Fəlsəfə nədir?

19 sentyabr 2014

Bizdə fəlsəfə elmlərində çalışanların çoxu fəlsəfənə olan şeydi hələ də anlamırlar. Olublar fəlsəfə elmləri namizədi, doktoru, dosenti, professoru, ancaq bilmirlər o nədir.

Biri milliyətçidir, gündə türkçülükdıən danışır, bu barədə elmi işlər yazır. Orada bir az Qaspırnalıdan, Rəsulzadədən, Hüseynzadədən danışır və elə bilir ki fəlsəfə budur.

Obirisi gündə mədəniyyətlə bağlı məqalələr yazır, bununla bağlı tətbirlər görür və elə bilir ki fəlsəfə budur.

Üçüncüsü dindardır. Başlayır elmi işlərində peyğəmbəri tərifləməyə, əxlaqa çağırmağa və elə bilir ki, fəlsəfə budur.

Yada biri folklorla məşğuldur. Dədə Qorquddan, Koroğludan səhərdən axşamacan danışır və elə bilir fəlsəfə budur.

Biri də estetik zövqdən yazır. Elə bilir ki, onun bunun gözəlliyindən danışsa bu olur fəlsəfə.

Daha birisi yalan-palanlarla diplomlar əldə edib olub alim. Elmi pula satıb, dağıdır aləmi. O da elə bilir ki, yalan və talançılıq fəlsəfədir.

Sonra bunlar dissertant yetişdirirlər. Deyirlər onlara ki, sizin işinizdə fəlsəfə yoxdur. İşinizi fəlsəfələşdirin. O yazıq dissertant da başa düşmür bundan nə istəyirlər? Necə yəni işində fəlsəfə yoxdur? Fəlsəfə nədir? Onu necə ora salsın bu yazıq anlamır. Çünki onu yetişdirənlər də bilmir nə deyir.

Dərsləri də hərəsi bir cür öz zövqü və maraqları ilə deyib, tələbələrə nəsə anlatmaq istəyirlər. Ancaq tələbə anlamır onun dediyini, çünki o özü də başa düşmür, bu fəlsəfə nədir?

Sonra bu adamlar fəlsəfədən imtahan qəbul edib tələbələrə deyirlər ki cavablarınız pisdir, çünki orada fəlsəfə yoxdur. Ay balam o fəlsəfə nə olan şeydir ki, o olmur? Onu necə tapsın bu adamlar?

Əslində isə fəlsəfə nə milliyətçilik, nə estetika, nə dastanşünaslıq, nə dindarlıq nə də başqa tətbiqi anlayışlardır. Fəlsəfə sözünün özündə onu açan məna aydındır. FƏLSƏFƏ - MÜDRİKLİYƏ ÇATMADIR. Müdrikliyə çatmaq da nədir? Bu bir haldır, məqamdır. Yalnız halları yaşayan, məqama çatan adamlar filosofdular. Fəlsəfə mənəvi və ruhi anlayışdır. Onu bilmək yox, duymaq olar.

İndi bu hala çatmaq lazımdır ki, bunu da sözlə izah etmək olmur. O hallar və məqamlar yaşanmalıdır. Bax şeyxlər və qurular ya da yunan müdrikləri filosof olublar, çünki o halı yaşayıblar.

İndi mən halı yaşayıram deyə, deyə bilərəm ki, filosof mənəm. Çünki mən şeyxəm. Məni artıq bir şeyx kimi tanıyıblar. Haldayam, məqama da çatmışam. Ruhumda da fəlsəfə nə olan şeydir duyuram.

Yoxsa duyğuları yaşamayan, hallarda olmayanlar, məqama çatmayanlar deyir filosofuq, fəlsəfə nədir və s. Hardan bilirsiniz siz o nədir? Özünüz onu yaşamırsınız, başqalarını da fəlsəfəsizlikdə ittiham edirsiniz.