Elvüsal Məmmədov (E. M.): Bizim ciddi vətənpərvər tarixçilərə ehtiyacımız vardır...
Aydın Əlizadə (A. Ə.): Elvüsal bəy, hər hansı bir
ciddi bilik ideoloji təməllər üzərində qurulmaz. Əgər nədəsə ideoloji,
simpatiya, inanc ya da istək varsa, orada doğruluq olmaz. Çünki araşdırmaçı öncə
öz subyektiv duyğusunu ortalığa qoyur, sonra isə elmi ona
uyğunlaşdırır. Mən anlayıram tarixçi anlayışını, ancaq "vətənpərvər
tarixçi" nədir? Bu artıq tarixçi deyil, partiya işçisidir.
E. M.: Sözlər üzərində fəlsəfə qurmayaq, konkret
problematikadan çıxış edək..
A. Ə.: Hər şey də bunun kimi, bir araşdırmaçı öncə
inandığını ortalığa qoyursa, sonra ona uyğun hər bir faktı yozub,
sərfetməyənlərə isə göz yumursa, o nəyə gərəkdir?
E. M.: Vətənpərvərlik ideologiya deyildir, bu,
insanın öləsi qarşısındakı məsuliyyət hissidir. Bu məsuliyyəti hiss edənlər,
təbii ki, öz ölkəsinə də töhfələrini verəcəklər. Vicdan, namus, xeyirxahlıq,
cavabdehlik, peçmançılıq - bütün bunlar fitri anlayışlardır, ideologiya və ya
sonradan təlqin edilən məfhumlar deyildir. Hər şeydə ideologiya axtarmaq doğru
deyildir.
A. Ə.: Duyğu ilə obyektiv elm daban dabana zidd
olan şeylərdir.
Ilahə Nağıyeva: Tarixcinin vetenperver olmasi
cox onemlidir.Vetenin tarixini tekce seneti oldugu ucun mecburi deyil,sevgiyle
ve hevesle oyrener.
A. Ə.: Xanım, bir şeyə sevgi ilə yanaşanda
vətənpərvər olarsan, ancaq tarixçi ya da riyaziyyatçı olmazsan.
E. M.: Vətənpərvərlik və obyektivlik bir-birinə zidd
anlayışlar deyildir. Şovinizmlə vətənpərvərliyi qarışdırmayın, Aydın müəllim.
A. Ə.: Yaxşı, indi bu "vətənpərvər
tarixçi" ya da başqa elm adamı bu "vətənpərvərliyə" qarşı duran
elmi faktlarla üz-üzə gələrsə nə etməlidir? Gizlətməlidir?
E. M.: Sizin dediyiniz emprik elmin də təməlini atanlar
məsələyə ideoloji yanaşanlardır...
A. Ə.: Elvüsal bəy, bu emririk və s. damğaları
vurmadan nə xoşunuz gəlir. Normal olan diskussiyadan qaçaraq opponentə damqa
vurursunuz, elmi müzakirə əvəzi. Bax bu da "vətənpərvərlik".
E. M.: Mən də deyim ki. vallah, Aydın bəy, siz də
yaman bu duyğu işlərinə emprik-materialist zehniyyətlə yanaşırsınız, sizin də
bundan necə xoşunuz gəlir... heç hənanın yeridir.
A. Ə.: Bilmirəm siz necə, mənə araşdırma zamanı
"vətənpərvərliyə" ya da bunun kimi subyektiv duyğulara zidd olan elmi
fakt rast gələrsə, onu mütləq açıqlayacağam. Başqa cür olsa bəlkə də
"vətənpərvərlik" olar. Ancaq elmdə saxtakarlıq! İdeoloji müstəvidə,
düşmənlə savaşda və s. bu olmalı. Ancaq obyektiv elm üçün belə şeylər
olmamalıdır.