10 noyabr 2012
Aydın Əlizadə (A. A.): İndi bir çox müsəlmanlar
Təhsil nazirliyinin vahid forma geyinmək haqqında qərarından razı deyillər.
Deyirlər ki bu qızların hicab geyməsinə maneyədir. Hicabsa dində vacibdir.
Ancaq, şəriətə görə, qızların hicab geyməsi vacib deyil. İndi bu yetkinlik yaşı
haradan başlanır? Bu barədə Quranda bir şey yoxdur. Yoxdursa, onda bu
mübahisəlidir. Azərbaycanda yetkinlik 17-18 yaşdfn başlanır. Deməli belə çıxır
ki, dövlər haqlıdır. Yalnız məktəbi bitirmiş qızlar yetkin olub, hicabı geyə
bilərlər. Bu şəriətə də uyğundur. Belə deyil mi?
Cavidan
Nizamioğlu (C. N.): Xeyir belə deyil..9 yaş qiz üçun yetkinlik sayılır. Bu yaşdan
örtünməlidir. Sizin nəzərnizdə bu 17 yaş ola bilər. Qaldı ki usagın tərbiyəsinə,
hədislərə baxsaq peyğəmbərimiz və imamlarımız usaqlara kiçik yaşlarndan dini
oyrətməli və qizların ən azından basına orpək cəkməsi məslətdi ki, o bu cur tərbiyə
alsın. Əqli yetkinliyə çatanda hər şeyi özu anlyacaq.
A. A.: Bağışlayın, hədislər qanun deyil. O 9 yaş
birbaşa Allahın sözü deyil, müctəhid ictihadıdır. Yəni Allahın deyil, insanın
sözüdür. Quran yaşdan bir söz açmır. Deməli bu məsələdə hamı sərbəstdir və
yetkinlik yaşının təyini dövlətin işidir.
C. N.: Musəlmanlar Allahın əmri ilə otub-durmalidı,
zalım dövlətin yox. Bunu da Quran deyir. Həm Quranda hər şey açiq-aydin
yazılmayıb. Peyğəmbər (s) ayələrin təfsirini hamıdan yaxsı bilib və əməl edib
ki, başqaları öyrənsin. 9 yaş müctəhidin yox, peyğəmbərin əmridir. Onun xanımi
Aişə də məhz 9 yaşında olub. O cümlədən imamlardan da bu haqda hədis var. Tibb elmi
də 9 yaşda qadının anatomik cəhətdən yetkinliyə yetişdiyini sübut edib. Peyğəmbər
və Əhli Beyt imamları Quranı ən gozəl təfsir edən olublar.
A. A.: Vaciblik Qurandadır. Hədirlərdə
müstəhəblikdir. Birincisi hədislərin doğru olması mübahisəlidir, ikincisi də
Peyğəmbərin sözü Allahın sözünə bərabər deyil. Bərabərdisə, onda o tanrı olur,
bu da imkansızdır. O 9 yaş da mübahisəlidir. Aişınin neçə yaşı olması barədə
çeşidli hədislər var. Yəni yenə də burada birmənalı şey yoxdur.
C. N.: Lap yaxşı. Quran deyir "O havayi nəfsdən
hecnə deməz". Peyğəmbərin bütün kəlməsi Allahın kəlməsidir. Əməlləri
Allahin əmri ilədir. Bu jnun Tanri olması demək deyil. Allah Musaya (ə) dəyir nə
bu dünyada nə də axirətdə Məni görməyəcəksən. Bunun ücun peyğəmbərlərin gəlmə səbəbini
bilmək lazımdır. Quran nə nəzmdir nə nəsr. Bu İlahi bir kitabdır. "Ayələrimizin
batini var, batininin batini var". Quranı peyğəmbərdən başqa heç kəs tam
düzgun formada çatdıra bilməzdi xalqa.
Qaldı
ki hədislər barəsində fikirləriniz, onlar tamam yalnisdi. Hədislər özləri 2 qrupa
ayrılır. Hədisi-Qüdsi və Hədisi-Şərif. Hədisi-Qüdsini peyğəmbər meracda olan
zaman birbaşa Allahdan nəql etmişdir. Bu hədislər yalnız Quran kəlamından aşağıdır.
Bu gəniş mövzudur məsləhət bilərdim daha geniş araşdırasınız İslamı. Qaldi ki
Aisənin yaşı əgər 9 yox, 8 olsun - məsələn. Bu o dəməkdir ki, qızın yetkinlik
yaşi dövlətin təyin elədiyi 18 yox, Allahın xəlq etdiyi bədəndə 9 yaşdan hesablanır.
A. A.: Yazdığınızda Allahın sözü yoxdur, öz
düşüncənizdir. Ayə göstərin ki, 9 yaşdır. Bax bu Allahdandır. Başqa şeylər
insan düşuncəsidir, uzlaşmadır, ictihadlardın. Peyğəmbərin Allaha bərabər
olduğunu deyirsizsə, deməli onu tanrılaşrırırsınız. Bu barədə düşünün.
C. N.: Haqqı deyəndə təssübkeşlik eləməyin. Mən
Quran ayəsi dedim peyğəmbərlə bagli.
Zeynəb Müseyibova: Çox təəssuf ki, sizin kimi düşunən
ziyalılarımız həddindən coxdur. Bu təbiidir. Çunki 70 il sovetlər bizi dinimizdən
ayrı saldı. Sonra da Azərbaycan dövlətinin nizam-intizamsızlığı dinimizi belə
bilməyimizə səbəbdir. İndi də lazımdır ki, ən azı universitetlərdə dinimiz - demirəm
dinlərlə tanişliq fənni – keçilsin. Əksinə musəlman adlı bir ölkədə həqiqi müsəlmanlarla
adlari müsəlman olanlar qarşı qarşıya qoyulur.
A. A.: Zeynəb xanım indi mən nə edim? Quran deyir
ki biz düşünək. Mıən də düşünürəm. Düşünəndə də görürəm ki heç də birmənalı
deyil bu məsələ. Burada çoxlu anlaşılmazlıqlar var.