23 oktyabr
2011
Aydın Əlizadə (A. A.): Şeyx Qərdavi Qəddafini
öldürmək üçün fətva vermişdi. Deməli onun da bu işdə əli vardır. Necə olur axı,
insan insanın öldürülməsinə fətva versin? O Allahdır? Belədirsə İslam adı ilə
zorakılığın sonu olmayacaq. Hələ Qərdavi ən irəlləyən sayılır. İndi qaraguruhçu
müctəhidlər gör nə edirlər!
Seymur Bədirxanov (S. B.): Qardavi o fətvanı verəndə
Liviyada açıq aşkar müharibə gedirdi. Müharibə gedən vaxtda da heç kim qarşı
tərəfi tutun gətirək məhkəməyə sonra baxarıq demir. Lap biz müharibə etsək
bizim üçün Sarkisyanı öldürmək günah olacaq? Yox. Öldü vəssalam, canı
cəhənnəmə. Yox əsir düşsə artıq vəziyyət dəyişir. Amma Qaddafi əsir deyildi
axı, o hələ də komandir idi. Ona tabe olan qüvvələrə hələ də "əzin"
əmrinim əksini verməmişdi. Ancaq əminəm ki Qardavi bu fətvanı verəndə normal
müharibə şəraitində ölümü nəzərdə tutmuşdu. Kimsə Qəddafinin bu duruma
düşəcəyini təxmin etmirdi.
A. A.: Necə olur, insan insanı məhkəməsiz ölümünə fətva
verir? Bu soruya nə cavab verərsiniz? Belədirsə hamı hamının ölümünə fivva
verəcək və belə də olur. İslam dünyasını zorakılıq bürüyüb. Bunun sonu
olmayacaq, ta bu ölüm fətvaları qurtarmasa. İndi Qərdavi bunu etdi, sabah kimsə
onun öz ölümünə fətva verər. Bunu siz normal durum mu sayırsınız?
Bu
kimi fətvalar linç özbaşınalığına yol açıb. Hərcmərcliyi, qanunsuz ölümlərə elə
müctəhidlər özləri gətirir. Siz bunu görmürsünüz?
Barış,
insansevər din olan İslam ruhanisi insan ölümünə hökm verir! Əcəba bu nədir?
S. B.: Aydın bəy, siz müharibədə düşməni öldürmək
üçün necə bir məhkəmənin qurulmasını isyərirsiniz? Məsələn belə düşünək sabah
müharibə başladı. Mən qarşımdakı bir erməni generalını öldürə bilmək üçün
məhkəmə qurmalıyam? Bu məhkəmənin hakimi mənə öldürmək olmaz qərarını çıxara
bilərmi? Bu müharibədir Aydın bəy, toplar guruldayanda qanunlar susur. Heç
düşünə bilirsinizmi Qardavi qalxıb deyir ki Qaddafini öldürmək olmaz? Məgər
belə fətva verilsəydi hümanist addım olacaqdı?
A. A.: Siz qoyulmuş sualdan qaçdınız. Ancaq,
düşünün bu barədə. Bu ölüm fətvaçıllığının qurbanı hamı ola bilər. Din adamı
zorakılığa çağırırsa, bu normal durum sayılmaz, ay Seymur bəy. Bunu etiraf edin.
Yoxsa bu qanların tökülməsində bunu etiraf etməyənlərin də günahı olur.
Savaş
deyirsiniz? Kimin kimlə? Məgər müsəlmanın müsəlmanı öldürməsini yasaq edən
ayələri bilmirsiniz? Necə olur, Qərdavi bunu yada salmamış, bir müsəlmanın
ölümünə fətva verir? Bir müsəlman toplumuna başqası qarşısında üstünlük verir?
İndi o Liviyadakı hərcmərclik hələ hara gətirəcək Allah bilir. Bu din adamları
məgər bunə görə məsuliyyət daşımırlar?
S. B.: Aydın
bəy, mən sualdan yayınmıram. Birincisi Qardavinin artıq ömrünü yaşayıb bitirib
hələ onun barış vaxtı kiminsə ölümünə fətva verdiyini duymamışam. İkincisi o bu
fətvanı öldürürsə öldürə bilərsiniz prinsipi ilə verib. Əslində qoyun o
öldürsün siz toxunmayın deyə bilməzdi, haqqı yox idi. Üçüncüsü Siz Qardavinin
yerində olsaydınız nə deyərdiniz?
İstər
müsəlman olsun, istər qeyri müsəlman, müharibədə ölən və öldürülən tərəf var.
Haqlı və haqsız tərəf var. Zülm edən və edilən tərəf var:
1.
Müharibənin səbəbkarı Qəddafi idi;
2.
Zülm edən tərəf Qəddafi idi;
3.
İllərdir dəlilsiz sübutsuz öldürən tərəf Qəddafi idi.
İndi
bütün bunlar ona bağışlansın ki nədi-nədi adam özünə ildə bir dəfə müsəlman
deyirdi?
A. A.: Aydındır. Siz dində zorakılığa bəraət
qazandırırsınız. Elə bu kimi düşüncələr İslam dünyasında heç vaxt normal
yaşayışa yol verməyəcək. Bu necə olur, insan insana ölüm hökmünü versin, sonra
yaxşılıqdan, mərhəmətdən, ədəbdən danışsın? Mən bunu anlayıb, qəbul edə
bilmərəm. Bu din deyil.
Birdə
bunu da yadınızdan çıxarmayın ki, zorakılığın iki başı var. Sabah o sizə qarşı
da yönələ bilər. Bunu edən də özünə bəraət qazandırar, özüdə Allahın adı ilə.
Allah sizi bundan qorusun. Bunu sadəcə yadınızdan çıxartmayın. Dində hər bir
zorakılığa yox deyin. O ki qaldə kiminsə cinayətinə, məhkəmələr var. Orada bu
çözülməlidir. O adamın da müdafiə haqqı olmalıdır. Axı bir tərəfli suşlamaq
olmaz. Bəlkə suçladığın adam haqlıdır, sizsə yanılırsınız? Haradan bilirsiniz?
S. B.: Üstəlik
də Qəddafinin inancı illərdir müzakirə mövzusudur.
A. A.: Müsəlman müsəlmanı öldürməz. Bunu Allah
deyib. İnsanlar isə Allahın buyuruğunundan qaçmaq üçün çox yetərli yol
tapdılar. Bu da təkfirdir. Kimi öldürmək istəyirlər, dinsiz elan edirlər. Sonra
isə öldürüb deyirlər, "Axı kafiri öldürdük, o müsəlman deyildi".
Dinsizlikdə suçlamağa nə var ki? Bunu hamı üçün etmək olar, istək olsa. Hətta
həzrət Əli kimi mömini dindən çıxardıb, öldürənlər olmuşdurlar.
S. B.: Mən
onu yazdım bildirəm ki Qəddafinin dini mənsubiyyəti otuz ildir ki mübahisə
mözvusudur. Ancaq bu illər ərzində kimsə onun ölümünə fətva verməmişdi. Qəddafinin
məhkəməsini xalq qurdu, hökmü də xalq verdi, qətli də xalq yerinə yetirdi,
bayramı da xalq edir.
A. A.: Aydındır Seymur bəy. Yaşasın barıs və
mərhəmət dini olan İslam!
Elvüsal Məmmədov (E.M.): Aydın müəllim gah despotizmi
pisləyir, gah da ona tərəf çıxır. Başa düşmək olmur. İslamın dərdi yıxıb sizi,
Aydın müəllim. İslamı qoyaq qırağa, adi sekulyar qanunlarda belə ölüm cəzası
vardır. Amma bu cəza günahsızlaramı kəsilir? Xeyr! Qatı cinayətkarlara! İslamda
da belədir. Vəssəlam, hər halda insanların qanına suysayan, onlrın malına,
canınıa, şərəfinə toxunan cəlladlara gül dəstəsi verən qanunlar mövcud deyil.
P.S. Qərdavinin fətvasını və oradakı şərtləri oxuyun.
A. A.: Təkrar edirəm, hər şey məhkəmələrdə
çözülməlidir. Fətvalarla yox. Despotizmi pisləyirəm. Ancaq vəhşiliyə dəstək
vermərəm. Bu sivil insanların deyil, ibtidai icma quruluşunun davranışlarıdır.
O ki qaldı başqa adamın ölümünə fətva verən müctəhiddən, o mənum üçün artıq heç
kimdir. Başqa adamın məhkəməsiz, özbaşına ölümünə fətva verən adam artıq mənim
üçün din adamı deyil.
S. B.: Aydın məllim indi Suriya xalqı Əsədə qarşı
vuruşmaq üçün necə bir məhkəmə qurmalıdırlar? Kimi hakim qoymalıdlrıar?
A. A.: Seymur bəy, burada Liviyadan söhbət gedir.
Suriyanı bilmirəm. Ancaq belə getsə orada bundan da betər vəhşiliklər baş
verəcək. Özüdə "Allahu əkbər" sloqanı ilə. Bu adamlar vəhşiliklər
törədirlər, Allahı da bura qatırlar. Sonra da cənnətə girmək istəyirlər.
Bunlarda üz var ee, vallah!
Sizə
bir bilgi verim tarixdən. 18-ci yüzilliyin soninda olan Fransız devrimində kral
Ludoviki də öldürdülər. Ancaq məhkəmə qərarı ilə. Sivil sayılan bizim
dönəmimizdə Liviyanın başçısını linçlə vəhşicəsinə öldürdülər. Bunlar hələ
fransızların 250 il öncəki mədəniyyətinə gəlib çatmayıblar. Gör bunlar hələ
haradadırlar!