3 dekabr 2011
Aqşin Siltanov (A. S.): Türk törəsi ilə yox, ərəb geydirməçiliyi ilə yaşayan VƏTƏN XAİNİDİR! Aydın Əlizadə (A. A.): Öncə müsəlmanlar türklərə çox zorluqlar etmişdirlər. Bu belədir, ərəb tarixi kitablarında vardır. Ancaq, bu kimi yanaşma birtərəflidir. Axı sonra türklər İslamı qəbul etmiş və müsəlmanların bir nömrəli millətinə çevirilmişdirlər. Hətta Abbasi xəlifələrini belə türklər idarə edirdilər. Yüzilliklər boyu çoxlu müsəlman imperiyaları yaratmışdırlar. Bu da var axı. Ona görə bu klip obyektiv deyil. A. S.: Niyə obyektiv deyil, Aydın müəllim? Bu klip ancaq türklərin necə islamlaşmasından bəhs edir. Siz də bunun doğru olduğunu qəbul edirsiz. Sonrası haqda deyil bu rolik. Mən sizə keçən dəfə də dedim, türklər islama qədər də çox sayda böyük və kiçik dövlətlər, imperiyalar yaratmışdılar. İslam olmasaydı, yenə də yaradacaqdılar. İslamsız, öz Tenqri və törələri ilə daha çox və daha möhtəşəm dövlətlər yaradacaqlardı. İslam türkləri güclü yox, zəif edib. Hər bir ulus öz törəsi/ruhu ilə yaşayanda güclü olur. Bu klipin obyektivliyini qəbul etmirsiz, amma islamı təbliğ edən absurd, yalanla dolu kliplər, kitablar haqda heçnə demirsiz. Mən sizdən bu ədalətsizliyi gözləmirəm. |
A. A.: Bilirsiniz, Aqşin bəy, eramızın 8-ci yüzilliyində və daha öncə bütün xalqların savaşları qırğınlarla müşaiət edilirdi. Siz çin tarixini oxusanız, türklərin də zorakılıqlarına rast gələcəksiniz. O zaman güclü olan qırğınlar törədir, qadınları zorlayırdı, adamları qarət edirdi. Ərəblər bəlkədə ən humanist davranan olmuşdurlar, çünki artır müsəlman olmuşdurlar. Yəni nisbətən yumşaq olmuşdurlar, tam yox. Çünki əski çağlarda tam yumşaqlıq mümkün deyildi.
Yəni türklərin bu günə düşməsi təbii idi. Daha güclü sivilizasiya onları yenmişdir. Ancaq sonra, İslam sivilizasiyası hamı üçün açıq olduğundan, türklər özləri ona yiyələndilər və artıq onların özləri haqqında zorakı millət kimi yazırdılar. Siz ortaçağ Avropa mənbələrinə baxın. ))) Dünya belədir, nə etməli?
A. S.: Bu artıq ayrı mübahisənin mövzusudur. Təbii, türklər də işğal edib özlərindən zəifləri, hətta bir birilərini.. Amma ərəblər müsəlmanlaşandan sonra daha humanist olmamışlar. Bununla razılaşa bilmərəm. Politeistlik daha demokratik düşüncə tərzi olduğundan politeistlər daha humanist olub (zamanəsinə görə). İslama qədər ərəb coğrafiyasında çox sayda fərqli mədəniyyətlər və dinlər olub. Türklər də qeyri-türkləri işğal edəndə heç vaxt zorla öz mədəniyyətlərini yeritməyiblər. Və ərəb müsəlmanlarının etdiyi vəhşiliklərin heç 5 faizini etməyiblər. ETMƏYİBLƏR! Lap elə tutalım ki, islam doğurdan da adamı adam eliyən, humanist eliyən dindir (halbuki 1400 ildə islam heç kimi adam, humanist adam etməyib, bunu anlamaq üçün müsəlman ölkələrinə baxmaq kifayətdir). Türkləri işğal edən ərəblər vəhşi olub. Bunu bütün tarixçilər bilir və təsdiq edər. Amma siz deyirsiz ki, türkləri "daha güclü sivilizasiya" işğal edib. Bu qədər də yox daa! O coğrafiya da cəmi iki sivilizasiya olub ərəblər işğala başlayanda - Bizans və Türk-Pers imperiyaları... Ərəblərin heç dövləti, dövlətçiliyi olmayıb. Uzağı bir neçə qəbilə birləşməsindən ibarət Persiyaya və Bizansa vassallıq edən kiçik qurumlar olub. Vəhşi ərəb sürülərinin iki imperiyanın torpaqlarının işğal edilməsinin çox səbəbləri var. Bolşakov bunları yaxşı analiz edir. ondan oxuya bilərsiz.
A. A.: Aqşın bəy, axı ərəblər 8 yüzillikdə Bizansla İranı yenəndən sonra özü onların yerini tutub möhtəşəm sivilizasiya oldular. Bu axı faktdır. Özüdə o zaman bu sivilizasiya çox irəliləyən və proqressiv olmuşdur. Bunu Avropa bilginləri belə etiraf edir. İslam dünyasının bu günü göstərici deyil. O zaman başqa cür olub. O ki qaldı politeistlərin daha humanist olmasına, əlbəttə bəzən belə də olurdu. Ancaq İslamdan öncə olmamış bir ösəllik vardır, bu da savaş kodeksi. Yəni savaşda qanunlar işləmişdir. Bu da əski dünya üçün bir yenilik olmuşdur.
A. S.: Xeyir, Aydın bəy, savaş kodeksi islamaqədərki ərəblərdə də olub. Türklərin də öz savaş kodeksləri olub. Elə törə dediyiiz qaydalar-adətlər toplusu elə kodeksdir. Keçən dəfə də dedim, islam ağ vərəqdən yaranmayıb, pütpərəst ərəblərin min illiklərlə yığdığı törələrin üzərində qurulub. Elə Məhəmmədin Məkkəlilər üzərində qalib gəlməsinin ən başlıca səbəbi bu idi ki, ərəblər öz törələrini pozmurdular (savaş kodeksi daxil), amma Məhəmməd özünə lazım olanda hər şeyi pozurdu. 2-si, ərəblərin keçmiş Bizans və İran ərazilərində İslam imperiyası yaratması ayrı söhbətdir. Mən sizin "ərəblər daha güclü sivilizasiya idi" fikrinizə münasibət bildirdim. Ərəb imperiyasında hansı sivilizasiya olub - bu ayrı mövzudur. Fakt odur ki, ərəblər o coğrafiyanın ən geridə qalmış tayfaları olub. ƏN!
A. A.: Aqşin bəy, belə bir sorum var sizə. Siz İslamı suçlayırsınız türklərin problemlərində. Ancaq bir deyin, hansı müsəlman olmayan türk toplimu üğür əldə etmişdi? Odur - çuvaşlar, tuvalılar, yakutlar göz önündədirlər. Onlar hara, müsəlman Osmanlılar, Moğollar, ya da Qacarlar hara!
A. S.: Hunlar, Göytürklər.. Saklar, avarlar.. Avropanın aşa. Avropanın aşağı yuxarı bütün dövlətlərini türk ailələrinin nümayəndələri qurub. Moğollar uğur qazananda Tenqriyə inanırdılar. Osmanlılar islamsız da dövlət quracaqlardılar mən buna inanıram. İkincisi, mən sizə keçən dəfə də dedim, islam tarixin ekstensiv dövründə kiməsə uğur gətirdiyi kimi görsənə bilər... Bəlkə bu günümüzə gələk, baxaq... İslamla adam olunursa, niyə bu ərəb öz islamı ilə 1400 ildə adam olmayıb?