20 noyabr 2012
Ramin Vəkilov (R.
V.): ƏRDOĞAN: "İsrail Fələstini ələ keçirməyi planlaşdırır. Biz də ona görə deyirik ki, əl-ələ vermək gərəkdir. BMT-dəkilərin nə deyəcəyinə baxa bilmərik. ÇÜNKİ BUGÜN ONLARIN BAŞINA GƏLƏN, SABAH BİZİM BAŞIMIZA GƏLƏCƏK. ÖLSƏK BELƏ, ADAM KİMİ ÖLMƏLİYİK!".
Buradan insan haqları müdafiəsi ilə məşğul olan təşkilatlara səslənirəm: "Nə üçün insan haqlarından danışdıqda qardaşım Həniyyənin qucağındakı uşağı görmürsünüz? Niyə Fələstinə getmirsiniz?"
Aydın Əlizadə (A.
A.): Türkiyənin bölgəyə təsir edəcək gədər gücü və nüfuzu yoxdur. İndi
siyasət üçün bir sözdür dedir Ərdoğan. Ciddi qarşılamaq gərək deyildir. Özünə
və partiyasına ölkəiçi reytinqi artırır.
R.
V.: Aydın müallim
burax bu köhnə fikirləri. Türkiyənin bölgəyə təsiri yoxdur nədi səni sağ ol...
150 milyard dollar ixracatı var... saat kimi işləyən iqtisadiyyatı, çevik demokratiyası 700 il
bölgəni idarə etmiş
köklü bir devlətin
nə bölgədə nüfuzu yoxdur... Gedin
Misirə 1 həftə qalın görün Türkiyənin nüfuzu var ya yoxdur... Nə bölgə əvvəlki bölgədir, nə Türkiyə əvvəlki Türkiyədir...
A. A.: Ona qalsa
Yaponiyanın iqtisadi gücü Türkiyədən 100 dəfə artıqdır. Ancaq siyasi nüfuzu
yoxdur. Türkiyə fövqəldövlət deyil. Bununla da tamam etmək olar. Onu da əlavə
edim ki, Suriyada gündə 100 nəfər ərəblərin öz əlləri ilə öldürüldükdən sonra,
İsrailin etdikləri çox humanist görsənir.
R. V.: Aydın usta
coğrafi mövqeyinə görə və siyasi ənənsinə
görə Yaponiya fövqəl
dəvlət olmaz... Türkiyə fərqlidir.
Suriyaya gəlincə... insaf ələ Aydın xoca... Suriyada vəhşilik
var deyə İsrailin
vəhşətinə haqq qazandırmaq sizin kimi intəllektə yaraşmaz. Sözüm sərt olduysa üzr
istəyirəm.
A. A.: Nə üçün?
Ərəblər yəhudilərdən çox amansızcasına bir-birlərini qırırlar. Bunu məqər
müqayisə etmək olmaz? Suriyaya baxanda, mən deyirəm şükür yəhudilərə. Onlar bu
qədər amansız deyillər.
R. V.: Aydın
muallim üzr istəyirəm... Bəşəriyyətin qanı qanla zülmü zülmlə müqayisə ettiyi devrlər arxada qaldı...
Bu günün mədəni insanı belə
düşünməz... Zülm cinayət uşaqları qətl eləmək kim tərəfindən törədilmişsə murdardır. Bir cinayət digər cinayəti məşrulaşdırmaz, özüdə sizin dediyiniz qəribə məntiqlə.
A. A.: Ramin bəy, bir olay varsa, ona bənzər başqası
ilə müqayisə etmək normal bir durumdur. Bunu hansı çağlarda yasaq ediblər? Bu
sadəcə düşüncənin məhsuludur. İsrail heç olmasa nöqtələri vurur, sadə adamlara
ziyan yetirsə də, bu müqayisə baxımından o qədər də sayca cox deyil. Ərəblər
isə bir-birlərini sadəcə qırır, kütləvi olaraq. Sivillərlə, savaşçıların
arasında fərq qoymur. Bu da insan həyatının ərəb toplumunda nə qədər alçaq
olmasının göstəricisidir. Şəhərlər xərəbalara çevirilir, insanlan gündə
yüzlərlə ölür. Bunlar ərəb toplumunda insan dəyərlərinin nə qədər ucuz
olmasının göstəriciləridirlər. Özləri özlərini genosid edirlər.
R. V.: İsrail nöqtələri vurmur, Aydın muallim. İsrail
dinc insanların yaşadıqları evləri vurur. FB-də orqanları paramparça olmuş
balaca uşaqların şəkilləri ilə doludur. Neçə nöqtə vuruşlarıdır ki, bu günə
kimi öldürülənlərin 3-də birindən çoxu körpələrdir. Sizin dediyiniz populist
çayxana söhbətidir xətrinizə dəyməsin. Bu gün bütün müsəlmənlar bir faciə ilə
qarşı qarşıyadır. Belə bir zamanda orjinal görünmək, fərqli səs çıxartmaq üçün
çayxana məntiqini bir intellektin fikri kimi təqdim etmək xoş dəyil.
A. A.: Ay Ramin
bəy, bu günə qədər bir Suriyada ölənlərin sayı 50 000 yaxındır. Hələ mən
İraqda, Liviyada, Yəməndə və s. demirəm. İndi, ədalət üçün deyin, məgər İsrail
bu sayda ərəbləri qırıb - bütün onların arasındakı savaşlar zamanı -
onillikllər boyu? Sadəcə həqiqəti etiraf etmək gərəkdir.
R. V.: Aydın müəllim, şərq diktaorlarından
qurtulmaq qansız olmur, ümumiyyətlə diktatorlardan qurtulmaq çox yerdə qansız olmur. 1848-dəki Avropa inqlabları qansızmı omuşdu? O zaman tökülən və ya ümümiyyətlə
avropanın bu günə
gəldiyi yolda tökülən qanlara görə Avropa
xalqlarını vəhşi adlandıra bilərsinizmi?
A. A.: İnsanlardan başqa, Neçə şəhərləri şəhərləri xarabaya çevirilib, maddi və mənəvi
ziyan demək istəyirəm. Bu sayda İsrail etməyib. Bunu nəyə görə etiraf
etmirsiniz? Hələ mən insan hüquqları, demokratiya, vətəndaş cəmiyyəti və s.
sivil anlamlardan danışmıram. Bunlar İsraildə var, ancaq ərəblərin birində də
yoxdur. Ərəb deputatları İsrailin Knessetində oturublar. Heç olmasa bir yəhudi
ərəb ölkələrinin parlamentində var? Bəs bunları nə edək?
İndi ərəblər bu göstəricilər üzrə irəliləməsələr, məgər
İsrailə üstün gələcəklər? Heç zaman yox. Siz o tərəfin üstünlüklərini etiraf
edin ki, bəlkə bu tərəf də bu barədə düşünsün. Allah elə belə yəhudilərə
üstünlük verməyib. Bunun səbəbləri var.
O ki galdı diktaturaya, mən hələ ki ərəb inqlablarından sonra
bir irəlləyiş görmürəm. Fransız inqlabından sonra 2-3 ildən sonra Fransa
orduları bütün Avropanı alt-üst etmişdir, sonra Napoleon fenomeni yarandı və s.
Rus inqlabəndan 2-3 il sonra xarici təcavüz dəf edildi, ölkədə yeni qanunlar
yarandı, irəlləyiş oldu. Ərəblər bu 2-3 ildə heç bir şey göstərə bilmədilər.
Ona görə də şübyə edirəm mən onların inqlablarına. Bir inqlab ki, yeniliyi
vermədi, o yeni diktaruraya çeviriləcək.
R. V.: Aydın müəllim ərəblər arasında
zalım diktatorlar qərblilər tərəfindən dəstəklənmiş və İsrailin təhlükəsizliyi də bunun əsas
səbəbi olmuşdur. Bu
gün ərəb xalqları oyanır, öz demokratik devlətlərini qurur. O zaman da sizin kimi insanlar çıxıb
deyir ki bunlar vəhşidir, bir-birini qırır. Çünki sizlər ərəblərə qarşı komplekslisiniz.
Klassik bir oriyentalist məntiqi... Köhnə orientalist kafasına görə, ərəblər
diktorlarına görə ittiham olunar nə zaman diktatorlara qarşı çıxdıysa o zamanda
ona vəhşi deyilər. Şərqdəki bütün, aşağılıq kompleksinə qapılmış müstəmləkə
ziyalılar da belə düşünür.
İsrailin
demokratlığına gəlincə. Dediyiniz o deputatlar orda ona görə var ki sizlər bu
gün ondan bəhs edib İsraili yüksəldib ərəbləri söyəsiniz. İsrail demokratik dəyil.
Necə dəmokratikdir ki, yüz minlərlə fələstinliyə bu gün vətəndaşlıq haqqı
tanımır... 5 milyondan çox fələstinli evindən-eşiyindən sürülüb heç bir ölkənin
vətəndaşı olmadan bu gün qaçqın düşərgələrində yaşayır.
A. A.: Ramin o
didərgin fələstinlilərin çoxu elə ərəb ölkələrinin təhdidi ilə didərgin
oldular. O zaman, hələ ilk savaşlarda, ərəb liderləri onlara çıxmaq əmri
verdilər. Onlar çıxdılar, ancaq ərəblər savaşda uduzdular. Bu bir faktdır,
yəni.
Həmdə, bu sonsuz söhbətdir. Gəl bunda duraq ki, əgər ərəblər
İsrailə üstün gələ bilmirlərsə, deməli ondan hər səviyələrdə aşağıdırlar.
Bununla da razılaşmırsınız? Axı üstün olsaydılar, onlara güc gələrdilər.
R. V.: Siz
görmürsünüz çünki kompleksli
yanaşırsınız. Ərəb inqlabları nəinki 2-3 il həmən sonra nəticə verdi. Misir göz qabağındadır. Oranın islahatları
göz qabağındadır. Eləcə də Liviyaya hamı deyirdi ki, bunlar bir-birini qıracaq,
nə oldu? Orada əl-Qaidə gələcək nə oldu? Hətta səfir bələ öldürüldü, ancaq
toplum və idarə edənlər ciddi devlət qurmaqdan vaz keçmiş deyillər. Tunis da
onun kimi. Yəni, müəllim, ərəblərə və ərəb inqlablarına kompleksli
yanaşırsınız...
A. A.: Dostum, biz sadəcə fikir mübadiləsi edirik. Burada nə
inciklik? Əslində biz hamımız ərəblərin qazanmasını istəyirik. Ancaq, durum
belədir ki, hələ onların üstünlüyü ola bilməz. Gəl bunu etiraf edək və onlara
arzulayaq ki, kəndilərinə gəlsinlər. ))) Bu elə bizə də aiddir ermənilərlə. Ay
balam, biz axı hələ onlara bir sıra məsələlər üzrə çata bilməmişik. Ona görə də
uduzduq. Bu təbiidir. Yəni düşmənin üstünlüklərini etiraf edək ki, ona çataq və
qalib gələk.
Yəni mən ərəbləri bir yüksək millət görmək istərdim, ancaq
təəssüf ki bu gün bunu demək olmur.