsa bir çörəyi səbəb kimi görüb əclaflığa göz yumurlar. Boş şeydir bu milli adət, başqaları kimi. Mənim prinsiplərimə ziddir.

Mənimlə çörək yeyən kəs adam kimi özünü aparmalıdır. Bunu etməsə "çörəyim dizimin üstündə" olacaq hər zaman. Yoxsa mənimlə çörək yemisən deyə, mənim boynuma minməlisən?