Origençilərə qarşı mübarizə
Monofizitlərə qarşı aparılan mübarizə ilə bərabər, Kilsə, eyni zamanda, Origenusun ardıcılları ilə də mübarizə aparırdılar.
Origençilər deyirdilər ki, insanlar, şeytanlar, mələklər və ümumiyyətli hamı Tanrı tərəfindən son nəticədə xilas olunacaqlar. Bundan başqa, onlar hesab edirdilər ki, hər bir insanın ruhu əvvəlcə yaradılmışdır və yalnız sonra Tanrı onları bədənlərə yerləşdirir. Deməli ruhlar insanların həyata gəlməsindən öncə yaradılmışdır. Origençilərin əsas ideoloqlarından biri Bizanslı Leontius[1] olmuşdur.
Origençilərin fikirləri 553-cü ildə imperator Yustinianos (Iustinianos) tərəfindən yığılan V Ümumdünya Kilsə Məclisi tərəfindən pislənmişdi. Bundan sonra origençilərə qarşı şiddətli təqiblər başlamışdı.
Bundan başqa, bu məclisdə Mopsuetsli Teodorusun Loqosun İsada yalnız mənəvi şəkildə olması fikri də rədd edilmişdi.
[1] Onun haqqında geniş məlumat üçün bax: Византийские Отцы V-VIII вв.: Из чтений в Православном богословском институте в Париже. - Париж, 1933. 260 с. (2-е издание (репринт) - Париж: УМСА-Press, 1990; 3-е издание (репринт) - М.: Паломник, 1992).