2 мая 2013
Fərid Abdullah (F. A.): QƏSDƏN - ÜZÜRLÜ SƏBƏB OLMADAN qəzaya verməyin özü də günahdır. Özü də BÖYÜK günah!
Aydın Əlizadə (A. A.): Onda günah etməyən yoxdur. Elə şey ola bilməz ki, illər boyu hamı namaza dursun. Mən Həccdə olanda gözümlə görürdüm ki, orada zəvvarlar çox vaxt namaza durmurdular, ya da başqaları görsün deyə dururlar. Həcc qurtarandan sonra elə başqa namazları da görkəm üçün qılırdılar. İndi bu həccdə belədirsə, adi həyatda bu deməli yox dərəcəsindədir.
Bir sual: əgər ruhi durum namaza çağırmırsa, zorla namaz qılmaq gərəkdir? Bu sübh namazı da ən yaxşı misaldır. Yuxudan güclə durandan sonra, namazda yuxudan başqa nədənsə düşünmək olarmı?
F. A.: Yox dərəcəsindədirsə, demək ki, böyük bir kütlə də günah əməl edirlər. Ciddiyə almırlar. Halbuki Quran "Vay o namazqılanların halına ki, onlar namaz barədə səhlənkarlıq edirlər" - deyir. Bizə məncə zəruri olan budur, nəinki Həccdə olanlar. Ruhi qüvvənin az olması isə başqa şeylərdən asılıdır. Bu həyatda hər şey bir-birindən asılıdır. Ən əsası da YEMƏK və QAZANCdır.
A. A.: Razıyam Fərid bəy. Ancaq bu kimi şeylərin kütləvi halda olması düşüncələrə gətirib çıxardır ki, dinin buyuruqlarını yerinə yetirmək böyük problemdir. Sözdə və başqaları görsün deyə edənlər çoxdur. Ancaq təklikdə yayınmalar baş verir. Deməli səmimiyyət aşağı dərəcədə, ya da heç yoxdur. Bu da bir-iki yox, kütləvidir. Maraqlısı da budur ki, çoxluq bunu etiraf etmir. İkili həyat sürürlər. Yəni düz məni başa düşün. Mən bütün bunları görə-görə bu fikirlərə gəlmişəm. Bu səbəbdən də mən dində olan vacib ibadətlərdən yayınmışam. Mən etiraf edirəm ki, bir neçə il namaz qılıb oruc tutmağı mən mexaniki edirdim. Ürəyimdə ruh olmamışdır. Belə isə mənim namazım məgər Allaha lazımdır? Ancaq vacib namazlardan başqa duaları səmimi olaraq indi də edirəm. Bundan başqa, hesab edirəm ki bu qısa yalvarışlar daha məqsədəuyğundur, çünki onları səmimi edirəm.
O ki qaldı günaha, bəli günahkaram. Ancaq tək mən deyiləm ki. Heç olmasa mən bunu etiraf edirəm. Başqa tərəfdən, lap elə mən hamıdan fərqlənib namazlarımı hər zaman qılım vaxtında. Nə qazanacağam? Məgər Allah o boyda cənnəti mənim üçün və 5-10 nəfər mənim kimilər üçün yaradıb? Deməli burada başqa məntiqlər var.
Dilman Shahmerdanlı (D. Ş.): Aydın bəy, sizin bu şərhinizə bir məqalə əks cavab yazmaq olar. Məntiqi və dini zəifliklə boldur.
A. A.: Çox sağolun Dilman bəy. Təbii, siz ilahiyyatçı kimi başqa tövsiyyə verə bilməzsiniz. Bu sadəcə sizin işinizdir. Mən isə laik adamam. Buna görə də dinə öz baxışlarım var. Bunlar ənənəvi dinlə üst-üstə duşə ya da düşməyə bilər.
Bir də bilmirəm, bəlkə burada mənim ənənə ilə üst-üstə düşməyən fikirlərimi açıqlamaq sizin üçün xoşagəlməzdirsə üzr istəyirəm, eləmərəm. Mən sadəcə fikir mübadiləsi edirəm, Heç kimi hansısa inanca dəvət etmirəm. Bu mənim işim də deyil. Bunlar yalnız mənim bildiklərim və duyduqlarımdır. Bunlarla, söhbət düşəndə, bəzən bölüşürəm, qarşı tərəfin azılığı olarsa. Olmazsa, deməli etmirəm.
D. Ş.: Aydin Alizadeh, fikir bölüşmək əsla problem deyil. Sadəcə mövzu din olduğu üçün bunu deyirəm ki, dinə şəxsi münasibət olmur. din haqda fikir yürütmək üçün hökmən o dini öyrənmək lazımdır. Bunun da bizim üçün ən münasib yolu elə bu zəmində yazılmış kitabları oxumaqdır. buna görə də mən sizə konkret müəllif təklif etdim. Hansı ki, sizin İslamla bağlı baxışlarınızı çox dəyişə bilər. Doğrudan da, Mütəhhərinin qələmi bənzərsizdir. Çox istərdim ki, onun heç olmasa sizə göstərdiyim əvvəlinci bir-iki kitabını, ya da eləcə birincini oxuyasınız.
Bilirsiniz, mən istəmirəm ki, siz din haqqında səhv fikirlərinizdə qalasınız. Sonra gec ola bilər. Allah da sizdən qiyamət günü soruşacaq ki, nə üçün axtarmadın, nə üçün öyrənmədin?
A. A.: Yanlışlıq-doğruluq - bunlar nisbi anlayışlardır. Kimin üçün yanlış görsənən sey başqası üçün doğru olar və əksinə. Dini mətnlərinin göstərişlərini də insan yozmaları ilə həyata tətbiq edirlər. İnsan faktoru varda kateqoyiyaların nisbiliyi ortalığa çıxır. Qiyamət günü isə kimin necə Allah qarşısına çıxmasını heç kəs bilə bilməz. Bəlkə də sizə yanlışlıq kimi görsənən Allah tərəfindən doğru kimi dəyərləndiriləcək. Həisə, daha sizi bu kimi düşüncələrimlə narahat etməyəcəyəm.