Aydın Əlizadə

Filosofun alimlə söhbəti

Alim (A.): Hal-hazırda fəlsəfə heç kəsə lazım deyildir. Keçmişdə dünyada və insan cəmiyyətində baş verən müxtəlif hadisələri izah etmək üçün bəzi adamlar düşüncələrə qapılıb, öz məntiqi mülahizələri ilə bunlar haqqında hansısa nəticələrə gəlmək istəmişdirlər. Lakin bu gün o üsullara ehtiyac qalmamışdır. Dəqiq elmlər varsa, mücərrəd mülahizələr və varlıq haqqında düşüncələr kimə lazımdır? Elm faktlar üzərində qurulur və bu ciddi yanaşmadır. Elmi faktlara istinad etmədən, yalnız düşüncə ilə nəyisə izah etmək, bizim dövrdə ciddi şey deyildir.

Filosof (F): Məsələ burasındadır ki, hal-hazırda müasir fəlsəfə ahtik dövrlərdəki halda qalmamış, zamana uyğun olaraq irəliləmişdir. Mövcud olan fəlsəfi dəlillər həmdə elmin nailiyyətlərinə əsaslanır. Ymumiyyətlə, elmlə fəlsəfənin belə kəskin şəkildə bir-birinə qarşı qoyulması doğru yanaşma deyil. Elm dünya haqqında obyektiv, sistemli şəkildə təşkil edilmiş və əsaslandırılmış biliklərin yaradılmasına yönəlmiş idrak fəaliyyətinin xüsusi növüdür. Fəlsəfə isə insanın dünyadakı yeri və varlığın fundamental prinsipləri haqqında sistemli bilgi yaradan ictimai şüurun formasıdır.
Göründüyü kimi, hər ikisi varlığın, insanın, dünyanın dərk edilməsinə yönəlir. Fərqləri yalnız ondan ibarətdir ki, elm faktlara, fərziyyələrə və nəzəriyyələrə müraciət edir; fəlsəfənin məqsədi isə hər bir görünən və görünməyən, duyulan və duyulmayan şeyin və anlayışın başlanqıc və əsaslarını, qanunlarını və məqsədlərini, nizamını və əlaqələrini düşüncə yolu ilə tədqiq eyməkdir.
Bundan başqa, fəlsəfə insan ruhunun mənəvi məqamlarına müraciət edir, hər bir adama müxtəlif problemlərin dərk edilməsində və onların həll olunmasında yardım edir. Axı tətbiqi elmlər həyat problemlərinin həll edilməsində yardımçı olmur, əbədi olan həyat və ölümlə bağlı suallara cavab vermir, bizə əxlaq və xassiyəti vermir. Məgər elm insan ruhunun ehtiyaclarını ödəyib, cəmiyyətin və fərdin daxili aləmini, davranışını, psixologiyasını izah edər? Daha sonra məhz fəlsəfə və ümumiyyətlə düşüncə prosesi pozitiv elmlərin nəticələrini ümumiləşdirir, onları məntiqi nəticə sırasına düzərək, onların arasında bağlılıq yaradır və insanda dünyagörüşü formalaşdırır.
Bu o deməkdir ki, məsələn, tarix, fizika, kimya, riyaziyyat sahələrində hansısa ixtiralar edilibsə, bundan sonra onlarla tanış olan insan bütün bunları öz düşüncəsində ümümiləşdirir, onların arasında məntiqi bağlılıq yaradaraq özü üçün dünyagörüşü yaradır. Bu proses olmasa bütün elmlər pərakəndə vəziyyətdə olub insana heç bir xeyir gətirə bilməzdirlər. Elm adamları unutmamalıdırlar ki, insan ikl növbədə mənəvi varlıqdır, robot yaxud maşın deyildir. Son nəticədə hər şeyin ölçüsü insan ruhudur.

A.: məsələ burasındadır ki, elm mücərrəd və metafizik deyil, yalmız konkret anlayışlara müraciət edir. Adamlara konkretlik lazımdır, sizin ifadə etdiyiniz mücərrədlik yox. Baxın, siz dediniz “ruh”, “mənəviyyat”. Lakin bunları mənə göstərə bilərsiniz? Məhz bu amil elmi həm fəlsəfədən, həmdə dindən fərqləndirir.

F.: Bəli, əlbəttə mən sizə “ruhu”, “mənəviyyati” bir cism şəklində göstərə bilmərəm, amma düşüncə vasitəsilə onların var olmasını sübuta yetirmək olar. Məsələn, yaddaş, sevgi, nifrət, qorxu və başqa keyfiyyətlər yalnız kimyavi, fiziki və bioloji proseslərlə izah olunmur. Əlbəttə siz mənə qan dövriyəsini, beyin hüceyrələrin lazımi maddələrlə qidalanmasını göstərə bilsəniz də, bütün bunlar o hisslərin nədən və necə yaranmasını izah etməyəcək. Axı, məsələn, dünənki olaylar haqqında xatirələr yalnız qanın beyində hansısa hüceyrəni qidalanması ilə izah edilmir. Deməli bu hisslər insanın mənəvi aləminin məhsuludur. Bədənə olduğu kimi, mənəviyyatı da qidalandırmaq lazımdır və bu qida fəlsəfə və dindir.

 

A.: Bu barədə elmi fərziyyələr və nəzəriyyələr vardır. Buna görə sizin fəlsəfənizə və dinə ehtiyac yoxdur.

F.: Əlbətdə vardır, lakin bunlar faktlar deyil, dediyiniz kimi, fərziyyələr və nəzəriyyələrdir. Deməli konkret kateqoriyalar deyillər. Deməli elmdə insanın mənəviyyatının haradan yaranması və mövcud olmasına dair heç bir konkret faktlar yoxdur.

A.: Vaxt gələcək, bu faktlar əldə olunacaq. Axı keçmiş zamanlarda da filosofların subyektiv düşünlələrindən çoxusuna heç kəs cavab tapa bilmirdi. Lakin elmlər inkişaf etdikcə cox şeylərin sirri açıldı. Siz deyən problemlərin də sirrləri gələcəkdə mütləq açılacaq.
 
F.: Burada qeyd edilməlidir ki, bəzi hallarda elm qədim filosofların fikirlərini təsdiqləmişdir. Məsələn, hələ qədim Yunan filosoflarının bir qismi (Levkip və Demokrit) materiyanın atomlardan ibarət olduğunu iddia edirdilər, başqaları isə (Anaksimandros) canlı orqanizmlərin təkamül nəticəsində bir birindən yaranmasını iddia etmişdirlər. Nəzərinizə çatdırıram ki, o dövrlərdə hələ teleskoplar, mikroskoplar və başqa cihazlar olmamışdır və o mütəfəkkirlər təcrübə yolu ilə bu iddiaları sübuta yetirə bilməmişdirlər. Lakin inkişafda olan elm gələcəkdə bu fikirləri təsdiq etdi
Mənim də verdiyim suallara elm gələcəkdə cavab tapa bilər. Mən bunu inkar etmirəm. Lakin nəticə müsbət də ola bilər. Yəni elm ruhun olmasını təcrübə yolu ilə təsdiq edə bilər. Hətta demək olar ki, elm artıq psixologiya elminin yaranmasından sonra mənəvi aləmin, ruhun mövcudluğunu təsdiq etmişdir. Cünki psixologiyanın tətbiq sahəsi və predmeti təcrübə yolu ilə (verification) təsdiqlənmir, ölçülmür və yoxlanılmır. Bu elm də insan psixologiyası tətdqiq edilir, bu isə pozitiv elmlərdə olduğu kimi təcrübi yollarla göstərilə bilməz.

A.: Nə olsun? Fərqi nə - ruh var ya yox? Hər-halda hər bir insan öləcək Əgər fərz etsək ki, onda ruha bənzər nəsə var bu hələ onun ölməzliyinə dəlalət etmir. Buna görə məqsəd insan üçün bu dünyada rahat həyatın təmin edilməsundədir. Bunu isə ona elm verir. Fəlsəfə isə adama heç bir şey vermir. O bizi yalnız ümumi, mücərrəd, qeyri-konkret, subyektiv və mübahisəli düşüncələrə çağırır. Alimlər praktiki işlər görür, tərəqqini təmin edirlər. Fəlsəfə isə yalnız yorucu metafizika, lazımsız nəsihətlər və subyektiv düşüncələır yaradır. Din də onun kimi. 

F.: Bəli, insanın bədəni ölümə məhkumdur. Lakin məsələ burasındadır ki,  elm bu günə kimi ruhun mövcudluğunu faktlarla inkar edə bilməyib (fərziyyələr hesaba alınmır). Buna görə də, bədəndən fərqli olaraq, ruh ölməz ola bilər, bunu inkar etmək olmaz. Bu halda isə, insanın zəngin mənəviyyatı onunla abədi olaraq qalacaq. Maddiyat isə bədənlə birlikdə yoxluğa məhkumdur. Əgər insan mənəvi cəhətdən zəngin olubsa, bu sərvət ona sonsuz xeyir verəcək. Mənəviyyatını inkiçaf etdirməyən, yalnız maddiyatını təmin edənlər isə nəticəsiz qalacaq, mənasız və qısa dünya həyatını yaşayacaqlar. Bir şey tam aydındır: maddi sərvətlərin yığılmasının mənası yoxdur. Onlar isə dağılacaq, ölümə məhkum olan insan isə onları özü ilə məzarına aparmayacaq.

A.: Dedikləriniz metafizika sahəsindəndir, elmi söhbətə aid deyil. Mən bu cür mücərrəd fərziyyələri şərh etməyəcəyəm.

F.: Necə istəyirsiniz.

A.: XX-XXI əsrlərdə fəlsəfənin sona yetməsini etiraf edəsiniz. O artıq yeni heç bir şey vermək iqtidarında deyil. Hər şey artıq deyilib, düşünülüb. İndi ancaq öncədən mövcud olan nəzəriyyələri və fəlsəfənin tarixi fənnini öyrənmək olar. Fəlsəfə artıq ölüb, yalnız tarixi qalıb. Həmdə onun müstəqil varlığına son qoyulub. Hal-hazırda yalnız müəyyən ideologiyalara xidmət edən fəlsəfi mülahizələr üzərində qurulan kommunuzm, din kimi təlimlər vardır

Ф.: Sizin sözlərinizdə müəyyən qədər həqiqət vardır. Doğrudan da, bizin zamanımızda fəlsəfə bizə keçmişdə insanlara verdiyini verə bilməz, çünki öncə onun vasitəsi ilə hır şeyi izah edirdilər, indi isə elmlər vardır. Lakin bu elmlərin özlərini və onlardan irəli gələn nəticələr dərk edilib, dünyagörüşündə öz yerini tutmalıdırlar. Bu barədə mən artıq kifayət qədər danışmışdım.
 İdeologiyaya gəldikdə demək lazımdır ki, fəlsəfə dünyagörüşüdür. Buna görə də hər bir ideologiya (o cümlədən din) onun üsullarından istifadə edə bilər. Hal hazırda qlobalistlər və demokratlar da öz nəzəriyyələrini izah etmək üçün fəlsəfi üsullardan istifadə edir. Hətta fəlsəfəni inkar edən post pozotovostlər də bunu edir.
Eyni zamanda fəlsəfi fənlər müstəqil şəkildə, heç bir ideologiyaya xidmət etmədən, mövcuddurlar. Sosiologiya, aksiologiya, idrak nəzəriyyəsi, fəlsəfə tarixi və s. fəlsəfi elmlər buna dəlalət edir. Hətta elmin də fəlsəfəsi vardır.
Fəlsəfənin “ölüb” deyəndə unutmayın ki, bunu XXI əsrin elmləri haqqında da demək olar. Yəni elmlər də hal-hazırda ölü vəziyyətindədir.

A.: Siz nə danışırsınız? Təbii elmlər daim inkişaf edir və gələcək elmindir.
 
Ф.: Əlbəttə elmlər bu gön “ölü” vəziyyətdədir. Bütün əsas ixtiralar edilib, elmi nəzəriyyələr qurulub və dəyişilməz vəziyyətdədirlər. Artıq bu nəzəriyyələr ehkam şəklini alıb. Siz dini xadimləri və filosofları metafizika və ehkmçılıqda ittiham edirsiniz, amma əslində müasir elmdə də ehkamçılıq meylləri vardır. Məgər elmin bu günkü vəziyyəti XIX əsrin sonu -  XX əsrin əvvəllərində olduğu kimidir? O zaman böyük ixtiralar əldə edilmişdir. İndi isə elmdə durğunluq hökm sürür. Gələcəkdə isə uçurum və geriləmə olar. Tədrisin səviyyəsi və keyfiyyəti hətta inkişaf etmiş ölkələrdə enir, təkcə inkişafda olanlarda yox.
Fəssəfə və din isə bu dünya nə qədər varsa, həmişə olub və olacaq. Məsələ burasındadır ki, insan, nə qədər inkişaf etsə belə, zəyifdir və ölümə məhkumdur. O heç vaxt öz varlığının əsas suallarına cavab verə bilməyib, dünyada acizliyini duyur. Fəlsəfə və din elmlərdən öncə olub, onlardan sonra da qalacaqlar, çunki əbədi problemlər həmişə olacaq.

A.: Siz nə danışırsınız? Biz bu gün də ixtiraların şahidi oluruq. İnternet, maye kristallı monitorlar məgər ixtiralar deyil?

F.: Bəli, bunlar böyük irəlləyişdir. Lakin miqyasına görə  XIX əsrin sonu -  XX əsrin ortalarında olan elmi sıçrayışa çata bilməz. Siz indi hansısa maye kristalları böyük ixtira hesab edirsiniz. O dövrdə isə insan kosmosa çıxmışdır, bütün xəstəliklər üzərində qələbə çalınırdı, televiziya, radio, mühərriklər yaradılırdı. Təsəvvür yaranırdı ki, bu elmi sıçrayışın sonu olmayacaq. 
İndi isə əsasən ixtira və kəşv olunmuş şeylərin təkmilləşməsi prosesi gedir. Məsələn avtomobil hələ XX əsrin əvvəllərində olmuşdur, indi isə onun keyfiyyəti və rahatlığı artırılır, yeni ixtira yoxdur.
Elmdə indi durğunluqdur. Dissertasiyalar çox vaxt qeyri-ciddi olur, yenilikləri olmur. Elmi hesabatlar formal, elmi konfranslar darıxdırıcı və nəticəsiz olur. Tədqiqatların və tədrisin keyfiyyətləri enir.
Son vaxtlar bir çox hallarda təkmilləşdirməli də heç bir şey qalmamışdır. Transmilli şirkətlər öz mallarlının satılması üçün üsullar axtarmaqdadırlar. Məsələn, öncə kompüter girişlərinin bir cür forması olmuşdur, indi isə başqa cür. Kompyuter yararsız hala gələndə, onun detallarını tapmaq müşkülləşir, çünki girişlərin formaları dəyişib, köhnələri isə istehsal edilmir. Buna görə istehlakçı yeni kompüter almağa məcbur olur. Bu formaların dıyişməsində mahiyyətcə və yeni ixtira vardır? Burada yalnız şirkətin pul qazanmaq üsulları vardır, elmə aid heç bir şey yoxdur.
Monitorun maye kristaldan yaxud elektron-şüa borucuqdan olması arasında da fundamental fərq yoxdur. Bunlar böyük elmi ixtira sayıla bilməz. İxtira maddi və mənəvi aləmin öncə bilinməyən qanuna uyğunluqların, xüsusiyyətlərinin və təzahürlərinin açılmasıdır. Deməli avtomobil mühərrikinion yaradılması ixtiradır. Lakin bir mühərrikin başqa mühərriklə əvəz edilməsi ixtira deyil. Bizim zamanımızda isə əsasən bu baş verir. İxtiralar dövrü artıq keçmişdə qalmışdır, yeni haç bir şey yoxdur. Hərşey yalnız dəyişdirilir və təkmilləşdirilir.

A.: Sizin bütün dedikləriniz çox mübahisəlidir. Lakin fərz edək ki, mən sizinlə razılaşdım və dedikləriniz həqiqətdir. Lakin hətta bu halda da elm fəlsəfəyə nisbətən daha əlverişli vəziyyəti tutur. O az da olsa inkişaf edir, ixtira olunmuşu təkmilləşdirir. Bəs fəlsəfədə son ill\r boyu hansı nailiyyəti göstərə bilərsiniz?

F.: Öncə mən fəlsəfə ilə dinin insan ruhunun tələblərini ödəmək üçün vacib olduqları haqqında söhbət açmışdım. Bu tələbat isə hər zaman olacaq.
Elm isəinsan ruhuna heç nə vermir, onun əbədi problemlərini həll etmir. Həmdə elm hər şeyə qadir deyil. Bir şeyi tətqiq edərkən, başqa şeyi izah edə bilmir. Fəzaya kosmik gəmilər uçur, amma bir kiçik AİDS virusuna qarşı elm aciz qalır.
Onu da xatırladım ki, elmi sıçrayış dövrünrdə fantastlar öz romanlarında başqa kainatlara, planetlərə uçuşlardan çox yazırdılar. Bu barədə çoxlu kitab yazılmış, filmlər çəkilmişdir. Hamı elə bilirdi ki, artıq ən yaxın gələcəkdə bu ümidlər gerçəlləşəcək. Lakim 1960-cı illərə nisbətən bəşəriyyət kosmik uçuşlar sahəsində çox az nailiyyət əldə edə bilmiş, uzaqlara uçuşlara bir addım belə atmaq mümkün olmamışdır. Bu gün də bütün bunlar lakin fantastik filmlərdədir. Başqa sözlə desək, nağıldan başqa bir şey deyildir. Heç bilinmir, gələcəkdə insan bunu edıə biləcək, ya yox?
Həmdə bizim söhbətimiz fəlsəfənin ölməzliyinə əyani dəlildir. Axə mübahisə, polemika da fəlsəfədir. O həmişə olub və olacaq. Elmlər isə ola da bilər, olmaya da.

A.: Əlbəttə, emlərin inkişafı bəzən ləngiyə bilər, lakin geriyə dönə bilməz. Bir şey ixtira olunubsa, o əbədidir. Hər-halda belə şey tarixdə olmayıb.

F.: Planetin sərvətləri tükənəndən sonra hələ bilinmir elmin hansı nailiyyətləri qalacaq. O halda hər şey hərəkətsiz duracaq. Fəlsəfə isə hətta o zaman lazım olacaq. Axı insan düşüncəsi həmişə olacaq.

A.: Planetin enerji, ekoloji və s. sərvətləri tükənsə yalnız elm dünyanı xilas edə bilər. Fəlsəfə heç bir şeyə yaramaz.

F.: Fəlsəfə insanın ruhuna xidmət edir, onu qidalandırır, düşünən adamın yaşamını təmin edir,  ona əqidə və həyatda mövqe verir. Bütün bunlar cihazlarla ölçülməz, riyazi tənliklərlə ifadə edilə bilməz. Elmdə isə hər şey bir anda dağıla bilər. Məsələn, neft ehtiyatları tükənsə bütün avtomobil mühərrikləri heç kəsə lazım olmayacaq. Hansısa xəstəliyin törədicisi halını dəyişib mutasiyaya uğrasa, ona qarşı yönələn dərmanın xeyri olmayacaq. Bütün bunların ixtirası üçün böyük pullar və əmək sərf olunur. Fəlsəfə isə həmişə eynidir, çünki insan ruhu, onun istəkləri və istirabları dəyişməzdir. Bizi əhatə edən varlıq da belədir.
Hətta müasir sivilizasiya dağılsa və elmlər unudulsa belə, dünyada hər zaman müdrik insanlar olacaq. Müdriklik məqaməna çatmaq üçün elmlərin inkişafı şərt deyildir. Qədim zamanlarda müasir elmlər olmamışdır, lakin o dönəmdə yaşayan insanlar bir şəxsiyyət kimi bizdən qeriyə qalmamışdırlar, bəlkə də bizdən də yüksək olmuşdurlar. Elmlər olmamışdır, lakin Aristotel, Platon kimi mütəfəkkirlər yaşayırdılar.

Сайт управляется системой uCoz