23 oktyabr
2011
Elvusal Mammedov (E. M): Qəddafinin ölkəsi üçün etdiyi
maddi islahatları hamı təqdir edir. Amma insan qoyun deyil ki, yaxşı
yedirsəsən, içirəsən, çimdirəsən, amma ağzına qıfıl vurasan. Liviyada bu maddi
rifahın fonunda insanlar siyasi meyit idilər. Bələdiyyəyə, nazirlıiyə,
deputatxanaya, və nəhayət prezidentliyə seçilmək qeyri mümkün idi. Məgər insan
təkcə mədədənmi ibarətdir. Onun haqqıdır ki, dövlətin idarə edilməsində iştirak
etsin, onun da rəyini nəzərə alsınlar.
Aydın Əlizadə (A. A.): Bizdə də həmən şeydir.
Elvüsal bəy. Deyirlər bax Bakı dəyişir, yeni tikililər tikilir, yeni arabalar
küçələrdə gedir, hamı yeyir, içir, oynayır, toylara gedir. Daha nə
istəyirsiniz? Belə gözəl yaşayırsınız, şükür edin. Ancaq doğrudan da insan
qoyun deyil ki, ancaq yeyib içsin. Siz ancaq siyasi maqamları yad etdiniz. Bəs
mənəviyyat? Bəs insan dəyərləri? Bəs özgürlük? Bəs iç dünya? Bunlar nə olsun? Əslində
hər şeydən öncə bunlar ödənməlidir.
Mənə
yeyib içmək gərək deyil, bir parça quru çörək yetər. Mənə insan özəllikləri
gərəkdir, heyvan yaşamı yox.
E. M: Doğrudur, bizdə də belədir. Bahalı
maşınlarda, bahalı kostyumlarda qoyun və manqurt qafalı insanlarımız, təəssüf
ki, lap çoxdur...
A. A.: Bu maddiyat nədir axı? Bur bahalı şey
alırsan, ertəsi gün sənin üçün dəyərini itirir adiləşir. Bu şeyləri al ki
alasan, nə faydası? Bizə deyirlər elə al, birdə oyna. Nə qədər? Sonsuzluğa
qədər? Dediyim problemləri çözmək yerinə, bizə deyirlər çalın oynayın.
Son
olaraq, ən yüksək dəyər yalnız özgürlükdür. Özgürlük olmasa insan yaşamı boşa
çıxır. Hər bir basqı, yüksək ideallarla anlatılsa belə, insanın əzilməsidir,
zülmdür, tiraniyadır. İnsan tam özgür olmalı, yalnız iki-üç ən sadə qanuna tabe
olmalıdır: öldürmə, oğurluq etmə kimi.