Mənəhiyyatın ödənməsi və devrimlər haqqında  

18 noyabr 2011  

Zaur Əliyev Qarabaği (Z. Ə. Q.): Bu ilin fevralında ərəb ölkələrində etirazlar qızışanda Küveyt əmiri ölkənin hər bir vətəndaşına büdcədən 10 min dollar ayrılması haqda qərar verib. Küveyt ən varlı və əhalisi rifah içərisində yaşayan ölkələrdən biridir. Ölkədə işləyən vətəndaşların 80 faizi dövlət strukturlarında çalışır, onların aylıq maaşı 4-5 min dollardan az deyil. Buna baxmayaraq, əmir maaşların iki dəfə artırılması haqda fərman verib. Həmçinin ölkə başçısı əhaliyə 14 ay ərzində pulsuz ərzaq paylanmasını tapşırıb. Buna baxmayaraq, Küveytdə də islahatlar tələbi ilə etirazlar baş qaldırır. lidirler ey bunlar!!!  

Aydın Əlizadə (A. A.): Zaur bəy, insanın varlığını yalnız maddiyat təşkil etmir. Yalnız qarnını, ailəsinin qarınını, bir də yuvasını düşünən kəs heyvandan nə ilə fərqlənir? İnsanın mənəvi aləmi, iç tələbatları var. Bu iki qol yan-yana qetməlidir. Biri az olanda düşüncəli insanda yetərsizlik kompleksi başlanır. Nəyə lazımdır o qızıl qəfəs ki, orada tox heyvanlar saxlanılır?  

Z. Ə. Q.: İraq, Liviya azadlığı nə verdi? Daha da qəfəsdə yaşayanlar qəfəsdən çöldə bir-birlərini yeməyə başladılar.  

A. A.: Elədir. Ancaq bilinmir hələ. Sizi inandırım ki, siz 18 yüzillikdə Fransa devrimini haqqında da belə deyərdiniz. Ancaq 50-60 ildən sonra Avropa çox irəliləri. İndi belə ola bilər. Tarixin öz qanunları vardır. Hər halda Zaur bəy, mən insanın heyvan olmadığını sanıram. Yeri gələndə ac da qalaram, təki ruhum sevinsin.

İnsana azadlıqlar gərəkdir, hüquqlarının qorunması gərəkdir, yüksən öyrətim, mədəniyyət, səs hüququ və s. tələbatlar vardır. Yoxsa ərəb şexləri və onlar kimi başqa rejimlər öz insanlarını elə heyvan sanırlar. Deyirlər nə istəyirsiniz, yeyib-içməyinizi veririk də.... Ancaq mən deyirəm ki, mənə sizin kölə kimi pay verdiyiniz gərək deyil. Mənə özgürlük verin, mən hər şeyi özüm qazanım, sizim əlinizdən yeməyim ki, sabah onu başıma vurasınız.  

Z. Ə. Q.: Aydin muəllim, azadliğı o xalqa vermək gərəkdir ki, onun tarixi ve mentalığı ondan sui istifadə etməyə imkan verməsin. Azadlıq olmalıdır, ancaq onun çərçivəsi olmalıdır. Liviya azadlığı meyidi pulnan şekli çəkdirməyə gətirib çixardırsa...  

A. A.: Kim o çərçivəni qoyacaq? Hansısa zümlə və "hörmətli kişilər"? Yoxsa qanun? Bax budur soru! Qanundursa, şübhə yox. Ancaq "hörmətli" kişi yeni diktaturadır, başqa adla.  

Z. Ə. Q.: QANUN, ancaq QANUN! QANUN elə yazılmalıdır ki, insan onu pozmaq üçün deyil, əməl etmək üçün yaşasın.  

A. A.: Zaur bəy, Robespyer zamanında siz qilotinaları Parisin mərkəzində görsəydiniz, dəhşətə gələrdiniz. İndi o liviyalı şəril çəkdirir, o zaman isə minlərlə insanın başlarını başkəntin mərkəzində kəsirdilər. Sonu isə Avropanın bu günü oldu. Ona görə tələsməyin. Devrimlərin öz qanunları var.  

Z. Ə. Q.: Avropa mədəniqqəti başqa, Şərq başqa. Mən Şərqdə inkvizisiya tərəfdarıyam.  

A. A.: İnkvizisiya elə indiki durumdur. Bu 21 yüzillikdə gördüyünüz sonluğa gətirir. İnformasiya toplumunda əslində bütün dəyərlər ortalıqdan çıxır. Bu günün öz tələbi var.