27 oktyabr 2011
Bu dialoq Liviyada çoxadvadlılıq haqqında çay süfrəsi üstündə söhbətin içindən doğmuşdurE. M.: Aydın müəllim, bütün izahlarınızdan islama ədavətli münasibətin qoxusu gəlir. Kaş ki, həqiqi tədqiqatçı qoxusu gələrdi. İzahlarınızda sağlam mühakimədən daha çox emosional-ekspressiv qərəzlik mövcuddur. Nə üçün?
A. Ə.: Məgər doğdu demək qərəzlilikdir? Məncə bunu deməmək müsəlmanlığı çökdürür. Necə ki bu gündə çökür, nə qədər tərifləsəniz belə. Böhrandan çıxmaq üçün ilk olaraq, hər şeyi etiraf etmək gərəkdir, malalamaq yox.
E. M.: Cavabdan qaçmayın, Aydın müəllim!
A. Ə.: Kim qaçdı? Siz ümumiyyətlə doğru sual qoymamısınız. Necə yəni ədavət? Problemlər açılır və onlar barəsində düşüncələr qoyulur ortalığa. Əgər etirazınız varsa buyurun. polemikaya girin. Siz ki fəlsəfə doktorusunuz. Fəlsəfədə isə ehkamçılığa yer yoxdur.
E. M.: Yuxarıda yazmışam. Fəlsəfəyə gəlincə, onda biz də belə deyərik: Aydın müəllim, siz fəlsəfə doktorusunuz. Elə isə nə bilirsiniz dini duyğu nədir, nə bilirsiniz, siyasi hadisələr nədir? İslamı yaşamayan, ona qərəzli yanaşan insan bu dinin humanist duyğularını haradan başa düşüsün? Odur ki, yanaşmanı yeniləmək lazımdır.
Qaldı ki, fəlsəfə - ehakmçılıq məsələlərinə, baxır kimlərin fəlsəfəsində yoxdur: emprik-sensualist və materialistlərdən savayı hem kim bunu iddia etmir. İdealist filosofları da hər halda fəlsəfədən kənar bilmək özü qərzəli münasibətdir.
A. Ə.: Bəli dini fəlsəfə də var. Ancaq bunun adı sxolastikadır (kəlamdır). Mən sxolast deyiləm. Bunu heç vaxt gizlətmirəm.
E. M.: Yuxarıdakı sərlövhə ilə son yazdığınız arasında ziddiyəti elə isə aradan qaldırmağa çalışın. Elə isə yuxarıda yazdıqlarınızı konkretləşdirin: fəlsəfənin adından deyil, materialist fəlsəfənin adından danışın!
A. Ə.: Öncələr materialist idim, sonra oldum idealist, daha sonra sxolast (kəlamçı). İndi uisə bunlıarın üzərində yüksəlmişəm. Heç birindənəm. Sadəcə düşünürəm, özümə görə məntiqi sonuclara gəlirəm.