29
oktyabr 2011
Mən bu kimi adamların düşüncələrinə sayğı ilə yanaşıram. Baxmayaraq ki, onlardan fərqli düşünürəm. Birincisi İslama ya da başqa dinə bağlı olub-olmamaq hər adamın öz işidir. İkincisi, bu gün hamı öz dinə bağlılığı haqqında sözdə deyir. Ancaq işlərdə, hərəklətlərdə, mənəviyyatda bu görsənmir. Bu kimi müsəlmanlardansa elə bu kimi adamlar daha yaxşı və səmimidirlər.
Aqşın Sultanov (A. S): Türklər ancaq Tenqri altında
birləşə bilər. Ərəb tanrısı Allaha tapınan kölə və beyinsiz türklərin
birləşməsi qeyri-mümkündür. Tenqri sol əxlaqlı şüurlu insanların tanrısıdır. Tenqri
antropomorf tanrı deyil. Onun öz fəlsəfəsi var.
Aydın Əlizadə (A. Ə.): Haradan bilirsiniz bunu?
İndiyə qədər türklər tanrıçılıqla birləşiblər? Başqa tərəfdən Allah dünyanan
yaradıcısıdır ərəb tanrısı deyildir. Tanrı da Allahdır Bu adların fərqi yoxdur.
Sadəcə biri ərəbcədir, başqası türkcə. Yaradıcının çoxlu adları var. Hər millət
onu öz adı ilə adlandırıb. Ancaq o adlar bir varlığındır. Tanrı, Allah, God,
Xuda və s., bunlar bir varlıqdır.
Siz
deyən tanrının nə fəlsəfəsi vardır? Sonra, Aqşın, siz obyektiv deyilsiniz.
Türklər elə İslama gələndən sonra böyük oldular. İslamda onlar Osmanlı, Səlcuq,
Qəznəvi, Moğollar kimi imperiyalar yaratdılar.
İslam
türk mədəniyyətinin ayrılmaz parşasıdır. Bu reallıqdır. Başqa məsələdir ki,
İslam dünyası bu gün dərin böhran keçirir. Buradan çıxma yolları
axtarılmalırıdır. İslamdan çıxıb tanrıçı olmaq isə yol deyil, utopiyadır.
A. S: Aydın məllim, mən, təbii ki, subyektiv
fikrimi söylədim. sizim kimi. siz də mənim gözümdə subyektivsiniz. mən
dediklərimi tarixdən bilirəm.
Türklər
islama qədər böyük olublar. Türklərin Hun imperiyası olanda, ərəblər hələ
dəvəni kəşf etməmişdi, Məhəmmədin də əjdadları anadan olmamışdı.
A. Ə.: Yox, mən bu anda subyektivlik yoxdur.
Tarixdə türklər İslamla böyük oldular. Bu danılmaz faktdır. Bu qədər islam
imperiyaları buna örnəkdir. Bu mənim fikrmdeyil.
A. S: Sizin gətirdiyiniz misallar əsassızdır. Adını
çəkdiyiniz dövlətlər islamsız daha güclü olacaqdılar. Mən təbii ki, çox
arqument gətirə bilərəm, amma bu çox vaxt aparar.
İslam
tarixin ekstensiv vaxtında güclü kimi görsənib, sizin övdüyünüz ölkələr hamısı
çöküb. Osmanlı da çökdü, Atatürk islamı siyasi-ictimai həyatdan
yığışdırmaseydı, indi heç Türkiyə yox idi. siz özünüz də ateist SSSR-i də
təhsil almısınız. sosializm olmasaydı, xalqımız qoyun sürüsü idi bu günə kimi.
A. Ə.: Aqşın, siz desəniz ki, İslamı türk
düşüncəsinə uyğunlaşdırmaq gərəkdir, mən sizinlə razılaşaram. Ancaq, İslamdan
ayrılmaq olanaqlı deyil. Birincisi bu olmayacaq. İkincisi isə Tanrıçılığın heç
bir yazılı yazını, tanrıbilim gələnəyi yoxdur. Bu yalnız xurafatlar toplusudur.
A. S: Siz alimsiniz və bilməlisiniz ki, islamın çox
hissəsi pütpərəst ərəblərin yaratdığı ənənələrdi. indi təklifiniz nədir?
pütpərəst ərəblərin əxlaqıyla yaşamalıyıq ki, bunları Məhəmməd göydən enmiş
hesab edib?
Allah
və tanrı fərqli şeylərdir. Çox təəssüf edirəm ki, sizin kimi alim bunun
fərqində deyil. Allah pütpərəst ərəblərin göy tanrısıdır. Məhəmməd yunan
coğrafiyasında anadan olub böyüsedi, tanrılya Zevs deyərdi. Tanrıya Allah demək
şəriəti qəbul etmək kimi bir şeydir. Mən niyə görə tanrıya ərəbcə müraciət
etməliyəm?
A. Ə.: Yox, mən özüm də hər zaman İslamda olan bir
çox məqamlara tənqidi yanaşıram, onların şübhəli olduğunu deyirəm. Ancaq, orada
sağlam yerlər az deyildir. Bunları biz özümüzdən niyə uzaqlaşdıraq?
Gərəksizləri tanımayaq, ancaq yararlıları saxlayaq.
A. S.: Tanrıçılıq kitabları olub, hamısı yandırılıb.
xürafat islamdır. özüdə başdan ayağa. yoxsa siz cinə şeytana inanırsız? Gələcəyi
var yoxdur - bu ayrı məsələdir. Mən əlimdən gəldiyi qədər insanları
aydınladıram. axarla getmək siyasətçilərin işidir, aydınların yox.
A. Ə.: Yaxşı, tutalım yandırılıb tanrıçılığın
kitabları. Deməli indi onlar yoxdur. Belədirsə nəyin üzərində din qurulacaq?
A. S.: İslamın da, başqa dinlərin də gələcəyi
yoxdur. pütpərəst dinlər minillər boyu olub (hələ indi də var). tarixin fonunda
1400 il nədiki?!
A. Ə.: Bağışlayın, ancaq bütpərəstlik mənim varlığım
üçün yad bir şeydir, onun nə qədər yaşı olsa belə. Mən yalnız bir Tanrını
tanıyıram, ondan başqa tanrı yoxdur.
A. S.: Əvvəlki dinlər nəyin üzərində qurulurdu? Məgər
islam kitab üzərində qurulub? Pütpərəst ərəblərin adətlərinin üzərindən
Məhəmməd öz gündəlik çıxarları üçün şeirlər deyib, sonra o şeirləri kitab
halına gətiriblər. Bu gün də türklərin islama qədər adətlərinin üzərindən yeni
din yaratmaq/restavrasiya etmək olar. Sonra da ki, dinə ehtiyac yoxdur. Dünyəvi
Konstitusiya ilə yaşamaq lazımdır, hərkəs inancını evdə yaşasın. Heçkim
inancını bildirməməlidir...
A. Ə.: Dinə ehtiyac var ya yox, bu mövzudur. İndi
isə siz özünüz tanrıçılığın olmamasını boynunuza aldınız. Bu sistem kimi
yoxdursa, bunun nəyini restavrasiya edəcəksiniz? Etsəniz belə bu restavrasiya
deyil, geydirmə olacaq. Geydirmə isə yaşaya bilməz.