Qnostisizmlə mübarizə
II-III əsrlərdə xristian mütəfəkkirləri təkcə bütpərəstlərlə deyil, eyni zamanda öz sıralarında olan müxtəlif mistik təlimlərə qarşı mübarizə aparmaq məcburiyyətində də qalmışdırlar. Bu təlimlərdən formalaşmada olan xristian ortodoksiyanın ən ciddi rəqibi qnostisizm idi.
Qnostik təlimlərə qarşı çıxış edən mütəfəkkirlərdən biri imperator Markus Aureliusun dövründə Lion şəhərinin yepiskopu olmuş İrineus (Irenaeus) olub. «Contra haereses» (Yereslərə qarşı) risaləsində, İrineus qnostik təlimlər haqqında kifayət qədər ətraflı məlumat verərək, onlara qarşı öz mülahizələri ilə çıxış etmişdir.
İrineus, Tanrının dərk edilməsindən və hər şeydən uca olmağından söhbət açaraq, qnostiklərin dünyanın yaradılışı ilə bağlı konsepsiyalarını rədd edirdi. O yazırdı ki, qnostiklərin dünyanın yaradılışı prosesinin təsəvvür edilməsi cəhdləri uğursuzluğa məhkumdur. Bunu sözlə ifadə etmək olmaz. Bu mövzu ilə bağlı, İrineus qnostiklərin alleqoriya və analogiyalara ifrat dərəcədə əl atmasını şiddətli tənqid edirdi.
Sonra İrineus qnostiklərin varlıq haqqında fikirlərini tənqidlərə məruz qoyub, rədd etmişdir. Belə ki, qnostik Valentinususa görə həqiqivarlıq Tanrını və onun emanasiyalarını (eonları) əhatə edən pleromadır. Maddi dünya isə, həqiqi varlıq deyil. Ona kenoma deyilir. Burada İrineusa görə ziddiyyət vardır. Çünki əgər pleroma əsl varlıqdırsa, o hər şeyi əhatə etməlidir. Deməli bu halda kenoma anlayışı üçün yer qalmır. Əksinə, kenoma pleromanı əhatə edirsə, onda, o əsl varlıqdır [1]. İrineus qnostiklərin Tanrını şərin mövcud olmasına görə, məsuliyyət daşımasından qurtarmaq (teodiseya) cəhdlərini də rədd edirdi. Məlum olduğu kimi, qnostiklərin təlimində Tanrı şəri yaratmamışdır, o eonların fəaliyyətinin nəticəsində dünyada mövcuddur; Tanrı isə yalnız xeyir işlərin yaradıcısıdır; O dünyanın işlərində iştirak etmir. İrineusa görə bu halda da ziddiyyət və məntiqsizlik yaranır. Məsələ bundadır ki, əgər kiçik eon (Demiurq) şər olan dünyanı Tanrının iradəsinə zidd olaraq yaradıbsa, onda deməli Tanrı qüdrətli deyil; əgər onun iradəsi və icazəsi ilə yaradıbsa, onda o şər Tanrısıdır. Lakin qnostik teodiseyasını rədd edən İrineus, bu məsələ haqqında öz mövqeyini açıqlamamışdır. Ümumiyyətlə şərin təbiəti və Tanrının onun mövcud olmasına görə məsuliyyət daşıyıb daşımaması məsələsi Xristianlığın ən çətin problemlərinin birinə çevrilmişdir və onu son olaraq heç kim həll edə bilməmişdi. |
|
Antik fəlsəfəni çox yaxşı bilən, İrineusun tələbəsi olan, III əsrdə yaşayan, Roma presviteri [5] olan Hippolitus də qnostiklərə qarşı çıxış etmişdi. «Philosophumena kata pason haireseon elenchus» (Bütün hereslərin təkzib edilməsi) adlı əsərində Hippolitus qnostisizmin mənbəyinin İlahi vəhy deyil, bütpərəst mifologiyasının olduğunu sübut etməyə çalışmışdır. Onun fikrincə, hətta qnostik təlimlərinin əsasını bütpərəst fəlsəfələrdən çox mövhumatlar təşkil edir. Ona görə də Hippolitus bu təlimlərin şübhəli olması və həqiqətə uyğun olmaması qənaətinə gəlir. Bütpərəst fəlsəfəsinin bütün müsbət cəhətləri isə qnostisizmə deyil, xristian kilsəsinin təliminə uyğundur. Sonda isə Hippolitus qnostiklərin xristianları na danlıqda ittiham etməsinin heç bir əsasının olmadığı qənaətinə gəlir. Bütün yuxarıda göstərilən fikirləri əsaslandırıb sübuta yetirmək üçün Hippolitus, əsərlərində müxtəlif fəlsəfi təlimlərin, mövhumatların və miflərin tarixi haqqında çox qiymətli məlumatlar verir. Bu məlumatlar bir çox hallarda müasir zamanda antik fəlsəfə tarixinə aid olan yeganə informasiya mənbəyidir. Hippolitus öz əsərində Plato fəlsəfəsinin bir çox müddəaları ilə razılaşır, lakin onun kosmoqoniyasını, ruhların köçməsi inancını, Tanrı ilə materiyanın əzəldən mövcud olması ideyasını rədd edir [6]. Hippolitusun qənaətinə görə, Plato fəlsəfəsi Xristianlığa daha yaxındır. Aristotelin fəlsəfəsində isə Xristianlığa yaxın olan müddəalar Plato fəlsəfəsi ilə müqayisədə bir qədər azdır.Bütpərəst filosofları Hippolitus üç hissəyə bölür: 1. Fizioloqlar (naturfilosoflar). Bu kateqoriyaya Sokratdan əvvəl yaşamış filosoflar aid edilir. 2. Etoloqlar (əxlaqçılar). Plato və Sokratla təmsil olunurlar. |
Hippolitus |
Hippolitusun dünyagörüşü sinkretik olmuşdur. Onun kosmoloji [10] baxışlarında stoisizm fəlsəfəsinin elementləri müşahidə edilir. Onun fikrincə, dünya heç nədən Tanrı tərəfindən yaradılıbsa da, o bir bədənə bənzəyir. Əvvəlcə 4 substansiya yaradılmışdır: yer, su, hava və od. Onlar əbədidir və məhvedilməzdir. Sonra isə onlardan dünyada hər bir şey yaranmışdır. O şeylər məhvə və ölümə məruz qalır. Substansiya nöqteyi-nəzərindən ən sadə məxluqlar – oddan yaranan mələklərdir. İnsan ruhu od və havadan ibarətdir, bədəni isə torpaq və sudan [11]. Hippolitus bu cür eklektik fikirləri, III əsrdə xristian ideoloqlarının bütpərəst fəlsəfəsinin müddəalarından istifadə etməsinin göstəricisidir.
[1] Irenaeus. Adversus haereses II, 1.
İnciliscə: http://www.ccel.org/fathers2/ANF-01/anf01-47.htm#TopOfPage
Ruıça: http://khazarzar.skeptik.net/books/irenaeus/ah/
[2] Irenaeus. Adversus haereses II, 19.
Rusca: http://khazarzar.skeptik.net/books/irenaeus/ah/
[3] Irenaeus. Adversus haereses IV, 38.
[4] Irenaeus. Adversus haereses IV, 33.
[5] Presviter (yunanca “presbyteros” ağsaqqal deməkdir) – ortodoks (pravoslav) və katolik kilsələrində keşiş vəzifəsini icra edən adam.
[6] Hippolytus. Philosophumena kata pason haireseon elenchus (Bütün hereslərin təkzib edilməsi) IV, 3. Bu kitab latın dilində «Refutatio omnium haeresium» adlanır. İngiliscə: http://www.ccel.org/fathers2/ANF-05/anf05-10.htm#P1395_390918
[7] Magiya (yunanca “mageia”) – insanın təbiət proseslərinə müdaxilə etməyin mümkünlüyü inancından irəli gələn sehrbazlıq, cadugərlıq, ovsunçuluq əməllərinə və bunlarla bağlı ayinlərə deyilir. Magiya ilə məşğul olanlar onu “ağ” və “qaraya” bölürlər. Ağ magiya tərəfdarları onun İlahi qüvvələr tərəfindən dəstəklənməsi və xeyrə yönəlməsini iddia edirlər. Qara magiya isə şeytanlar tərəfindən dəstəklənir və onunla məşğul olan adamlar şər işlər törədirlər. Monoteist dinlərində (o cümlədən Xristianlıqda) həm “ağ”, “həm də “qara” magiya ilə məşğul olmaq qadağandır və bu işlə məşğul olanlar böyük günahkar hesab olunurlar.
[8] Astrologiya (yunanca “astron” - ulduz, “loqos” isə - söz, anlayış, təlim deməkdir) – Kosmik cisimlərin (ulduzların, planetlərin) düzülüşünə görə insan taleyi haqqında qabaqcadan xəbər əldə etmənin mümkünlüyünü iddia edən və bu sahəni tədqiq edən elm. Monoteist dinlərində (o cümlədən Xristianlıqda) bu elm fala baxmanın bir növü kimi qiymətləndirilir. Bu dinlərdə astrologiya ilə məşğul olmaq qadağandır və bu işlə məşğul olanlar böyük günahkar hesab olunurlar. Müasir pozitiv dünyagörüşündə isə astrologiya elm sayılmır, mövhumatla bərabər tutulur.
[9] Nekromantiya (yunanca nekros – “ölü” deməkdir) – ölüm halına daxil olma,bu haldan çıxma, ölülərlə ünsiyyət bağlama praktikasıdır. Bu termini bütpərəstlərin tanrılarına qurban kəsilmiş heyvanların içalatı ilə fala baxmaq mənasında da işlədirlər
Hippolytus. Philosophumena kata pason haireseon elenchus X, 32. İngiliscə: http://www.ccel.org/fathers2/ANF-05/anf05-14.htm#P2309_744389
[10] Kosmologiya – qədim yunanların dünyanın quruluşu haqqında təsəvvürləri.
[11] Hippolytus. Philosophumena kata pason haireseon elenchus X, 32.