Aydın Əlizadə (A. A.): Avropanın yolu
aydınladanların (maarifçilərin) yolgöstərmələri ilə baş tutmuşdur. Fransız
devrimini Vorter, Didro, Qolbax kimi düşünürlər gəlişdirmişdirlər. Onlar
qanunçulğu, bərabərlik prinsiplərini ortalığa çıxartmışdırlar.
İndiki
müsəlman ölkələri nədir? Orada heç nə yoxdur. Yalnız dağıdırlar. Heç bir
projelər, düşüncəyə, qanunçuluğa yönəlmələr yox.
İslamçılar
heç aydın deyildirlər. Yalnız popullust şüarlarla küçənin səslərini qazanırlar.
İqtisadiyyəti, siyasəti, sosial problemləri necə çözəcəklər bilinmir. İslam,
İslam deməklə işlər bitmir. Ölkəni qurmaq başqa şeydir, məscid xütbəsi
deyildir. Hələ dünyada bir dənə də olsa olumlu (müsbət) örnək yoxdur
islamçıların yönətimə gəlmələrindən.
Elvüsal Məmmədov (E.M.): Aydın müəllim, tövsiyə
edərdim, islamçılar haqqında rus müəllifləri kimi danışmayın. Maraqlansanız
görərsiniz ki, islamçılar arasında güclü ideoloqlar, idarəçilər, iqtisadiyyatçılar
vardır. Kütlə ilə onların başında duran kəllələri qarışdırmayın...
A. A.: Hanı örnəklər? Hansı ölkənin çiçəklənməsini
örnək gətirə bilərsiniz, islamçıların gəlişindən sonra? Hər şey işlərlə
ölçülür, gözəl sözlərlə cildlərlə yazılan kitablarla yox. İncildə deyildiyi
kimi: "Onların işləri ilə onları tanıyacaqsınız!". Ən yaxşısı İrandır. O da səviyyəsinə görə Avropanın 1960-cı illərinin səviyyəsindədir. Başqaları isə hələ səviyyəcə 19 yüzillikdədirlər. Elələri də var ki, hələ ortaçağlardadırlar.
E.M.: Bəs bir dənə fakt gətirə bilərsinizmi ki,
müsəlman hakimiyyətə gəlir, anti-islamistlər həmin ölkəni bir-birinə vurmur?
İnkişafın
olmamağını bunda axtarmaq lazımdır: qardaş Türkiyəni götürək. Müsəlmanların
liderliyində inkişaf etməsin deyə hər gün bir oyun çıxarır böyük güclər...
A. A.: Daxili və xarici güclərin qarşısını almaq
hər bir ölkənin borcudur. Hər bir ölkəyə qarşı xarici basqılar var. Bu
basqılara sinə gələ bilməsi də ölkənin və ölkə başçısının yetərliliyindən xəbər
verir. Kim bacarmır, deməli yetərsiz və boşdur.
Türkiyə
isə dünyavi ölkədir. Konstitusiya və qanunlar dünyavidir. Orada islamçılıq
yoxdur.