Əslində fahişəlik yoxdur

15 sentyabr 2011

Xanım (X.): Çox arvadlılığa qarşıyam.Camaat birinə baxa bilmir,qalmişdı heələ 3,4-ünə. Həmdəki, belə olduğu halda, gərək hər birinə eyni gözle baxmalısan. Bu da, çətin alinar.

Aydın Əlizadə (A. A.): Pulun var? Var var! Pulun var? Bir anbar!!! Aytən, belə olsa necə, razı olarsınız 2-3-4- arvadlığa?

X.: Xeyr! Heç onda da razı olmaram.

A. A.: Həyat boyu yoxsul bir kişinin xanımı olmaqdan və zorluqlar çəkməkdən bu daha yaxşı deyil mi?

X.: Aydin bəy, sizinlə bu barədə razı deyiləm. Bunu pula satılmaq kimi hesab edirem.

A. A.: Aytən xanım, hər bir insan sonluqda nəyəsə satılır. Örnək üçün mən öz yazılarımı mənə para verənə satıram. Ya da bir qadın varlı bir kişiyə ərə getmək istəyirsə ona satılır. Ona görə, əslində fahişə ilə başqalarının o qədər də fərqi yoxdur. Sadəcə kimsə düşüncələrini, kimsə bədənini satır.

X.: Hər kəs bir cür qəbul edir. Mən belə qəbul etmirəm.

A. A.: Olar ay xanım, etməyin. Ancaq bilin ki, hətta varlı bir qadın, yoxsul bir insanı sevib onunla olursa, o ona satılır. O qadının pula ehtiyacı olmasa da, mənəviyyata ehtiyacı var. O kəsin ağlına, yüksək özəllikərinə, onu rahat etmək bacarığına satılır. Bu dünyada hər şey alış-veriş üzərində qurulub.