20 oktyabr 2011
Elvüsal Məmmədov (E. M.): Bu gün Suriyada 27 dinc sakin öldürülüb!
Aydın Əlizadə (A. Ə.): Ay Elvüsal bəy, bu müsəlman nə vaxt normal yaşam sürəcək? Ancaq ölüm yenilikləri gəlir onlardan. Harada müsəlman var, yenilik ölümdür. Türkiyədə 23 əskər öldürüldü, Suriyada 27, İraqda 50, İndoneziyada 15. Bu yeniliklərin sonu yoxdur. Bu nədir axı? Bu dini barış dini kimi təqdim edirlər, ancaq işdə zorakılıqlardır. Bunu anlamaq olar?
A. Ə.: Belə bir təklifim var İslama dəvət üçün - "Ekstrim yaşam sürmək istəyən İslama gəlsin" ))))
E. M.: Təbii ki, ölüm qoxusu təkcə müsəlmanlardan gəlmir. Gələn də sivil ölkə olan ABŞ-da da, Norvecdə də gələ bilir. Amma, intensivlik baxımından, doğrudur, Müsəlman Şərqində qan su yerinə axır. Amma bunu müsəlmanların kefindən etmələri kimi təqdim etmək də doğru olmazdı. Sistemi quran elə qurub ki, hər gün qan axmalıdır. Odur ki, məsələyə birtərəfli yanaşmayaq.
A. Ə.: Elədir, öldürülmələr var hamıda. Cinayətlər üzündən hər yerdə adamlar olür. Ancaq İslam dünyasının özəlliyi bu ölümlərin siyasi və dini motivlərlə edilməsidir. Bax bu özəllik müsəlmanlardan başqa çağdaş dünyada heç kəsdə yoxdur.
Örnək üçün Xristian-katolik fundamentalistinin protestantların kilsəsini partlatmasını kim eşidib? Ancaq müsəlman dünyasında sünnilərin şiə məscidinin partladılması artıq normal bir şeyə çevirilib. Buna heç kim artıq təəccüblənmir.
E. M.: Siyasini başa düşüdük. İqtidarda olanlar bildirilər ki, hakimiyyətin özünü qoruma, təhlükəsizliyi təmin etmə haqqı vardır. Amma heç bir din alimi (təbii ki, söhbət alimdən gedir, hansısa ideoloji qrupun rəhbərindən deyil) bildirmir ki, gedin qan axıdın, öldürün. Varsa, priz na studiyu!
Əzizim, ABŞ-ın bu tərəflərə burnunu soxmasına qədər sünnilərlə-şiələr arasında belə bir şeyə rast gəlinmirdi. Təbii ki, Qərb imperializmi qızışdırıcı amillərdən istoifadə edir, öz casuslarını hər iki tərəfin arasına soxur. Odur ki, bu hallar baş verir. Amma heç bir məzhəb alimi fitva verməyib ki, gedin öldürün, partladın, məscid dağıdın. Amma Orta əsr Avropasında Katolik kilsə hökm çıxarırdı ki, protestantları doğruyun. Varfolomey əyani misaldır. düşünürəm ki, baş verən hadisələri dinin hökmləri və əsasları ilə əlaqələndirmək reallığa səthi baxmaqdır.
A. Ə.: Yaxşı, deyirdik Mübarək diktatordur. Ancaq onun devrilməsindən sonra məgər zorakılıq azaldı? Misirdən yenə zorakılıq yenilikləri gəlir. Onların arasında dini motivlər çoxluqdadır. İndi Suriyada belə. Hələ bilinmir o diktator Əsəddən sonra orada nələr olacaq, özüdə dini motivlərlə.
Orta çağlarda katolik-protestant qarşıdurması kimi müsəlmanlarında osmanlı-qızılbaş qarşıdurması olub. Mən söhbəti bizim çağdaş dönəmimizdən aparıram. Keçmiş qalıb tarixdə. Bu gün isə müsəlmanlar üçün çox açınacaqlıdır.
E. M.: Misirdə baş verənlərdə Qərbin barmağı olduğunu hamı bilir. Odur ki, Misirin müsəlman din xadimləri həm qiptilərlə, həm də Ordu rəhbərliyi ilə münasibətdə müsəlmanlara İsrailin, ABŞ-ın... oyununa gəlməmək barədə xəbərdarlıq ediblər. Düşünürəm ki, Misir inqilabının sivil formatda baş tutması özü belə qaniiçən müsəlman stereotipini sındırıb atıb. Suriyaya gəlincə, burada başda oturan şəxs öz qarnı üçün hamını güdaza verməyə hazırdır. Bu adamın islamdan ümumiyyətlə xəbəri yoxdur. Odur ki, oğrunu kənarda qoyub papaq sahibinin üstünə getməyək....
A. Ə.: Bilginlər (alimlər) ölüm fitvası vermirlər deyirsiniz. Ancaq soruşulmalıdır hansı bilginlər? Elədir, bir çoxu bunu etmirlər. Ancaq müsəlmanlar üçün Papa kimi bir avtoritet yoxdur. Hər toplumun öz bilgini var. Bir-birlərini çox vaxt bəyənmirlər. Buna görə də işdə bir toplum ölüm hökmü verməsə belə, başqası verir. İkisi də Quranla Sünnəyə dayanır. İndi bunlardan kim daha doğrudur olur çarpışmalı soru. Çox dartışmalar olur. Son olaraq isə heç nə düzəlmir.
E. M.: Bu, başqa söhbətin mövzusudur. Biz ki ərəb ölkələrində baş verənlərin, axıdılan qanların islamdan gəlib-gəlməməyi mövzusunu müzakirə edirik.
A. Ə.: Elvüsal bəy. Amerika nəsə edir razıyam. Ancaq son olaraq, bu rüsvayçılığı edənlər müsəlmanlardır. İndi necə olur, İslam barış dinidir deyənlər gedib başqa adamları qırırlar? Bəs dedikləri nə olsun?
E. M.: Mən yuxarıda yazmışdım ki, ərəb ölkələrində axıdılan qanlara hə deyən ciddi alimin adları göstərilsin. Bu və ya digər qrupun rəhbərini nəzərdə tutmuram.
A. Ə.: Ciddi alim kimdir sualı yaranır. Siz ciddi bilən alimi heç də başqası ciddi bilmir. Problem budur. Ciddiliyin bir meyarı da yoxdur.
E. M.: Aydın müəllim, Suriyada baş verənlərdə xalqı - adi müsəlman kütləni ittiham etmək ən azından Suriyanı oxuya bilməməkdir. Despotun yekəsi oturub orada kürsüsünə əl uadanı doğrayır. Belə olan halda islam nə etsin. Həmin despotun islamı kimliyi belə yoxdur.
Bu da başqa məsələdir. İslam dünyasında hal-hazırda yaşayan alimlərdən gedir. Misirin. Suriyanın müftiləri və sair.
A. Ə.: Rəsmi müftilər gerçək duruma təsir edə bilmirlər. Son olaylar bunu görtərir. Buna görə də çıxış yolu yoxdur. Beləliklə dini zorakılıq bizim zamanımızda yalnız müsəlmanların özəllikləridir. Bu etiraf olunmalıdır. Bun dan çıxış yolları axtarılmalıdır.