İddiaçı Aydın Əlizadənin cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “qərarın ləğv edilməsi və professor elmi adının alınması üçün vəsatətin icra edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair 2-1(112)-9880/2023 №-li məhkəmə işi (Bakı, 2023)

XÜLASƏ:

Ali Attestasiya Komissiyası (AAK) tərəfindən İddiaçının professor adını almaq üçün AMEA Fəlsəfə və Sosiologiya institutunun qaldırdığı Vəsatətinə imtina cavabının verilməsi səbəbilə 2023-cü ildə məhkəmə işi aparılmışdır. İddiaçının tələbi həmin imtinanın, Konstitusiyaya zidd olmasına görə, ləğv edilməsi idi.

Məhkəməyə ona görə müraciət edilmişdir ki:

1. AAK fundamental insan haqlarını kobud surətdə pozaraq "Elmi adlar verilməsi haqqında əsasnaməsinə" 2022-ci ilin sonunda edilən "elmi ad elmi dərəcə alınan elm sahəsi üzrə verilir..." düzəlişini mİddiaçının elmi işimə şamil etmişdir. Məsələ burasındadır ki,İddiaçı, fəlsəfə elmləri doktoru olaraq AMEA Fəlsəfə və Sosiologiya institutunun "Sosiologiya" şöbəsində 2018-ci ildən işləyir və bu sahədə elmi işlər, o cümlədən monoqrafiya yazıb. O zaman isə qanunvericilik bunu qadağan etməmişdir. Buna görə də elmi işlərimin nəticəsi olaraq Sosiologiya elm sahəsi üzrə professorluğa iddia edilib. AAK isə yeni qəbul edilən düzəlişi Aydın Əlizadənin işinə aid edib və bununla da Azərbaycan Respublikası Konstitusiyasını pozub. Çünki Konstitusiyaya görə yeni qanun vətəndaşa ziyan yetirərsə, onun geriyə qüvvəsi olmamalıdır.
2. Bundan başqa AAK, İddiaçı tərəfindən hazırlanmış mütəxəssisə elmi adın verilməsini gecikdirmiş, qanunla buna ayrılmış vaxta riayət etməmiş. Bu səbəbdən də İddiaçı Əsasnaməyə edilən düzəlişdən qabaq professorluq iddiasını qaldıra bilməmişdir. Buna görə də AAK, Konstitusiyayaya əsasən İddiaçıya ziyan yetirib və məsuliyyət daşımalıdır.

İş üzrə Bakı İnzibati məhkəməsində 23.06.2023 (hazırlıq) və 21.07.2023 il tarixlərində 2 toplantı keçirilib və nəticə olaraq İddiaçının iddiasının rədd edilməsi haqqında Qərar qəbul edilib. Lakin İddiaçı bu qərarla razılaşmamış və Qərara dair Məhkəməyə Apelyasiya Şikayəti təqdim etmişdir. Orada qeyd edilmişdir ki, Qərarda 8 tərkib üzrə 6 Normativ aktın 23 maddə, bənd və yarımbəndi pozulmuşdur, eləcə də Məhkəmə prosesi prosesual pozuntularla aparılmışdır. Buna görə İddiaçı həmin Qərarın tam olaraq ləğv edilməsi və yenisi ilə əvəz olunmasını xahiş etmişdir. Bununla da İşin 2-ci mərhələsi başlanmış, proses Bakı Apellyasiya Məhkəməsində davam etmişdir.

MƏHKƏMƏ PROSESİ ÜZRƏ SƏNƏDLƏR

Məhkəmə prosesi iki mərlələdə Bakı İnzibati Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsində aparıldığı üçün sənədlər və yazışmalar həmin məhkəmələr üzrə aşağıdakı linkdə yerləşdirilmişdir.

I. BAKI İNZİBATİ MƏHKƏMƏSİ;

II. BAKI APELLYASİYA MƏHKƏMƏSİ.