Azərbaycan SSR dövlət və təsərrüfat xadimi, qaz təsərrüfatının bacarıqlı təşkilatçısı və tanınan mütəxəssisi. Həyatı və xidməti fəaliyyəti 1912-ci il iyun ayında Bakı şəhərində olub. İçəri şəhərin "Ağşalvarlılar" məhəlləsindən idi. Atası Mir Ağa mühasib idi, Abutalıbın erkən yaşlarında rəhmətə getmişdir. Onu anası Bilqeys böyütmüşdür. |
Onun rəhbərliyi ilə Azərbaycanda qaz boru xətləri çəkilmiş, çoxlu sayda kommunal-məişət və sənaye obyektlərinin qazlaşdırılması işləri aparılmış, yeraltı qaz anbarları yaradılmışdır. Kənd yerlərinin qazlaşdırılması işlərinə də başçılıq etmişdir. Ümumiyyətlə Azərbaycanın qazlaşdırılmasında və qaz infrastrukturunun yaradılmasında böyük rol oynamışdır.
1977-1980-ci illərdə təqaüdə şıxandan sonra "Bakqaz" trestində mühəndis kimi çalışmışdır.
Həyatının son illərində ürək xəstəliyindən əziyyət çəkirdi. 1980-ci il aprelin 2-də Bakıda infarktdan vəfat edib. Nərdaran qəbristanlığında dəfn edilmişdir.
İctimai-siyasi fəaliyyəti
1939-cu ildə Kommunist partiyasına daxil olub. Respublikanın ictimai-siyasi həyatında fəal iştirak edib. Dəfələrlə Bakı Şəhər Sovetinin deputatı olub. Bundan başqa Azərbaycan SSR Kommunist partiyasının Mərkəzi Komitəsinin üzvlüyünə namizəd və Bakı şəhər partiya komitəsinin rəyasət heyyətinin üzvü seçilmişdir.
Dövlət tətbirləri
1967-ci ildə Almaniyada keçirilən Ümumdünya qaz konqresində Sovet ittifaqı nümayəndə heyətinin üzvü kimi iştirak edib.
1975-ci ildə SSRİ nümayəndə heyyətinin tərkibində İrana ezam olunmuş, orada qazın Sovet ittifaqına nəql edilməsi haqqında dövlətlərarası müqavilənin imzalanmasında iştirak etmişdir.
Orden və medalları, fəxri adları
İki dəfə Qırmızı Əmək Bayrağı, “Şərəf nişanı” ordenlərinə, medallara, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülüb.
1977-ci ildə “SSRİ Qaz sənayesinin fəxri qaz işçisi” adını qazanmışdır.
Sovet Ittifaqı fəxri təqaüdçüsü idi.
Elmi və müəllimlik fəaliyyəti
Texnika elmləri namizədi idi. 1950-1955-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Neft Akademiyası) mühazirələr oxuyub.
Respublikada uzun illər boyu istifadə olunan qaz ötürücü şkafların, qazın istifadəsinin təhlükəsizliyini təmin edən təzyiq tənzimləyici cihazların və yaşayış sahələrini fərdi qızdırılmasını təmin edən qaz-su isidicisinin, çoxlu sayda səmərələşdirici təkliflərin müəllifi olub.
1977-1980-ci illərdə təqaüdə çıxandan sonra "Bakqaz" trestində qaz təsərrüfatı işçilərinin təkmilləşdirilməsi üçün kurslar təşkil etmiş, orada onlara dərs demişdir.
Kitab və məqalələri
“Qazın hasilatı, nəqli və istifadəsi” (rus dilində) monoqrafiyası, Bakı, 1964.
Bundan başqa bir sıra elmi məqalələrin müəllifi olmuşdur.
Nekroloq
Abutalıb müəllimin qolu ilə imzalanmış kimliyinin sonluğu