ziqquratlar e.ə. 6-cı əsrdə Babil çarları tərəfindən inşa edilmişdir. Əvvəl ziqquratlar bir terraslı, e.ə. III minillikdən başlayaraq isə çox terraslı şəkildə inşa edilirdi. Onlar müxtəlif rənglərlə boyanırdılar. Bir terrasdan başqasına pilləkanlar vasitəsi ilə qalxmaq olardı. Ziqquratlar gildən və kərpicdən inşa edilirdi. Bəzilərinin üzərində çoxlu pəncərələr, qapılar var idi. İlk ziqquratlar Mesopotamiyada sümerlər tərəfindən inşa edilmişdir. Onlar tanrılara ibadəti uca yerlərdə edirdilər, çünki Mesopotamiya köçməmişdən öncə, dağlıq ərazilərdə yaşamışlar və tanrılara təpəliklərin və dağların başında ibadət edirdilər. Sonra bu adət samilərə də keçmişdir. İranda və İraqda bəzi qədim ziqquratların xarabalıqları qalmaqdadır. Ziqquratlar haqqında Əhdi Ətiqdə (Yaradılış, 11: 1-9) də yazılmışdır. Orada olan rəvayatə görə, dünya tufanından öncə, insanlan bir dildə danışırdılar. Onlar Babilistanda yığışıb, göylərə qədər ucalan bir qüllə inşa etmək istəmiş və bu işə başlamışdırlar. Lakin Ulu Tanrı, bu planın qarşısını almaq üçün insanların dillərini qarışdırmışdır. Onlar bir birini başa düşmədilər və qüllə inşasını dayandırıb, yer üzərinə dağıldılar. Yaradılış kitabındaki qüllə Babilistan qülləsi adlanır. |
"***
Şümer-Akkad esxatoloji[7] təsəvvürləri də böyük maraq doğurur. Əsatirlərindən bilinir" ki, onlar yeraltı dünyanın mövcud olmasına inanırdılar. Şümerlər ona "Kur", akkadlar isə "Ersetu" deyirdilər. O dünyanın harada yerləşdiyi haqqında onların dəqiq təsəvvürləri yox idi. Əsatirlərdə "Kur"un sərdədində bir çay vardır. Oradan ölüləri bir gəmiçi keçirir.Orada ölənlərin ruhları iztirablar və əziyyətlər içində yaşayırlar. Lakin o dünyada nisbətən rahat yaşayanlar da vardır. Oradan qayıdış yoxdur. "İnannanın ölülər dünyasına enməsi" əsatirindən bilinir ki, "kur"da tanrılar da ola bilər (Dumuzi kimi). İstisna hallarda tanrılar oradan kimisə çıxara bilərdilər, lakin onun əvəzinə başqa adamlar (və ya tanrılar) "Kur"da qalmalı ıdılər. Bəzən isə, kimsə "kur"dan müvəqqəti çıxıb, yerdə hansısa işi görüb, sonra isə ora qayıda da bilərdi. Məsələn "Bilqameş, Enkidu və yeraltı dünya"[8] əsatirində Enkidunun kölgəsi oradan yerə gəlir, Bilqameşlə görüşür.
Eyni zamanda, "Enki və Ninhursaq"[9] əsatirindən bilinir ki, qədim Şümer və akkadlar gözəl bir ölkənin mövcud olmasına da inanırdılar. O təmiz, işıqlı, misli olmayan bir yerdir. Orada ölüm və xəstəliklər yoxdur; gözəl bağlar, meşələr, çəmənliklər, çaylar və bulaqlar vardır. Bu ölkənin adı "Dilmun"dur və orada əsasən tanrılar yaşayır. Bəlkə də qədim Şümerlər Bəhreyni, yaxud Fəylaknı, yaxud Ərəbistan yarımadasının qərb hissəsini Dilmun adlandırırdılar. Eyni zamanda onlar inanırdılar ki, həyat Dilmunda yaranıb. Sonra insanlar oradan çıxıb yer üzündə yaşamağa başladılar.
Qeyd edilməlidir ki, "Kur" və "Dilmun" anlayışlarına bənzər məkanlar Şümer-Akkad sivilizasiyasından cox əsr sonra meydana gələn yəhudi, sonra" isə xristian və müsəlman dünyagörüşlərində də vardır. Lakin yahudilərdə (Şümer və akkadlarda olduğu kimi) axirət dunyası haqqında təlimlər hələ bir o qədər də inkişaf etməmişdi və Əhdi Ətiqdə bu barədə qısa və ötəri cümlələrdən başqa bir şey yoxdur. Lakin daha sonra Əhdi Cədiddə, və xüsusən Quranda, axirət dünyasının təsviri daha dolğun və ətraflı cəhənnəm və cənnət anlayışlarında verilmişdir. Lakin, Şümer-akkad əsatirindən fərqli olaraq, orada cənnətdə tanrılar deyil, ilk insanlar yaşamışdır. Dilmunla cənnətin bənzər cəhətləri isə hər ikisində gözəl bağların olması, xəstəlik və ölümün olmamasıdır. Bundan başqa, məsələn müsəlman təfsirçilərin arasında Adəm və Həvvanın yerləşdiyi cənnətin heç də axirətdə olah cənnətin olmaması fərziyyəsi vardır. Hətta bəzi müsəlman təfsirçilər hesab edir ki, ilk cənnət göylərdə tox, yerdə yerləşirdi[10]. Yəni Adəm və Həvvanın yaşadığı məkan yerdə idi və oradan insanlar yer üzərinə yayıldılar. Bu da Dilmunun yerdə, hətta Ərəbistanda, və ya ona yaxın olan məkanda yerləşməsi inancı ilə üst-üstə düşür. Deməli cənnət haqqında təsəvvürlər hələ qədim Şümerlərdə olub.
Bundan başqa, yəhudi dünyagörüşündə, qədim Şümer, akkad, və yunanlarda[11] olduğu kimi, möminlərin axirətdəki yeri günahkarlarla eynidir. Onlar hamısı "Şeol" adlanan kölgələr məkanında yaşayır[12]. Məlum olur ki, yəhudilər də kölgələr dünyasının olduğuna inanırdılar və hətta istisna hallarda, Şümerlərdə olduğu kimi, oradan kiminsə müvəqqəti qayıdışını da mümkün hesab edirlər: "Rəbb insanı həm öldurur, həm dirildir. Olulər diyarına həm endirir, həm cıxarır" (1 Samuel 2:6).
Əhdi Ətiqin bəzi kitablarından məlum olur ki, onların müəllifləri günahkarların sorğu-suala çəkilməsi haqqında biliyə malik deyildilər: "Çünki heyvanın başına gələn insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey puçdur" (Vaiz, 3: 19). Başqa yerləri oxuduqda isə qərara gəlmək olur ki, Əhdi Ətiqin bəzi müəllifləri gələcək həyatən mövcudluğu haqqında heç bir şey bilmirdilər[13]. Beləliklə demək olar ki, yahudilərin axirət həyatı haqqında tam və qəti təsəvvürləri yox idi. Lakin, çox əsrlər keçəndən sonra, ölülərin dirilməsi və günahkarların sorğu-suala çəkilməsi inancı da yəhudilər arasında yayılmağa başladı: "Torpağın altında yatanların çoxu əbədi həyat, bə"zisi isə əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaq" (Daniel 12:2).
[1] Kosmoqoniya " kainatın yaranması haqqında elmdir.
[2] Teoqoniya - tanrıların yaranması haqqında dini əsatirlər sistemidir.
[3] Enkinin Nippura səyahəti əsatiri // Al-Fouadi A.-H.A. Enki"s Journey to Nippur: The Journeys of the Gods. Ann Arbor, 1969. P. 71.
[4] Yəhyanın müzdəsi 1: 1.
[5] Klein J. Shulgi G // Fs. Tadmor. Jerusalem, 1991. P. 302-303. (http://ud-gal-nun.narod.ru/translations/transl.html)
[6] İngiliscə "pastor", rusca """"""""".
[7] Esxatologiya - axirət hadisələri haqqında təsəvvürlərdir.
[8] http://lib.hsgm.ru/?page=art&id=3316
[9] http://hworld.by.ru/myth/sumer/enki.ninhursag.html
[10] İbn Kesir. Hadislerle Ku"ran-İ Kerim tefsiri. C. 2. İstanbul, "Çağrı yayınları", 1991, s. 302.
[11] Yunanların da "aid" adlanan axirət dunyasının, sümer-akkad "kur"u ilə bənzərliyi vardır.
[12] Zəbur, 87:5-13.
[13] Zəbur 103: 29.